O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   20   21   22   23   24   25   26   27   28

açıqsöz 

79 


siyasi vəziyyətimə və həbsə düşməyimə görə adamlar, hətta həmşəhrilərim belə müayinə və 

müalicə üçün çox az müraciət edirdilər. Bir gün rəhmətlik Hacı Ələkbər Əbrişəminin qardaşı məni 

görüb dedi: "Doktor, siz həbsdə olanda dadaşım (qardaşım) rəhmətə getməzdən əvvəl vəsiyyət etdi 

ki, onun varidatından bir miqdar kasıbkusubun dava dərman almasına xərclənsin. O, bu işin ancaq 

sizin davaxanaya yazdığınız nüsxələr əsasında aparılmasını və hər ayın sonunda pulun hesablanıb 

davaxanaya pərdaxt (ödənilmə) olunmasını vəsiyyət edib. Rəhmətliyin bu vəsiyyəti imkansız 

xəstələrə dərman almaqda əhəmiyyətli kömək olmaqdan başqa, mənim də qolumdan tutdu. 

Davadərman məccanı olduğundan xəstələrin sayı günbəgün artırdı. 8 il mən beləcə işlədim, iqtisadi 

vəziyyətimdə xeyli irəliləyiş oldu. 

Yuxarıda dediyim kimi, mən cəbhəni dəyişdim  siyasi fəaliyyətdən ədəbielmi fəaliyyətə keçdim. 

Dostlarım və həm fikirlərimlə məsləhətləşib "Azərbaycan dilinin sərf və nəhvi" kitabını hazırladıq, 

1334cü ildə çapa verdik. Azərbaycan dilində kitab çapı qadağan olduğundan kitabın üzərində 

adımızı yox, şərti "Cad" imzasını qoyduq. Sıralarımıza gələnlərin sayı artırdı. Mərhum Nəsrulla 

Fəthi, Əli Azəri, doktor Katibi, Mirmehdi Etimad, Bağçaban, Qaraçorlu, Fərzanə və s. görüş və 

toplantılarda xüsusi fəallıq göstərirdilər. Nəsrulla Fəthinin hazırladığı "Yadi əz Heydərbaba" kitabı 

çap edilib, oxuculara çatdırıldı. Bu kitabda N.Fəthinin müqəddəməsindən əlavə mərhum 

Bağçabanın, Əli Azərinin, Katibinin, Fərzanənin məqalələri "Rövşən" imzası ilə 1343cü ildə çapa 

getdi. 


1340cı ildən (1961) başlayaraq ədəbi məclislərin və ora gələnlərin sayı durmadan artmağa başladı. 

Bu işdə qorxulu cəhət o idi ki, rejim məmurları aramıza casus sala bilərdi. Əsgİm tüstülü 

olduğundan bu mənə baha başa gələrdi. Ona görə də, belə bir qayda qoyduq ki, məclisimizə gələn 

hər bir yeni adama məclis üzvlərindən biri zəmanət versin. Gənc şairlərin şerləri Qaraçorlu 

tərəfindən islah edilirdi. Şer bölməsində Səhəndin zəhməti böyük idi. Mən 1343cüildə (1964) "Dili 

təkbaşına öyrənmə" kitabını, ondan bir il sonra "Folklor nümunələri"ni çox çətinliklə çap etdirə 

bildim. 1347 ci ildə M.Etimad evində istedadlı şair Dəst Pişini bizimlə tanış etdi. Şair Məcidzadə 

(Savalan), aşıq İbrahimpur, Milli Hökumət şairlərindən Müzəffər Dirəfşi dəstəmizə qoşuldular. 

Görüşlər növbə ilə evlərdə keçirilirdi. Bəzən Bakıdan aldığımız "Ədəbiyyat və İncəsənət" qəzeti və 

"Azərbaycan" məcəlləsində (jurnalında) çap olunmuş şerləri əski əlifbaya köçürüb görüşlərdə 

oxuyurduq. Tehranda yaşayan biz azərbaycanlılar milli varlığımızı isbat etmək və dilimizi işlətmək 

üçün mübarizəmizi ədəbi görüşlər adı altında davam etdirirdik. 




açıqsöz 

80 


USTAD ŞƏHRİYARLA GÖRÜŞÜM 

Azərbaycandakı milli nehzətin suqutundan sonra ustad Şəhriyarın "Heydərbabaya salam" şeri 

qədər millətdə milli ı u hu dirçəldən ikinci bir qüdrət bəlkə də yox idi. Şəhriyar və onun ana dilində 

yazdığı şerləri təkcə Azərbaycanda yox, bütün İranda yaşayan türklərə qolqanad verdi. Buna 

baxma yaraq, Təbrizdəki mühit Şəhriyar üçün çox dar və sıxıntılı idi. Biz Tehranda yaşayan 

azərbaycanlılar onu bu mühitdən çıxarıb öz dövrəmizə gətirmək və ona daha geniş meydan vermək 

qərarına gəldik. Şəhriyarın Tehrana gəlməsi burada yaşayan azərbaycanlıların milli axara daha çox 

cəlb olunması demək idi. Deməli, Şəhriyarın Tehrana gəlməsi ədəbi cəm bədən (məqsəd) başqa 

siyasi cənbə də daşıyırdı. Bu gəliş Tehranlı azərbaycanlıların ittihadmı (birliyini) artırıb, onları 

birbirinə daha çox yaxınlaşdırardı. Bu məqsədlə qüdrətli və qeyrətli şairimiz Səhənd (Qaraçorlu) 

Təbrizə yollandı. Şəhriyar Tehrandakı dostları və pərəstişkarları adından Tehrana dəvət etdi. O, bu 

dəvəti qəbul etdi. 

1345ci ilin tir ayında Şəhriyar Səhəndlə bərabər Tehrana gəldi. Mərhum Qaraçorlu onu öz 

mənzilinə apardı. Şəhriyarın Tehrana gəlişi azərbaycanlıların buradakı ədəbi mühiti üçün böyük 

hadisə, toybayram oldu. Onun görüşünə təkcə biz azərbaycanlılar yox, həm də fars və digər 

xalqların tanınmış adamları, qüdrətli qələm sahibləri gəlirdilər. 

Şəhriyarın görüşünə mənə övladım qədər yaxın olan dostum Həsən Məcidzadə (Savalan) ilə 

getdim. Savalan Şəhriyarın Tehrana gəlməsi şərəfinə yazdığı gözəl şeri oxudu. Əli Maşmçının 

evində Şəhriyarın şərəfınə verilmiş qonaqlıq  ədəbi məclisə çevrildi, çoxlu şerlər oxundu, fikır 

mübadiləsi aparıldı. 

Şəhriyarın şərəfınə növbəti qonaqlığı mən düzəltdim. Şəhriyarı tanıyan şairləri və Şəhriyarla bağlı 

adamları bu ziyafətə dəvət etmişdim. Dəvət olunmayan, lakin Şəhriyarın şerinin ovsununda olan 

həmvətənlərim də bu ziyafətdə iştirak edirdilər. Şəhriyar qonaqlıqda mənə böyük lütf göstərib 

dedi. "Mən siz dostların dəvəti ilə Tehrana gəldim və bu gecə milli atamız doktor Cavidin 

qonağıyam". Bizim evdəki qonaqlıqda Məcidzadə, Xoşkabi və bir neçə cavan şair yazdıqları şerləri 

oxudular. Xoşkabinin yazdığı şer çox gözəl olduğundan təkrar etdirdilər. 

Şəhriyarın şərəfinə çoxlu qonaqlıqlar verildi. Doktor Katibi, doktor Rezvani, Şəhriyar şerinin 

çoxlu pərəstişkarları neçəneçə ziyafətlər, məclislər, şer gecələri düzəltdilər. Şəhriyarın Tehranda 




açıqsöz 

81 


qaldığı günlər Azərbaycan şeri günlərinə çevrildi. Mən, rəhmətlik Səhənd, Savalan, Xoşkabi, 

Katibi bu qonaqlıq və görüşlərin demək olar ki, çoxunda iştirak etdik. Şəhriyar bir neçə il Tehranda 

qaldıqdan sonra yenə sevimli şəhəri Təbrizə döndü. 

Şəhriyarın ikinci dəfə Tehrana gəlişini doktor Heyət təşkil etdi. Bu böyük cərrah, milli təəssübkeş 

insan Təbrizə şəxsən özü gedib Şəhriyarı Tehrana gətırdi. O, şairi bir neçə müddət öz evində 

saxladı və bizlərin əziyyətini qəbul etdı. Cavad Heyətin evinə, Şəhriyarın görüşünə gələn şairlər 

əvvəlki şer məclisini burada təkrarladılar. Bu dəfə oxunan şerlər dil cəhətdən daha təmiz və 

məzmunlu idi. 

Ağaye Heyətin evində Şəhriyar Səhəndə həsr etdiyi şeri oxudu, Məcidzadə oxunan şeri navara aldı 

(kasetə yazdı). 

Tehranda Dəı bəndin abhavası, evlərin görkəmi Təbrizi çox xatırlatdığından Şəhriyar burada ona 

mənzil tutmağı Heyətdən xahiş etdi. Heyət bu xahişi Səhəndə, Səhənd də mənə catdırdı. Mən 

seçdiyim evi Heyətə, Səhəndə göstərdim. Xoşlarına gəldi. Şəhriyar da evi çox bəyəndi. Evi ağaye 

Heyətin arzusu ilə onların evinin lap yaxınlığında tutmuşduq. Şəhriyarın Dərbənddəki evi bir gün 

də qonaqsız olmurdu. Şəhriyarın şərəfinə verilən qonaqlıqlar və düzələn məclislər ustadı lap əldən 

salmışdı. Görkəmli azərbaycanlı şərqşünas alim Rüstəm Əliyev də Şəhriyarın görüşünə gəldi. 

Rüstəm Əliyev gör kəmli alim idi. O, ana dilindən və ruscadan əlavə fars, ərəb, ingilis və fransız 

dillərini də bilirdi. Azərbaycan ədəbiyyatı ilə böyük əlaqəsi var idi. Firdovsini, Sədini gözəl bilirdi 

və onların əsərlərinin çapında xidmətləri olmuşdu. O, Şəhriyara böyük məhəbbəti olan insan idi. 

 

 



ÖZ YAZILARIM BARƏSİNDƏ BİR NEÇƏ SÖZ 

Mən peşə etibarı ilə həkiməm və bu sənətə böyük meyli, məhəbbəti olan adamam. Tibb üzrə 

mükəmməl təhsil aldığıma baxmayaraq, həmişə biliyimi artırmağa çalışmışam. Təbabətə aid təkcə 

yeni kitabları yox, bizdən əvvəlki alim və təbiblərin də yazdıqlarım mütaliə etməkdən zövq 

almışam. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə