O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

açıqsöz 

64 


Təbriz və bütün Azərbaycan Tehran qoşununun gəlişini gözlədikləri halda, 1325ci il azərin 20də 

axşamdan başlamış (I946cı il 11 dekabr) naməlum silahlı dəstələr, quldur, oğru və canilər 

küçələrdə görünməyə başladılar. Qətl və qarətlərin ilk xəbəri bizə çatdı. Mən, ağaye Şəbüstəri, 

firqənin və əncümənin fəalları və rəhbər işçiləri küçələrə tökülüşdük, adamları sakitliyə, səbirli 

olmağa, təşənnücə (şuluxluğa) yol verməməyə çağırdıq. Millət bizi eşitdiyi halda, naməlum 

silahlıların zorakılığı və özbaşınalığı artdı, hadisələr nəzarətdən çıxdı. Azərin 2123də Təbriz 

küçələri azadixahların qanına boyandı, mağazalar, evlər, bazardükan talan edildi, insanların 

namusuna təcavüzə, qətlə yetirilmiş adamların cəsədini nümayiş etdirməyə qədər alçaq cinayətlərə 

əl atıldı. Azərin 21də mən və Ağaye Şəbüstəri qoşunun gecikmə səbəbini, vəziyyətin getdikcə 

ağırlaşdığını, "mühacir", "firqəçi" adı ilə insanlara divan tutulduğunu, vəziyyətin nəzarətdən 

çıxdığım bildirdik və buna görə qoşunun tez gəlməsini ağaye Qəvamdan təkrartəkrar xahiş etdik. 

Qoşun gəlib çıxmadı ki, çıxmadı. Xəbər gəldi ki, qoşun general Haşiminin başçılığı altında gəlib 

Bostanabadda dayanıb. Azərin 21də axşam saat 14də mən və ağaye Şəbüstəri Bostanabada gəldik. 

General Haşimi bir neçə saata qoşunun Təbı izə çatacağına bizi arxayın etdi. Bir gün də keçdi, 

qoşun gəlib çıxmadı. Mən sonra yəqin etdim ki, bu gecikmə ilə əvvəlcədən hazırlanmış nəqşə 

əsasında dövlətin əli ilə təlim və təminat almış quldurlar qoşun gələnədək demokratların axırına 

çıxmalıymış. Qoşun isə Azərbaycandakı millət davasına son qoyan "xilasedici" qüvvə kimi 

ictimaiyyətə və dünyaya tanıtdırılmalıymış. 

Artıq 48 saatdan çox idi ki, mən ustandarlıqda, Təbriz küçələrində, xoşagəlməz hadisələrin baş alıb 

getdiyi qaynar nöqtələrdə əlimdən gələni edırdim ki, qırğın, talan, zorakılıq miqyasını 

genişləndirməsin. O günləri yadıma salanda indi də kövrəlirəm, sarsılıram. 22 Azərdə mən təkrar 

Bostanabada getdim, vəziyyəti qoşun başçılarına danışdım. Yenə ağaye general məni arxayın edib 

yola saldı. Təkrar Qəvama teleqram etdim, qoşunun günahsız adamların dadına çatmasını, tez 

gəlməsini xahiş etdim, lakin... 

Qoşun ancaq azərin 23də, günortadan sonra gəlib çıxdı. Qoşunun gəlməsini bayram edənlər, onun 

qabağında qurban kəsənlər də tapıldı. 

Mən o ağır günlərdə güllələrin altında, ölümlə, terror olunmaq və həbsə alınmaq təhlükəsi ilə 

dəfələrlə üzüzə gəldim. Ətrafımızda qeyrətli, qanından keçən fədailər və əhalinin sağlam düşüncəli 

insanlar olmasaydı biz də o dünyalıq olardıq. 



açıqsöz 

65 


Beləliklə, bir il əvvəl azadlığın ilk mübarək qədəmlərini böyük sevinclə istiqbal edən millət bu gün 

hər şeyin sona çatdığına, qazanılmış zəfərlərin puç edildiyinə şahid oldu. 

Azərbaycan valisi S.Caividin dekabrın 11də (Azərin 20də) səhər saat 9da baş nazir Qəvamül səltməyə göndərdiyi təcili teleqramda 

qardaş qanının tökülməsinə yol verməmək, qətl və qarətlərin qarşısını almaq üçün mərkəzi dövlət qoşununun Təbrizə və 

Azərbaycana tez göndərilməsi xahiş edilməsinə baxmayaraq qoşun qəsdən Təbrizə 3 sutka 8 saat (80 saat) gec    dekabrın 23də saat 

I7.0Vda gəlib çıxmışdır. Bu isə qatillərə, oğru və talançılara geniş miqyaslı cinayət törədib, özbaşınalıqlar etməyə kifayət 

qədər imkan vermişdir. Azərbaycan Əncüməninin başçısı M.Ə.Şəbüstəriyə, Azərbaycan valisi (ustandarı) S.Cavidə baş nazir 

Əhməd Qəvamül səltənənin dekabrın 12də (21 Azərdə) verdiyi cavab teleqramında qoşunun tezgec gəlməsindən söz açilmır, "azad" 

seçkilər üçün Azərbaycana gələn qoşuna müqavimət göstərilməməsi, asayişın qorunması üçün "öyüd nəsihət" verilir 

 

 



YENƏ TƏQİB, YENƏ ZİNDAN 

Qoşun Təbrizi tutan gündən qoşunla gələn Səyyah adlı bir məmur məni müntəzəm müşayiət 

etməyə və izləməyə başladı. Şəhərdə nizamintizamı bərpa etmək və müqəssirləri həbsə alıb 

cəzalandırmaq haqda mən bir ustandar kimi general Haşimi ilə söhbət etdim. Nəzmiyyə (polis) 

rəisliyinə əvvəldən yaxşı tanıdığım ağaye Məsubzadənin təyin edilməsini təklif etdikdə general 

Haşimi bu təklifə dodaq büzdü. Bir neçə saat sonra mənim xəbərim olmadan sərhəng (polkovnik) 

Şəqaqi bu vəzifəyə təyin edildi. (Mən sonra öyrəndim ki, Tehran mənim ustandar hökmümü artıq 

20 Azər də ləğv edibmiş). Mən işin nə yerdə olduğunu anladım. Sabahı gün general Haşimi 

müəmmalı şəkildə məndən soruşdu: "Xeyir ola, Şəbüstəri görünmür?". Mən cavabında "evində 

oturub, sizin buyruğunuzu gözləyir, lazımdır çağırtdıraq"  dedim. Mən M.Şəbüstəriyə xəbər etdim 

və Ustandarlığa gəldik. General Haşimi də bura gəldi və çox sərt bir halda bizə: "Sizin hər ikinizi 

ağaye Qəvam Tehranda gözləyir, gedin hazırlaşın və yollanın"  dedi. 

Mən və ailəm (Bikəxanım və 2 oğlum) ağaye Şəbüstəri ilə birlikdə 25 azər 1325ci ildə axşamçağı 

Tehrana yollandıq. İki nəfər nəzarətçinin üzərimizə qoyulması göstərdi ki, artıq bizi nəzarətdə 

saxlayırlar. Sitade Ərteşin (ordu qərargahının) icazəsi ilə biz Tehranda əvvəlcə Bikənin atasıgilə 

düşdük. Onlar mən zillərinin 2 otağını bizim ixtiyarımıza versələr də, bu 2 otaq bizim üçün çox 

darısqal idi: 4 nəfər mənim ailəm, ağaye Şəbüstəri və üzərimizə qoyulmuş 4 nəfər tiryək çəkən 

nəzarətçi.Stade Ərteşin icazəsi olmadan bizim evdən çıxmağa, kiminləsə görüşməyə və danışmağa 




açıqsöz 

66 


ixtiyarımız yox idi. Bütün ağırlıq (həm darısqallıq, həm məxaric və həm də bazarlıq işləri) Məşhədi 

Əlinin və Fərhəngin (qaynatam və qaynım) ailəsinin üzərinə düşdü. Mən işin uzanacağmı bilib ev 

əsasiyəmizin Təbrizdən yola salınmasını dostum Mir Mahmud Kərimiyə çatdıra bildim. Ev 

əsasiyəmiz gəlib çatdı. Mən və ağaye Şəbüstəri ev sahibinə yük olmağımızdan çox narahat idik. 

Tehranda yaşayan dostum Rizvan bizim Tehrana gəldiyimizi və ev dustaqlığında yaşadığımızı 

öyrənmişdi. O, başının yarasını doktor Məsumə xanıma (Fərhəngin xanımı) göstərmək bəhanəsi ilə 

Məşhədi Əligilə, Məsumə xanımın tibb mətəbinə gəldi və kiçik imkandan (tiryəki məmurların 

mürgü ləməsindən) istifadə edib, mənimlə söhbətləşdi. Azərbaycandakı hadisələrdən xəbərlər 

verdi. Günlər keçdi, həftələr ötdü, bizim təklifimizə cavab gəlmədi. Biz 4 nəfər tiryək çəkən 

məmurun nəzarəti altında darısqal və boğucu (tiryəkin iyi evi basırdı) mənzildə, ev sahibinə böyük 

əziyyətimiz dəyədəyə yaşamalı olduq. Mən ağaye Şəbüstəri ilə məsləhətləşib başqa mənzil kirayə 

etmək haqda qərarlaşdıq və bu haqda icazə verilməsini şəhribanidən (polis) xahiş etdik. Laləzar 

xiyabanının axırında  şah Rizada ev kirayə etmək xahişimiz şəhribani rəisliyində rədd edildikdə, 

biz zindana salınmağımızı yeganə çıxış yolu sayıb bu haqda ərizə ilə müraciət etdik. Bundan sonra 

bizə başqa yerdə ev kirayə etməyə icazə verildi. Rozvelt xiyabanında Yusif adlı bir yəhudinin 

həyətində ikiotaqlı mənzili kirayə edib, polis nəzarəti altında ora köçdük. Maddi vəziyyətimiz 

getdikcə ağırlaşır, pullumuz qurtardı. Bizim vəziyyətimizin aydınlaşdırılması haqda etdiyimiz 

müraciətlər nəticəsiz qaldı, fəqət tiryəki nəzarətçilərin sayı azaldılıb 4 nəfərdən 2 nəfərə endirildi. 

Hər gün demək olar ki, bizi istintaq edib, sorğusuala tutsalar da, həbsə alınmağımızdan və ya azad 

olmağımızdan xəbər yox idi. Bizə çox məxfi yolla gətirilən xəbərlərdən məlum olurdu ki, bəzi 

ruznamələr bizim haqqımızda olmazın yalan, şayiə və böhtanlar yazırdılar. Yaxın günlərdə edam 

olunacağımız haqda da yazılar verilmişdi. Bu vəziyyətdə ağaye Şəbüstəriyə qızı və dövlət 

qulluğunda olan (hərbiçi idi) oğlu teztez baş çəkməyə gəlirdilər. 

Bizim xariclə əlaqəmiz yalnız Bikəxanım və ağaye Şəbüstərinin qızı Tələt xanım vasitəsilə olurdu. 

  Mən əlacsız qalıb bizim üzərimizdə nəzarətə rəhbərlik edən ağaye Fərivdindən Qəvama yazdığım 

ərizəni ona çatdırmasını xahiş etdim. Ərizədə yazdım ki, günahımız qoşun Təbrizə gələnə qədər 

imkanımız daxilində şüluxluğun, qətl və qarətin qabağını almağımızdırmı, qoşun Bostanabadda, 

Qaraçəməndə və Şibli gədiyində fədailərlə üzüzə dayanarkən qardaş qanının tökülməsinin 

qabağını almağımızdırmı? Qəvama ev dustaqlığında saxlanılmağımın səbəbini bizə bildirməyi 

yazsam da cavab verilmədi. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə