Ödəniş və Hesablaşma Sistemləri Komitəsi Beynəlxalq Qiymətli Kağızlar Komitələri Təşkilatının İdarə Heyəti



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix01.11.2017
ölçüsü0,76 Mb.
#8034
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

22 

 

3.1.2:  MBİ-nin  səbəb  olduğu  və  məruz  qaldığı  riskləri  müəyyən  etməyə,  ölçməyə,  nəzarət  və  idarə 



etməyə kömək edən siyasət, prosedur və nəzarətləri hansılardır? 

3.1.3: MBİ-nin risklər sırasını müəyyən etməyə, ölçməyə, nəzarət və idarə etməyə kömək məqsədilə MBİ 

hansı risklərin idarə olunması sistemlərindən istifadə edir? 

3.1.4:  Bu  sistemlər  MBİ-nin,  habelə  uyğun  olduğu  halda  onun  iştirakçıları  və  iştirakçıların  müştəriləri 

kimi müvafiq tərəflərin təsirlərini ümumiləşdirmək imkanını necə təmin edir? 

3.1.5:  Risklərin  idarə  olunması  siyasət,  prosedur  və  sistemlərinin  hazırlanması,  təsdiq  edilməsi  və 

saxlanılması prosesi nədən ibarətdir? 

3.1.6: MBİ risklərin idarə olunması siyasət, prosedur və sistemlərinin effektivliyini necə qiymətləndirir? 

3.1.7: MBİ risklərin idarə olunması siyasət, prosedur və sistemlərini hansı tezlikdə yoxlayır və yeniləyir? 

Bu  yoxlamalar  risklərin  intensivliyi,  dəyişkən  mühit  və  bazar  təcrübələrindəki  tərəddüdləri  necə  nəzərə 

alırmı? 

Əsas mülahizə 2: MBİ iştirakçıların və uyğun olduğu halda onların müştərilərinin yaratdığı riskləri 

idarə etmək və aradan qaldırmaq üçün onları motivləşdirməlidir. 

3.2.1: İştirakçıların və uyğun olduğu halda, onların müştərilərinin MBİ-ə törətdiyi risklərin idarə edilməsi 

və aradan qaldırılması üçün MBİ onlara hansı informasiyanı təmin edir? 

3.2.2:  İştirakçıların  və  uyğun  olduğu  halda,  onların  müştərilərinin  MBİ-ə  yaratdığı  risklərin  idarə  və 

monitorinq edilməsi üçün MBİ onlara hansı motivasiyanı təmin edir? 

3.2.3: İştirakçıların və uyğun olduğu halda, onların müştərilərinin MBİ-ə törətdiyi risklərin effektiv idarə 

edilməsi və aradan qaldırılması üçün MBİ öz siyasətini necə təşkil edir?   

Əsas  mülahizə  3:  MBİ  qarşılıqlı  asılılığın  nəticəsi  olaraq  digər  subyektləri  (məs,  digər  MBİ-lər, 

hesablaşma  bankları,  likvidlik  və  xidmət  provayderləri)  məruz  qoyduğu  və  digər  subyektlərdən 

məruz  qaldığı  əhəmiyyətli  riskləri  müntəzəm  yoxlamalı  və  bu  risklərin  qarşısını  almaq  üçün 

müvafiq risklərin idarə olunması alətlərini hazırlamalıdır. 

3.3.1:  MBİ  qarşılıqlı  asılılığın  nəticəsi  olaraq  digər  subyektləri  məruz  qoyduğu  və  digər  subyektlərdən 

məruz qaldığı əhəmiyyətli riskləri necə müəyyən edir? MBİ hansı əhəmiyyətli riskləri müəyyən edib? 

3.3.2: Bu risklər necə ölçülür və monitorinq olunur? MBİ bu riskləri hansı tezlikdə yoxlayır? 

3.3.3:  MBİ  digər subyektlərlə qarşılıqlı  asılılıqdan yaranan risklərin qarşısını almaq üçün hansı risklərin 

idarə olunması təcrübəsindən istifadə edir? 

3.3.4:  MBİ  bu  risklərin  idarə  olunması  alətlərinin  effektivliyini  necə  qiymətləndirir?  MBİ  bu  risklərin 

qarşısını  almaq üçün  istifadə  etdiyi  risklərin  idarə  olunması  alətlərini necə  yoxlayır?  Bu  yoxlama  hansı 

tezlikdə həyata keçirilir? 

Əsas  mülahizə  4:  MBİ  kritik  əməliyyat  və  xidmətlərinin  davamlılığını  təmin  etməsinə  potensial 

olaraq  mane  olan  ssenarilər  müəyyən  etməli  və  bərpa  və  ya  nizamlı  şəkildə  sıradan  çıxma  üzrə 

bütün  variantların  effektivliyini  qiymətləndirməlidir.  MBİ  həmin  qiymətləndirmələrin  nəticələri 

əsasında  onun  bərpası  və  ya  nizamlı  şəkildə  sıradan  çıxma  üzrə  müvafiq  planlar  hazırlamalıdır. 

Tətbiq  oluna  bilən  hallarda,  MBİ  qərarın  planlaşdırılması  məqsədilə  müvafiq  səlahiyyətli 

orqanlara lazım olan məlumatları da təmin edir. 

3.4.1:  MBİ  kritik  əməliyyat  və  xidmətlərin  təmin  etməsinə  potensial  olaraq  mane  olan  ssenariləri  necə 




23 

 

müəyyən edir? Bu proseslərin nəticəsi olaraq hansı ssenarilər müəyyən olunub? 



3.4.2: Bu ssenarilər MBİ-nin məruz qaldığı həm müstəqil, həm də aidiyyatı olan riskləri necə nəzərə alır? 

3.4.3: MBİ-nin bərpaetmə və ya nizamlı şəkildə sıradan çıxma planları hansılardır? 

3.4.4:  MBİ-ninə  sas  bərpaetmə  və  ya  nizamlı  şəkildə  sıradan  çıxma  strategiyaları  kritik  əməliyyat  və 

xidmətlərin davam etməsinə necə şərait yaradır? 

3.4.5: MBİ-nin bərpaetmə və ya nizamlı şəkildə sıradan çıxma planları necə yoxlanılır və yeniləndirilir? 

Planlar hansı tezlikdə yoxlanılır və yenilənir? 

 

Prinsip 4: Kredit riski 

 

Əsas  mülahizə  1:  MBİ  iştirakçılarına  qarşı  kredit  təsirlərini  və  ödəniş,  klirinq  və  hesablaşma 

proseslərindən  yaranan  kredit  risklərini  idarə  etmək  üçün  möhkəm  struktur  yaratmalıdır.  Kredit 

təsiri hazırkı təsirlərdən, mümkün gələcək təsirlərdən və ya hər ikisindən yarana bilər. 

4.1.1: MBİ-nin iştirakçılar qarşısında cari və mümkün gələcək təsirlər də daxil olmaqla ödəniş, klirinq və 

hesablaşma proseslərindən yaranan kredit təsirlərini idarə etmək üçün struktur planı nədir? 

4.1.2: Dəyişkən mühiti, bazar təcrübələrini və yeni məhsulları əks etdirmək üçün bu struktur planı hansı 

tezlikdə yoxlanılır? 

Əsas  mülahizə 2: MBİ kredit riskinin mənbələrini  müəyyən etməli,  planlı  şəkildə kredit təsirlərini 

ölçməli  və  monitorinq  etməli və  bu  risklərə  nəzarət  etmək  üçün  müvafiq  risklərin  idarə  olunması 

alətlərindən istifadə etməlidir. 

4.2.1:  MBİ  kredit  risklərinin  mənbələrini  necə  müəyyən  edir?  MBİ-ninmüəyyən  etdiyi  kredit  riskinin 

mənbələri hansılardır? 

4.2.2:  MBİ  kredit  təsirlərini  necə  ölçür  və  monitorinq  edir?  MBİ  bu  təsirləri  hansı  tezlikdə  yenidən 

hesablaya bilir? Məlumat nə dərəcədə vaxtında təmin olunur?   

 4.2.3:  Kredit  riskinin  müəyyən  edilmiş  mənbələrinə  nəzarət  etmək  üçün  MBİ  hansı  alətlərdən  istifadə 

edir  (məs.  RVBHS  və  ya ödəməyə  qarşı  çatdırma  hesablaşma  mexanizminin  təklif  edilməsi,  xalis debet 

və  ya  gündəlik  kreditlərin  məhdudlaşdırılması,  konsentrasiya  limitlərinin  müəyyən  edilməsi  və  ya 

gündəlik əsasda mövqelərin qeyd edilməsi)? MBİ bu alətlərin effektivliyini necə ölçür? 

Əsas  mülahizə 3:  Ödəniş  sistemləri  və  ya  QKHS  girov və  digər  ekvivalent  maliyyə  resurslarından 

(bax  girov  haqqında  Prinsip  5)  istifadə  etməklə  yüksək  müəyyənlik  dərəcəsi  ilə  hər  iştirakçı 

qarşısında  cari  və  mövcud  olduğu  hallarda,  mümkün  gələcək  təsirlərini  əhatə  etməlidir. 

Hesablaşma  zəmanəti  olmayan,  lakin iştirakçılarının ödəniş,  klirinq  və hesablaşma  proseslərindən 

irəli gələn  kredit  təsirləri  ilə  üzləşdiyi təxirə salınmış  xalis  hesablaşmanın  (TXH) ödəniş sistemləri 

və  ya  TXH  QKHS  halında  belə  MBİ  ən  azı  toplam  halında  sistemdə  ən  iri  kredit  təsirinə  səbəb 

olacaq  iki  iştirakçının  və  onların  törəmə  təşkilatlarının  təsirlərini  qarşılamaq  üçün  yetərli 

resurslara malik olmalıdır. 

4.3.1:  Ödəniş  sistemləri  və  ya  QKHS  hər  iştirakçı  qarşısında  cari  və  mövcud  olduğu  hallarda  mümkün 

gələcək  təsirlərini  necə  əhatə  edir?  Bu  təsirləri  əhatə  etmək  üçün  istifadə  edilən  maliyyə  resurslarının 

tərkibi nədən ibarətdir? Bu maliyyə resursları nə dərəcədə yetərlidir? 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə