Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   ...   9   10   11   12   13   14   15   16   17

 

  


47  

 



 

hacirət  komfort  həyat  şəraitinin  təminatı  kimi  deyil,  milli 

istiqlal  mücadiləsinin  –  «Azərbaycan  davası»nın  davam 

etdirilməsi üçün bir vasitə kimi qavranılsın. 

«Qızıl  idarə  üsulunun  bir  sıra  komik  tərəflərinin 

göstərilməsi»  (14,  s.6)  yolu  ilə  totalitar  sovet  rejiminin 

ifşası  A.Dağlının  «Əsir  ruhlar»  (1957)  pyesinin  əsas 

pafosunu təşkil edir. Müəllifin fikrincə, «dəmir pərdə için-

dəki  (burada:  keçmiş  SSRİ  –  N.C.)  mücadilələri  görüb 

təsvir  etmək,  dəmir  pərdə  xaricində  kommunizmə  qarşı 

mücadilənin  ən  müəssir  şəkillərindən  biridir»  (14,  s.7). 

«Əsir  ruhlar  diyarına  doğru  ruhi  bir  səyahətin  səhnə 

hekayəsi» kimi düşünülmüş bu əsərdə də əsir türk ellərin-

dən  olan  Azərbaycanda  stalinizmin  törətdiyi  cinayətlər, 

bolşevik  rejiminə  qarşı  yürüdülən  açıq  və  gizli  müca-

dilələr əks olunur. 

Pyesdəki əsas hadisələr Ayla adlı bir tələbə qızın hürr 

və  müstəqil  Türkiyədən  əsir  ruhlar  diyarına  –  Azərbay-

cana ruhi səyahəti zamanı cərəyan edir. Elə ilk şəkillərdən 

A.Dağlı total nəzarətə, kütləvi psixoza, şəxsiyyətə pərəsti-

şə  söykənən  Stalin  rejiminin  mahiyyətini  xarakterik  dra-

matik  situasiyalarda  əks  etdirə  bilir.  Bu  baxımdan,  ikinci 

şəkildə  Xanoğlanla  onun  bacısı  Afərinin  dialoqu  səciy-

yəvidir: 



Xanoğlan – ...sadəcə Stalin yoldaş demək olmaz. 

Afərin  –  A!..  Anladım  Ağabəy.  Bax  nasıl  deyəcəyim: 

Böyük,  ən  böyük,  böyüklərin  böyüyü,  dahilərin  dahisi,  bütün 

dünya proletariyasının başkanı, dünya inqilabının baş generalı, 

hətta generalismusu, eşsiz öndər, yaman qəhrəman, falan, filan 

və sairə və sairə. Şimdi tam hazırmıyım, Ağabəy? 

Xanoğlan  –  Hazır  kimisən.  Fəqət  şu  xalq  məsələsi  və 



 

  


48  

 



 

demokrası lafını da unutma. 



Afərin  –  A!..  Xatırladım.  Bax  nasıl  söyləyəcəyim: 

Kapitalistlərin,  imperialistlərin,  faşistlərin  düşməni,  xalq 

demokrasisi  qəhrəmanı,  falan,  filan  və  sairə  və  sairə. 

Şimdi tam hazırmıyım, Ağabəy (14, s.31). 

Yenə də həmin şəkildə Afərinin söylədiyi: «Burada bir 

adamı  məmurluğa  qəbul  edərkən  onun  ailəsindəki  bütün 

fərdləri  də  öyrəniyorlar.  Bizi  diktafonlu  bir  otağa  alaraq 

xüsusi,  ailəvi  konuşmalarımızı  dinləyəcəklər»,  həmçinin 

«Başda  Stalin  yoldaş  nə  isə,  burada  da  bizim  Savalan 

yoldaş  odur»,  «Bu  bölgədə  parti  və  hökumətin  və  bizzat 

Stalin  yoldaşın  etimad  etdiyi  biricik  adam  odur»  və  s. 

sözlər totalitarizmin eybəcərliklərini göstərir. 

Pyesin  ikinci  pərdəsinin  «Stalinçi  idarəçilər»  adlı  birinci 

şəklində isə repressiya maşınının iş prinsipi bədii təcəssümünü 

–  tragikomik  əksini  tapır.  Xalq  düşməni,  sol  təmayülçü, 

millətçi, nasional-sosialist və s. çeşidli yarlıqlarla minlərlə gü-

nahsız  insanı  repressiya  maşınının  ağzına  verən  Savalan, 

Kancuk  kimi  bolşevik  cəlladlarının  iblis  xarakteri  bu  şəkildə 

bütün  çılpaqlığı  ilə  açılır.  Burada  «milliyyətçi  bir  qayə  ilə 

kommunistlər  sırasına  qatılaraq»  (14,  s.6)  istilaya  qarşı  gizli 

mücadilə  yürüdən    I.  Katib  obrazı  da  diqqətəlayiqdir.  Məhz 

onun  məxfi  fəaliyyəti  sayəsində  bir  çox  günahsız  insanlar 

amansız  mühakimədən  qurtula  bilirlər.  Bu  katib,  eyni  za-

manda, əsərdəki ifşa pafosunun əsas daşıyıcılarındandır. Onun 

istehzalı sözləri, sarkazm dolu ifadələri Stalin rejiminin antihu-

manist təbiətinə qarşı çevrilmişdir:  




 

  


49  

 



 

1 Katib – Yəni bu gedişlə Stalin yoldaşın başkanlığı altın-

da bütün köylülər öləcək, köydə yalnız eşşəklər qalacaqdır. 



DadaĢ – Nasıl, nasıl? 

I  Katib  –  Yəni  Stalin  yoldaşın  başkanlığı  məsələsi. 

Anladınmı? 



DadaĢ  –  Xah,  anladım,  anladım.  Təbii  Stalin  yoldaş 

hər işi yapar. 



I  Katib  –  Yapmaz  olurmu.  İzansız,  vicdansız  bir  qəlb 

sahibi, əlbəttə, istədiyi hər işi yapar. Kimsədən ağıl almaz. 

Kimsənin də ağlıllı olmasını istəməz. Hər kəs qoyun kimi 

onun  qanlı  bıçağının  altında  bulunacaq.  İştə  böyük  və  ən 

böyük Stalin yoldaşımızın siyasəti (14, s.65-66). 

Əsərdə  biri-digərini  əvəzləyən  dramatik  vəziyyətlər 

məhz  bu  siyasətin  ifşasına  yönəlir  və  Stalinin  ölüm  xə-

bərinin  gəlməsi  ilə  hadisələrin  inkişafı  kulminasiyaya 

çatır.  Diktatorun  ölüm  xəbərinin  doğurduğu  reaksiyanı  da 

komik  üslubda  təqdim  etməklə,  müəllif  totalitar  rejimin 

mahiyyətini  bütün  çılpaqlığı  ilə  ortaya  qoyur.  Bir  an  öncə 

Stalinin  şəxsiyyətinə  pərəstişdə  bir-biri  ilə  az  qala  yarışa 

girən  Savalan  kimilər  onun  ölüm  xəbərini  eşidincə  stali-

nizm əleyhinə bəyanatlar verməkdən, hürriyyət və demok-

ratiyadan  ağız  dolusu  danışmaqdan  özlərini  saxlaya  bilmir-

lər.  Lakin  boğazdan  yuxarı  səslənən  bu  sözlərin  ardınca 

«...haydı  həpiniz  sürgünə!..»  söyləməklə,  özlərinin  əsl 

bolşevik xarakterlərini bir daha büruzə vermiş olurlar. 

Pyesin son şəklində Aylanın və Dəmirtaşın dialoqu va-

sitəsilə  dünyada  demokratiyanın,  milli  hərəkatların 

gələcəyi  ilə  bağlı  düşüncələrini  ifadə  edən  müəllif  türk 

gəncliyinə belə bir fikir aşılayır ki, ən yüksək mənəviyyat 




Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə