O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

açıqsöz 

47 


birinci dövrəsinə nümayəndə göstərilənlər arasında 22863 səslə (siyahıda 5ci) nümayəndə 

seçildim. Azərbaycan Milli Məclisi Milli Hökuməti təşkil etməyi ağaye Pişəvəriyə həvalə etmişdi. 

Pişəvəri hökumətə daxil olan vəzirlərlə (nazirlərlə) təkbətək görüşüb, söhbət etdikdən sonra 

vəzirlərin siyahısını MK nəzərdən keçirdi və sonra təsdiq üçün MMə təqdim etdi. Təqdimat belə 

idi: 

Baş vəzir  ağaye Seyid Cəfər Pişəvəri 



Daxilə vəziri  doktor Salamulla Cavid 

Xalq qoşunları vəziri  Cəfər Kaviyan 

Fəlahət (kənd təsərrüfatı) vəziri  doktor Məhtaş 

Maarif vəziri  Məhəmməd Biriya 

Səhiyyə vəziri  doktor Orəngi 

Maliyyə vəziri  Qulamriza İlhami 

Ədliyyə vəziri  Yusif Əzima  

Yol, poçt və telerqaf vəziri  Kəbiri  

Ticarət və iqtisad vəziri  Riza Rəsuli (İş və zəhmət vəziri sonra intixab edildi). 

Ağaye Zeynalabdin Qiyami rəise divan və ağaye Firudin İbrahimi Azərbaycan müdəiimum intixab 

oldular. 

Ağaye Pişəvəri mənimlə söhbətində məni daxili işlər vəziri təyin etmək fikrində olduğunu dedikdə 

bir qədər təəccübləndim. Mənə hökumətdə ixtisasım üzrə behdaşt (səhiyyə) münasib idi və o 

sahədə pis çalışmazdım. Lakin ağaye Pişəvəri mənə müraciətlə: "Cavıd, mən bilirəm ki, sən tibb 

sahəsinin adamısan, lakin səni Daxili İşlər Vəzirliyinə ona görə namizəd verdim ki, hazırda 

quracağımız dövlətə hər şeydən əvvəl paklıq və millətin əmniyyətini hifz edib Azərbaycanda 

asudəlik yaralmaq gərəkdir. Oğru, quldur, əliəyri, millətə xəyanət edənlərə bizim vücuda 

gətirdiyimiz dövlətdə yer olmamalıdır"  dedi. Mən ağanın sözünün üstə söz demədən razılaşdım. 




açıqsöz 

48 


Bu işin çətinliyini, gecəgündüz çalışmaq lazım olacağını bilirdim. Mən təbib ıdim, heç vaxt 

intizamata məxsus olan inzibati işdə çalışmamışam. 

Daxili İşlər Vəzirliyini təşkil edərkən tanıdığım, iman, əqidə və əlitəmizliyinə bələd olduğum 

adamları vəzifəyə gətirməyə çalışdım, Maneələr də çox olurdu. .. 

Daxili İşlər Vəzirliyində başladığım ilk iş Təbrizdə və Azərbaycanın bütün şəhər və nahiyyələrində 

nizamintizamı bərpa edib, əyintilərə yol verməmək idi. Nehzətimizin mahiyyətini düzgün 

anlamayanlar güman edirdilər ki, hakimiyyətə gəlmiş xalq dövləti bütün varlıların, sərvət 

sahiblərinin var yoxunu zorla alacaq və paylaşdıracaqdır. Bu cür düşünənlər mağazalara, anbarlara 

hücum çəkib talançılığa, oğruluğa rəvac vermək istəyirdilər. Qarnıyırtıq Kazımlar meydanda at 

çapdırmaq istəyir, tiryəkilər qalyanlarını püskürtməyə, əxlaq pozğunluğu ilə məşğul olanlar 

açıqsaçıq iş görməyə meyllənirdilər və s. Bizə rəğbət göstərənlərin köməyi ilə az müddətdə elə 

sağlam mühit yaratdıq ki, təkcə bizi istəyənlər yox, düşmənlərimiz də bunu etiraf etmək 

məcburiyyətində qaldılar. Tehrandakı ruznamələrin və xarici radioların bir çoxu bu həqiqətləri 

etiraf etməli oldular. 

Daxili işlər vəziri təyin olunan gün ağaye Pişəvəridən aldığım ilk tapşırıq Təbrizdə bizə müqavimət 

göstərmədən təslim olmuş padeqandakı (hərbi kazarmada) qoşunun başçısı Sərtib Ələkbər 

Derəxşanini, qərargah rəisi sərhəng (polkovnik) Vərəhramı və dıgər 7 nəfər yüksək rütbəli hərbçini 

şəxsiyyətlərinə zərrəcə toxunmadan sağsalamat təyyarə ilə yola salmağım oldu. Tehrana çatan 

kimi şah onları qan tökməməkdə günahlandırıb həbs etdirmişdi. 

Milli Hökumətin hakimiyyətdə olduğu bir il ərzində Azərbaycanda əminamanlığın və insan 

hüquqlarının qorunduğu, bütün işlərin qanun çərçivəsində aparıldığı hamıya məlumdur. Yuxarıda 

qeyd olunduğu kimi, bunu Azərbaycana gələn xaricilərin böyük çoxluğu demiş və yazmışlar. 

Oğurluq, zorakılıq, tiryək və fahişəliyə qarşı mübarizədə qazanılmış inkarolunmaz uğurlar 

Azərbaycan Milli Hökumətinin, polis və fədailərin yorulmaz və vicdanlı zəhmətinin nəticəsində 

mümkün olmuşdur. Nəzərə almaq lazımdır ki, bu işlər köhnə rejimdən bizə miras qalmış, imkansız 

bir şəraitdə, icraçıların çoxunun təcrübəsiz olduğu və düşmən əhatəsində (həm daxili və həm də 

xarici) yaşamağa məcbur qaldığımız bir vəziyyətdə iqdam tapırdı. Mən bır daha inandım ki, 

insanlar azadlığa çıxdıqda, öz müqəddəratının sahibi olduqda, arzu və istəkləri reallaşdıqda 

ağlagəlməz xarıqələr yaratmağa, gözəl nümunələr göstərməyə qadir olur. Milli nehzətdən sonrakı 



açıqsöz 

49 


günlərdə əldə edilmiş müvəffəqiyyətlər, uğurla icra olunan böyük siyasi, mədəni, iqtisadi və 

ictimai tədbirlər, onların nəticələri dediklərimə parlaq sübutdur. Düşmənlərimiz, bədxahlarımız bu 

uğurları ləkələsələr də, həmin tarixdə olanları təhrif etsələr də, həqiqət həqiqət olaraq qalır. Bu 

həqiqətlər bu gün kölgədə saxlanılıb gizlədilsə də zaman onu bir vaxt meydana çəkəcək, kimin kim 

olduğu bilinəcəkdir. 

Mən bir neçə kəlmə də öz fəaliyyətim haqda deməyi lazım bilirəm. Mənim nehzət dövründə və 

ondan sonrakı illərdə fəaliyyətimi təhrif edənləri, yalan danışıb, böhtan deyənləri sağlığımda 

görmüşəm, yəqin bu şeytani əmələ sonrakı illərdə də əl atanlar olacaqdır. 

Mən desəm də, deməsəm də məni yaxından azçox tanıyanlar bilirlər ki, bütün həyatım xalqımın və 

vətənimin azadlığına və səadətinə həsr olunub. Bu işdə mən əzablı, məşəqqətli və ağır bir yol 

keçmişəm. Mən heç vaxt pulgir olmamışam. Darda qalanlara, yoxsullara və dostlara əl tutmaq, 

köməklik etmək mənim təbiətimdə vardır. Tamah, başqasının puluna, sərvətinə göz tikmək mənə 

yad keyfiyyətdir. Nehzət dövründə əlimdə böyük səlahiyyət və imkanlar olsa da, qanundan zərrə 

qədər kənara çıxmamışam. 

Milli Hökumət zamanı müsadirə olunmuş əmlak qanun mucibincə (əsasında) icra edilmişdir və 

hamısı sənədlər əsasında dövlətin sərəncamına keçmişdi. Azərbaycandan qaçıb və verilmiş müddət 

ərzində (15 gün) vətənə qayıtmayan, millətə, nehzətə düşmənçilikdə suçlananların əmlakının 

müsadirəsi haqda Azərbaycan Məclis Millisinin qərarı hamıya məlumdur. Mən daxili işlər vəziri 

vəzifəsinə başlarkən qaçmağa hazırlaşan varlıları düz yola hidayət etdim, qaçmaqdan çəkindirdim 

və həqiqətən də onlara heç kəs dəyib toxunmadı. Buna aid çoxlu misallar çəkmək olar. Vəzir 

işlədiyim bir il ərzində evdə axşamladığım gecələr az olurdu, uşaqlarımın üzünü günlərlə görə 

bilmirdim. Böyük oğlum Azadı xaricə (sovetlərə) təhsilə göndərəndə onu yola salmağa belə vaxt 

tapmadım. 

 

ŞEYTANİ ƏMƏL POZDU İŞLƏRİ 

Sovetlərin İrandan neft payı istəməsi söhbətini 23 il idi ki, eşitmişdim. Şahın Qəvama qədər iş 

başına gətirdiyi baş vəzirlərin hamısı və Məclis bu işə "yox" dedi. 1324cü ilin bəhmən (1946cı il 

fevral) ayında Əhməd Qəvamülsəltənənin baş vəzirliyə gəlməsı ilə sovetlərlə İranın neft 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə