ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.

səhifə68/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
növüQaydalar
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

idi. Öz köməksiz balanı itirəsən və necə əzab çəksə də, ona heç cür kömək eləyə bilməyəsən! Sənin öz 
uşağının ağlaması qulaqlarında səslənə, sənsə tamamilə hər şeydən xəbərsiz olasan? İndi Cip bütün bu 
qorxuları   yaşayırdı və əlindən də heç nə gəlmirdi! Yalnız yatağa uzanıb gözləməkdən başqa heç nə! 
Xoşbəxtlikdən bütün günü açıq havada olmasının köməyi dəydi, bir azdan dərin yuxuya getdi. Sonra  
qapının döyülməsini eşitdi və sinidə çayla birlikdə Forsenin də məktubunu gördü. 
 
        «Cip! 
 
           Mən sənin atan kimi uşağı oğurlamamışam. Qanuna görə uşaq mənə çatır. And içirəm, əgər 
məşuqəndən imtina eləsən, uşaq dərhal da sənə qaytarılacaq. Əgər etiraz eləsən, mən uşağı İngiltərədən 
xaricə aparacağam. Mənə cavabı tələb olunana qədər poçt xidmətiylə göndər və atana denən ki, mənə 
qarşı hansısa bir alçaqlıq eləməyi ağlına da gətirməsin. 
 
                                                    Qustav Forsen».  
 
       Məktubda vest-endsk poçt şöbəsinin ünvanı var idi. Cip bir anlığa başında  hər şeyin bir-birinə 
qarışdığını hiss elədi, ancaq sakitcə mühakimə yürütmək qabiliyyəti ona tez qayıtdı. Bu məktubu 
yazanda sərxoş imişmi? Qız məktubu bir də oxudu. Ona elə gəldi, hətta kağızdan da konyak iyisi gəlir. 
Məktubu bir dəfə də oxudu. Əgər o, özü yazsaydı, qanunlara     gülmək, özünün lağa qoymaq tamahını 
saxlaya bilməzdi, o, ki qızı comərdcəsinə mühafizə eləyir! Yox, hamısını Rosek diktə eləmişdi. 
Qəlbindəki qəzəb yeni alovla gücləndi. Nəyə görə bu qədər vasvası olmalıydı? Çarpayıdan qalxdı və 
Forsenə məktub yazdı: 
 
        «Belə qəddarcasına hərəkət eləməyi necə bacardınız? Bütün hallarda qızla birlikdə onun dayəsi 
olmalıdır. Uşağı əzab çəkməyə məcbur eləmək sizə yaraşan sifət deyil. Siz arxasınca adam göndərən 
kimi Betti gəlməyə hazırdır. Mənə isə qərara gəlmək üçün vaxt lazımdır. Mən  iki gün içində fikrimi 
sizə bildirərəm. 
 
                                                            Cip». 
 
        Məktubu Forsenə yola salandan və Nyumarketdə olan atasına teleqramma vürandan sonra qız 
Forsenin məktubunu bir də oxudu və bu dəfə qəti əmin oldu ki, məktubu Rosek tərtib eləyib. Birdən   
Dafna Uinqi xatırladı. Onun vasitəsiylə nə isə öyrənmək olardı! Ona elə gəldi, yenidən bu qızı görür, 
ölüm ondan yenicə doğulmuş uşağını almışdı və sifəti solmuş qız bütün ümidlərini itirmiş halda, 
yatağına uzanmışdı. Hə, yoxlamağa dəyərdi! 
 
       Bir saatdan sonra maşın Ueqqlərin evinin qabağında dayandı. O, zəngin düyməsini basmaq 
istəyəndən, arxadan səs eşitdi. 
 
      – İcazə verin, mənim açarım var. Ah, bu sizsiniz! 
 
         Qız geri döndü və qarşısında öz peşəkar görkəmiylə dayanan mister Ueqqi gördü. 
 
      – Keçin, xahiş edirəm, – o dedi. – Mən elə hey düşünürdüm, biz, doğrudanmı, o baş verənlərdən 
sonra sizi görməyəcəyik?  
 
       O, yuxarısına qədər krep parçayla sarınmış silindirini asaraq,  xırıltılı səslə dedi:  
 
      – Mənsə elə düşünürdüm, hər şey qurtardı, – dedi və yeməkxananın qapısını açdı. 


 
       Ona yaxşı tanış olan bu otaqda masa çirkli ağ örtüklə örtülmüşdü, üstündə bir şüşə uorçestersk 
sousu var idi. Balaca göy güldan yox idi, indi qırmızı və yaşıl rənglərin ahəngini heç nə pozmurdu. Cip 
cəld dedi: 
 
     – Məgər Dafna… Deyzi artıq sizinlə yaşamır?       
 
       Mister Ueqqin sifətindəki şübhə, rahatlıq, hiyləgərlik gizli bir qürur hissinə qarışdı, Cipi hər 
görəndə onda bu hiss əmələ gəlirdi. 
 
       – Mən borcluyammı başa düşəm, siz… e… 
 
       – Mən Deyzidən soruşmağa gəlmişəm, o, mənim üçün nəsə eləyə bilərmi?   
 
        Mister Ueqq burnunu sildi. 
 
       – Siz bilirsinizmi ki… 
 
       – Bilirəm. Gizlətmədən deyəcəyəm, qızınız mənim ərimlə görüşür. Ancaq mənə heç fərq eləməz,  
artıq mənim üçün o adda adam yoxdur. 
 
       Mister Ueqqin sifətinin ifadəsində daha bir çalar əlavə olundu, ailə başçısının düşüncəsi.   
 
       – Hə, – o dedi, – bəlkə də, buna oxşar vəziyyətlərdə nəyəsə heyrətlənməyə heç dəyməz də. Mən 
həmişə düşünmüşəm… 
 
        Cip onun sözünü kəsdi: 
 
       – Mister Ueqq, xahiş edirəm! Siz Deyzinin ünvanını mənə verə bilərsinizmi? 
 
       Mister Ueqq dərindən düşündü, sonra isə qırıq-qırıq dedi: 
 
       – Komreyd-strit, 73, Soxo. Düzünü deyim, ta bir dəfə onu orada görənə kimi mənim Deyzinin çox 
gözəl gələcəyinə böyük ümidlərim var idi. İndisə onu vura bilmədiyim üçün heyfislənirəm, o, mənə 
görə çox cəld tərpəndi… O, qara əlcəkli əlini yuxarı qaldırdı və  yellədi. – Bütün bunlar qızımın lənətə 
gəlmiş müstəqilliyinə görədir! Xahiş edirəm, bağışlayasınız. Ancaq belə halda necə də ürəyini 
boşaltmayasan? – O, gözlənilmədən sözünə ara verdi.  
 
        Cip onun yanından keçib qapıya doğru getdi. 
 
       – Belə halda necə də söyməyəsən,  – arxada onun səsi eşidilirdi. – Mənsə elə düşünürdüm, qızım 
nəhayət, düz yola qayıtdı! – Cip açarı olan qapıya çatana kimi, onun çal saqqallı qırmızı, şişkin sifəti 
qızın çiyinləri üzərində yırğalandı. –  Mən ümid edirəm, əgər siz onunla görüşsəniz… 
 
          Maşına oturanda Cipin bütün bədəni titrəyirdi. Bir dəfə atası ilə Stenddəki restoranda nahar 
eləmişdi. Restoran belə mister Ueqqlərlə doluydu.       
 
                                                 
 


XIII   FƏSİL 
 
           
 
      Komreyd-stritdə Soxodakı yetmiş üç nömrəli evi tapmaq elə də asan deyildi, ancaq südpaylayan 
balaca oğlanın köməyi ilə Cip nəhayət, ona lazım olan qapıya aparan dalanı tapdı. Koppuş, ağ əl 
qapıdan çıxıb süd bankasını götürdü və Dafna Uinqin səsi eşidildi. 
 
       – Bəs qaymaq hanı? 
 
       – Yoxdur. 
 
       – Oy, axı mən həmişə sizdən xahiş eləyirəm! Düz saat on ikidə iki penslik. 
 
     – İki penslik? – oğlan gözlərini bərəltdi. – Miss, bəlkə, siz bu lediylə danışmaq istəyəsiniz? – Oğlan 
bağlanmış qapını döydü. – Ledi sizinlə danışmaq istəyir. Sabahınız xeyir, miss! 
 
       Ağ kimano geymiş Dafna Uinq qapıda göründü. Onun baxışları Cipə dikildi. 
 
      – Ah! – o,  ucadan səsləndi. 
 
      – İçəri keçə bilərəmmi? 
 
      – Oy, hə! Əlbəttə! Mən məşq eləyirdim. Mən sizi gördüyüm üçün necə də xoşbəxtəm! 
 
        Otağın ortasında iki nəfər üçün açılmış masa var idi. Bir əlində süd  bankası, o biri əlində isə, 
yəqin, dəniz ilbizlərini açmaq üçün lazım olan gödək bıçaq tutmuş Dafna Uinq masaya yaxınlaşdı. 
Sonra isə Cipə doğru döndü. Onun sifəti və kimanonun üçbücaqlı kəsiyindən görünən boynu al qırmızı 
rəngdə idi. Boşqab kimi girdə gözləri Cipin gözləri ilə qarşılaşdı. 
 
       – Oy, mister Forsen, mən necə də sevinirəm! Doğrudan da, sevinirəm. Mən elə də istəyirdim ki, siz 
mənim otağıma baxasınız, otaq xoşunuza gəlirmi? Mənim burada yaşadığımı haradan öyrəndiniz? – O, 
baxışlarını endirdi və əlavə elədi: – Məncə, yaxşısı sizə deməkdir. Mister Forsen burada oldu, sonra 
mən onunla qraf Rosekin yanında rastlaşdım – və… və… 
 
       – Mənə aydındır. Özünüzü çətinliyə salıb danışmayın. 
 
        Dafna Uinq tələsik davam elədi: 
 
       – Əlbəttə, indi mən özüm özümün ağasıyam! – Birdən onun sifətindən mənasız «kübar qadın» 
maskası düşdü və  Cipin əllərindən yapışdı. – Oy, missis Forsen, mən heç vaxt sizin kimi ola 
bilməyəcəyəm! 
 
       – Ümid edirəm, yox. 
 
         Bu qızdan   nəyinsə xahişini necə eləyə bilər? Ancaq Cip bu hissini boğub, sifətində daş kimi 
hərəkətsiz bir ifadə ilə dedi: 
 
       – Siz mənim uşağımı xatırlayırsınızmı? Təbii ki, yox. Siz heç vaxt mənim qızımı görməyibsiniz. 




Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə