ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə14/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

Uintonun əks tərəfində dayandı, sanki, bu hərəkətsiz adam tərəfindən oda   atılırmış kimi oturacağa 
çökdü və divara tərəf döndü. Uinton təbiəti etibarıyla qəddar adam deyildi, ancaq Cipin xoşbəxtliyini 
hədələyən  bu tipin necə qıvrıldığına baxdıqca əylənirdi. Hədələyən? Hə, məlum işdir, qız onun 
təklifini qəbul eləməz! Bəs onda qız niyə onunla görüşməsini gizlin saxlayırmış? Uinton da əzab 
çəkirdi 
 
        Sonra Cip daxil oldu. Qız gülümsəyirdi, ancaq onun sifətində  hansısa bir çəkindirici qapalılıq var 
idi. Qız Forsenə yaxınlaşdı və əlini ona uzadaraq, sakitcə dedi: 
 
       – Nə yaxşı lütf edib gəlibsiniz! 
 
        Uinton qəlb ağrısı ilə burada artıq olduğunu hiss elədi! Yaxşı, o, kəsə danışacaqdı, görünür, onun 
arxasında çox işlər olubmuş.  
 
       – Mister Forsen səni istəməyə gəlib. Mən ona belə məsələləri sənin özünün həll elədiyini dedim. 
Əgər sən onun təklifini qəbul eləyərsənsə, təbii ki, bu mənim istəyimin əksinə olacaq. 
 
        O, danışdıqca da sifəti daha çox pörtürdü, qız isə nə ona, nə də Forsenə baxmırdı. Uinton onun 
döşləri üzərindəki krujevanın necə enib qalxdığını hiss elədi. Qız güclə seziləcək tərzdə çiyinlərini 
çəkdi və qəlbinin dərinliklərinə qədər sarsılmış Uinton birdən dönüb qapıya doğru getdi. Ona aydın 
oldu ki, qızı onun nəsihətlərinə ehtiyac duymur. Doğrudanmı, onun atasına olan məhəbbəti bu 
skripkaçıya olan məhəbbətindən azdı? Amma elə buradaca  qəlbindəki incikliyi də, qəzəbi də boğdu, 
qızı olmadan yaşaya bilməzdi! Qoy o, lap ən axırıncı əclafa ərə getsin,  bütün hallarda qızı ilə olacaqdı, 
o, qızının məhəbbətinə və sevgisinə möhtacdı. Qızı onun indiki həyatı üçün də, keçmiş həyatı üçün də 
çox dəyərli idi. O, öz otağına ürək ağrısıyla getdi. 
 
        Yemək üçün aşağı düşəndə Forsen artıq yox idi. Bu adam nə dedi, qızı ona nə cavab verdi, 
həyatında belə şeyi soruşmazdı. Qürurun yaratdığı körpünün üstündən keçmək asan deyil. Cip ona 
xeyirli gecələr arzulamaq üçün ayağa qalxanda, hər ikisinin sifəti, sanki, mum manikenlərin sifətiydi.  
 
       Sonrakı günlərdə qız özünü heç nə ilə ələ vermədi, atasının iradəsi əleyhinə getməyə hazırlaşdığını 
göstərən bircə söz də demədi. Forsen, sanki, olmamışdı, onu, sadəcə, xatırlamırdılar. Uinton isə onun 
incik olduğunu, qəlbində ona qarşı nəsə kin saxladığını yaxşı bilirdi. Bir dəfə nahardan sonra o sakitcə 
soruşdu: 
 
        – Cip, mənə açıqca de, bu adam sənin xoşuna gəlirmi? 
 
        – Hardasa, hə, – qız da eyni sakitliklə cavab verdi. 
 
        – Bu kifayətdirmi? 
 
        – Ata, mən bilmirəm. 
 
          Qızın dodaqları titrədi və onu həyəcanlı görərkən həmişə olduğu kimi Uintonun ürəyi yumşaldı. 
Əlini uzadıb qızının barmaqları üstə qoydu və dedi:  
 
       – Mən sənin xoşbəxtliyinə heç vaxt əngəl olmayacağam, Cip. Ancaq bu xoşbəxtlik olmalıdır. 
Xoşbəxtlik olacaqmı? Düşünmürəm. Sən yəqin bilirsən onun haqqında nələr danışırdılar? 
 


       – Hə. 
 
         Bunun qıza məlum olduğunu bilmirdi, onun ürəyi duşdu. 
 
       – Bu çox iyrəncdir, başa düşürsənmi? O, tamamilə bizim təbəqənin adamı deyil. 
 
          Cip başını qaldırıb ona baxdı: 
 
        – Ata, sən düşünürsən ki, mən «sizin təbəqənin» adamıyam? 
 
          Uinton üzünü döndərdi. Qız onun əlinin üstünə qoyduğu barmaqlarını oynadaraq, davam elədi: 
 
        – Mən səni incitmək istəmirdim. Ancaq bu belədir ki var, elə deyilmi? Mən sənin təbəqənə məxsus 
deyiləm. Həmişə, nə vaxt ki, sən mənə bu haqda deyibsən, mən bu adamlardan nə qədər uzaq 
olduğumu hiss eləmişəm. Mən ona yaxınam. Musiqi mənim üçün həyatda hər şeydən qiymətlidir! 
 
          Uinton ürpəşirmiş kimi onun barmaqlarını sıxdı. 
 
       – Cip, əgər sənin xoşbəxtliyin arzu edilən olmazsa, bu mənim üçün ən qorxunc fəlakət olar. 
 
       – Ata, mən nəyə görə xoşbəxt olmamalıyam? 
 
       – Sənin xoşbəxtliyin naminə mən kiminlə lazımsa barışa bilərəm. Ancaq mən buna inana 
bilmərəm. Əzizim, mən xahiş edirəm, Allah xatirinə, bir də düşün. Mən səninlə pis rəftar eləyən adamı 
güllə ilə vuraram. 
 
         Yatmamışdan əvvəl o dedi: 
 
       – Sabah Londona gedirik.  
 
         Olsun ki, onsuz da baş verəcəklərdən qaçmağın mümkün olmayacağını başa düşdü, ya da qızının 
bu skripkaçı ilə tez-tez görüşərsə, ondan ayrılacağına zəif də olsa, ümid bəslədi, hər nəydisə, daha 
əngəl yaratmamağı qərar aldı.  
 
        Qeyri – adi pərəstişeləmə yenidən başladı. Hələ də özünün quş yox, pişik olduğuna, kölə yox
hökmdar olduğuna inanan qız milad bayramına yaxın razılıq verdi. Bir, ya iki dəfə Forsen öz hisslərinə 
azadlıq verəndə və onun ədəbsiz öpüşlərindən qız özünü təhqir olunmuş hesab eləyəndə, az qala qorxu 
içində hara getdiyini düşünürdü. Ümumilikdə isə onun heyranlığından və musiqisindən sərxoş olmuş  
qız şən əhvalda idi, baxmayaraq ki, bəzən atasını incitdiyini bildiyinə görə vicdan əzabı çəkirdi. 
Təsadüfi hallarda Mildenxemdə olurdu, onu dərdin əzdiyi bacısının himayəsinə verən atası isə bütün 
vaxtını orada keçirirdi və az qala yəhərdən düşmürdü. Rozamunda bibi Forsenin çalğısına məftun olsa 
da, qardaşıyla razıydı ki, o «dözülməzdir». Ancaq o, nə desə belə sözləri Cipə heç cür təsir eləmirdi. Bu 
yeni və sarsıdıcı kəşf idi, – həssas və yumşaq qızın inadkarlıq damarı! Etirazlar görünür, yalnız qızın 
qətiliyini möhkəmləndirirdi. Nəhayət, xeyirxah qadının təbii nikbinliyi Rozamunda bibiyə təlqin 
eləməyə başladı ki, Cip, hətta belə subyekti də adam eləyə bilər. Nə deyirsən de, o da özlüyündə 
məşhur adamdır! 
 
        Toy fevral ayına təyin olundu. Sent-Cons Vudda bağı olan ev alındı. Toydan əvvəlki ay həmişə 
olduğu kimi nəşəli bir vurnuxmada keçdi, mebel, paltarlar almaq. Əgər bunlar olmasaydı, kim bilir, 




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə