Ön sözün müəllifi: İsa Həbibbəyli


…İkincisi:  bu  yaxınlarda  Gorusa  Andronik  Uzunyan



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

50  

…İkincisi:  bu  yaxınlarda  Gorusa  Andronik  Uzunyan 

adlı bir general gəlmişdir. Özünü Zəngəzurun hakimi ad-

landıran  bu  adamın,  deyilənlərə  görə,  iki  minə  yaxın  pi-

yada və süvari soldatı, bir qədər tüfəngi və üç topu vardır. 

Mən  onunla  görüşüb  danışdım.  Ermənistan  hökumətinə 

tabe  olmaq  istəmir.  Heç  bir  firqəyə  mənsub  olmayan  bu 

generalın bolşeviklərlə də arası yoxdur. 

Cənab  sədrin  bu  general  haqqında  geniş  təsəvvürü  ol-

maq üçün məlumatı bir qədər ətraflı yazmağı özümə borc 

bilirəm. 

Andronik  Türkiyədə  anadan  olmuşdur.  Türkiyə  ordu-

sunda zabit rütbəsində xidmət etmişdir. Eyni zamanda in-

gilislərin  xəfiyyəsi  kimi  türklərin  əleyhinə  gizli  təbliğat 

aparmağa  başlamışdır.  Türklər  onu  həbs  etmişlər,  lakin 

həbsdən  qaçıb  gizlənmişdir.  Cahan müharibəsi  başlanan-

dan  sonra  fəaliyyətini  daha  artıraraq,  özünü  bir  millətçi 

kimi  qələmə  vermişdir.  Başına  bir  dəstə  erməni  toplayıb, 

türklərə qarşı çıxışlar etmiş, iğtişaşlar törətmişdir. 1915-ci 

ildə bu adam öz dəstəsilə çar ordusunun tərəfinə keçmiş və 

türklərə  qarşı  vuruşmuşdur.  Generallıq  rütbəsini  də  bu 

zaman almışdır. Çar orduları Qafqaz cəbhəsindən geri çə-

kildiyi zaman, Andronik də geri çəkilmişdir. Rusiya fəhlə-

kəndli  inqilabına  mənfi  əlaqə  bəslədiyindən,  daha  doğru-

su, qorxduğundan, Rusiyaya getməyib, üzünü İrana çevir-

mişdir.  İrana  getməkdə  bir  məqsədi  də  ingilislərlə  birləş-

mək  olmuşdur.  Lakin  türklər  Xoy  və  Salmas  tərəfində 

onun  yolunu  kəsdiyindən,  istiqamətini  dəyişdirmiş,  Araz-

dan  keçib  Naxçıvana  gəlməyə məcbur  olmuşdur.  Nehrəm 

kəndində soldatlar üçün ərzaq, atlar üçün yem tələb etmiş-

dir. Soldatlarını, onun tələbini yerinə yetirməyən əhalinin 

üstünə qaldırmışdır. Hər iki tərəfdən ölən və yaralanan ol-

muşdur. Türklərin Şaxtatıya gəldiyini və tezliklə Naxçıva-

na  çatacaqlarını  bilib,  dəstəsini  Nehrəmdən  geri  çəkmiş-

dir.  Culfadan, Aza və Dəstə kəndlərindən keçib, Meğriyə, 


51  

oradan  da  Gorusa  gəlmişdir.  Neçə  vaxtdır  ki,  Gorusu 

özünə  iqamətgah  edib,  nüfuzunu  ətraf  kəndlərə  yaymağa 

başlamışdır. Bir diktator kimi kəndlərdən ərzaq, ot, saman, 

arpa yığır; onsuz da, yoxsul yaşayan əhalini soyur. Kənd-

lilər buna etiraz edirlər. Andronikin Gorusa gəldiyini eşi-

dib, bilən qərbi Ermənistan qaçqınları onun yanına gedib 

torpaq və çörək istəmişlər. Andronik onların arzusunu ye-

rinə yetirməyə vəd etmişdir. İngilislərə və amerikanlara ar-

xalanan,  onların  köməyinə  ümid  bəsləyən  Andronik 

ermənilərə millətçilik və başqa xalqlara qarşı intiqam hissi 

aşılamaqda  bizim  məqsəd  və  ideyamıza  yaxındır.  Lakin 

Ermənistan  hökumətinə  tabe  olmamaqda  bizim  üçün 

zərərli, bəlkə də təhlükəlidir. 

Onunla  necə  rəftar  edəcəyim  haqqında  cənab  sədrdən 

sərəncam gözləyirəm. 

Hörmətlə, Karo Hamparsumyan. 

Əngələvid. 

20 iyun 1918-ci il». 

 

Qeyd: Andranik Laçında Sultan bəyə biabırçı vəziyyətdə uduzandan 



sonra  1922-də  ABŞ-a  sığınmış,  27-ci  ildə  ölmüş,  Frezno  şəhərində 

basdırılmış, cəsədi 28-ci ildə Parisə, 2000-ci ildə Yerevana gətirilib. 

 

Bu  isə  ikinci  kitabın  son  sətirləridir  (səh:445-446), 



günahsız müsəlman əhalinin qənimi, əsas cəlladbaşılarından 

biri general Njdedir. 



 “Njde  Şahmərdanın  zəncirlənmiş  qollarına,  kürəyinə 

bənd  edilmiş  qaynar  samovarın  pörtələyib  qabar  atdığı 

kürəyinə baxıb qəhqəhə ilə güldü: 

Njde dedi: 

-

 

Birinci tamaşa qutardı, ikinci tamaşa daha maraqlı 

olacaq...Onları uçurumun kənarına çəkin!... 

...Qıjıltılı Arazdan qalxan sərin meh Meğri kəndinə ya-

yılırdı... Njde köksünü ötürdü, gözünü bayaqdan bəri bax-

dığı yerlərdən çəkmədən dedi: 


52  

-Ey bivəfa dağlar, dərələr, yal-yamaclar! Axırda mənim 

düşmənlərimə qismət oldunuz. İndi mən bu yurda, bu tor-

pağa nifrət edirəm. Nifrət edirəm, çünki tökdüyüm qanlar, 

verdiyim qurbanlar hədər getdi.  

Setrak dedi: 

-Fikir eləmə, Njde ağa! Deyərlər ki, bir arxa ki su gəldi, 

güman  var  ki,  bir  də  gəlsin.  Başına  İrandan  adam  topla-

yarsan, yenə öz milətinin harayına gələrsən. Yəqin ki, ke-

şiş Mesrop Tehranda ingilislərlə danışıb.  

-Mən  indi  öz  millətimə  də,  ingilislərə  də  nifrət  edirəm. 

Heç biri mənim qolumdan tutmadı. Hamısı biqeyrət çıxdı. 

Millətin də... 

-Evin yıxılmasın, ora bax, bolşeviklər gəlirlər!...Njde o 

tay  sahilə  çıxıb  dalına  baxmadan  atını  mahmızladı...Qızıl 

süvarilər atəşi kəsdilər.” 

 

 



Qeyd:  General  Njdenin  romandakı  bu  sözləri  rəsmi  mənbələrdəki 

sənədlərlə  tam  səsləşir.  "Qafan  xalqına"  1920-ci  il  sentyabrın  17-də 

etdiyi müraciəti arxivlərdə durur: "Xalq, Azərbaycan "çeka"sı tərəfindən 

satin  alınaraq  özünü  "bolşevik"  adlandıran  alçaqlar,  sənə  qəbirqazanlar 

yalan və boş vədlərlə sənin qapını döyərək, sənin ayaqlar altına atdığın 

duz-çörəkla qarşılanmaq istəyir, sən isə yaralanmış sərkərdəni tərk edir, 

tək  qoyub  gedirsən.  Bu  azmış  kimi,  sənin  casusların  və  terrorçuların 

mənim  başımı  axtarırlar  ki,  onu  üç  milyona  Azərbaycana  satsınlar. 

Nankor xalq! Hər dəfə mən döyüşdən qayıdanda sənin arvadların, sənin 

uşaqların  mənim  atıma  sarılırdılar,  əlimdən  öpüb  mənə  "Paşacan" 

deyirdilər.  Mən  səni  nə  qədər  təhlükədən,  qırğından  xilas  etmişəm... 

Xalq, bəs sən Allah, vicdan və tarix qarşısinda nə cavab verəcəksən?..." 

 

Njdenin  1920-ci  il  27  sentyabr  tarixli  bəyanatında  yaz-



dığı:  ''Türkləri  və  rusları  döyüşdə  və  döyüşdən  kənarda 

məhv  etməkdən  həzz  alıram”  sözləri  1947-ci  ilin  sentyab-

rında  Ermənistan  DTK-sının  təcridxanasında  saxlanılarkən 

ona  qarşı  ittiham  kimi  irəli  sürülmüşdü.  1918-20-ci  illərdə 

Zəngəzurda  onun  dəstəsində  olmuş  Xoyluns  və  Canuns 

adında  ermənilərin  ifadələri  alınmışdı.  Onlar  bildirmişdilər 

ki, Njdenin qərargahı Tatev monastrında yerləşdiyi zaman o, 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə