Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

  


25  

 



 

Anadolu  istiqlal  savaşının  bədii  əksi  olan  pyeslərində 

həmin  dövrün  əsas  ziddiyyətlərini  canlandırmaqla  bir  sıra 

aktual  ictimai  və  mənəvi-əxlaqi  problemlərə  öz  müəllif 

baxışını ifadə etmişdir. 

Gənclər  üçün  nəzmlə  yazılmış  3  pərdəli  «Sakarya» 

(1965)  pyesindəki  hadisələr  Anadolu  istiqlal  savaşı  dönə-

mində  Sakarya  bölgəsində  cərəyan  edir.  Bölgənin  müda-

fiəçiləri, bir tərəfdən, təslimçi mövqe tutmuş sultan höku-

məti  casuslarının  təxribatlarının  qarşısını  alır,  digər  tərəf-

dən isə, xarici təcavüzkarlara qarşı vuruşurlar. Birinci pər-

dənin  əvvəlində  müəllif  şair  Solmazın  dili  ilə  bölgədəki 

vəziyyətin ağırlığını təsvir edir: 

  

Günün tarixidir, anlatır suyu, 



Bir irmak akıyor, kanlıdır suyu, 

Duşmanlar hər yanda kurmuş pusuyu. 

 

Sakarya, Sakarya, canım Sakarya, 

Karışmış suyuna kanım, Sakarya. 

 

Göylərin suyudur, akıyor yerdə, 

Üstündə sislərdən bir kalın pərdə, 

Göz yaşı döküyor bizim bu dərdə. 

 

Sakarya, Sakarya, canım Sakarya 

Karışmış suyuna kanım, Sakarya!..  

(18, s.9) 

 



 

  


26  

 



 

Əslən İzmirdən olan Solmaz doğma şəhəri düşmən əli-

nə keçdikdən sonra Malatyaya sürgün edilmək təhlükəsin-

dən qurtularaq qızı Ülkü ilə birlikdə mücahidlərə sığınmış 

bir  türk  qadınıdır.  Əri  Yıldırım  Yaman  isə  istiqlal 

savaşına  qədər  müəllimlik  etmiş,  vətəni  qorumaq  məqamı 

gəldikdə  silaha  sarılaraq  döyüşlərdə  şücaət  göstərmişdir. 

Düşmənin diqqətini cəlb etməmək üçün Solmazla Yıldırım 

Yaman  ər-arvad  olduqlarını  gizli  saxlayırlar.  Sakaryadakı 

mücahidlərin  başçılığına  qədər  yüksəlmiş  Yıldırım 

Yamanı Mustafa Kamal paşa da tanıyır, onunla Ankaradan 

əlaqə saxlayır. Yıldırım öz monoloqunda bu məqama işarə 

edir: 

 

Kamal silahını etmədim ihmal, 

Bəni tanımışdır Mustafa Kamal. 

Məktublar göndərir, silah göndərir, 

Hər bir ehtiyacı həmən göndərir. 

Paşam ulaşdırdı yeni bir xəbər, 

Diyor ki, yakındır, bizimdir zəfər. 

 (18, s.38) 

 

Əsərin  konflikti  istiqlalçı  qüvvələrlə  hökumətin 



təslimçi mövqeyini müdafiə edən qüvvələrin qarşıdurması 

üzərində  qurulmuşdur.  Birinciləri  mücahidlər,  həmçinin 

onlara rəğbət bəsləyən və dəstək verən Muxtar, Aşıq Araz, 

Solmaz, Ülkü, sadə kənd əhalisi, ikinciləri isə Ağa, Katib, 

Dərviş,  Kahya  kimi  xəyanətkarlar  təmsil  edirlər.  A.Dağlı 

Yıldırım Yamanı daim hadisələrin mərkəzində təsvir edir,  

bütün  xətləri  onunla  bağlayır.  Mücahidlərin  mübarizə  əz-



 

  


27  

 



 

mi, döyüş ovqatı Yıldırım Yamanın monoloqunda ümumi-

ləşdirilir: 

 

Artıq kılıç çəkmiş və bilətmişiz, 



Bu yolda kan dökmüş, yəmin etmişiz. 

Yetər unutduğum kəndi adımı, 

Dilimi, ruhumu və əcdadımı. 

Tarixlər dibindən gəlirkən adım, 

Yabançıya uydum, bana uymadım. 

Adım alçalmışdı, şimdi yüksəlir, 

Bizə «Mutlu!» deyə bir Öndər gəlir.  

(18, s.39) 

 

Türkün  əsir,  hüquqsuz,  şanlı  tarixi  keçmişinə  yaraş-



mayan  durumu  ilə  barışa  bilməyən  mücahidlər  Sakarya 

cəbhəsində  rəşadətlə  vuruşurlar.  Sultan  hakimiyyətini 

qoruyub  saxlamaq  üçün  hətta  vətəni  belə  yadlara  satmağa 

hazır  olan  təslimçilər  müxtəlif  təxribatlarla  mücahidləri 

sarsıtmağa  çalışır,  Solmazı  girov  götürərək  onun  azad 

edilməsi  müqabilində  əri  Yıldırım  Yamanın  təslim  olma-

sını  tələb  edirlər.  Solmazın  xain  gülləsindən  həlak  olması 

nə  qədər  üzüntülü  olsa  da,  nə  Yıldırım  Yamanın,  nə  də 

mücahidlərin  iradəsi  qırılmır.  Kədərli  anlarda  Mustafa 

Kamaldan  gələn  məktub  qələbənin  yaxında  olduğuna 

əminlik  yaradır  və  mücahidləri  yeni-yeni  fədakarlıqlara 

ruhlandırır.  Müəllif  «Türkün  zəfər  gücü  al  qanındadır…» 

misrası  ilə  azadlıq  və  istiqlalın  yalnız  millətin  qan  baha-

sına  əldə  edildiyi  həqiqətini  bir  daha  türk  gəncliyinə 

xatırladır. 



 

  


28  

 



 

«Atatürk”»  (1966)  mənzum  dramında  (3  pərdə,  15 

şəkil) isə Mustafa Kamal paşanın həyatı və mübarizəsinin 

Anadolu  istiqlal  savaşı  ilə  bağlı  dövrü  əks  olunur. 

«Sakarya»  pyesindəki  kimi,  bu  əsərin  də  konflikti  mütləq 

əksəriyyət  təşkil  edən  istiqlalçılarla  sultan  hökumətinin 

təslimçi  mövqeyini  müdafiə  edən  azlığın  arasındakı 

antaqonizmlərdən  yaranır.  Pyesdəki  hadisələr  gah  cəbhə 

bölgəsində, gah İstanbuldakı «Ulduz» sarayında, sonda isə 

Çankaya  köşkündə  cərəyan  edir  və  bu  məkan  müxtəlif-

liyinə  paralel  olaraq  o  zamankı  türk  cəmiyyətinin  sosial-

siyasi  spektri  də  əksini  tapır.  Lakin  müəllifin  müraciət 

etdiyi  tarixi  dövrün  kəskin  dramatik  situasiyalarla  zən-

ginliyinə  rəğmən,  bu  cəhət  əsərdə  lazımi  bədii-dramaturji 

həllini  tapa  bilmir.  Belə  ki,  Vətən  tarixinin  taleyüklü 

məqamında  ictimai-siyasi  səhnədə  və  hərb  meydanında 

üz-üzə  gələn  qüvvələrin  xarakterlərinin  deyil,  mövqe-

lərinin  qarşılaşdırılması,  müəllif  ideyasının  dialoq  və 

monoloqlar  vasitəsilə  birbaşa,  müstəqim  ifadəsi  əsərin 

dramatizmini zəiflədir, ideya-estetik vəhdətini pozur. Ata-

türkün nitqində tez-tez müxtəlif şüarların, didaktik fikirlə-

rin səslənməsi isə bu obrazın əsərdə daşımalı olduğu bədii 

funksiyaya  uyğun  səciyyələndirilməsinə,  güclü  xarakterə 

malik  tarixi  şəxsiyyət,  görkəmli  siyasi  xadim  və  sərkərdə  

kimi  qavranılmasına  imkan  vermir.  Pyesin  sonunda  onun 

söylədiyi:  

 

Qurbanı olduğum bu Millət əvət, 

Qurur və yaşadır bir Cümhuriyyət!  

  (19, s.93) 



Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə