Ön sözün müəllifi: İsa Həbibbəyli


nişanə belə qalmaz. Andronik bu işdə bizdən qabağa düş-



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   16   17   18   19   20   21   22   23   24

59  

nişanə belə qalmaz. Andronik bu işdə bizdən qabağa düş-

dü, amma işi axıra çatdırmadı.” 

“Şahmərdan  Armenaka  təsəlli  verdi:  -  Andronik  rədd 

oldu... 

Armenak:-Bəli,  Andronik  rədd  olub  getdi  cəhənnəmə. 

Amma ondan da betər köpək oğlanları var...” 

Bu  “köpəkoğlu”lardan  biri  də  general  Karo  idi  ki,  qan-

içənlikdə Andronikdən  geri qalmırdı, onun iradəsi  əleyhinə 

gedən  öz  həmcinslərinə  də  rəhm  etmirdi.  “Zəngəzur”un 

birinci kitabının son-531-ci səhifəsinin son sətirləri belədir:  

“-Karonun  mauzeri  qaldırması  ilə  Armenakın  yerə  sə-

rilməsi bir oldu... 

-Aman Allah, bu nə zülmdür!- deyə Anahid özünü me-

yidin üstünə saldı. Anahid  başına-gözünə döyə-döyə, qar-

gış eləyə- eləyə aglamağa başladı. 

-Kəs səsini, bayquş!  

Karo  Anahidi  meyitdən  ayırdı.  Mauzeri  onun  alnına 

tuşlayıb zəhmlə dedi: 

 -Qardaşın hardadır? De, yerini de, it balası! 

-Bilmirəm. Tfu sizin canavar sifətinizə! Tfu sizin... 

Samvelin gülləsi Anahidin sözünü yarımçıq qoydu. 

Bədbəxt  ana  ərinin  meyitinin  üstündən  durub,  qızının 

meyitini qucaqlamaq istərkən, Samvel onu da nişan aldı... 

Karo Samveli dayandırıb dedi: 

 -Dəymə. Oğlunun yerini bu ifritəyə dedirdəcəyəm.”  

"Zəngəzur"  romanındakı  üzdəniraq  Andronikdən  geri 

qalmayan digər Erməni Milli Şurasının generalı Karo Ham-

parsumyanın  bəyanatından  sətirlər:  "Bu  yaxınlarda  qoşu-



numuz  hücuma  keçəcək.  Sərhədimizə  yaxın  olan  müsəl-

man  kəndlərini  götürəcəyik.  Planımız  belədir  ki,  tezliklə 

Qarabağa  girək.  Vediyə,  onun  ətrafındakı  kəndlərə  yaxşı 

divan tutmuşuq. İndi o kəndlər də erməni qardaşlarımızın 

əlindədir.  Ölən  ölüb,  sağ  qalan  müsəlmanlar  isə  İrana, 

Naxçıvana qaçıb». 


60  

Və Cəlil Sultanovun yanvarın 24-də Parlamentin sədrinə 

ünvanladığı  teleqramda  “Zəngəzur  sarıdan  başınız  sağ  ol-

sun,  heç  olmazsa  Qarabağı  xilas  edin”  sözlərini  hansı 

ümidsizlik, xəyalqırıqlığı, qüssə, kədərlə yazdığını anlamaq 

çətin  deyil.  Həyəcanlı  xəbərlər  gəlməkdə,  AXC  Hökuməti 

isə  sərəncamındakı  sayca  ermənilərdən  az  olmayan  hərbi 

qüvvələri səfərbər etməklə vətəndaşlarını və torpaqlarını qo-

rumaqdansa,  diplomatik  yazışmalara,  bu  hərbi-siyasi  plan-

ların  başında  duran  əcnəbilərə  Ermənistan  hökumətinin 

“yolverilməz  hərəkətləri”  barədə  şikayətlər  göndərməkdə 

davam  edirdi.  Əldə  edilən  “uğur”  isə  qan  tökməkdən  bez-

miş, doymuş kimi  görünən  generallar  Njde və  Hamazaspın 

yerinə onlardan daha qəddar, döyüşkən generallar Dro, Qa-

zaryan ilə əvəzlənməsi olmuşdu. 

Artıq çox gec idi, daha  əvvəlki Zəngəzur  yox idi, olma-

yacaqdı.  Bu  qərar  da  hələ  söz  idi,  ortada  qətiyyət,  birlik, 

siyasi  iradə  yox idi, ona görə də hərəkətə  keçmək də xeyli 

vaxt apardı, artıq ruslar Qafqaza doğru hərəkətə keçmişdilər

28 aprelə sayılı günlər qalırdı. N.Nərimanov başda olmaqla, 

Azərbaycan  bolşeviklərinə  Zəngəzur  və  Qarabağdan  ağır 

miras buraxılmışdı, mövcud vəziyyət Zəngəzurun böyük bir 

hissəsinin Azərbaycandan qoparılmasına, Qarabağda erməni 

muxtariyyətinin  yaradılmasına, əsrin sonlarında Azərbayca-

nın  həmin  faciələri  bir  daha  yenidən  daha  ağır  şəkildə  ya-

şamasına təməl zəmin hazırladı.  

“Zəngəzur”da bu məqamların bədii təsviri tarixi həqiqətə 

uyğundur,  obrazların  dili  ilə  aydın  ifadə  olunub.  Ən  üzdə 

görünən bir də zəngəzur kəndlilərinin avamlığı, onları göz-

ləyən  faciələrdən  xəbərsizliyi,  erməni  məkrini  anlamaqdan 

uzaqlığıdır.  Sabirin  şeirlərindən  bəndlər  hər  iki  kitab  boyu 

səpələnir, obrazların dilində səslənir, zəngəzurluların bu ha-

lına ayna tutur. 




61  

Bu da son:  “Başı qarlı, dumanlı dağlar, yaşıl otu daha 



öz  təravətini  itirib  saralmış  çəmənlər  Zəngəzur  qaçqınla-

rını  öz  qoynunda  çox  saxlaya  bilmədi.  Sanki  onların  fər-

yadını  dinləməkdən  yoruldu...Paltarsız,  yorğan-döşəksiz, 

ac insanlar köçəri quşlar kimi, başqa yerlərdə həyat axtar-

mağa  getdilər.  Bəzi  ailələr  Naxçıvan  mahalına  yol  aldı. 

Bəziləri Kürdüstan, Cəbrayıl, Bərdə, Ağdam, Yevlax tərəfə 

üz tutdu. Bəziləri: əlsiz-ayaqsızlar, atsız, ulaqsızlar,  xəstə-

lər,  yaralılar  özlərinə  yaxınarda  mənzil  seçdilər.  Onlar 

Minkəndə, Mollaəhmədliyə, qarakeşişə getdilər. Orada da 

bir  yer,  sığınacaq  tapa  bilmədiklərindən  kahalara  doluş-

dular. 

 

Əziziyəm axşamlar, 

Şamlar yanar axşamlar

Evli evinə gedər 

Qərib harda axşamlar?” 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə