ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

 
        Cip onun yumşaq çiyinlərini möhkəmcə qucaqlayaraq, hər iki skoç-teryerləri ondan aldı, küçükləri 
sinəsinə sıxaraq, hər iki tərəfinə sırayla ağaclar əkilmiş cığırla qaçmağa başladı, küçüklər karıxmış 
halda onun burnunu, qulaqlarını yalayırdılar. Dördkünc giriş otağından keçib, pəncərəsi çəmənliyə 
açılan qonaq otağına girdi, eyvanın qapısı qabağında dayanıb bu bəzəkli, təzə otağa baxmağa başladı, 
burada hər şey onun arzuladığı kimi döşənməmişdi. Qara atlas ağacı ilə işlənmiş divarlar ağ idi, hətta 
onun ümid elədiyindən də yaxşı görünürdülər. Bağda, onun bağında isə armud ağacları 
tumurcuqlamışdı, ancaq hələlik çiçək açmamışdılar. Evin ətrafında bir neçə  nərgizgülü açmağa 
başlamışdı, hətta birinin artıq qönçəsi də var idi. Qız hələ də küçükləri özünə sıxıb, onların yumşaq 
bədənlərinin istiliyindən həzz alırdı. Sonra da qonaq otağından qaçıb, pilləkənlərlə yuxarı qalxmağa 
başladı. Oy, necə də gözəlmiş öz evində olmaq… Birdən qız arxadan kiminsə onu qucaqlayıb yuxarı 
qaldırdığını hiss elədi, qız beləcə bir azacıq dəmdəməki halda gözləri ilə şəfəq saçaraq  geri döndü, elə 
əyildi ki, ərinin dodaqları onun dodaqlarına çata bilsin.  
 
                                        
 
III FƏSİL 
 
                
 
 
 
    Öz yeni evində ilk səhər Cip sərçələrlə, ya da əvvəlcə cürətsiz halda civildəməyə, cikkildəməyə 
başlayıb, sonradan nələri var ortalığa qoyub oxuyan hansısa quşlarla eyni vaxtda yuxudan oyandı. 
Sanki, Londonun bütün qanadlılar çarlığı onun bağına toplaşmışdılar və yaddaşında qədim bir şeirin 
misraları canlandı. 
 
                       Təbiətin bütün gözəl övladları 
 
                        Yeni evlənənlərin yanındadılar 
 
                        Onlara xeyir-dua verirlər… 
 
                        Ahəngdar quş xoru da, 
 
                        Səhərin necə açıldığını 
 
                          Onlara xəbər verirlər!  
 
        Qız çevrilib Forsenə baxdı. O, başını balışda gizlədib uzanmışdı, yalnız sıx pırtlaşıq saçları 
görünürdü. O, həmişəlik qızın, qız da onundumu? Bəs bu ev kimindi? Onların ümumi eviydimi? Bu 
yad, ancaq artıq daimi otaqlarında, çarpayılarında hər şey ona daha ciddi və həyəcanlı görünürdü. Onu 
oyatmamağa çalışaraq, qız sürüşüb odeyalın altından çıxdı və pəncərənin qabağında dayanıb pərdəni 
kənara çəkdi. Hələ toran çəkilməmişdi, yalnız uzaqlarda, haradasa ağacların arxasında cəhrayı üfüqlər 
işarırdı. Əgər London səhərini bürüyən alçaqdan sürünən duman tüstüsü və yatan paytaxtın zəif səsləri 
olmasaydı, hər şey kənd səhərini xatırladardı. O, bu evin sahibəsi idi, burada sərəncam verməliydi, hər 
şeyə baxmalıydı! Bəs küçüklər! Onlara nə yedizdirsin?  
 
      Bu, onun insafla düşündüyü çoxlu saatlardan birincisi idi. Onun incə zövqü hər şeyin mükəmməl 


olmasını istəyirdi,  ancaq bunu başqalarından, xüsusilə də xidmətçilərdən tələb eləməyə üzü gəlmirdi.  
Onları bizləməyəcəkdi ki! 
 
       Forsenin  səhmana salınmış həyat haqda azacıq belə təsəvvürü yox idi. O, hətta qızın ev işlərini 
qadaya salmağa səy göstərməsini də qiymətləndirə bilmirdi. Qız ondan kömək istəməyəcək qədər 
məğrur, bəlkə də, olduqca ağıllı idi, əgər lap istəsəydi də, o, açıq-aydın etiraz eləməyə qadir deyildi.  
«Dərd-sər bilmədən yaşamaq!» – onun devizi belə idi. Cipin özü də başqa cür arzulamırdı, ancaq bu 
gün ərzində bir neçə dəfə süfrə açılan, üç xidmətçisi olan evdə mümkündümü? Hələ bir iki küçüyü də 
bu yandan? Əgər kimsə sənə heç olmaya məsləhətlə də kömək eləmirsə, bütün bunları necə idarə 
eləyəsən? 
 
      Qız öz qayğılarını kiminləsə bölüşmürdü. Özünü olduqca ehtiyatlı aparmalıydı. Təpədən dırnağa 
kimi mühafizəkar olan Betti nə vaxtsa Uintonla olduğu kimi, Forsenlə də çətinliklə yola gedirdi, ancaq 
hamısından çətini atası ilə idi. Qız onun üçün darıxırdı, ancaq,  əslində, onunla görüşməkdən qorxurdu.  
Birinci dəfə qız uşaq olanda o gəlmişdi, daha doğrusu, gəlməli olmuşdu. İndi də gəlişini artıq qızının 
məxsus olduğu «bu tipin» evdə olmamasına hesablayaraq gəldi. Qız özü qapını açdı və atasının iti 
gözləri sifətini görməsin deyə, onun üstünə atılıb boynunu qucaqladı. Dərhal da Don və Daff 
adlandırıdığı küçüklərindən danışmağa başladı. Onlar, sadəcə, qəşəngdilər! Onlardan heç nəyi qorumaq 
olmur, onun ev başmaqlarını cırıq-cırıq eləmişdilər və çini qablar olan dolaba dırmaşaraq, orada 
yatmağa dadanmışdılar! Amma hər şeyə o, özü  baxmalıdır!  
 
        Danışığına ara vermədən qız atasını pilləkənlə yuxarı, sonra isə aşağı endirib bağa, sonra da 
musiqili otağa,– ya da studiyaya, döngəyə ayrıca çıxışı olan evciyə apardı. Studiya ilə qız fəxr eləyirdi. 
Forsen burada sakitcə məşq eləyə bilirdi. Uinton dinmədən onunla birlikdə evi dolaşır, aradabir dəqiq 
iradlarını bildirirdi. Bağın uzaq küncündə, onları qonşudan ayıran hasara baxaraq, Uinton birdən onun 
əlini sıxdı. 
 
        – Hə, Cip, özün necəsən? 
 
        – Oy, mən, sadəcə, deyə bilərəm, çox gözəl! – Ancaq o, atasına, atası da ona baxmırdı. – Ata, bir 
bax! Pişiklər buradan özlərinə cığır açıblar! 
 
           Uinton dodaqlarını sıxdı və geri döndü. Skripkaçı haqqındakı fikri yenidən onun qəlbini ağrıtdı. 
Qızı görünür, özünü şən və qayğısız göstərərək, ona heç nə deməməyi qərara almışdı, ancaq onu aldada 
bilməzsən! 
 
        – Bir mənim çiçəklərimə bax! Bu gün əsl bahardır!  
 
        İki-üç arı uçuşurdu. Tər yarpaqlar elə nazik və şəffafdılar ki, künəş şüaları onları asanlıqla dəlib 
keçirdi, al-qırmızı krokuslar zərif damarcıqları,  qönçəsinin ortasındakı cəhrayı işartıyla içinə günəş 
işığı yığılan vazı xatırladırdılar.  Mülayim külək budaqları tərpədirdi, gah orada, gah da burada ayaqları 
altında quru yarpaqlar xışıldayırdı. Hər şeydə, otlarda, mavi səmada, badam ağacının çiçəklərində artıq 
baharın nəfəsi hiss olunurdu. 
 
       Cip əllərini yumdu. 
 
     – Baharı hiss eləmək necə də gözəldir! 
 
       Uinton isə düşünürdü: «O dəyişib!» Qız mehriban, cəld, daha müdrik, ciddi olmuşdu, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə