O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

açıqsöz 

55 


keçdiyini başa düşən bir adam kimi ayrıldım. 

Tehranda qaldığım müddətdə oradakı azərbaycanlı azadixahlarla, azərbaycanlı tacirlərlə, 

Azərbaycandan qaçmış mülkədarlarla, ruznamənevislərlə (qəzet müxbirliyi), Şuraye İttihadiyənin 

(Həmkarlar İttifaqı Şurası) fəalları və üzvləri ilə görüşlərim oldu. Bu görüşlər haqda o zaman 

Tehran ruznamələri, o cümlədən "İrane ma", "Keyhan" , "Ettelaat", "Atəş" və s. müntəzəm xəbərlər 

dərc etmişlər. "İrane ma" ruznaməsində Tehrandakı azərbaycanlı azadixahlarla görüş haqda 

"doktor Cavid pişe həmşəhrihaye xod"' sərlövhəli yazısını oxuyarkən mənim dövlət orqanları 

tərəfindən çox diqqətlə izləndiyimi anladım. 

"Park hotel"də köhnə azadixah dostlarım (Əbülfəz Lisani, Ələkbər Kavə və s.) 150 nəfərlik bir 

qonaqlıq təşkil etmişdilər. Mən ağaye M.Firuzu da qəsdən ora apardım ki, sonra "vedrə 

bağlamasınlar". Buradakı iştirakçıların əksəriyyəti azərbaycanlılar idi. Onların çoxu Milli 

Hökumət və ADF haqda çox xoş sözlər deyib, milli ehsasat nişan verdilər. Ağaye M. Firuz da 

burada söhbət etdi. Mən axırda danışdım. Azərbaycandakı vəziyyəti, ADF başçılığı altında 

Azərbaycan Milli Hökumətinin tarixən qısa müddətdə gördüyü işləri saydım. Bilirdim ki, ADF heç 

vaxt təcziyə tələb deyil. Azərbaycandakı hərəkatı gözdən salmaq üçün bu qondarma əməl ortaya 

atılıb. Mən dedim ki, Azərbaycan İranın başıdır, bu baş İran istiqlalliyyətinin zaminidir. 

Tehranı tərk etməzdən əvvəl mənə radio ilə çıxış etmək təklif olundu və mən bu təklifi sözsüz 

qəbul etdim. Həmin çıxışın yazılı mətnini saxladığım üçün onu xatirələrim daxilində zikr etmək 

istərdim. 

 

 



TEHRAN RADİOSU İLƏ ÇIXIŞIM: 

"Əziz həmvətənlər! Mən çox şadam ki, Azərbaycan nehzətinə müxalif olanların, bu nehzəti 

macəracuların, təcziyə tələblərin hərəkatı adlandıranların düşüncəsinə zidd olaraq Tehran radiosu 

ilə Azərbaycan xalqı adından iranlı qardaşlarımın hüzurunda danışıram. 

'"Doktor Cavid öz həmyerliləri qarşısında". 



açıqsöz 

56 


Azərbaycan nehzəti əvvəldən mürtəcelər və nasaleh İran hökuməti əleyhinə başlanmışdır. Bəzi 

mürtəce ünsürlər bizi təcziyə tələb (İrandan ayrılma) adlandırıb, olmazın iftiralarını yağdırdılar. 

Mərkəzi dövlət ilə bağladığımız qərardad göstərdi ki, biz heç vaxt təcziyə tələb olub Azərbaycanı 

İrandan ayırmaq istəməmişik. Azərbaycanlılar həmişə İranın azadlığı və rahatlığı yolunda 

çalışmışlar və altı ay yarım ərzində bu nehzətin İranın nicatı, həqiqi demokrasiyaya çatmasından 

başqa bir niyyəti olmamışdır. Azərbaycan azadixahlarının istəkləri qanunəsasi çərçivəsindən kənar 

deyildi. O öz elamiyyələrində yazıb mərkəzi hökumətdən istədiklərini tələb etsə də, hökumət 

bunları qəbul etməkdən boyun qaçırdı. Azərbaycan azadixahları naçar qalıb öz azadlıqlarını öz 

əllərinə aldılar. Azərbaycanlılar, heç vaxt razı ola bilməzdilər ki, Səttarxan, Bağırxan, Heydər 

Əmioğlu və Xiyabaninin qanı bahasına alınmış məşrutə bir dəstə mürtəce və macəraçıların alətinə 

çevrilə. Azərbaycanlı azadixahların zindana salınmasına, hüququnun pamal olunmasına 

soyuqqanlıqla tamaşa etməyi bacaranmazdı. Keçmiş hökumətlərin Azərbaycanın istəklərinə diqqət 

ayırmaması böyük Azərbaycan nehzətinin yaranmasına səbəb oldu. Azərbaycan əvvəlcə Əyalət 

Əncümənin, vilayət və şəhər əncümənlərinin yaranmasını və zülmlərin aradan getməsini mərkəzi 

hökümətdən istəyirdi. Azərbaycan azadixahlarının əvvəlcə məhəlli olan taktikası sonra məlum 

oldu ki, kamilən düz və yerində olan bir taktika idi. 

Azərbaycanlılar öz nehzətlərindən sonra az bir müddətdə bacardıqları işləri, fövqəladə islahatları 

həyata keçirdi. O cümlədən, danişqahın (universitetin) təsisi, yeni mədrəsələrin açılması, 

pərvərişqahın düzəlməsi, təzə karxanaların təsisi, keçən hökumətlər dövründə xəyanət və sui 

istifadə nəticəsində bağlanmış karxanaların yenidən işə salınması, yolların təmiri, yeni şosse 

yolların çəkilməsi və bu kimi xalqın dərdinə dəyən işlərin görülməsi dediklərimizə əyani sübutdur. 

Azərbaycan xalqı az müddətdə sübut etdi ki, bu xalqda nəinki öz işlərini islah etmək istedadı 

vardır, həm də o, İranın azadlığı üçün ələmdar (bayraqdar) olmağa layiqdir. 

Ağaye Qəvamül səltənə iş başına gəldikdən sonra Azərbaycan azadixahlarını danışığa dəvət etdi. 

Azərbaycanlılar dövlətin və ağaye Qəvamül səltənənin hüsnniyyətinə və etimadına inanıb 

kəmalerəğbət və meyl ilə danışığı qəbul etdilər. Bununla da azərbaycanlılar iranlı qardaşlarına və 

dünyaya isbat etdilər ki, bu millət İranın azadlığından başqa bir şey istəmir, başqa niyyəti də 

yoxdur. Ağaye Qəvam tərəfindən ağaye Firuzun Təbrizə gəlməsi və qərardadın imzalanması İran 

azadlığı və vəhdəti yolunda götürülmüş addım idi. 



açıqsöz 

57 


Əziz həmvətənlər ! Mən Azərbaycan azadixahları adından bütün iranlı qardaşlara xitab olaraq 

deyirəm: 

Azadixahlar, ey qəyur iranlılar, məmləkətin azadlığı və xoşbəxtliyi üçün birlikdə çalışın! Heç vaxt 

ittihad və birliyi özünüzdən uzaq etməyin! Səy edin gələcək 15ci Məclisə həqiqi və azadixah 

vəkillər seçəsiz ki, onlar zamanın sifarişi ilə qanunlar tərtib etsinlər, demokratiyaya və müasir 

üsullara müvafiq olsunlar, bununla da məmləkətin tərəqqi və inkişafına daha artıq kömək etsinlər! 

Biz azərbaycanlılar necə ki, tarixi dövrlərdə azadlığı ələ almaqda birinci cərgədə ələmdar olmuşuq, 

bundan sonra da azadixahların birinci cərgəsində olacağıq. Cənab Əşrəf Qəvamın 

üsuldemokrasisini müdafiə etməyə hazırıq. Dövləti radiodan Hizbedemokrasinin təsisi haqda elan 

isbat edir ki, cənab Qəvam demokrasi üsulunu təqib edir. Cənab Qəvam demokrasi üsullara əməl 

edərsə bütün azadixahlar, xüsusən Azərbaycan azadixahları onu müdafiə edər və bununla da 

azadlıq əleyhinə olan mürtəcelərin nəqşələri aradan aparılıb məhv və nabud olar. 

Yaşasın İran azadixahlarının ittihadı (birliyi)! 

Yaşasın müstəqil İran! 

Yaşasın Azərbaycan xalqı ki, İran azadlığının ələmdarı olmuş və yenə olacaqdır!" 

Ustandar kimi Tehrana dəvət oluumağım, təsdiqim və burada müxtəlif dövləti məqamlarla və 

ayrıayrı dairələrlə görüşlərim 17 gün çəkdi. Qatarla Təbrizə dönərkən mənimlə birlikdə mərkəzi 

dövlətin bir komsionu da gəlirdi. Mərkəzi dövlətdən etdiyim çoxlu tələb və təkliflər müqabilində 

nağdlaşan ustandar və Təbriz fərmandarlığına verilən minik maşınları oldu... 

 

 



TEHRANA NÖVBƏTİ SƏFƏRİM 

Təbrizdə AMH ilə mərkəzi dövlət nümayəndəsi ağaye Firuz arasında imzalanmış qərardadda bir 

sıra məsələlər tam həll olunmamışdı, mübahisəli maddələr, düzəlişlərə ehtiyacı olan nöqtələr var 

idi. Bu haqda Tehranla qəti və son danışıqlar aparmaq üçün Azərbaycan nümayəndəliyinin 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə