O günün Həsrətiylə



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix20.08.2018
ölçüsü0,77 Mb.
#63762
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

açıqsöz 

52 


Fikir edirəm ki, o özünü ustandar vəzifəsində görmək istəyirdi. Sonralar öyrəndim ki, o, buna nail 

olmaq üçün bəzi iqdamlar da etmişdir. Mənim bu vəzifəyə (ustandarlığa) namizədliyim verildikdə 

və Tehran bunu təsdiqlədikdə, sədaqətlə deyirəm bu iş mənim ürəyimdən deyildi. Ustandar olmaq 

bu qarışıq və aqibəti qaranlıq görünən bir zamanda məsuliyyətli işi öhdəyə götürmək, millət 

qabağında cavab verməyə hazır olmaq demək idi. 

Təkrar olsa da deyirəm: Mənim Azərbaycan ustandarı vəzifəsinə namizədliyimi Əncüməne 

Azərbaycanda Ağaye Pişəvəri irəli sürdü və Əncümən bu təklifi səs çoxluğu ilə təsdiq etdi 2. Bu 

vəzifəyə təyin olunmağım əleyhinə olanlar da var idi. Əncüməne Azərbaycanın mənim valiliyə 

təyinatım haqda pişnahadını (təklifi) Tehran qəbul etdikdən sonra, bu pişnahad qanuniləşə bilərdi. 

Tehran "nəmnüm" etmədən Əncüməne Azərbaycanın pişnahadını təsdiqlədi. Məsləhət belə oldu 

ki, mən ağaye Pişəvəri ilə qərardadı imzalamış M.Firuzla birlikdə danışıqlar aparmaq və 

Azərbaycanın çox vacib ehtiyaclarını dövlətə bildirmək üçün Tehrana getdim. Mən M.Firuzun 

dəstəyi ilə Tehrana yola düşdüm. 

1 Qeyd: H.Cahanşahlunun "Ma və Biyganegan" adlı xatirələr kitabında doktor Cavid haqda olmazın böhtan və 

iftiralarını dilə gətirməsi çox ehtimal ki, bu qısqanclıqla bağlı olmuşdur. 

Qeyd: İranda siyasiictimai xadim kimi tanınan Məryəm Firuz öz. xatirələrində N.Cahanşahlu haqqında yazır: 

"Cahanşahlu möhkəm əqidəli adam deyildi. Külək hansı tərəfə əssə idi, o da o tərəfə əyilərdi. O, əvvəldən belə olub və 

belədir. Harada olsaydı özünü görər, xeyrini düşünərdi. Mən onu Avropada görəndə də o, yenə əvvəlki xislətində idi. 

Mən belə insana qiymət qail deyiləm. Təbii ki, yazıları da özü kimidir, Bu yazılar mənim üçün dəyərsizdir". 

Məryəm Firuz Fərman Fərmaiyanın "Xatirələr" kitabından. Tehran 1373. 4102 

2M.Behnud özünün "Əz Seyid Ziya ta Bəxtiyar" (Tehran 1380) kitabında yazır: "Firqə rəhbərlərindən biri olan 

S.Cavid S.C. Pişəvərinin təklifı ilə Azərbaycan ustandarı vəzifəsinə qoyuldu". s. 269. 

 

 

TEHRANDAKI GÖRÜŞLƏRİM 



Mən bu dəfə Tehrana Azərbaycan Ustandarlığının başçısı kimi gəldiyimdən buradakı görüşlərim 

və söhbətlərim rəsmi məzmunda idi. Mənim Tehrana gəlməyim, buradakı danışıqlarımın istiqamət 




açıqsöz 

53 


və məzmunu ADF MKda müzakirə edilmiş, şəxsən ağaye Pişəvərinin göstəriş və məsləhəti 

əsasında əncam tapmışdır. Tehran səfərim 17 gün çəkdi. Əsas məqsəd Təbrizdə imzalanmış 

qərardadda açıq qalmış mübahisəli məsələlərin həlli haqqında, Azərbaycana dövlətin yardımı və 

dövlətin Azərbaycana vəzifə icrasına göndərəcəyi adamlar haqda fikir mübadiləsi edib, razılığa 

gəlmək idi. Tehranda qaldığım müddətdə mənim bütün xərcimi dövlət yox, Tehrandakı dostlarım 

çəkdi. 


Dövlət məqamları ilə ilk görüşüm M.Firuzun iştirakı ilə baş vəzir Qəvamla oldu. O, məni Vizarəte 

Xaricənin (Xarici işlər Nazirliyi) yaylaq imarətində (keçmiş Alman səfırliyinin “Pole Rumi”də 

yerləşən binasında) qəbul etdi. Onun mənə ilk sualı bu oldu: "Təbrizdə bağlanmış 

müvafiqətnaməyə sizin münasibətiniz necədir?" Mən isə cavabında: "Əgər müvafiqətnamə 

səmimiyyətlə icra olunarsa bu, hər iki tərəfın xeyrinədir"  dedim. 

Mən Qəvamın uzunuzadı və hər birinin altında hiylə və məkr yatan "Öyüdməsləhətləri"nə qulaq 

asmaq məcburiyyətində idim. O, söhbətinə kiçik bir fasilə verən kimi, mən də öz növbəmdə 

"hücuma" başladım. Azərbaycanın ehtiyaclarını saydım və kömək istədim, dövlətin Azərbaycana 

münasibətində dəyişikliyin onun iqdamlarındakı səmimiliklə ölçüləcəyini dedim. Qəvam Daxili 

İşlər Vizarətinə (nazirliyinə) getməyimi və ehtiyacları onlara da bildirməyi məsləhət gördü. 14 tir 

1325 ci ildə (iyul, 1946) Qəvam Azərbaycan Ustandarlığı haqda şahın imzaladığı hökmü mənə 

təqdim etdi. Həmən tarixdən 25 Azər 1325ci ilədək Azərbaycanın ustandarı oldum. Qəvamül 

səltənə ilə görüşdən sonra sabahı gün yenə M.Firuzun müşayiəti ilə Daxili İşlər Vizarətinə getdim. 

Azərbaycana il ərzində verilməsi dayandırılmış qənd, çay, siqar və s.nin əhaliyə çatdırılmasını, 

parça və maşın lastiklərinin göndərilməsini, Təbriz şəhridarisi (bələdiyyə) üçün vacib abadlıq 

işlərinə 800 min tümən pulun ayrılmasını qərarlaşdırdıq. Tehranda qaldığım müddətdə bu işlərin 

bəzisinə əncam olundu. 

Sonrakı günlərimdə Milli Bankın rəisi ağaye İbtehac ilə, eləcə də poçtteleqraf, kənd təsərrüfatı, 

səhiyyə, maliyyə, yol, maarif vizarətində görüşlərim oldu, müzakirələr aparıldı. Bu görüşlərdə 

əməldən çox vədlər verilirdi. .. 

 

 



açıqsöz 

54 


MƏMMƏDRİZA ŞAHLA ÜZÜZƏ 

Mənə xəbər verdilər ki, şah səninlə görüşməyi gündəliyinə salıb. Mən də öz növbəmdə şahla 

görüşmək və həlli hələlik mümkün görünməyən məsələləri onun nəzərdiqqətinə çatdırmaq 

istəyində olduğumu dedim. Mənə bildirdilər ki, geydiyin libas (paltar) şahla görüşə layiq deyil. 

Mən isə cavabında "olanım budur"  dedim. Məsləhət oldu ki, mənə bir dəst libas tikdirsinlər və 

belə də oldu. Mən yenə M.Firuzun müşayiəti ilə şahın sarayına gəldim, qəbul otağında bir stəkan 

çay içdikdən sonra Dərbar rəisi (şah sarayının rəisi) ağaye Şikuhi bizi otağına çağırtdırdı. O, 

başdan ayağa məni süzdükdən sonra onunla birlikdə şahın qəbul otağına tərəf addımladıq. 

Ömrümdə ilk dəfə idi ki, əzabdan başqa bir zadını görmədiyim Dərbarda idim və onun bərlibəzəkli 

koridoru ilə yüz minlərlə azadixahı qaranlıq zindanlarda min bir əzabla qətlə yetirən Riza xanın 

oğlu Məmməd Riza şahın görüşünə gedirdim. 1325ci il 20 tir (1946ci il iyun) saat 1000da mən 

şahin otağına daxil oldum. Söhbətimiz çox çəkmədi, cəmi 30 dəqiqə. O, məndən Təbrizdə 

bağlanan müvafiqətnamə haqda soruşdu. Mən söhbətin istiqamətini Azərbaycanın zəruri 

ehtiyaclarına yönəltmək istərkən gözlənilmədən sual verdi: "O Qulamyəhya kimdir və haralıdır?" 

Mən isə cavabında: "Əlahəzrət, o, sərablıdır, özü də yaxşı adamdır"  dedim. O, mövzunu davam 

etdirmədi, başqa məsələyə keçdi. Mən Azərbaycanın zəruri ehtiyacları məsələsini təkrar ortaya 

çəkdikdə: "dediklərinizlə bağlı götürüləcək ölçülər barədə sizə müvafiq dövlət məqamları məlumat 

verəcək" deməklə söhbəti yekunlaşdırdı. Şahın qəbul otağını tərk etdim. Mən bu görüşü mənasız 

və nəticəsiz saydım. Görüşdə özünü qürrəli aparan şah bir əyalətin ustandarı ilə yox, sanki məğlub 

olmuş bir millətin nümayəndəsi ilə laqeydcəsinə və rabitəsız söhbət aparırdı. Mən Qəvam və şahla 

görüşlərimdən sonra ciddi bir fəlakətlə üzüzə dayanacağımıza şübhəm qalmadı. 

Şahla görüşün sabahı M.Firuz mənə bildirdi ki, Tehrandakı sovet səfiri İ.Satçikov məni görüşə 

dəvət edib. Mən bu görüşə də ağaye Firuzun müşayiəti ilə getdim. Bu, sovet səfıri ilə mənim 2ci 

görüşüm idi. Əvvəlinci görüş 1323cü ildə (1944) Sovet İttifaqından İrana gəlmiş İttihadiyyə 

(həmkarlar təşkilatı) nümayəndələri ilə olmuşdur. Sovet səfiri Qəvam və şahla olan görüşlərimlə 

maraqlandı. Mən də bu görüşlərdə ağaye Firuzun iştirakı ilə olan söhbətlərin məzmununu səfirə 

çatdırdım. O, mənə "möhkəm dayanmağı, qoşuna müqavimət göstərilməsinə imkan 

verilməməsini" dedikdə cənab səfirin məsləhətindəki məntiqsizlik, hoqqabazlıq məni 

təəccübləndirməyə bilməzdi. "Möhkəm dayan, qoşuna isə müqavimət göstərilməsinə imkan 

vermə??!" (Dovşana qaç deyir, tazıya tut) Mən sovet səfarətindən çox pərişan, uduzan, işin işdən 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə