O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

açıqsöz 

50 


sövdələşməsi qızışdı. Qəvam Moskvaya dəvət olundu. Sovet rəhbərləri ilə görüşdükdən sonra 

Moskva radiosundan mən belə bir xəbər eşitdim ki, Qəvamın Moskva səfərindən sonra İranın 

sovetlərlə dostluğunda yeni mərhələ açılır. Mən bu xəbəri Milli Hökumət rəhbərliyinə və ağaye 

Pişəvəriyə çatdırdıqda o, "deyəsən, bu şeytan Qəvam Moskvanın saqqızını oğurlaya bilib"  dedi. 

Sonrakı hadisələr göstərdi ki, Qəvam öz hiyləgərliyi ilə bu işi görə bilmişdi. 1325ci ilin ilk 

günlərində (1946cı il mart) sovetlərin bizim hərəkata qarşı münasibətlərində soyuqluq hiss 

olunmağa başladı. 

Günlərin bir günü (fərvərdinin 1520si olardı) Təbrizdəki sovet konsulluğu ilə Azərbaycan Milli 

Hökumət rəhbərliyinin (Pişəvəri, Şəbüstəri, Cavid, Padiqan və Cahanşahlu) görüşü oldu. Sovet 

nümayəndəliyi bizə Tehrana güzəşt etməyi, şah dövləti tabeliyinə keçməyi və şahənşah qoşununa 

müqavimət göstərmədən onun maneəsiz əvvəl Zəncana, sonra Azərbaycana daxil olmasına 

hazırlaşmağı məsləhət gördü və bu "məsləhət"in Moskvadan verildiyinə işarə olundu. Bu 

"məsləhət" bizim hamımızı həm məyus etdi, həm də qəzəbləndirdi. Başda Pişəvəri olmaqla 

hamımız bu "məsləhət"ə narazılığımızı bildirdik. Pişəvəri, Şəbüstəri, Padiqandan sonra mən də 

söhbətə qoşulub sözlərimi dedim (S.Cavidin həmin görüşdəki çıxışının stenoqraması Cəmil 

Həsənlinin kitabında verilmişdi. Həmin çıxışdan bir parça, kiçik ixtisarla verilir    Ə.R.). 

1946cı il aprel, Təbriz. 

Azərbaycan Milli Hökumət rəhbərliyi Təbrizdəki sovet nümayəndələri ilə görüşə dəvət olunur. 

Görüşdə sovet nümayəndəliyi Moskvanın "məsləhətləri"ni Milli Hökumət rəhbərliyinə çatdırır və onları Qəvamül 

səltənənin "demokratlığı"na inandırmağa çalışır və Tehranla danışıqlarda yumşaq mövqe tutmağa və güzəştlərə 

getməyə çağırır. Təslimçiliyə çağıran bu mövqeyə Azərbaycan Milli Hökumət rəhbərliyi öz narazılığını və etirazını 

bildirir. Həmin görüşdə doktor Salamulla Cavid də çıxış edir... Daxili işlər vəziri doktor Cavid söz aldı. O qeyd etdi ki

"... əgər söhbət qan tökmədən dinc danışıqlar yolu ilə məsələni həll etməkdən gedirsə, sizi inandırıram ki, son nəticədə 

bizım fikirləşdiyimizdən on dəfə artıq qan töküləcək. Bu gün Qəvam bütün məsələləri bizimlə dinc yolla həll etməyə 

hazırdır, sabah... o, bütün vasitələrlə çalışacaq ki, bizim milli hərəkatımızı məhv etsin. Mən ən böhranlı vaxtda 

qəhrəman fədailərə qoşulub partizanlıq etməyə hazıram, lakin heç vaxt mürtəce hökumətə tabe olmayacağam. Siz 

yaxşı bilirsiniz ki, İngiltərə Qəvam hökumətinə kömək etməsə, biz yetərincə gücə malikik ki, Tehrana hücum edib onu 

devirək və demokratik rejim quraq. 

Beləliklə, Azərbaycan xalqı bütün təhlükələrdən birdəfəlik xilas olsun".1 

1Verilmiş parça C.Həsərılinin "Güney Azərbaycanda SovetAmerika və İngiltərə qarşıdurması (19411946)". Bakı, 200, 




açıqsöz 

51 


s. 383384dən iqtibas edilmişdir

 

Bizi Tehranla danışıqlara itələyirdilər. Biz nehzətin ilk günündən Tehranla məsələni sülh yolu ilə, 



danışıqlar vasitəsi ilə həll etmək istəyirdik, bu şərt ilə ki, Tehran bizim millətin ehtiyac və 

tələblərini nəzərə alsın. Vədlər sözdə yox, əməldə icra edilsin. Danışıqlar hakimməhkum 

səviyyəsində yox, bərabərlik, qarşılıqlı anlaşma ilə aparılsın. Ağaye Qəvamın əməllərində isə 

bunlar görünmurdü, şah isə Azərbaycandakı olayları "İranın başağrısı" adlandırırdı. 

Biz istəsək də, istəməsək də Azərbaycan nümayəndəliyi danışıqlar aparmaq üçün Tehrana yola 

düşdü. Ağaye Pişəvəri bu səfərə tam könülsüz gedirdi və həm də fışar (qan təzyiqi) onu incidirdi. 

Pişəvəri başda olmaqla AMH nümayəndəliyi Tehrana yola düşərkən artıq sovet qoşunları 

Azərbaycandan çıxmağa başladı və bu iş may bayramına qədər tam başa çatdı. Sovet qoşunlarının 

İran ərazisini tam tərk etdiyini görən Qəvam danışıqlarda ayağını lap yuxarı "pilləyə" qoydu. 

Azərbaycan nümayəndəliyi Tehranda 1015 gün vaxt itirsə də (bu müddət ərzində mən Pişəvərinin 

təklifı ilə müvəqqəti olaraq Azərbaycanın baş vəziri vəzifəsini daşıyırdım) heç bir nəticə 

alınmadan Təbrizə qayıtdı. Biz pis sonluğa doğru getdiyimizi hiss edirdik. Böyük dövlətlərin, 

xüsusən sovetlərin "məsləhəti", sonra isə təzyiqi artıq hədəyə çevrilmişdi. Bu vəziyyətlə 

razılaşmayan və etirazını bildirənlərə (o cümlədən, mənə) sovetlərlə dostluğun əleyhdarı 

damğasını vururdular. Bu haqda yoldaşların bəzisi ilə, o cümlədən baş vəzirin müavinı, milli 

darülfünunun rəisi ağaye N.Cahanşahlu ilə ciddi söhbətim oldu. 

Mən etiraf edirəm ki, uzun müddət Bakıda təhsil alandan 1325ci ilin əvvəllərinə qədər (I946cı il 

martaprel)) sovetlərin İrandakı məzlum xalqlara, o cümlədən azərbaycanlılara nisbət 

xeyirxahlığına və köməkliyinə inanırdım. AMH heyətində mənim kimi inananlar çoxluq təşkil 

edirdi. Qəvamın Moskva səfərindən sonra hər şeyin birdənbirə dəyişməsini, xeyirxah saydığım 

tərəfın əməllərindəki xəbisliyi gördükdə düşüncəmdə böyük iştibah (səhvlər) olduğunu anladım. 

Bunu təkcə mən yox, həmkarlarım, dostlarım və yoldaşlarım da aydın başa düşdülər. Lakin gec idi. 

"Sonrakı peşmançılıq fayda verməz" deyib atalarımız. "Dostun" dönüklüyü, meydanda bizi tək 

qoyub getməsi və üstəlik tərəfə danışıqsız təslim olmaq təklifı ilə bağlı göstərdiyi təzyiq və fişarlar 

məndəki hüsn rəğbəti qəzəbə və nifrətə çevirdi. Bunu o zaman nə mən, nə də dostlarım birbaşa 

deyə bilməzdik, sovet terrorunun qüdrətini hamı bilirdi, üstəlik məni övladımın  Azadın da taleyi 

düşündürürdü. Mən Pişəvərinin təklifi və Əncümənin razılığı ilə Azərbaycanın ustandarı (valisi) 

kimi Tehrana təqdim olunanda, hamıdan çox H.Cahanşahlunun mənə qarşı küdurəti daha da artdı. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə