O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   20   21   22   23   24   25   26   27   28

açıqsöz 

82 


Milli nehzətdən sonrakı xəfələnmiş mühit, ən başlıcası təqib, zindan, xəfıyyə izləmələri məni 

siyasi mübarizə meydanından ədəbi mübarizə meydanına atdı. Buna görə mən meylimi 

Azərbaycan dili və ədəbiyyatına, xüsusən folklor sahəsinə saldım. Bir müddət əvvəl dediyim kimi 

şer də yazmağa həvəs göstərirdim. Bir neçə dəftərə yığılmış şerlərimin üzərində işləmək üçün 

bişmiş bir ələ ehtiyac vardı. "Xatirələrim" başlığı altında yazdığım qeydlərin də üzərində işləməli 

və bəzi təshih və dəqiqləşdirmələr aparmalıyam. Lakin hiss edirəm ki, hövsələm və həvəsim azalıb, 

teztez darıxıram, bikefsizlik, övladlarımdan ayrı düşməyim, mühitin darlığı boğur məni. Deyəsən, 

həsrətini çəkdiyim günü görə bilməyəcəyəm. Allah bilən yaxşıdır. 

Hələlik yazdığım əsərlərin adlarını çəkirəm: 

Fədakarane fəramuş şodeye azadi (5 kitab), Tehran, 1345, 1346, 1358, 1351. 

Nehzəte Məşrutiyəte İran və Nəqşe azadixahane cahan, Tehran, 1347. 

Azərbaycan milli nehzətindən xatirələrim, Tehran, 1358, 1359. 

Dostlarla görüş (ədəbiyyat müntəxəbatı), Tehran 1359. 

İran sosialdemokrat firqəsinin tarixi (əlyazması) 

Tağuti dövründən xatirələrim, Tehran, 1358. 

Nehzəte milli haqqında Amerika Xarici Vizarətinin (nazirliyinin) məktubları (əlyazması). 

Do qəhrəmane azadi (Səttarxan və Bağırxan haqqında). Tehran (ilsiz). 

Nümunehaye folklore Azərbaycan, Tehran, 1344. 

Azəri folklor səhifələri, Tehran, 1359. 

Azəri dilinə məxsus sərf və nəhv, Tehran (ilsiz). 

Tapmacalar, Tehran, 1358. 

Gülçöhre biçəra mord(xətəre diftiri)Tehran, 1340. 

Rahnomaye pərvəreşe kudəkan (Ici cild), Tehran 1344. 



açıqsöz 

83 


Səlamətiye kudəkan ra hefz konid (2ci cild), Tehran 1346. 

Diabet (Mərəze qənd), Tehran 1351. 

İstemale doxaniyat və Sərətan, Tehran 1354. 

"Xatirələrim" başlığı altında qeydləri buradaca bitirməyim və onun çap olunmasına səy etməyim 

lazımdır. Əgər bu niyyətə çatmaq mənə qismət olmasa, yaxın dostlarım yəqin ki, iqdam edərlər. 

Xatirələrimlə bağlı yazdıqlarımın surətini Bakıdakı böyük oğlum Azada da çatdırmışam. Bu işdə 

mənə kömək edənlərə minnətdaram. Xatirələrimdən əlavə mənim çoxlu yazılarım çap olunub və 

xeyli yazılarım sandıqda qal maqdadır. Əcəldən macal olsa, mən onların hamısını toplayıb kitab 

şəklində çap etdirəcəm. İnşaallah! 

Doktor Salamulla Cavid Tehran, 13521360 

 

 

XATİRƏLƏRİMDƏN 



( Əlavələr) 

Tarix boyu dünyada baş verən inqilablardan danışmayıb, yalnız son 100 ildə Azərbaycanda baş 

verən inqilabları tədqıq etsək, görərik ki, bu inqilablarda ruhanilərin rolu önəmli olmuşdur. 

Zəhmətkeş təbəqə bu inqilablarda ağır zəhmət çəkmiş və fədakarlıq etmişdir. 

1269cu (1890) ildə baş verən "Reji" cərəyanını nəzərə alsaq, bu da öz növbəsində istibdad və 

imperializmin əleyhinə qovzanan bir inqilab olmuşdur. Bu inqilabda bütün təbəqələr, hətta 

qadınlar da iştirak etmişdir. Təbrizdə Zeynəb Paşanın rəhbərliyi ilə qovzanan və böyük 

fədakarlıqla görülən işlər heç zaman unudulmaz. Hətta indi də zirək qadınları Zeynəb Paşa ya 

oxşadırlar. Bu inqilabda Miızə Riza Şirazinin Təmbakuni təhrif edib, fitva verməsinin təsiri 

fövqəladə idi. Iranda böyük kiçik, qadınkişi, yoxsulvarlı, bir sözlə hamı duxaniyatdan (siqaret 

çəkməkdən) əl çəkdi. Hətta şahın hərəmxanasında (sarayında) olan qadınlar qəlyanları sındırıb, 

duxaniyatı boşaltdılar. 




açıqsöz 

84 


Əgər İranın Məşrutə inqilabı təcziyə (tədqiq) edilsə, orada aıtıq ruhanilərin gözə çarpan nəqşləri 

müşəxxəs ohıı. Habelə, zəhmətkeş təbəqəııin fəaliyyəti və fədakarlığı aşkara çıxar. Ruhanilərdən 

Nəcəfdə olan alimlər  Hücətülislam axund molla Kazım Xorasani, Hacı Mirzə Abdulla Mazanda 

rani, Ağayi Tehrani, Tehranda qabağa düşən Seyid Məhəm məd Təbatəbayi, Seyid Abdulla 

Behbehani və ya Təbrizdə mərhum şəhid Siqqətülislamm fədakarhğı unudulmaz. Məşru tənin 

əvvəlində bütün təbəqələr, ruhanilər, zəhmətkeşlər, əsnaf, tacir, hətta malıklər istibdadın rişəsiııi 

(kökün) qazmaq üçt'ın çalışırdılar. Təbrizdə məşrutə başçılaıı, Səttaıxan, Hey dər Əmioğlu, 

Bağırxan, Hüseynxan Bağban və başqaları zəhmətkeş təbəqədən idilər. 

Rəştdə və İsfahanda zəhmətkeş təbəqədən əlavə malik lərdən də məşıutə üçün çalışanlar var idi 

(İsfahanda Bəxtiya ıilər, Rəştdə Sipahda). Məşhəd, Şiraz, Zəncan, Qəzvin, Oı dəbil, Xalxal və 

başqa şəhəıiəıdə, hətta kəndlərdə belə məşrutə təıəfdaıiarı az deyildi. 

Əlbəttə, inkar etmək olımız ki, mütləq istibdadın kökii qazıldı. Maliklər höküməti əb alıb məşrutə 

adına illər boyu hökmranlıq etdilər. Bunun təfəırüatı başqa tədqiqatçılar tərə fındən yazılıb. 1917ci 

ildə Rusiyada olan inqilab nəticəsində çar dövləti aradan getdi və hökiimət zəhmətkeş təbəqənin 

əlinə düşdü. İranda çar zülmü qurtardı. Şuralar höküməti İranda olan bütün çar Rusiyası 

iıutiyazlannı ləğvetdi. İraııda azadlıq meydana gəldiyi i'ıçün Gilanda Mirzə Kiçik xan, Ehsanulla 

xan ıəhbəıiiyi ilə inqilab başlandı ki, bunun da təfərıüatı kitablarda yazılmışdı. 

Təbrizdə Şeyx Məhəııınıəd Xiyabani inqilabı və Lahııti üsyanı araya gəldi. Xorasanda Kolnel 

Məhəmməd Tağıxan Pesyan qiyanı etdi. Bu inqilabların məqsədi istibdadı aıadan qaldırmaq və 

tranda imperializmin rişəsini qazmaq idi. Təəssüflər olsun ki, bu inqilablaıın heç biri öz məqsədinə 

çata bilmədi. Buııun səbəbləıi bir çox tədqiqatçılar təıəfindəıı kitab və əsəıiərdə tədqiq 

olunmuşdur. İnqilablar aradan getdiləısə də inqilabçıların inqilabi səciyyələri İran xalqlarma öz 

təsirin buıaxdı və xalqın gözünü açdı. Dünya imperialistləri inqilab Iarı aradan qaldırmağa qane 

olmayıb, xalqlaı ı əsarətdə saxla mağa nəqşələr çəkdilər. İngilisləı öz inanmış nökəıiəri Seyid 

Ziyəddinin.əli ilə Riza şahı iş başına gətirdilər. Riza şah öz ərbablarınm buyurduğu kimi əvvəl 

özünü azadlığa tərəfdar göstəıdi. Ruhanilərə hörmət qail oldu. Məhərrəmlikdə əzadar hqda iştırak 

edib, hətta ayaqyalm dəstə qabağına düşdii. Vəli, bu vəziyyət çox davam etmədi. 0, həqiqi 

mahiyyətini aşkara çıxarıb bütün azadlıqları aradan qaldırdı. 

Üləma (din xadimləri) təhqir olunub, əzadarlıq məhdud laşdırıldı. Beləliklə, 20 ilə yaxın quldurluq 



açıqsöz 

85 


və zor hökııməti Riza şah vasitəsilə yarandı. Onun dövründən çox keçmədiyi üçiın yaşlılaı* özləı i 

həmin hadisələrdə olmuşlar. İslam inqilabından sonra geniş suıətdə onun özünün və oğlunıın 

xəyanətləıi yazılnıışdır. Riza şah istibdadı II Di'ınya Müharibəsi nəticə sində aradan qalxdı. 1320ci 

(1941) ildə müvəqqəti surətdə nisbi azadlıqlar yarandı. Tehraııda və başqa əyalətlərdə cəmiy yətlər 

və hizblər təşkil olundu. Azərbaycan başqa əyalətlərə nisbət daha aıtıq təzyiq görmüşdiı. Dil və 

milləti ustandar (əyalət hakimi) mustofilər və Mohseni kinıi rəyisfəıhəngilər (təhsil idarəsinin 

rəisi) lərəfindən ləhqir olunmuşdu. Ona görə də Azərbaycan təşkilatlan daha artıq ciddiyyət ilə 

fəaliyyətə başladı. Başqa təşkilatlar ilə birlikdə 1324ci (1945) ildə Azər baycan Demokrat Fiıqəsi 

təşkil olundu. Azərbaycan Demok rat Firqəsi mərkəzi hökıımətdən əyalət və vilayət əncümən 

lərinin (əyalət və vilayət şurası) təşkilini (əsas qanunda aydın şəkildə yazılmışdı) istədi. Təəssüfləı 

olsun ki, bu problemə etina olunmadı. Azərbaycan xalqı təngə gəlib 1324cü (1945) ildə 21 Azərdə 

Azərbaycanda höküməti ələ alıb, İran hüdu dunda İran istiqlaliyyətini qoıumaq ilə muxtariyyət 

elan etdi. Zikr olunan mövzu dəfələrlə Azərbaycan höki'ıməti başçılaıı və firqə məsullaıı tərəfindən 

məıkəzi hökumətə yazıldı və deyildi. 

Azərbaycan nehzəti milli bir nelızət idi. Burada bütün təbəqələr, hətta bəzi vətənpəıvər maliklər 

iştiıak etmişdilər. Vəli nehzətin əsl məqsədi zəhınətkeşlərə kömək etmək, kəndlilərin rahatlığına 

çalışmaq idi. Necə ki, az müddətdə bir çox işlər ilə birlikdə xalisə yeıiəıdən əlavə, əksinqilabçı və 

tağuti maliklərin yeıiəri kəndlilər arasında bölüşdııri'ıldü. İş başmda olanların çoxu ınüstəzəf 

(zəhmətkeş) idilər. 

Məıkəzi hökumət bir müddətdən sonra hiylə ilə Azər baycan Milli Hökıımətinin istədikləriııin 

çoxunu qəbul etdi. Vəli Amerika imperialist höküməti pərdə dalında (bəzən aşkara) İran mərkəzi 

hökümətini idarə ediıdi. O, mərkəzi hökuməti məcbur etdi ki, Azərbaycaıı nehzətini aradan apar 

mağa əməl etsin. İngilis və amerikalılarııı nəqşəsi və köməyi ilə məıkəzi dövlət öz vədinə xilaf 

çıxaıaq Azərbaycaııa silahlı qüvvələr ilə hücum etdi. Minlərcə azadixah azərbaycanlıları qırdı və 

milyaıdlar ilə mali xəsarətə səbəb oldu. 

Demokratlar haqqında olmazın töhmətlər yazıldı və deyildi. Ən böyük yalanı Qəvvamülsəltənə öz 

bəyanatında elan etdi. Onuıı yazdığıııdan belə məlum olur ki, demokratlar Zəncan kəndlərini 

(Hüseynabad, Qaruş, Mərdladan, Zəıri nabad) qarət etmişlər. Əslində bu deyilənlər əksinə 

olmuşdu. Mərhum səı həng (polkovnik) Mıırtəzəvi və Qulamhüseynxan Aslanqulunun 

dediklərindən aydın olur ki, o kəndlər Milli Hökumətin sııqutundan iıç ay qabaq demokratlar 




açıqsöz 

86 


tərəfindən boşalmışdı. Bu kəndlər Tehran dövləti tərəfindən olan Zülfuqarilərin əli ilə qarət 

olıınmuşdu. Bu kimi yalanlar və löhmətlər demokıatlar haqqında çox yazılmış və deyilmişdi. 

Belə ki, Vüzarətedarayi (Maliyyə Naziıiiyi) təıəfindən Səba Azərbaycandakı bankların təftişinə 

gələndə 11 milyon tümən pulu banklarda görııb təəccüblə deyir: " O ki, şayə etmişdilər 

demokratlar xalqı qarət edib, onlar hətta banklarda olan pullarını belə apaı mayıblar". 

Azərbaycan Milli Hökuməti bütün işləı i ilə biıiikdə dini və mozhəbi ehsasata da öz ehtirammı 

göstərmişdi. Hətta uşaqlar məktəblərdə dərs başlanmazdan əvvəl hər gün aşağıda qeyd olunaıı 

şeyləri oxuyub, dorso başlayırdılar. 

"Ey bizi yoxdan yaradan, Tanrımız! Sən bizə lütfünlə inayət elə. Bizləri dıızgün yola, düz işləıə 

qüdıəti zatınla hida yət elə. Bizləıə tofiq ki, təhsil edək, elmi ədəblə bizə zinət elə. Xidmot edok biz 

anamız yurduna, sən də onu hifzihimayət elə. Pak fıkir, aydın ürək, sağ bədən, bizlərə şəninlə 

kəıamət elə". 

Azərbaycan ııehzətinin mıısbət işləri haqqında bəzi nu munələr İslam inqilabından sonra qərəzsiz 

yazıçılar tərəfindən yazılmışdır. 



"Əncüməne Azərbaycan " jurnalı, Tehran 1360 (1981) 

 

 



QƏLƏM DÜŞMƏN ƏLİNDƏDİR 

Əhali arasında belə bir deyim var: "Qələm düşmən əlindədir". Bu məsəlin həqiqəti vardır. Bir çox 

yerdə bu həqiqəti görmək olar. Bu variantdan dəfələrlə İranın mərkəzi hökuməti tərəfindən 

Azərbaycan milli hərəkatlarında istifadə olunubdur. Fars şovinistləri dönədönə Azərbaycanın milli 

nehzətlərinə böhtan atmaqla məşğul olublar. Əgər Məşrutə hərəkatına baxsaq görərik kı, hərəkatın 

ilk günlərində Azərbaycanın azadlıqsevərlərinə, nehzətin rəhbəri Səttərxana və İctimaiyun 

firqəsinə də belə töhmətlər vurulubdur. Bu vaxt Azərbaycanda farscatürkcə çıxan "Müsəvvər" 

jurnalı şovinistlər tərəfindən tənqid edilirdi ki, niyə Azərbaycan dilində yazırsınız? Şeyx 

Məhəmməd Xiyabaninin qiyami nəticəsində yaranan Azadistan da tənqid olunurdu ki, niyə 



açıqsöz 

87 


Azərbaycana Azadistan deyilir? Halbuki, mərhum Xiyabani bu hökumətin adının Şimali 

Azərbaycan hökumətinin adı ilə oxşar olmasını istəmirdi. 

Azərbaycan Milli Hökumət ki, Azərbaycan xalqının fədakarlığı ilə yaranmışdı və böyük fəaliyyəti 

var idi, onu da tənqid edir, böhtan ataraq deyirdilər ki, guya İranın istiqlal və ərazi bütövlüyü ilə 

müxalifətdədir. Halbuki, Milli Məclisin (Əyalət Əncüməninin) nümayəndələri İranın istiqlal və 

bütövlüyünü qorumaq üçün "Quran"a and içirdilər. Bu bir həqiqətdir ki, nehzətin rəhbərlərindən 

heç birinin məqsədi Azərbaycanı İrandan ayırmaq deyildi. Ancaq Məşrutə qanunun (29, 90, 91, 92 

və 93) maddəsinə əsasən əyalət əncümənlərinin bərpasını istəyirdilər. 

Azərbaycan milli hərəkatına başqa bir böhtan da atırdılar. Guya ki, bu hökumət dinə, məzhəbə 

hörmət və sayqı ilə yanaşmır. Bu boşboğazların ittihamlarına məktəblərdə səhər duasının 

oxunması dişsındırıcı cavabdır. Ayrıayrı böhtanlar ki, Milli Hökumət və onun rəhbərlərinin 

haqqında deyilib, ümumiyyətlə, həqiqətdən uzaqdır. Azərbaycan hərəkatına mənfı münasibət 

bəsləmələrinə baxmayaraq, milli nehzətin bir sıra əleyhdarları eləyə bilmədilər bir para həqiqəti 

deməkdən çəkinsinlər. 

"Keçmiş gələcək yolun çırağıdır" adlı kitabı yazanlar o kitabın 391ci səhifəsində qeyd edirlər ki, 

"Azərbaycan milli hərəkatının rəhbərləri əsl azadlıq istəyənlər və hamısı savadlı, təmiz, düzgün 

şəxsiyyətlər idilər. O cümlədən, Pişəvəri, Cavid və Şəbüstərinin belə şəxsiyyətlərdən olmasına 

düşmənlər şübhə etmirlər". Onlar heç vaxt xalqın mal və sərvətinə toxunmamışlar. Bu haqda 

deyilən və yazılanlara gənclər tez inanmamalıdırlar. Qərəzsiz şəxslərdən soruşub, tədqiq edib, bu 

mövzunu aydınlaşdırmalıdırlar. 

İndi burada səhər məktəblərində oxunan duanı olduğu kimi sizlərə çatdırırıq: 

Ey bizi yoxdan yaradan, Tanrımız! 

Sən bizə lütfünlə inayət elə. 

Bizləri düzgün yola, düz işlərə   

Qüdrəti zatınla hidayət elə. 

Bizlərə tofiq ki, təhsil edək  




açıqsöz 

88 


Elmi ədəblə bizə zinət elə 

 Xidmət edək biz anamız yurduna   

Sən də onu hifzihimayət elə. 

Pak fıkir, aydın ürək, sağ bədən, 

Bizlərə şəninlə kəramət elə. 

"Varlıq" 1358. Xordad, M 2 (s.5657) 

 

 



Doktor Cavidin Vəsiyyətindən 

Haqdır, bir gün yaranan, bir gün də öləcəkdir. Tədqiqatçılar insanın orta yaşayış həddinin 70 il 

olduğunu deyiblər. Mən isə 86 yaşıma çatmışam. Ölümdən qorxmuram. Əlil olmaqdan qorxuram. 

Düşmənlərim üçün də əlil olmağı arzu etmirəm. 

55 illık həkimlik fəaliyyətimdən sonra vardövlətim ancaq iki dank (binanın üçdə bir hissəsi) 

yaşayış evindən ibarətdir. Bu mülk ölümümdən sonra, qanuna əsasən varislərimin arasında 

bölünsün. Üçdə bir hissəsi Heydər Əmioğlu kitabxanasının abadlaşdırılması üçün Təbriz Milli 

Kitabxanasına verilsin, həmçinin Şeyx Əbdül Kərimin köçürtdüyü "QuraniKərim"in çapı üçün 

xərclənsin. Hacı Səttar ağadan xahiş edirəm ki, əgər varislərimdən İranda olanı olsa, mənim 

vəsiyyətlərimə aşağıdakı kimi əməl etsinlər. 

1.

 

Mənim cənazəmi Təbrizin "Vadirəhmət" qəbristanında, ailəvi yerimizdə dəfn etsinlər. 



2.

 

Mənim üçün yas məclisi qurulmasın. Ehsana çəkilən xərc yoxsullara verilsin. 



3.

 

Sərvətimin üçdə biri kitabxananın təkmilləşdirilməsi və "Quran"ın çapı üçün sərf olunsun. 



4.

 

Paltarlarım yoxsullara paylanılsın. 



5.

 

Tibbi ləvazimatım Tehran və Təbriz universitetlərinin tibb fakültəsində oxuyan yoxsul 



tələbələrə verilsin. 

6.

 



On min tümən və bir bahariazadi (azadlıq bahan) sikkəsi Hacı Səttar ağa Həyatinin yanında 


açıqsöz 

89 


əmanət kimi qoyulub, dəfn mərasimi üçün sərf olunsun. Həmçinin 5 min tümən Ayətulla 

Çərəndabinin yanında əmanət olaraq mövcuddur, dəfn mərasimi üçün lazım gələrsə istifadə 

olunsun. 

Yuxarıdakılara bunlar əlavə edilsin: 

1.

 



Bikəxanım vəfat etdiyindən onunla birgə topladığımız ev əşyaları varislərimin arasında 

bölünsün. 

2.

 

Zeynəb xanımın (II həyat yoldaşım) gətirdiyi vəsait və əşyalar özünə qaytarılsın (bu 



vəsaitin siyahısı Zeynəb xanımdadır). 

3.

 



Zeynəb xanımın kəbini nikah qanununa əsasən ölümümə qədər əgər verilməyibsə, bu 

məbləğ ona qaytarılsın. 

4.

 

Mənim ölümümdən sonra Zeynəb xanım istəyərsə bizim evin vəziyyəti aydınlaşana qədər 



mənzildə (Bikəxanım və mənim evimdən söhbət gedir) vəsait dolu iki otaqda yaşaya bilər. 

5.

 



Kitabxanamın Təbrizin milli kitabxanasına hədiyyə verilməsinə aşağıdakı dostlar nəzarət 

edə bilərlər: Hacı Səttar ağa Həyati, ağayi Şeyda, ağayi Məmmədəli Fərzanə, ağayi 

Mühəndis Vəhdi Pur və iranda olacaq oğlanlarım. 

6.

 



Ağayi Əli Müvəhidipuru bu işlərə vəkil edirəm. 

Mən Əli Müvəhidipur vəkil olmağa hazıram

Doktor Salamulla Cavidin Vəsiyəti (Təbriz) 01, 02, 1986 

 

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə