ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə61/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

 
        Kafeyə girib konyak sifariş verdi. Onun üçün üstündə nə qədər içildiyi qeyd olunan dolçada 
konyak gətirdilər. O, xeyli oturdu. Ayağa qalxıb çıxanda isə doqquz adamın payını içmişdi, qanının 
qəzəbdən qaynadığını hiss elədi, qəlbində isə tamamilə alicənablıq hissi var idi. Neynək, qoy sevsin! 
Amma ona da icazə verin ki, arvadının məşuqunun boğazına əlini çatdıra bilsin! Birdən o, yerindəcə 
donub qaldı. Reklam eləyən adamın əlindəki lövhədə aşağıdakı sözlər yazılmışdı. 
 
        «Dafna Uinq. Panteon. Dafna Uinq. Plastik rəqslər. Hərəktlərin poeziyası. Bu gün saat üçdə. 
Panteon. Dafna Uinq». 
 
        Bax, kim onu əsl məhəbbətlə sevirdi – balaca Dafna! Artıq saat dördə işləyirdi. Salona girərək, 
hansısa acı məmnunluq hissiylə səhnəyə yaxın olan parterdə əyləşdi. Taleyin acı istehzası!.. Aha, budur, 
qız səhnəyə çıxır. Şəffaf muslindən don geymiş, sifəti kostyumuna uyğun gəlsin deyə, həddən artıq 
ağardılmış rəqqasə. Qız barmaqlarının ucunda dayanıb, əlini ipək kimi yumşaq, qıvrım saçlarının 
üzərində tağ kimi əyərək,  ağır-ağır fırlanırdı. 
 
        Səfeh duruşdu! Amma onun sifətində əvvəlkki kimi dişi göyərçini xatırladan mülayim ifadə  var 
idi.  Duruşu xoşagələn olmasa da, onun rəqsindəki ilhamvericilik Forseni sarsıtdı. Qız bir ayağının 
üstündə dönərək, səhnənin bu başından o başına uçurdu, bir anlığa qaraya bürünmüş, sifəti də eynən elə 
ağardılmış Pyero qızı tutdu. Qızın ayaqlarından yapışaraq yuxarı qaldırdı, qız yenə də əllərini başının 
üzərində tağ kimi tutaraq, bir ayağı üstə buruldu, o biri ayağını qatlayıb, ikincisinin dizdən olan 
büküyünə söykəyərək dayandı. Sonra Pyero qızın belini qucaqladı və qız barmaqlarının üstündə 
dayanmaqda davam eləyərək, digər ayağını yuxarı qaldırdı, bütün bədəni ilə titrəyirdi. Onun titrəyən 
bədəni tamaşaçılarda bunu eləməyin necə çətin olması təssərrüatını yaratmalıydı. Nəhayət, tamam 
ayağa qalxaraq, qız səhnənin arxasına uçdu və sifətində dişi göyərçinin sifətində olduğu kimi  ilhamlı  
bir ifadə donmuş halda geri,  səhnəyə qaçdı.  Onun ayağının ucları ağappaq ağarırdı. Hə, səhnədə o, 
heyranedici idi! Forsen «Bravo!» qışqıraraq, əlini yuxarı qaldırıb əl çalmağa başladı. Qızın gözlərininin 
qəfildən bir anlığa girdələndiyini gördü, ancaq bu cəmisi bir neçə an çəkdi. Qız onu gördü. «Məni 
yaddan çıxartmaq elə də asan deyil!» – o düşündü. 
 
        Sonra qız ikinci rəqsini elədi. Bu dəfə tamaşaçılar onun bədəninin əksini səhnənin ortasında 
düzəldilmiş süni, balaca, yosunlarla örtülmüş göldə də görə biləcəkdilər. «Ofeliyanın sonuncu rəqsi», – 
Forsen istehzayla gülümsədi. Qız dəniz dalğası rəngində, ətəkləri bir neçə yerdən kəsik olan yüngül 
xalatdaydı, bu xalatda onun ayaqlarının gözəlliyi daha aydın hiss olunurdu. Saçlarına qızçiçəyi və göy 
çiçək səpələnmiş halda, sudakı yorğun, solğun, həsrətli əksinin ətrafında fırlanırdı. Sonra surəti açmaq 
üçün sifətinə iztirablı bir ümidsizlik ifadəsi verərək,  qız səhnədə qəzəblə fırlanmağa başladı və 
nəhayət, səhnənin parlayan işıqlarının altında süni gölə girdi və kağızdan olan su zanbaqlarının 
arasında üzməyə başladı. Qız əvvəlki tək heyranedici idi, parlaq gözləri, yarı açılmış dodaqları, dağınıq 
saçları çox gözəldi!  
 
        Forsen yenidən əllərini  yuxarı qaldırdı və yenidən «Bravo!» qışqıraraq, əl çalmağa başladı. 
 
        Pərdə endirildi, ancaq Ofeliya onu gördüyü üçünmü, ya tamaşaçılarda həqiqətən də, boğulması  
illüziyasını qorumaq xətrinəmi daha səhnəyə çıxmadı. Belə «teatrallıq» həmişə ona xas olan cəhətdi. 
 
        Kətan kostyumlarda bir-birlərinin qarnına vuran iki klouna bərkdən «tfu!» deyərək, ayağa qalxıb 
çıxdı. Bir parça kağızda «Məni görmək istəyirsinizmi? Q.F.» yazıb onu artistlərin otağından içəri verdi. 
Ona cavab verdilər. 
 


       – Ser, miss Uinq bir dəqiqədən sonra sizi qəbul eləyə bilər.  
 
       Forsen dəhlizdəki suvanmış divara söykənərək, havaçəkəndə dayanmışdı və öz – özündən 
soruşurdu, mən nəyə görə buradayam və o, mənə nə deyəcək? 
 
        Qız artıq şlyapasını geymişdi, teatrın işçisi onun laklanmış ayaqqabılarının bağlarını bağlayırdı. 
Dafna Uinq onun başı üzərindən əlini Forsenə uzatdı. 
 
       – Ah, mister Forsen, necəsiniz? 
 
        Forsen onun balaca, nəmli əlindən yapışıb, qızın baxışları ilə rastlaşmamağa çalışaraq, onu ani 
olaraq nəzərdən keçirdi. Qızın sifəti əvvəlki kimi qalsa da, hardasa yeniydi. Qızın özünü daha güclü, 
əzmli hiss elədiyi duyulurdu, yalnız qüsursuz elastiki bədəni dəyişməmişdi. İşçi mızıldandı: 
«Xudahafiz, miss» və çıxdı. 
 
        Dafna Uinq yüngülcə gülümsədi. 
 
       – Mən çoxdandı sizi görmürdüm. 
 
       – Hə, mən xaricdəydim. Siz həmişə olduğu kimi çox gözəl rəqs eləyirsiniz. 
 
        – Ah, elədi, baş verənlər mənim rəqsimə təsir eləməyib! 
 
        Özünü ələ alaraq birbaşa qızın sifətinə baxdı. Doğrudanmı, bu, onun yaxasına yapışan, onu azacıq 
da olsa, məhəbbət haqda yalvarışları, göz yaşları, öpüşləri ilə təngə gətirən həmin qızdır? İndi o, 
yaraşıqlı idi. Əvvəl olduğundan çox yaraşıqlı idi!  
 
      – Öp məni, balaca Dafna! – o dedi. 
 
        Dafna Uinq tərpənmədi. Ağ dişləri ilə alt dodağını dişləyib cavab verdi. 
 
       – Ah, yox, təşəkkür edirəm! Bəs missis Forsen necədir? 
 
        O, kəsə cavab verdi. 
 
       – Onunla qurtarmışam. 
 
       -Ah! O, sizdən ayrılıb? 
 
       – Yox. Bəsdir, onun haqqında danışdıq, daha bəsdir! 
 
        Dafna Uinq yerindən tərpənmədən hər cür artist əşyaları ilə dolu olan otağın ortasında dayanmışdı. 
O, işküzar tərzdə dedi: 
 
       – Siz elə də nəzakətli deyilsiniz, doğru deyilmi? Bu, sadəcə, məzəlidir. Bilmirəm, sizi görməyimə 
şadammı? Mənim üçün olduqca çətin oldu, siz özünüz başa düşürsünüz, missis Forsen isə özünü mələk 
kimi apardı. Nəyə görə bura gəlibsiniz? 
 
        Doğrudan, hə? Niyə gəlmişdi? Başında ani bir fikir şimşək kimi çaxdı: «O, mənə unutmağa 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə