O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   20   21   22   23   24   25   26   27   28

açıqsöz 

67 


Ev dustağı olduğumuz müddət ərzində ruznamənevislər (jurnalistlər) nələr yazmamışdılar: "Sipəh 

xiyabanında quraşdırılmış üç dar ağacı doktor Cavidi, Şəbüstərini və Biriyanı gözləyir", 

"Şəbüstərini mühakimə etmək üçün ingilislər onu Kərbəlaya aparıblar", "Dövlətə satıldığına görə 

doktor Cavidə və Şəbüstəriyə Tehranda imarət bağışlandı", "Bikəxanım doktor Caviddən ayrıldı" 

və s. və i.a. 

Ev dustaqlığınıda qəflətən ayaqlarım şişdi. Bu ürəyimdə qüsur baş verdiyinin əlaməti idi. Polisdə 

həkim işləyən və keçmişdən yaxşı adanı kimi tanıdığım doktor Rəfini məni müayinə etmək üçün 

istədim. O gəldi, müayinə haqqı almadı və üstəlik lazımı davadərmanı alıb mənə çatdırdı. 

Bizim ev dustaqlığından zindana aparılmağımız haqda Qəvama ünvanladığımız məktubu 

Bikəxanım yerinə çatdırdı və həmişəki cavabı aldıq: "Ağaye Əşrəf buyurur ki, 78 günə azad 

olacaqlar, əcələ eləməsinlər ". Bu cavabı Bikəyə ən azı 78 dəfə vermişdilər. Bunun da növbəti 

yalan olduğuna şübhə etmədik. Bu ağır günlərdə mərhum Camal Şirinlunun, Fətəli İpəkçiyanın, 

Həsənzadənin mənə, Şəbüstəriyə və ailəmə göstərdikləri əvəzsiz köməkliyi həmişə minnətdarlıqla 

yad edəcəyəm. Dostu, insanlığı dar ayaqda sınamaq lazımdır. 

1326cı il xordadın 2də (T947ci il iyun) 5 ay 18 gündən sonra ağaye Şəbüstəri ev həbsindən azad 

edildi. O, Şiraza sürgün olundu (oğlu Şirizad da orada işləyir və yaşayırdı). Şəbüstərinin azad 

olması məni çox sevindirdi. Əvvələn, qayğım azaldı və həm də mənim də azadlığa çıxacağıma 

ümid yarandı. 

Azərbaycandan gələn ağır xəbərlər məni çox sarsıtdı. İsfəndin 25də Xəlil Dayının (Azərbadiqan), 

xordadın 2də Fridun İbrahiminin, fərvərdinin IIdə qazilərin (Qazi Məhəmməd və Seyf Qazi) 

mühakiməsizfilansız öldürülməsi, sayseçmə adamların, dostların edam xəbərləri mənə başqa 

dərdlərimi unutdurdu. Mirəyyub Şəkiba (mən onu I310cu ildən Ədalət firqəsindən tanıyrıdım), 

imanlı dostum Mirzə Nurullaxaıı Yekani, Qulu Sübhi, Cavidaıı, daha kimlər, kimlər murdar əllərlə 

qətlə yetirildilər. Mən demişəm, yenə deyirəm: "Onların müqəddəs qanı yerdə qalmayacaq! Onlara 

eşq olsun, onlara rəhmət!" Əlimə imkan düşəndə onlar haqda da xatirələrimi yazacam. İranda çıxan 

bəzi ruznamələr şəhidlik zirvəsinə qalxmış azərbaycanlı igidlərin dara çəkilməsini, güllələnməsini, 

qətlə yetirilməsini böyük abtabla, sevinə sevinə yazdıqları halda, ƏIi Maşmçının, Abdulla 

Rəhiminin, Rizvanın və başqalarının qanunsuz həbsindən, qarət olunan dükanmağazalardan, 

ismətinə təcavüz edilmiş bizim ana bacılarımızdan, Azərbaycanda baş alıb gedən 



açıqsöz 

68 


qanunsuzluqlardan bir kəlmə belə yazmırdılar. Bu dərdləri çəkmək məni öldürməsə də, qocaltdı, 

daxilən çürüdü, əzdi, sarsıtdı. 

Bikəxanımın gətirdiyi məlumatlara görə, məni də azad etmək istəyirdilər. Kaşana, Quma, Kirmana 

və ya Əbdüləzimə sürgün olunacağım haqda qərarlar olsa da, hər həftə Şəhribaniyə iltizamla 

Tehranda qalmağıma icazə verildi. Mənə azad olmaq haqda əmri I326cı il mordadın 10da (I947ci il 

avqust) Sərhəng Həsən Vəziri gətirdi. 7 ay 17 günlük ev dustaqlığım beləcə sona yetdi. Bu ev 

həbsinin mənə xeyri bu oldu ki, yaddaşımdakıları kağıza köçürmək imkanı əldə etdim, tiryəki 

nəzarətçilərdən gizli 11 dəftər doldurdum. 1349cıı ildə (1970) bu qeydləri həm farsca və həm də 

ana dilində qramer cəhətdən nizama saldım. Güman edirəm yenə əl gəzdirməyə ehtiyac vardır. 

Əgər sağ qalsam özüm, sağ qalmasam, bu işi dostlarım, yoldaşlarım həyata keçirərlər, tənzimləyib, 

təshih edib çap etdirərlər. Bu mənə şöhrət üçün yox, millətimə bəlkə bir faydası çata bilməsi üçün 

gərəkdir . 

 

 

XALQIMA BƏRAƏT İSTƏYİ İLƏ 



Nehzətin süqutundan sonra dövlət məni 228 gün Tehranda zindani etdi, fərq onda idi ki, mən bu 

həbsi evdə, insanlardan, cəmiyyətdən təcrid olunmuş şəkildə, hətta radioya belə qulaq asmağa, ailə 

üzvlərimdən başqa kimsə ilə görüşməyə hüququm olmadığı bir şəraitdə keçirdim. Hamama belə 

tiryəki nəzarətçilərin müşayiəti ilə getməliydim. Hər halda, ev dustaqlığmdan xilas olmağa da 

şükür etmək gərək idi. Dostlarla, tanışlarla görüşdüm. Azərbaycandakı qırğınlar haqda, oradakı 

boğucu mühit haqda məlumatlandım. Maddi vəziyyətimiz son dərəcə ağırlaşdığından Bikə işə, 

mən isə idarələrə və lazımi adamlarla görüşə pula qənaət etmək üçün piyada gedirdik. Bu ağır 

günlərdə dostlarımın köməkliyini, xüsusən doktor Cemin köməkliyini qeyd etməsəm, insafsızlıq 

olardı. Mən sonralar öyrəndim ki, şaha onun adamları mənim və Şəbüstərinin zindana salınmasını 

təklif etmişlər, Qəvam isə bu zindanı ev dustaqlığına çevirməkdə bizə "kömək" etmişdi. Mən 

Qəvamın qəbulunda olanda o, bu mərhəmət"i mənim başıma qaxdı. 

Mən ev həbsindən qurtaran gündən sonra tam altı ay çalışdım ki, Azərbaycandakı həbslərə, 

sürgünlərə və təqiblərə son qoyulsun. Bu insanların günahı öz hüquqlarının bir zərrəsini 



açıqsöz 

69 


istəməkləri olmuşdu. Mənə üzaqda gəzib dolanmağı məsləhət görənlər çox idi. Lakin mənim 

döymədiyim qapı qalmadı. Qəvamla görüşmək və onun verdiyi vədləri yadına salmaq, nehzət 

iştirakçılarına bəraət almaq istəyirdim. Sərtip Səfari, sərhəng Hesam Vəziri, Firudin Kəfyol, 

vüzarəte keşvərdə doktor Eqbal, qoşunda hərbi hakim Sərtıp Bəqai, sepəhbud Əmir Əhmədi, baş 

polis rəisi Əzimyaya, bir sözlə dövlət məqamlarının çoxuna müraciət etdim, günahsız insanlara 

bəraət istədim. Hamısı mənim dediklərimin çoxunu təsdiq etsə də, əməldə heç bir müsbət iqdam 

etmədilər. 

Azadlığa təzəcə çıxdığım günlərdə məni yenidən məhkəməyə çağırdılar. Məlum oldu ki, Təbrizdə 

nehzət vaxtı evini kirayə etdiyimiz Tehranda yaşayan Hacı Mahmud Kərbasizadə məni 

məhkəməyə verib. Guya mən onun evində kirayədə yaşayan vaxt çoxlu fərşini, ev əşyalarını, 

bilmirəm daha nələri mənimsəmişəm. Qəziyyəni (hadisəni) Bikəxanımla danışdım. Xoşbəxtlikdən 

həmin vaxt ağaye Kərbasizadənin evindən Milli Hökumət xəzinəsi xeyrinə müsadirə olunub 

aparılmış bütün əsasiyələrin təsdiqlənmiş siyahısının surətini Bikəxanım götürüb saxlamışdı. Bu 

sanəd şər atanın böhtanından bizi xilas etdi. 

Mən 1326cı il abanın 6da (1947ci il noyabr) Təbrizdəki ev mamiləsi məsələsi ilə bağlı ağaye 

Qazizadə ilə görüşdüm. Söz arası ağaye Qəvamla görüşmək istəyimi ona bildirdim. O bu görüşün 

baş tutmasına kömək edəcəyini mənə bildirdi. Demə ağaye Qazizadə Qəvamın yaxın adamı imiş. 

İki gün sonra Qəvamla görüşəcəyim haqda icazə kağızını mənə şəxsən özü verdi. 

1326cı il abanın 8də Qəvam məni qəbul etdi. Mən əvvəlki görüşlərdə deyilənlərdən, Tehranla 

bağlanılmış qərar daddan söhbət açmaq istərkən o, söhbətin istiqamətini başqa səmtə yönəltdi. 

1015 dəqiqə çəkən bu görüşdə mən günahsız insanların bağışlanmasını xahiş etdim. O, bu haqda 

siyahının dəftərxanaya verilməsinə etiraz etməsə də, cəmi 2022 nəfərin bağışlanmasını boynuna 

götürdü. (Tağı Kərimi, Hüseyn Fəhmi, Rəhim Xakpur, Müzəffər Turabzadə, Rəhim Cadiniku

doktor Məhtaş, Məhəmməd Hüseyn Börhani və s.). Mən Qəvamın görüşünə getməzdən əvvəl 

Bakıdan tanıdığım və ailəvi dostum doktor Behbudu (Vəlizadə) bağışlamağı da Qəvamdan xahiş 

etməyi bildirdikdə Behbud buna etiraz etdi. O, Tehranda gizli şəraitdə yaşayırdı, dilədişə düşmək 

istəmir di. Mən də onun sözünə qulaq asdım, adını ortaya çəkmədim. Bir neçə gündən sonra 

eşitdim ki, Behbudu və Məşədi Rizvanı şah Riza xiyabanında Əli Zülfüqari adlı bir satqın polisə 

mərifçilik edib (tanıtdırıb). Onları kələntəriyə (polisə) aparsalar da Məşədi Rizvanı azad edib, 

doktor Behbudu zindana salıblar. Mən gedib ona zəmanət durmaq istəyimi bildirdim, zəmanətim 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə