Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti


idarəetmə  mexanizmini  sənədləşdirməlidir.  Bu  mexanizm  mülkiyyətçilərə,  müvafiq  səlahiyyətli



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

20 

 

idarəetmə  mexanizmini  sənədləşdirməlidir.  Bu  mexanizm  mülkiyyətçilərə,  müvafiq  səlahiyyətli 



orqanlara, iştirakçılara və geniş anlamda, ictimaiyyətə açıqlanmalıdır. 

2.2.1:  MBİ-nin  idarə  heyətinin  (yaxud  ekvivalenti)  və  rəhbərliyinin  fəaliyyət  göstərdiyi  idarəetmə 

mexanizmi nədən ibarətdir? MBİ-də məsuliyyət və hesabatlılıq bölgüsü nədən ibarətdir? Bu mexanizmlər 

harada və necə sənədləşdirilir? 

2.2.2:  Mərkəzi  bankın  operator  olduğu  sistemlər  üçün  idarəetmə  mexanizmi  mümkün  maraqlar 

münaqişəsini  necə  həll  edir?  İdarəetmə  mexanizmi  hansı  dərəcədə  operator  və  nəzarət  funksiyalarının 

ayrılmasına imkan verir? 

2.2.3: MBİ mülkiyətçilər, iştirakçılar və digər müvafiq maraqlı tərəflərə hesabatlılığı necə təmin edir? 

2.2.4:  İdarəetmə  mexanizmi  mülkiyətçilərə,  iştirakçılara,  digər  müvafiq  maraqlı  tərəflərə  və  geniş 

anlamda, ictimaiyyətə necə açıqlanır? 



Əsas  mülahizə  3:  MBİ-nin  idarə  heyətinin  (yaxud  ekvivalenti)  rol  və  məsuliyyəti  aydın  təsbit 

edilməli və üzvlərin maraqlar münaqişəsinin müəyyən edilməsi, yoluna qoyulması və idarə edilməsi 

də  daxil  olmaqla  funksional  fəaliyyəti  üçün  prosedurlar  sənədləşdirilməlidir.  İdarə  heyəti 

müntəzəm olaraq ümumi fəaliyyətini, həmçinin fərdi heyət üzvlərinin fəaliyyətini yoxlamalıdır. 

2.3.1:  MBİ-nin  idarə  heyətinin  (yaxud  ekvivalenti)  rol  və  məsuliyyətləri  nədən  ibarətdir  və  onlar  aydın 

təsbit edilirmi? 

2.3.2:  İdarə heyətinin üzvlərinin  maraqlar münaqişəsini müəyyən etmək,  yoluna qoymaq  və  idarə etmək 

də  daxil  olmaqla  funksional  fəaliyyəti  ilə  bağlı  prosedurları  nədən  ibarətdir?  Bu  prosedurlar  necə 

sənədləşdirilir və kimlərə açıqlanır? Hansı tezlikdə onlar yoxlanılır? 

2.3.3:  İdarə heyətinin  funksional  fəaliyyətinə kömək  etmək  məqsədilə  yaradılmış  komitələri  təsvir edin. 

Belə komitələrin rolu, məsuliyyəti və tərkibi kimlərdən ibarətdir? 

2.3.4:  Bütövlükdə  idarə  heyətinin  və  ayrı-ayrı  üzvlərinin  fəaliyyətinin  yoxlanılması  üçün  müəyyən 

edilmiş prosedurlar hansılardır? 



Əsas  mülahizə  4:  İdarə  heyəti  çoxsaylı  rolları  yerinə  yetirmək  üçün  müvafiq  bacarıqları  və 

motivasiyaları  olan  üzvlərdən  ibarət  olmalıdır.  Bu,  bir  qayda  olaraq,  icraçı  olmayan  idarə  heyəti 

üzvünün (üzvlərinin) daxil edilməsini tələb edir. 

2.4.1: Çoxsaylı rolları yerinə yetirmək üçün MBİ-nin idarə heyətinin hansı dərəcədə müvafiq bacarıq və 

motivasiyası vardır? MBİ bunu necə təmin edir? 

2.4.2:  MBİ  müvafiq  bacarıqları  olan  üzvləri  cəlb  etmək  və  saxlamaq  üçün  idarə  heyəti  üzvlərinə  hansı 

motivasiyalar  təmin  edir?  Bu  motivasiyalar  MBİ-nin  məqsədinə  uzunmüddətli  nail  olunmanı  necə  əks 

etdirir? 

2.4.3: İdarə heyətinə qeyri-icraçı və ya müstəqil üzvlər daxildirmi? Daxildirsə, neçə nəfərdir? 

2.4.4:  Əgər  idarə  heyətinə  müstəqil  üzvlər  daxildirsə,  MBİ  müstəqil  idarə  heyəti  üzvünü necə müəyyən 

edir? MBİ hansı üzvü (üzvləri) müstəqil hesab etdiyini açıqlayır? 

Əsas mülahizə 5: İdarəetmənin rol və məsuliyyətləri aydın təsbit edilməlidir. MBİ-nin rəhbərliyinin 

onun  fəaliyyətinin  və  risklərinin  idarə  olunması  məqsədilə  məsuliyyətlərini  icra  etmələri  üçün 

zəruri olan müvafiq təcrübəsi və bacarığı olmalıdır. 

2.5.1: MBİ-nin rəhbərliyinin rolu və məsuliyyətləri hansılardır və onlar aydın təsbit edilirmi? 




21 

 

2.5.2: MBİ-nin rəhbərliyinin rolu və məqsədi necə müəyyən edilir və qiymətləndirilir?  



2.5.3: MBİ-nin rəhbərliyinin onun fəaliyyətinin və risklərinin idarə olunması üçün hansı dərəcədə zəruri 

olan müvafiq  təcrübə və bacarığı hansı səviyyədədir? MBİ bunu necə təmin edir? 

2.5.4: Zəruri hallarda, MBİ-nin rəhbərliyinin vəzifədən azad edilməsi prosesi necə müəyyən edilir? 

Əsas  mülahizə  6:  İdarə  heyəti  MBİ-nin  risklərə  davamlılıq  siyasətini  özündə  əks  etdirən,  risk 

qərarları  üçün  məsuliyyət  və  hesabatlılığı  müəyyən  edən  və  böhran  və  fövqəladə  hallarda  qərar 

qəbul  etməyə  imkan  verən  aydın  sənədləşdirilmiş  risklərin  idarə  olunması  sistemi  yaratmalıdır. 

İdarəetmə  mexanizmi  risklərin  idarə  edilməsinin  və  daxili  nəzarət  funksiyalarının  yetərli 

səlahiyyətinin, müstəqilliyinin, resurs və idarə heyətinə çıxışının olmasını təmin etməlidir. 

2.6.1:  İdarə  heyətinin  müəyyən  etdiyi  risklərin  idarə  olunması  sistemi  nədən  ibarətdir?  O,  necə 

sənədləşdirilir? 

2.6.2: Müəyyən edilmiş çərçivə MBİ-nin riskə davamlılıq siyasətini, risk qərarları (məs, risk təsirləri üzrə 

limitlər) üçün məsuliyyət və hesabatlılığı necə müəyyən edir və bu çərçivə böhran və fövqəladə hallarda 

qərarların qəbul edilməsinə necə təsir edir? 

2.6.3: Risklərin idarə olunması sisteminin müəyyən edilməsi və təsdiqi, həmçinin yoxlanılması prosesləri 

nədən ibarətdir? 

2.6.4:  Risklərin  idarə  olunması  və  audit  funksiyalarının  rolu,  məsuliyyəti,  səlahiyyəti,  hesabatlılıq 

bölgüsü və resursları hansılardır? 

2.6.5:  İdarə heyəti risklərin idarə olunması  modellərinin qəbul  və  istifadə edilməsini əhatə edən  adekvat 

idarəetmənin olmasını necə təmin edir? Bu modellər və aidiyyatlı metodologiyalar necə yoxlanılır? 



Əsas  mülahizə  7:  İdarə  heyəti  MBİ-nin  quruluşu,  qaydaları,  ümumi  strategiyası  və  əsas 

qərarlarının  birbaşa  və  dolayı  iştirakçılarının  və  digər  müvafiq  maraqlı  tərəflərin  qanuni 

maraqlarını  müvafiq  olaraq  əks  etdirməsini  təmin  etməlidir.  Əsas  qərarlar  müvafiq  maraqlı 

tərəflərə və bazarın təsirinin əhəmiyyətli olduğu yerlərdə ictimaiyyətə aydın şəkildə açıqlanmalıdır. 

2.7.1:  MBİ-nin  quruluşu,  qaydaları,  ümumi  strategiyası  və  əsas  qərarları  ilə  bağlı  qərarların  qəbul 

edilməsi zamanı iştirakçılarının və digər müvafiq maraqlı tərəflərinin mənafelərini necə müəyyən edir və 

nəzərə alır? 

2.7.2:  İdarə heyəti birbaşa  və dolayı iştirakçılarının  və  digər  müvafiq maraqlı  tərəflərin baxışlarını necə 

nəzərdən  keçirir. Məs: iştirakçılar  riskin  idarəedilməsi komitəsinə, habelə defoltun idareəedilməsi qrupu 

kimi  və  ya  ictimai  konsultasiya  vasitəsilə  istifadəçi  komitələrə  daxil  edilirmi?  Maraqlı  tərəflər  və  MBİ 

arasında maraqlar münaqişəsi necə müəyyən edilir və həll edilir? 

2.7.3:  MBİ  idarə  heyəti  tərəfindən  qəbul  edilmiş  əsas  qərarları  müvafiq  maraqlı  tərəflərə  və  lazım 

olduqda ictimaiyyətə hansı dərəcədə açıqlayır? 

  

Prinsip 3: Risklərin hərtərəfli idarə olunması sistemi 

Əsas  mülahizə  1:  MBİ  səbəb  olduğu  və  məruz  qaldığı  risklər  sırasının  müəyyən  edilməsinə, 

ölçülməsinə  və  idarə  edilməsinə  imkan  verən  risklərin  idarə  olunması  siyasət,  prosedur  və 

sistemlərinə malik olmalıdır. Risklərin idarə olunması sistemi müntəzəm yoxlanılmalıdır. 

3.1.1: MBİ-nin yaratdığı və ya məruz qaldığı risklər hansılardır? 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə