Ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix01.09.2018
ölçüsü2,02 Mb.
#66200
1   2   3   4   5   6   7   8   9   ...   29

 

dövrdə  göstərirdi  ki,  kapitalın  təmərküzləşməsi  olmasa  idi  dünya  dəmir  yolsuz 



qalardı. 

Dünya  iqtisadiyyatı  texnoloji  inkişaf  baxımdan  cox  ciddi  mərhələlərlə  üzləşsə   

də,ölkələrin  geo  iqtisadi    və  geosiyasi  movqeyinin  inkişafında,  onların  dunyadakı 

iqtisadi və siyasi statusunun muəyyən olunmasında sahib olduqları insan sayı hələ də 

oz əhəmiyyətini qoruyub saxlayır. 

Məlum olduğu kimi Geoiqtisadiyyat iqtisadi reallığı məkana nəzərən oyrənir. Əgər 

geosiyasətdə qonşu olkələr duşmən kimi baxılırsa, geoiqtisadiyyatda bu olkələr 

mumkun tərəf muqabil kimi qəbul olunur. Geosiyasətin predmetini milli təhlukəsizlik 

təşkil  etdiyi  halda  ,  geoiqtisadiyyat  inkişaf  problemlərini  həll  edir.Geoiqtisadiyyat 

yeni  biliklərin  məhsuludur:  o  dunya  sisteminin  qlobal  transformasiyasının  dərk 

olunmasında innovasiya kimi meydana gəlib.Əgər sosial –iqtisadi inkişafın istisnasız 

olaraq  butun  olkələr  qarşısındaduran  əsas  vəzifə  olduğunu  nəzərə  alsaq  geoiqtisadi 

yanaşmanın  muasir  dovrdə  bu  vəzifəni  uğurla  yerinə  yetirmək  ucun  ən  təsirli  vasitə 

olduğu aşkardır. 



XXI əsrin əsas tendensiyalarını dərk etmək üçün dünyanı qlobal məkan kimi qəbul 

etmək lazımdır. 

Qloballaşma  dünyamızı  dönməz  transformasiya  uğratmışdır.  O,  həyatımızın  bütün 

sahələrinə eləcə də nəqliyyat sisteminə toxunmuşdur, qloballaşma prizması vasitəsilə 

dünya milli və ümumdünya inkişafının yeni trayektoriyaları, yeni biliklər sahəsi  və 

mənimsəmə  metodları  ilə  başqa  cür  görünür.  Əsrlərin  kəsişməsində  belə  dönüşü 

BMT-nin Baş Katibi Kofi Annan  ―Biz xalqlar: Birləşmiş Millətlər Təşkilatının XXI 

əsrdə  rolu‖  adlı  məruzəsində  elan  etmişdir:  ―…  bizim  müharibədən  sonrakı 

institutlarımız  beynəlxalq  sülh  üçün  yaradılmışdır,  biz  isə  indi  qlobal  bir  dünyada 

yaşayırıq.  Belə  tərəqqiyə  effektiv  reaksiya  dünya  liderləri  qarşısında  hal-hazırda 

dayanan  əsas institusional məsələdir‖

1



Geoiqtisadiyyata aşağıdakılar daxildir:  



                                                           

1

  BMT-nin  Baş  Katibi  Kofi  Annan    «Biz  xalqlar:  Birləşmiş  Millərtlər  Təşkilatının 



XXI əsrdə rolu» adlı məruzəsi // Avrasiyanın təhlükəsizliyi. 2000. №1. Səh. 210-211. 


 



 

qlobal  dünyanın  interpretasiyasını  iqtisadi  atributlar  sistemi  vasitəsilə  əks 

etdirən konseptual baxışlar; 

 



beynəlxalq  iqtisadi  proseslərin  baş  verdiyi  qlobal  iqtisadi  məkan  sərhədlərini 

müəyyən  edən,  milli  çərçivədən  çıxarılmış  iqtisadi  atributlar  və  iqtisadi 

münasibətlər sistemi; 

 



milli və üst-milli iqtisadi və dövlət strukturları ilə qarışmış milli iqtisadiyyat və 

dövlət institutlarının simbiozu; 

 



dövlətin  siyasətinin  iqtisadi  amillərdən,  geoiqtisadi  atlasda  əməliyyatlar 

aparılmasından, dünya gəlirinin formalaşdırılması və bölüşdürülməsi məqsədi 

ilə 

 

milli  iqtisadiyyatların    və  onların  subyektlərinin  dünya 

beynəlmiləlləşdirilmiş 

təkraristehsal 

nüvələrinə 

(zəncirlərinə) 

daxil 

olmasından  asılı  olduğunu  əsaslandıran  politoloji  baxışlar  sistemidir 

(konsepsiyasıdır).  

Hər  bir  dövlət  öz  gələcəyinin  qayğısını  çəkir,  strateji  perspektivlər  qurur, 

özünəməxsus  doktrinalar  və  inkişaf  strategiyalarını  formalaşdırır.  Milli  doktrinlərin 

sanballı  əsasını  və  onun  hazırkı  dünyada  realizə  olunması  üçün  strateji  arsenalını 

işlənməsi bir neçə prinsipial anla (oriyentir) şərtlənir.  

1.

 



Hər şeyi əhatə edən qloballaşma fəaliyyətin xarici və daxili sahələri, xarici 

və daxili siyasət arasında sərhədi silir. Ümumdünya iqtisadi, maliyyə, istehsal, sosial, 

siyasi  və  digər  sahələrdə  qlobal  axın  və  proseslər  istənilən  milli  iqtisadiyyatın 

inkişafında  istiqamətləndirici  rol  oynayır.  Bunu  inkar  etmək  inkişafın  milli 

strategiyasının  işlənməsini  heçə  endirir.  Gələcəkdə    avtarkiya  ideyaları  real  əsasını 

itirəcəkdir.  

2.

 



Siyasətin iqtisadiləşməsı prosesi ciddi cəhdlə qüvvə toplayır.  

Siyasətin  iqtisadiləşməsı  aşağıdakılardan  ibarətdir:  1)  iqtisadi  metodlarla 

məqsədəçatma,  siyasi  məsələlərin  həlli;  2)  strateji  inkişaf  vektorlarunun  siyasi, 

ideoloji,  güc  və  digər  metodlardan  iqtisadi  metodlar  istiqamətində  dəyişməsi;  3) 

xarici sahədə – geoiqtisadi maraqların geosiyasi və geostrateji maraqları üstələməsi; 

4) diplomatik korpusun düşüncəsinin iqtisadiləşməsı. 




 

İqtisadi  hakimiyyət  dünyaya  öz  oyun  qaydalarını  diktə  edir,  geosiyasət  isə 



onlara  bəraət  qazandırır,  hərbi  komponent  isə  müdafiə  edir.  Dünya  postsənayenin 

texnogen  fazası  ilə  iqtisadi  məkanın  hökmranlığa  istiqamətlənmişdir.  Xarici 

əlamətlərinə görə bu güclü, davamlı tendensiya hələ uzun müddət mərkəzi mövqedə 

dayanacaqdır,  qüvvə  yığaraq  XXI  əsrin  əvvəllərinin  dünya  inkişafında  əsas 

paradiqmaya çevriləcəkdir.  

3.

 



Milli  təsərrüfatın  gələcək  fəaliyyəti  və  inkişaf  tendensiyalarını  əhatə  edəcək 

mühitin (bizim halda – geoiqtisadi məkan) qabaqlayıcı bilikləri zəruriliyi yetişmişdir. 

Bütün bunlar nəzərə alınmalıdır, belə ki, dünya sistemi öz-özlüyündə dinamik inkişaf 

edən  struktur  kimi  çıxış  edir.  Buna  görə  də,  hər  şeydən  əvvəl,  dünya  təsərrüfat 

sisteminin  (DTS)  əsas  xassələrinin  mükəmməl  inventarlaşması  tələb  olunur  ki, 

onların  da  nəzərə  alınması  milli  iqtisadiyyatın  fəaliyyətinin  özülü  qoymağa  imkan 

verəcəkdir. Başqa sözlə desək, DTS-in çoxşaxəli fəaliyyətinin iqtisadi aspektlərindən 

ilk  növbədə  elə  dominant  qanunauyğunluqlar  nəzərə  alınmalıdır  ki,  onlar  DTS-də 

strateji fəaliyyət kimi qəbul edilən milli xarici iqtisadi strategiyanı qabaqcadan təyin 

edirlər.  Beləliklə,  ilk  addım  –  dünya  təsərrüfat  siteminin  iqtisadi  ―reqlamentinin‖ 

(geoiqtisadi ―reqlamentin‖)  daxilən mənimsənilməsidir.  

Məqbul strategiyanın işlənməsi şərtləri – dünya təsərrüfat sistemi, onun xarakteri ilə 

birgə  qarşılıqlı iqtisadi fəaliyyətin tam formalaşmasına təsir edən  milli iqtisadiyyatın 

transformasiya  qanunauyğunluqlarının  aşkarlanmasıdır.    Burada  söhbət  milli 

iqtisadiyyatın  xarici  dünya  ilə  xarici  iqtisadi  əlaqələrinin  tipindən  (modelindən) 

gedir.

2

 

Dünya arenasına çıxarkən istənilən milli iqtisadiyyat ümumdünya təsərrüfat 

inkişafının elə parametrləri ilə qarşılaşır ki, onların nəzərə alınması köklü məsələyə - 

həmin milli iqtisadiyyat beynəlxalq təsərrüfat əlaqələrinə daxil ola bitləcəkmi – cavab 

                                                           

2

 



Koçetov E.G. Geoiqtisadiyyat. Dünya iqtisadi məkanının mənimsənilməsi ali 

məktəblər üçün dərslik. Rus dilindən tərcümə. Bakı: ―İqtisad Universiteti‖ Nəşriyyatı- 

2014.

 



Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə