O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

açıqsöz 

58 


Tehrana getməsi lazım oldu. Nümayəndəliyin tərkibi ADF MKda və Azərbaycan Əyalət 

Əncümənində geniş müzakirə olundu. Bu müzakirədə ictimaiyyətin bütün qişırlərindən 

(təbəqələrindən)  fəhlələr, kəndlilər, ziyalılar, ruhanilər, tacir və mülkədarların nümayəndələri 

şirkət edirdilər. Danışıqlar başa çatdırmaq və müştərək razılığa gəlmək üçün Tehrana aşağıdakı 

tərkibdə nümayəndə heyəti intixab olundu (seçildi): 

Salamulla Cavid  Azərbaycan ostdandır (nümayəndə heyətinin başçısı) 

Hacı Mirzəli Şəbüstəri  Azərbaycan Əncümənin rəisi 

General Mahmud Pənahiyan  Baş Qərargahın rəisi 

Sadıq Padiqan    ADF MK sədrinin müavini, Əncümən rəyasət heyətinin üzvü. 

Sərhəng Mürtəzəvi  hərbi işlər üzrə müşavir 

Mayor Toğrai  Hərbi Baş Qərargahın nümayəndəsi. 

Yuxarıda qeyd olunanlardan əlavə, Ələkbər Şəhabi 

nümayəndəliyin katibi təyin edildi. Sürücü Əbdül də bizimlə 

idi. Tehrandan xəbər gəldi ki, nümayəndəlik deyilən vaxt gəlsin. Mən arada olan vaxtdan istifadə 

edib ehtiyac və tələbləri öyrənmək üçün Sərab, Ərdəbil, Astara, Xalxal, Əhər, Meşkin şəhərlərinə 

səfər etdim, vəziyyətlə yerləldə tanış oldum. Əhərdən Təbrizə dönərkən Tehrandan xəbər gəldı ki, 

nümayəndəlik gəlsin. Ağaye Pisəvəri ilə görüşdüm, məsləhətləşdik, götürqoy etdik. Vəziyyətin 

ağırlaşdığı getdikcə bizə yaxşı məlum olurdu, fəqət çıxış yolunu tapmaqda çox vaxt fikirlər üstüstə 

düşmürdü. Qoşunun sakit gələcəyinə və intixabatın ədalətlə keçəcəyinə, azadixahlara cəza 

verilməyəcəyinə güman yox dərəcəsində idi. Öz gücümüzlə son qətrə qanımız qalana qədər 

vuruşmağa isə nə "dost", nə də düşmən yol verirdi. Bir sözlə, biz Tehrana düşərkən Azərbavcanın 

taleyi bilatəklif (təklifsiz, aydın olmayan) idi. Azərbaycan azadixahlar meydanda təklənmiş və hər 

tərəfdən hücum və fışara məruz qalmışdı. Belə bir vaxtda mənim başçılıq etdiyim nümayəndə 

heyəti Tehrana yollandı. 

Biz yola düşməzdən əvvəl Təbrizdə böyük bir cələsə (iclas, toplantı) oldu. Firqə məsulları, tacirlər, 



açıqsöz 

59 


İttihadiyyə (həmkarlar təşkilatı) nümayəndələri, əsnaflar, bütün zümrələr dən burada var idi. 

Hamıya öz fıkrini bəyan etmək imkanı verildi. Nümayəndə heyətinə başçılıq edən şəxs kimi mənə 

xeyli suallar verildi. Mən sualları cavablandırdım və dedim: "Heç vaxt Azərbaycanı və Azərbaycan 

xalqını unuda bilmərəm və mən hər hansı məqama Azərbaycan nehzətı' nəticəsındə çata bilmişəm. 

Çalışacağam ki, təsbit olunmuş müvafiqətnamə mücibincə (əsnasında) Azərbaycan xalqının 

mənafeyi qorunmaqla bərabər, Tehran dövləti ilə də dostluq rabitəsi yaransın və saxlanılsın". 

Biz 19 mordadda (avqust) Tehrana gəldik. İlk görüşümüz yenə ağaye Qəvamla oldu. Onunla 

birlikdə Müzəffər Firuz (baş vəzirin siyasi işlər üzrə müavini), Əmir Əhmədi (vəzire cəng  hərbi 

nazir), general Hidayət (sərləşkər  ordu başçısı) və general Rəzmara iştirak edirdi. Biz ilk görüşdə 

bağlanmış qərardaddan indiyədək haqqında razılıq əldə olunmamış hərbi problemləri, o cümlədən 

əfsərlik məktəbinin yaradılmasını, qoşunda verilən dərəcələrin (rütbələrin) müəyyənləşdirilməsini, 

azərbaycanlı sərbazların (əsgərin) Azərbaycanda qalıb xidmət etməsini, ordudakı hərbi rəhbərlərin 

və dərəcə (rütbə) sahiblərinin məsələsini müzakirəyə çıxartdıq. Müzakirə bir neçə gün çəkdi və 

razılıq belə oldu ki, hərbi məktəbdə oxuyanlar təhsillərini Tehrandakı hərbi məktəbdə davam etdirə 

bilərlər. Hərbi rütbələrin təsdiqi, azərbaycanlı sərbazların və qoşun rəislərinin, rütbəli hərbçilərin 

məsələsi sonraya saxlanıldı. Əslində qarşı tərəf bu məsələlərin müzakirəyə çıxarılmasını istəmirdi. 

Mənim və general Pənahiyanın təkidi onları məsələnin gündəliyə salınmasına razılıq verməyə 

məcbur etsə də, istədiyimiz nəticəyə yaxın bir şey alınmadı. Sonrakı görüşümüzdə nigəhbanlıq 

(jandarm) məsələsi müzakirəyə çıxarıldı. Bu məsələnin müzakirəsində Kürdüstan rəhbəri ağaye 

Qazi Məhəmməd də bizə qoşuldu. Bu müzakirədə ağaye Qəvam və Firuzdan başqa Sərtib Qolepira 

və sərhəng Mübəşşiri də iştirak edirdilər. Əvvəlki müzakirəyə nisbətən bu dəfə mübahisə az oldu. 

Razılaşdırıldı ki, Azərbaycan və Kürdustanda fədailərdən 4 min nəfər nigəhbanlığa qəbul edilsin. 

Nigəhbanlığın rəisi mərkəzdən, müavini isə Azərbaycan və Kürdüstan əncümənlərinin təqdimatı 

ilə mərkəzin təsdiqindən sonra təyin olunacaqdı. Qərara alındı ki, nigəhbanlıqla bağlı xərclərin 

yarısı mərkəzin hesabına, yarısı isə yerli büdcədən ödənilsin. 

Sonrakı görüşlərimiz maliyyə məsələləri ilə bağlı oldu. Bu görüş və müzakirələrdə maliyyə vəziri 

Həcir iştirak edirdi. Onun başçılıq etdiyi nümayəndəliyə gömrük, Darai, Dəmir yol idarəsi, 

mühasibat bölməsi məsulları da daxil idilər. Maliyyə məsələlərində ciddi ixtilafımız ortaya çıxdı. 

Biz Azərbaycanın illik büdcəsini 56 milyon tümən nəzərdə tutduğumuz halda qarşı tərəf bunu 

yarıbayarı aşağı salmaq fıkrini ortaya atdı. 




açıqsöz 

60 


Müzakirə o qədər mübahisəli keçdi ki, ağaye Padiqan Həcir ilə sözləşməli oldu və cələsə otağını 

tərk etdi. 

Sonrakı görüşümüzdə Zəncan məsələsi ortalığa gətirildi və Təbrizdə bağlanmış qərardad əsasında 

Zəncanın Tehranın sərəncamına verilməsinin texniki cəhətləri haqda razılaşmalı olduq. 

Dövlət məqamları ilə görüşlərdə və müzakirələrdə biz istədiyimizə nail ola bilmirdik. Hər şey 

sonrya saxlanılır və ya yarımçıq həll olunurdu. Hiss edirdik ki, qarşı tərəf bizim təkliflərimizə və 

həlli nəzərdə tutulan məsələlərə yetişməkdən daha çox müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışır. 

Nümayəndəliyimiz Tehranda olan müddətdə biz bir çox şəxslərin, hizblərin, cəmiyyət və 

birliklərin qonağı olduq, görüşlər və müzakirələrimiz oldu. Azərbaycana bağlı olanlar vəziyyətdən 

kədərlə danışır, ağır vəziyyətə salınmış millətimizə və bütün İran demokrasisinə nicat vermək 

yollarını arayıb tapmağa çalışırdılar. 

Firqənin yarandığı günü    12 Şəhrivəri (3 sentyabr) qeyd etmək üçün mən "Park hoteldə" qonaqlıq 

mərasimi düzəltdirdim. Ağaye Qəvamül səltənəni, M.Firuzu və Tehrandakı siyasi hizblərin 

(partiyaların), ittihadiyyə və cəmiyyətlərin rəhbərlərini, mətbuat işçilərini bu mərasimə dəvət 

etmişdik. Bu o vaxt idi ki, ağaye Qəvam demokrat donu geymişdi. O yaratdığı hizbə də "demokrat" 

köynəyi geydirərək onu "Hizbe demokrate İran" adlandırıb bununla da sovetlərə "yaxınlığı" 

nümayiş etdirməyə can atırdı. Vəziyyət o yerə gəlib çatdı ki, hətta Məmməd Riza şah Qəvamdan 

şübhələnməyə başladı. Qəvamın bizim verdiyimiz 12 Şəhrivər ziyafətində Hizbe Demokrate İran, 

Hizbe Tudeye İran, Azərbaycan Demokrat Firqəsini, Kürdüstan Demokrat Firqəsini, Hizbe 

Sosialisti və daha bir neçə hizbi vahid cəbhə yaratmağa çağırması şahı və şahpərəstləri bərk təşvişə 

saldığından, az sonra Qəvam hökuməti istefaya getməyə məcbur edildi. Sonrakı hadisələr göstərdi 

ki, bunlar hamısı QəvamŞah oyunu imiş. Bu, tudəçi vəkilləri məclisdən qovmaq, Qəvam 

kabinəsində şahın xoşuna gəlməyənləri (o cümlədən, Müzəffər Firuzu) kənarlaşdırmaq və 

Azərbaycana şah qoşunlarının basqınını tezləşdirmək üçün lazım imiş. 

Azərbaycan Demokrat Firqəsinin yaranmasının bir illiyi münasibəti ilə təşkil olunmuş ziyafətdə 

köhnə dostum mərhum Əlmutinin dediyi sözləri xatırlatmaq istəyirəm. Zəncanın Tehran 

qoşunlarının tabeliyinə verilməsi haqda razılıqla əlaqədar Qəvama üz tutaraq ağaye Əlmuti dedi: 

"Bir gün çöldə soyuqda qalmış üşüyən dəvə sahibinə üz tutub qızınmaq üçün heç olmasa başını isti 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə