ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

xoşdur! … Qız indi altı il onu gəzdirən qoca madyanını minmişdi və madyan tövlənin qoxusunu hiss 
edib fınxırırdı. Bu da axırıncı döngə, öz cizgiləri ilə tanış olan, – köhnə mülkədar evinə, geniş, olduqca 
tutqun, rahat pilləkənli evə  aparan fıstıq xiyabanı. Qız yorulmuşdu, yağış çiləyirdi. Sabah bütün bədəni 
sızıldayacaqdı. Qız işıqlandırılan qapının ağzında dayanmış Markini gördü, cibindən madyanlar üçün 
qənd çıxardarkən  onun dediklərini eşitdi: 
 
       – Ser, mister Forsen, Bisbadenli centlmen təşrif gətirib. 
 
       Qızın  ürəyi döyünməyə başladı. Bu nə deməkdi? O, niyə gəlmişdi? Buna necə cürət eləmişdi? O, 
belə satqıncasına necə hərəkət eləyə bilərdi? Ah, o, əlbəttə, qızın atasına heç nə demədiyini bilmir. Bu, 
onun cəzası idi! Qız evə qaçdı və birbaşa yuxarı qalxdı. Bettinin dediklərini eşidə bildi. «Vanna 
hazırdır, miss Cip!» 
 
       – Oy Betti, əzizim, mənə yuxarı çay gətir! – qız qışqırdı və vanna otağında yox oldu. Burada o, 
təhlükəsiz yerdə idi. Həm də vannanın sirayətedici istisində vəziyyəti götür-qoy eləmək daha asan idi. 
 
        Yalnız belə ola bilərdi, Forsen atasından onu istəməyə gəlmişdi. Birdən o, tamam sakitləşdi. Belə 
daha yaxşıdır, daha atasından gizlin sirri olmayacaqdı! Əgər özü ona ərə getməyə qərar verməsəydi, 
atası onunla Forsen arasında dayanacaqdı. Bu fikir onu sarsıtdı. Doğrudanmı, o, bunları düşünmədən 
belə uzağa getmişdi? Nə olacaq? Əgər, hətta o, yox deyərsə belə, Forsen ondan əl çəkməyəcəkdi. Bəs  
ona yox demək istəyirdimi?   
 
        Qız isti vannanı çox sevirdi, amma indiyə kimi suda belə çox qaldığı olmamışdı. Burada ona asan 
idi, amma orada necə də çətin olacaqdı! Qapını döydülər və bu, onu məcbur elədi ki, vannadan çıxıb 
onun üçün çay gətirən Bettini içəri buraxsın. 
 
       – Miss Cip, nə vaxt hazır olarsınızsa, aşağı düşmənizi xahiş edirlər.         
 
                   
 
VI FƏSİL 
 
 
 
        Baxışları ilə qızını ötürən Uinton Markidən soruşdu: 
 
      – Siz bu centlmeni neynəmisiniz? 
 
        Təkcə «bu» sözü onun həyəcanını büruzə verdi. Amma dəhlizi keçənə kimi onun başında çoxlu 
qeyri – adi fikirlər yaranırdı. Kabinetində başını olduqca nəzakətlə əyib, Forsenin nə deyəcəyini 
gözləyirdi. «Skripkaçı» xəz paltoda idi, əlində fetr şlyapasını oynadırdı. Niyə birbaşa onun gözlərinə 
baxmırdı? Baxanda da, sanki, adamı gözləriylə yemək istəyirdi. 
 
     – Mayor Uinton, yəqin, siz   mənim Londona qayıtdığımı bilirsiniz? 
 
       «Demək, Cip onunla görüşüb və mənə heç nə deməyib – o, qəlb ağrısıyla düşündü. –  Ancaq onu 
ələ vermək lazım deyil». O, yenidən başını nəzakətlə əydi.  Buz soyuqluğu ilə qonağını qorxutduğunu 
hiss edir, amma Forseni bu qorxudan xilas eləməyi ağlına da gətirmirdi. 
 


         Forsen otaqda gəzişməyə başladı. Sonra dayandı və həyəcanlanmış halda dedi: 
 
       – Mayor Uinton, sizin qızınız yer üzünün ən gözəl varlığıdır. Mən onu dəlicəsinə sevirəm. Mən 
gələcəyi olan adamam. Əgər qızınızla evlənsəm, sənətimlə çox şeyə nail olacağam. Mənim bir az da 
sərvətim var, ancaq qızınızın arzuladığı əsas sərvətim skripkamdır. 
 
        Uintonun sifətindən yalnız soyuq nifrət oxumaq mümkün idi. Demək, bu tip elə düşünür ki, o, 
Uinton, qızından söhbət gedəndə pul haqqında düşünə bilər! Bu sadəcə, onu təhqir edirdi. Forsen 
davam elədi: 
 
      – Mən sizin xoşunuza gəlmirəm. Bunu ilk andaca hiss elədim. Siz ingilis centlmenisiniz, – bu 
sözləri o, ironiya ilə dedi, – mən sizin üçün heç kiməm. Ancaq öz dünyamda mənim nəsə bir dəyərim 
var. Mən avantürist deyiləm. Siz icazə verərsinizmi, qızınızdan mənim arvadım olmasını xahiş edim? 
 
        O, əlini qaldırdı və dua edirmiş kimi ayaq üstəcə dondu. Bir anlığa Uinton bu adamın əzab 
çəkdiyini hiss elədi. Bununla belə yenə də həmin buz soyuqluğu ilə cavab verdi: 
 
       – İlk olaraq mənə müraciət elədiyiniz üçün  sizə çox borcluyam, ser. Öz evimdə nəzakətsiz olmaq 
istəmirəm, mənim qeydsiz-şərtsiz sizin arzunuza son imkanlarıma qədər müqavimət göstərəcəyimi 
nəzərə alaraq, lütfkarlıq eləyib, yox olarsınızsa, mən çox şad olaram.  
 
        Forsenin sifətindəki az qala uşaq məyusluğu və çaşqınlığı dərhal  öz yerini qəzəb, inamsızlıq, 
ələsalma və nəhayət, ümidsizlik ifadəsinə verdi. 
 
       – Mayor Uinton! – o səsləndi. – Axı siz də sevibsiniz! Siz, yəqin ki, onun anasını sevibsiniz. Mən 
əzab çəkirəm. 
 
        Uinton buxarıya  tərəf çəkilib, sərt halda döndü: 
 
       – Ser, mən qızımın hisslərinin sərəncamçısı deyiləm. Ona necə xoşdursa, elə də hərəkət eləyə bilər. 
Mən yalnız deyirəm, əgər o, sizə ərə gedərsə, bu mənim ümidlərimin və baxışlarımın əleyhinə olacaq. 
Mən təssəvvür edirəm ki, siz ümumiyyətlə, mənim icazə verəcəyimi elə də gözləmirdiniz. Mister 
Forsen, mən kor deyiləm və Bisbadendə onun ətrafında necə fırlandığınızı görürdüm. 
 
        Forsen yazıq bir təbəssümlə cavab verdi: 
 
       – Bədbəxtlər əllərindən nə gəlirsə, onu da eləyirlər. Siz mənə icazə verərsinizmi onu görüm?  
 
        Qızı bu oğlanla onun icazəsi olmadan görüşürmüş, hər şeyi ondan gizləyib – ondan. Necə 
olmasından asılı olmayaraq, bütün bunlar onun öz sarsıntıları idi! 
 
       – Mən onun arxasınca adam göndərərəm, – Uinton dedi. – Hələlik çay, ya da viski içmək 
istəmirsinizmi? 
 
         Forsen başını yırğaladı. Tam yarım saat sükut içində, xoşagəlməz şəraitdə keçdi. Palçığa 
bulaşmış, əzilmiş paltarlarında  buxarının qabağında dayanmış  Uinton bu sükuta daha yaxşı dözürdü, 
nəinki onun qonağı.  Bu anadangəlmə uşaq ev sahibi ilə yarışmağa cəhd eləmək  üçün çox çaba sərf 
eləyirdi.   Forsen görünür, bütün nəzakətləri bir qırağa qoydu, hirslə otaqda addımlayıb pəncərəyə 
yaxınlaşdı, pərdələri kənara verib, qaranlığa baxmağa başladı. Sonra yenə də nə isə qərara alıbmış kimi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə