ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə15/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

nişanla bir-birinə bağlanmış neçə düyünlər açılmış olardı.       
 
      Nəhayət,  bu gün onlar evləndilər. Sonuncu günə qədər Uinton bu toyun olacağına inanmırdı. 
Məyusluğunu və acılarını sezdirməməyə çalışaraq, yeznəsinin əlini sıxdı, ancaq bununla heç kimi 
aldada bilməyəcəyini  yaxşı bilirdi. Allaha şükürlər olsun ki, kilsəsiz, toy piroqu, dəvətlər, təbriklər və 
bu kimi cəfəngiyyatlar olmadan keçinə bildilər, yoxsa o dözməyəcəkdi. Hətta Rozamunda da olmadı, 
xəstəydi, uzanmaqdan ötrü də kömək istəyirdi! 
 
        Köhnə kreslonun arxasına söykənərək, buxarının alovuna baxdı. İndi onlar Torkiyə getmək 
üzrəydilər, hə, məhz indi. Musiqi! Simlərdən və ağaclardan qopan səslərin qızını ondan oğurlaya 
biləcəyi kimin ağlına gələ bilərdi? Hə, yəqin, onlar indi artıq Torkidə, oteldədirlər. Uintonun 
dodaqlarından uzun illər ərzində ilk dəfə dua eşidildi: 
 
       – Qoy qızım xoşbəxt olsun! Qoy onlar xoşbəxt olsunlar! 
 
        Markinin qapını açdığını eşidib gözlərini yumdu və özünü yatmışlığa vurdu.  
 
 
 
  
 
İKİNCİ HİSSƏ 
 
 
 
I FƏSİL 
 
 
 
     Cip  fikirli halda özünün açıq sarı rəngli, məxmər donuna baxırdı. Onun ətrafındakı qızlardan 
atasının dediyi kimi, toy «cəfəngiyyatları» olmadan ərə gedəni çətin tapılardı. Qatarda səfəri ərzində 
onların çox az qismi indi birinci dərəcəli kupedə  oturub, heç olmasa, qəlbini sevinclə dolduran 
unudulmaz bir neçə saat ərzində hamının heyranlığının və pərəstişinin  diqqət mərkəzində olduğunu 
xatırlamaqdan heç bir ləzzət almazdı. Bir küncdə oturasan, hətta xatırlamaq imkanın olmaya ki, 
dostların özlərini necə aparırdılar, kim nə deyirdi, kim necə görünürdü və qüssəli fikirləri dağıtmaq 
üçün  bütün bunlar haqda öz gənc ərinə necə danışırdın? Bəs onun nəyi vardı? Təzə, ilk dəfə bu gün 
geydiyi donu, bir də Bettinin göz yaşlarını, nigahı qeydə alanın şlayapanın dibini andıran sifətini və öz 
köməkçisini xatırlaya bilərdi. Qız gizlincə qarşısında oturmuş, nazik parçadan tikilmiş boz kostyum 
geyən Forsenə baxdı. Onun əri! Missis Qustav Forsen! İndi onu belə çağıracaqdılar, ancaq o, özü üçün 
əvvəlki kimi Gita Uinton kimi qalacaqdı. Başqa ad heç vaxt ona yaraşmazdı. Özünə etiraf eləməsə də, 
qız qorxurdu, onun baxışları ilə rastlaşmaqdan çəkinirdi və pəncərədən çölə baxmağa çalışırdı. 
Qaşqabaqlı, fərəhsiz gün idi, nə istilik, nə də günəş vardı, nə də boz qurğuşun rəngli, sahillərində 
kədərli söyüdlər olan Temzanın şırıltısı eşidilirdi… 
 
        Birdən qız əlinə toxunulduğunu hiss elədi. Əvvəllər ifa edərkən  onun sifətini heç vaxt indiki kimi 
qeyri – adi dərəcədə ilhama gəlmiş halda görməmişdi. Qız birdən özünü inamlı hiss elədi. Hər şey onda 
olduğu kimi qalacaqsa!... Onun əlləri qızın dizləri üstündəydi, sifəti azacıq dəyişmişdi, ilhamı solmuş, 
sönmüşdü, dodaqları şişkin idi. O, ayağa qalxıb qızın yanında oturdu. Qız sonsuz sevinclə düşündü ki, 
dəhliz yanlarındadır və dərhal da yeni evləri haqda danışmağa başladı. Bu günəcən, nə qədər bir 


yerdəydilər, o, təsadüfən əlinə düşən yeməyin üstünə atılan ac adama oxşayırdı. İndisə, qız tamamilə 
ona məxsus olandan sonra tamam dəyişmişdi, sanki, məktəbdən qayıdan uşaq idi.  
 
        O, məşq skripkasını çıxarıb, səsazaldan aləti qoşdu və çalmağa başladı. Başını döndərəndə qız ona 
baxdı. O indi  nazik bakenbardlu vaxtlarından daha yaxşı görünürdü. Bir dəfə necə oldusa, qız bu 
baklara toxunub dedi: «Əgər bu qanadcıqların yox olasaydılar!» Növbəti səhər onlar artıq yox 
olmuşdular. Ancaq qız hələ də ona, ən çox da onun nəvazişinə alışa bilmirdi. 
 
        Torkidə səma tərtəmiz və ulduzlu idi, taksinin pəncərəsindən içəri dolan külək dəniz qoxusunu 
gətirirdi. Uzaq körfəzdə işıqlar sayrışırdı, balaca buxtanın tünd göy rəngə çalan suyunda qayıqlar, 
sanki, ördəklər kimi yırğalanırdılar. Maşın dayanandan və onlar otelin holluna girəndən sonra Cip 
pıçıldadı: 
 
        – Lazım deyil, qoy onlar heç nə hiss eləməsinlər! 
 
          O sakitcə qızı qabağa buraxdı. 
 
        – Heç kim heç nə başa düşmür, mənim Cipim! Tamamilə heç nə! Biz çoxdan evlənmiş ər-arvadıq 
və bir-birimizi artıq təngə gətirmişik! 
 
          Nahar vaxtı hər ikisini bu etinasızlıq oyunu əyləndirirdi. Ancaq arada bir o gizlədilməsi mümkün 
olmayan nifrətlə gözlərini onlara maraq göstərən dinc  müştəriyə elə dikirdi ki, Cip həyəcanlanırdı. Qız 
azacıq, o isə həddən artıq çaxır içəndən sonra etinasızlıq oyununa son verildi. Həddən artıq çox 
çərənləməyə başladı, yeməkpaylayanlara ləqəblər verir, restoranın müştərilərinə sataşırdı. Cip 
gülümsəyirdi, ancaq başqalarının onun bu hərəkətlərini sezəcəyindən ehtyatlanıb daxildə titrəyirdi. 
Onların başları az qala balaca masanın üstündən bir-birlərinə toxunurdu. Sonra onlar holla çıxdılar, o, 
hökmən qızın da onun kimi siqaret çəkməsini istəyirdi. Qız adam içində heç vaxt siqaret çəkməmişdi, 
ancaq etiraz eləyə bilmədi, bu yaxşı çıxmaz, qızlıq işvəsi kimi başa düşülərdi. Özünü onun ətrafında 
qəbul olunan kimi aparmalıydı. Qız pərdəni kənara çəkdi və onlar pəncərənin qabağında yanaşı 
dayandılar. Parlaq ulduzların işığında dəniz tamam göy rəngə çalırdı, körfəzin üzərindən yüksələn 
qollu-budaqlı şam ağaclarının arasından ay boylanırdı. Cipin boyunun  beş yarım funt olmasına 
baxmayaraq, güclə onun çənəsindən gəlirdi. O. ah çəkdi və dedi: 
 
     – Mənim Cipim, çox gözəl gecədir!  
 
       Birdən ani fikirdən həyəcanlandı, axı bu adam onun əriydi, qız isə onu tamam tanımırdı! «Ər»… 
Qəribə,  çirkin sözdür! Qız özünü qaranlıq otağın qapısını açan uşaq kimi hiss elədi və onun əlindən 
yapışıb pıçıldadı: 
 
       – Bax! Yelkənli qayığı görürsən? Gecə o, dənizdə neyləyir? 
 
        Yuxarıda, onların qonaq otağında royal vardı, ancaq yararsız imiş. Sabah başqasının bura 
qoyulmasını xahiş eləyərdilər. Sabah! Buxarıda gur alov yanırdı. Forsen skripkasını götürdü və 
pencəyini çıxartdı. Köynəyinin qolu cırılmışdı. «Mən tikərəm!» – qız hansısa təntənə ilə düşündü. Bax, 
onun üçün artıq iş vardı. Otaqdakı qərənfillərdən güclü, tünd qoxu gəlirdi. O, azından bir saat çaldı və 
öz açıq sarı rəngli məxməri donunda olan Cip, oturacağa yayxanaraq qulaq asdı. Yatsaydı necə də yaxşı 
olardı! Qızın ağzının kənarlarında balaca kədərli qırışlar hiss olunurdu, gözləri dərinləşir və 
tutqunlaşırdı, qız indi incidilmiş uşağı xatırladırdı. Forsen gözlərini onun sifətindən çəkmirdi. Nəhayət,  
skripkanı yerinə qoydu. 




Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə