ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə6/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   85

     – Hə, mənim ümid elədiyimdən də çox. 
 
     – Demək, sən məni özümə görə sevmirsən?.. 
 
       Uintonun şüuruna dumanlı halda çatdı ki, bu sual onun qəlbindəkiləri, instinktlə məsələlərin 
dərinliyinə nüfuz eləməsini,  qürurunun gərginliyini və sevgi yanğısını, – elə sevgi ki, ancaq ona 
məxsus idi – necə aşkara çıxarır. O, yalnız soruşdu: 
 
       – Sən bununla nə demək istəyirsən? 
 
        Ancaq o, birdən öz qorxusuna rəğmən, qızın ağladığını hiss elədi, qız göz yaşlarını boğmağa 
çalışır, onun dizinə sıxdığı çiyinləri  titrəyirdi. O, demək olar ki, heç vaxt qızı ağlayan görməmişdi, 
hətta uşaqlıqda başına nə gəlsə də, tez-tez yıxılıb özünü əzsə də, ağlamırdı. Yalnız qızın çiyinlərini 
sığallaya bildi və dedi: 
 
       – Ağlama, Cip. Ağlama.  
 
        Qız birdən ağlamağa başladığı kimi, birdən də sakitləşdi, döşəmədən qalxdı və atası tərpənməyə 
macal tapmamış yoxa çıxdı.  
 
        Axşam yemək vaxtı qız həmişə olduğu kimiydi. Qızın səsində, hərəkətlərində, yatmağa gedərkən 
onu öpməsində azacıq belə dəyişiklik hiss eləmədi. İllər uzunu qorxuyla gözlədiyi anlar, yalnız tutqun 
bir utanc hissi buraxaraq, keçdi, susmaq haqda verdiyin andı pozandan sonra həmişə belə olur. İndiyə 
kimi nə qədər köhnə sirri açılmamışdı, onu narahat eləmirdi. İndi isə onu yenidən incitməyə 
başlamışdı. 
 
        Cip üçünsə bu gün uşaqlığına  həmişəlik son qoydu. Onun kişilərə münasibəti müəyyən oldu. 
Əgər o, kişiləri azacıq da olsa incitməsə, kişilər onu incidə bilərdilər. Onun həyatına öz cinsinin 
instinkti daxil oldu.  
 
 
 
III FƏSİL 
 
       
 
       Sonrakı iki ildə evdə daha az kimsəsizlik, daha çox şənlik oldu. Uinton ürəyini açandan sonra 
qızının vəziyyətini sabitləşdirmək üçün qətiyyətlə işə başladı. Qızına kəm baxılmasına yol verə 
bilməzdi. Nə Mildenxemdə, nə də Londonda bacısının köməyi ilə heç bir çətinlik olmadı. Uinton elə 
soyuq, qaradinməzliyi ilə elə ürküdücü, Cip isə elə sevimliydi ki, bütün üstünlüklər qızın tərəfində idi.  
 
       Cipin yetkinlik yaşına çatdığı gün onlar Londonda idilər. İşlər müdiri qismində hesabat vermək 
üçün qızı indi bütün bu hadisələri xatırladığı, buxarısının yanında oturduğu otağa dəvət elədi. O, 
vərəsəliyə görə qıza çatan borcun iyirmi min funtu aşmaması üçün az əziyyət çəkməmişdi. Bu haqda 
qızla heç vaxt danışmamışdı – olduqca təhlükəli mövzuydu! Sonra da onun öz vəsaiti vardı və qızın heç 
nəyə ehtiyacı yox idi. Qıza nəyi  olduğunu ətraflı izah eləyib, pullarının harada olduğunu danışıb, 
bankda xüsusi hesab açmasını məsləhət gördüyü müddətdə qız ayaq üstə dayanmışdı, əhəmiyyətlərini, 
yalnız indi başa düşməli olduğu kağızlara baxır və sifətindən narahatlıq ifadəsi çəkilmirdi. Gözlərini 
qaldırmadan soruşdu: 


 
      – Bunlar hamısı… ondandır? 
 
        Uinton belə cavab gözləmirdi. 
 
      – Yox, – dedi, – səkkiz min anana məxsusdur. 
 
        Cip ona nəzər salıb dedi: 
 
      – Onda qalanı mənə lazım deyil, ata, lütfən! 
 
        Uinton izaholunmaz bir rahatlıq hiss elədi. Əgər qız bu pulları götürməzsə, onları neyləyəcəyini 
bilmirdi. Yalnız özünə məxsus tərzdə həmin pullardan imtina eləməsi qızın damarlarıyla onun qanının 
axdığını göstərirdi, bu, onun həlledici qələbəsi idi. Qızın anasını gözləyərkən tez-tez baxdığı pəncərəyə 
yaxınlaşdı. Bax bu da qadının ilk olaraq, göründüyü evin küncü! Bir anlığa qadın orada dayanardı, 
yanaqları od tutub yanardı, vualın altından belə, yumşaq baxışları hiss olunurdu, tələsdiyindən sinəsi 
enib-qalxırdı – qadın onun yanına tələsirdi! Bax orada, yaxınlıqda qadın vualını qaldıraraq, yenidən 
dayanırdı. Geri döndü. Buradakının o qadın olmadığına inanmaq çətin idi!  
 
        – Çox gözəl, mənim əzizim! – o dedi. – Əvəzində isə sənə məndən elə o qədər çatacaq. O pullar 
isə qalsın, kimsə, nə vaxtsa onlardan istifadə eləyər.  
 
        İxtiyarsız olaraq onun kimi təmkinli adamın dodaqlarından qopan bu alışmadığı «mənim əzizim» 
sözündən qızın yanaqları allandı, gözləri işıldadı. Qız onun boynuna tullandı.  
 
        Bu günlərdə qız istədiyi qədər musiqi ilə məşğul olurdu, ona dərsləri üzü qırmızı ağac rəngində 
olan, həqiqətən də, mələk təbiətli,  Lejanın çal saçlı sakini keçirdi. O, qızı inadla işləməyə məcbur 
eləyir və onu özünün balaca dostu adlandırırdı. Demək olar, bircə dənə də diqqət cəlb eləyən konsert 
yox idi ki, qız orada iştirak eləməsin, hansısa məşhur bir musiqiçi yox idi ki, qız onun çaldığını 
eşitməsin.  İncə zövqü qızı böyük virtouzlar qarşısında heyranlıqla baş əyməkdən saxlasa da, qız, hər 
halda, onları, – arada bir Kerzon-stritdə, bibisi Rozamundanın evində gördüyü kişiləri də, qadınları da 
səhnəyə qaldıra bilirdi.  
 
        Bibisi Rozamunda da musiqini sevirdi, əlbəttə, yaxşı əxlaqının imkan verdiyi müəyyən sərhədlər 
daxilində. Cip bibisi haqqında düşünəndə qürurun məhv elədiyi hansısa romantik məhəbbət tarixi 
uydururdu. Rozamunda bibi ucaboylu, gözəl qadındı, Uintondan bir il böyükdü, uzunsov aristokrat 
sifəti, tutqun-mavi gözəl gözləri, tərbiyə görmüş adama məxsus qüsursuz ədaları, xeyirxah ürəyi, uzun, 
ancaq melodik nitqi vardı. O, Cipi şəfqətlə sevirdi, ancaq onların qohumluqlarına birbaşa dəxli olan hər 
şeyi olduqca gizlin saxlayırdı. Rozamunda bibi özlüyündə filantrop idi, qız isə görünür, kişi doğulmağa 
üstünlük verən məhz o cür qadınların ürəyini fəth eləyən qəlb yumşaqlığı ilə fərqlənirdi. Təbiətcə 
həyatsevər olan Rozamunda bibi indi köhnə dəbli don və jaketlər geyir, qiymətli kağızlarının qayğısına 
qalır, qardaşı kimi əl ağacı ilə gəzir, qaydalara əməl edirdi, baxmayaraq ki, onda musiqili dairələrdə 
belə yüksək qiymətləndirilən yumor hissi daha çox idi. Onun evində Cip istəməsə də, bu gur, qalın 
saçları olan, musiqidən və öz şəxsi zatlarından başqa heç nəylə maraqlanmayan məşhurların həm 
ləyaqətli, həm də gülməli cəhətlərini izləməli olurdu. 
 
         Cipin iyirmi iki yaşı tamam olanda Uintonu podaqranın ilk ciddi tutması tutdu. Şər deməsən xeyir 
gəlməz, ov sezonuna qədər at minə bilməyəcəyindən ehtiyatlanaraq, Cip və Marki ilə birlikdə 
Bisbadenə yola düşdü. Onların qaldıqları Vilqelmştrassdakı otelin pəncərəsindən ağaclarının yarpaqları 



Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə