O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   20   21   22   23   24   25   26   27   28

açıqsöz 

70 


qəbul olunmadı. Doktor Behbudu nehzət vaxtı mən Tehrandan Təbrizə gətizdirmişdim. O, çox 

şərəflə Hökuməte Milliyə xidmət etdi. Onun azadlığa buraxılması üçün sərləşgər Rəzmaranın 

qəbuluna düşdüm. O, mənə bildirdi ki, Əlahəzrət Təbrizdədir, oradan qayıtdıqdan sonra çox güman 

ki, əfveümumi olacaq və belə də oldu. Əfveümumi hamıya şamil edilməsə də, bir iddə adam 

azadlığa buraxıldı, o cümlədən doktor Behbud da, ev dustaqlığından azad olduğum gündən 

etibarən 6 ay hər gün izləndiyimi bilirdim. Elə həftə olmurdu ki, polis, Sazmane Əmniyyət 

(təhlükəsizlik idarəsi), ərteş (hərbi) idarələri hər hansı siyasi məsələ ilə bağlı məni sorğusuala və ya 

izahata çağırmasın. Mən ailəmi dolandırmaq üçün Bikəxanımın adına olan mətəbdə xəstə qəbul 

etməyə başladım. Gələn çox az idi. Siyasi vəziyyətimə görə xəstələr də məndən uzaq gəzmək 

məcburiyyətində idilər. Bacım Xoşqədəmin əri Təbrizdə fədai başçısı kimi edam olunduğundan 

onu və uşaqlarını saxlamaq da mənim boynuma düşmüşdü. Maddi vəziyyətimizi düzəltmək üçün 

kirayə evdən can qurtarmaq lazım ıdi. Dostlarımın köməkliyindən şərməndə (xəcalətli) vəziyyətə 

düşmüşdüm. 

Biz Təbrizdə və Kaşanda topladığımız pul hesabına bir həyət almışdıq. Həmin həyəti satdırdım, 

Bikənin adına bilmədən də (sığortadan) bir miqdar pul aldım. Bakıdan cavanlıq dostum Əjdər 

Əlizadə, Əkbər və Vəhdət Kaşi bir miqdar mənə borc verdilər. Xülasə 21 min tümənə bir mənzil 

aldıq. Pulun hamısını verə bilmədiyimizdən aldığımız evin iki dangını ev satanın girovunda 

qoyduq. Sonra Kavənin vasitəsi ilə birindən pul götürüb evi girovluqdan çıxara bildik. 

Mənzil kirayəsindən azad olmaq, yeni mənzilin bir hissəsini həkim məntəqəsinə çevirmək və 

xəstələr qəbul etmək tədricən vəziyyətimizə kömək etsə də, aldığım borcları tez ödəmək fikri məni 

narahat edirdi. 132728ci illərdə qazandığımız pulun bir hissəsini sürgünə göndərilmiş nehzət 

iştirakçılarına, şəhid olmuş yoldaşların ailəsinə kömək etməyə sərf edirdim. Mətəbə gələn nehzət 

iştirakçıları və onların ailə üzvləri müayinə və müalicə haqqından azad idilər. İmkanım olanda 

bəzisinə dava (dərman) almaqda da köməklik edirdim. Mən çox vaxt onların üzünə dik baxmaqdan 

xəcalət çəkirdim. Milli nehzətin və Milli Hökumətin rəhbərlərindən biri kimi bu günə düşməkdə 

mənim də günahım var idi. 

Mən bu qeydləri nehzətin süqutundan 25 il sonra səhmana salmağa başladım. Çox təəssüf edirəm 

ki, yaşımın artması və hadisələrin çoxluğu ilə bağlı bəzi şeyləri unutmağa başlamışam və ya dəqiq 

yadıma salanmıram. Belə hesab edirəm ki, milli nehzətimizdə iştirak edən hər bir kəs öz xatirə və 

qeydlərini yazıb saxlamalıdır. Bu, nehzətin tarixini yazanlara çox gərək olacaqdır. 




açıqsöz 

71 


Məni yaxından tanıyanlar bilirlər ki, dostluqda, münasibətdə sabit və sədaqətliyəm. İkiüzlülüyü, 

dalca danışmağı, riyakarlığı bağışlamağı çətin bacarıram. Mən nehzətin məğlubiyyətindən sonra 

Tehranda ev həbsində saxlanıldığım və sonra azadlıqda olduğum vaxt dostların, yoldaşların, 

xüsusən Tehrandakı azərbaycanlıların mənimlə görüşmələrinə, birgə dərdləşməyimizə Hizbe 

Tudeye İranın rəhbərliyində və sıravi üzvləri sırasında narahat olanlar var idi. Hizbin 

ruznaməsində, onlara yaxın qəzet və məcəllələrdə mənim əleyhimə yalan və böhtanlar da yazılırdı. 

Özləri "Oğrular yuvası" (doktor Müsəddiq belə adlandırırdı) olan İran məclisinə vəkil gətiriləndə 

bunu xəyanət hesab etmədikləri halda, mənim valilik dövründə nahaq qan tökülməməsi və zavallı 

xalqımın xilası naminə çalışmağımı "satqınlıq", "xainlik" adlandırmaq dan belə çəkinmədilər. Siz 

nehzətdən sonra bəzi ruznamələrdə və məcəllələrdə gedən yazılara diqqət etsəniz, bu nalayiq işin 

nişanələri ilə rastlaşarsınız. Mənə pis təsir edən bir cəhət də nehzətdən əvvəl Tehranda 

vəziyyətimin hər cəhətdən yaxşı olduğu və nehzət vaxtı rəhbərlikdə çalışdığım vaxt özlərini çox 

yaxın və canıyanan göstərənlərin bəzisinin nehzətdən sonrakı ağır günlərimdə uzaq durmalarıdır. 

Mən bu xatirələrdə onları "Məndən qaçanlar" bölməsində müfəssəl yazıb, ifşa etmək 

niyyətindəyəm. Doktor Ələkbər İmami, Əhməd Bahaduri, Məhəmməd Dəşti və tudəçilərin "sol" 

qanadına daxil olan bir dəstə bu zümrədəndirlər. 

 

 

SEVİNMƏYİM ƏBƏS İMİŞ 



Nehzətdən sonra həbs, təqib, hədəqorxu və kasıblığa məruz qaldığım ağır günlərdə bir xoş xəbər 

gəldi ki, Bakıya nehzət vaxtı təhsil almağa göndərilənlərin bir iddəsi (qismi) qayıdıb gəlir. Bizə 

çatan xəbərə görə oğlum Azad və Əyyub Şəkibanın oğlu Daryuş da onlarla bahəm gəlməliydi. Mən 

bu xəbəri Bikəxanmıa çox dolayı yolla çatdırmağa çalışsam da o, yenə bərk kövrəldi, gözlərindən 

leysan axmağa başladı, əllərini göyə qaldırıb yalvardı. Lakin deyilən xəbər düz çıxmadı. Mən bu 

əhvalatı görüşəndə ağaye Fətəli İpəkçiyana danışdım. O, mənə məsləhət gördü ki, Azada və 

Kazıma (Şəbüstərinin oğluna) məktub göndərib, təhsillərini başa vurmaqlarını və ixtisasa 

mükəmməl sahib olmaqlarını yazım. Mən də bu ağıllı məsləhətə qulaq asıb məktub yazdım. 

Sonralar öyrəndim ki, mənim və Bikəxanımın Azada göndərdiyi məktubların çoxu ona gedib 

çatmayırmış. 




açıqsöz 

72 


Azadın gəlməsi haqda şad xəbərin uğursuzluğundan sonra gözləmədiyim halda məni yenidən 

istintaqa çağırdılar. Ağaye Şobüstərini də Şirazdan gətizdirdilər. Bu naqafil çağırışdan bir gün 

sonra Moskva ıadiosu belə bir xəbər yaydı ki, Azərbaycan demokrat rəhbərlərindən doktor Cavid 

və Şəbüstəri Tehranda yenidən həbsə alınmışlar. Ev dustağı olarkən üzərimdə nəzarətçi olan Səid 

Məhəmmədi iki jandarmanın müşayiəti ilə məni yenidən Dadistane Ərteşə (hərbi məhkəməyə) 

gətirdi. Mən həbs və təqiblərdən yaxam qurtardığına təzəcə şükr etdiyim bir vaxtda yenidən 

"köhnə hamam, köhnə tas" oyunu başlandı. Mən bu dəfəki hərbi məhkəməyə çağırışı Sərtip 

Derəxşaninin (o, nehzət ərəfəsində Təbrizdəki hərbi şah qarnizonunun rəisi idi) mühakiməsi ilə 

bağlı olduğunu zənn etdim. Lakin zənnim düz çıxmadı. 

Məni əvvəlcə sərhəng (polkovnik) Möhqədinin yanına gətirdilər. Mən o cənabdan nə üçün 

çağrıldığımı soruşduqda o, xüsusi bir əda ilə: "narahat olmayın 10, uzaq başı 15 ildən 

artıq verməzlər" deməklə məni xoflandırmaq istədi. Mən həbs və təqiblər vaxtı belə hədələri çox 

eşitdiyimdən kefimi pozmadan ona cavab verdim: "Ağa, ölümü gözünə alan adam 1015 illik həbslə 

narahat olmaz"  dedim. Sərhəng yenə xüsusi bir əda ilə: "bunu aparm aşağı, orada bunu gözləyən 

var"  dedi. Məni aşağı apararkən pillələrdə sərhəng ağaye Bəğai ilə rastlaşdım. Mən ona: "Ağaye 

Bəğai, bizim xidmətlərimizin haqqı budurmu?" dedim. O, başını aşağı salıb keçdi. Məni isə 

kamyona mindirib naməlum istiqamətə apardılar. Maşın bizim evin yanından keçdiyindən 

nəzarətçilərdən xahiş etdim ki, bir anlığa maşını saxlasınlar, evə xəbər verim ki, məni yenə 

aparırlar... Nəzarətçilər xahişimi rədd etdi (yanımda pul olsaydı, iş düzələrdi). Beləliklə, hara 

aparıldığımdan xəbərsiz olan yazıq Bikə yenidən istintaq orqanlarına, zindanlara ayaq döyməli 

olacaqdı. 

Məni hərbi məhkəməyə məxsus təcridxanaya saldılar. Elə həmin gün ağaye Şəbüstərini də 

Şirazdan gətirib başqa təcridxanada saxladılar. Sabahı gün məni hərbi məhkəməyə gətirildikdə 

buradakı sorğusualdan məlum oldu ki, şah Azərbaycan hadisəsində Qəvam və Müzəffər Firuzdan 

şübhələnib. Guya Qəvam və Firuz bəzi "sirli" məsələləri əvvəlcədən nehzət rəhbərliyinə xəbər 

verib. Mən istintaqın ilk günündəcə bildirdim ki, M.Firuz Təbrizə gələnə qədər, Qəvam isə 

ustandarlıq hökmünü verənədək onlarla heç bir təmasım olmayıb. Onların üzünü ilk dəfə bu 

mərasimdə görmüşəm. 

Məni axtaraaxtara hərbi məhkəməyə gəlib çıxmış Bikəyə vicdansız məmurlar demişdilər ki, çox 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə