Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   16   17   18   19   20   21   22   23   24

72  

xalq  oyunları  hazırlayıb  yarışlar  keçirərdi.  Elə  bil  bu  yerin 

camaatının dərdini yüngülləşdirmək istəyirdi. 

Qarakilsəlilərin də gənc Heydər Əliyevə sevgisi çox idi, 

onun gələcəkdə böyük adam olacağına inanırdılar. 

Dövlət  xadimi  Heydər  Əliyev  Bakıda  müxtəlif  vəzifə-

lərdə  çalışdığı  illərdə  də  Zəngəzur  camaatını  unutmazdı. 

Tez-tez  onların  ağsaqqalları,  ziyalıları  ilə  görüşürdü,  məs-

ləhətlərini  verirdi,  deyirdi  ki,  uşaqlar  orta  məktəbdə  yaxşı 

oxusunlar,  gənclər  ayrı-ayrı  yerlərdə  ali  təhsil  alsalar  da 

mütləq  doğma  yurda  qayıtsınlar.  Zəngəzurun  tarixinə,  tale-

yinə  dərindən  bələd  idi,  mənfur  qonşularımızın  daim  pus-

quda durduğun bilirdi, ehtiyatlı olmağı deyirdi, istəyirdi ki, 

yurd  yerlərimiz  boşalmasın.  Soydaşlarımız  o  torpaqda  ya-

şayıb daha dərin kök atsınlar.  

1965-ci  ildə  ermənilər  qondarma  genosidin  50  illiyi  ilə 

əlaqədar  Qarakilsədə  cəlladbaşı  Andronikə  abidə  qoymaq 

istəyirmişlər. Müdrik insan Heydər Əliyev xəbər tutan kimi, 

böyük  ustalıqla  bu  işə  mane  olub,  daşnakların  arzularını 

ürəyində qoyub.  

Elə  həmin  illərdə  İrəvanda  Ermənistan  KP  MK-nın  ple-

numunda  Azərbaycan,  azərbaycanlılar  haqqında  təhqiramiz 

fikirlər səslənir, “Böyük Ermənistan” söhbəti aparılır, Azər-

baycana qarşı ərazi iddiaları səslənir. Heydər Əliyev o iclas-

da  iştirak  edən  azərbaycanlılardan  bu  barədə  xəbər  tutan 

kimi məsələni təkidlə həmin vaxt SSRİ rəhbərliyi qarşısında 

qaldırır,  onun  prinsipial  mövqeyi,  güclü  nüfuzu  sayəsində 

Ermənistan  KP  MK-nın  birinci  katibi  Koçinyan  tutduğu 

vəzifədən azad edilir.  

1968-ci ildə tanınmış yazıçımız Əyyub Abasovun doğul-

duğu  Sisian  rayonunun  Şəki  kəndində  Novruz  bayramı  ax-

şamı  ermənilər  özləri  fitnə-fəsadla  bir  erməni  “dığa”sını 

öldürüb,  aranı  qatmaq  istəyirlər,  şərləyib  bir  neçə  nəfərin 

həbsinə  nail  olurlar,  xeyli  ailəni  kənddən  köçürməyə  giri-

şirlər. Respublikamızın rəhbəri Heydər Əliyevə məlumat ça-

tanda  nüfuzundan  istifadə  edib  öz  yardımını  göstərir,  haq-




73  

sızlığa  tuş  gəlmiş  şəkililərə  kömək  göstərir,  onların  ailələ-

rinin Bakının Saray kəndində yerləşməsinə yardım edir.  

Qarakilsə rayonunda orta məktəbi bitirənlər ali təhsil üçün 

Bakıya  gəlirdi.  Gəlib-getmək  müşkül  bir  problem  idi.  Məhz 

Heydər  Əliyevin  birbaşa  səyi  ilə  Bakı-Sisian  avtobus  mar-

şrutu açıldı. Az sonra Bakı-Gorus təyyarə xətti də işə düşdü, 

45 dəqiqəlik uçuşdan sonra Qarakilsəyə  bitişik hava alanına 

çatmaq  olurdu.  Camaatın  əziyyətlə  qatarla  Qafan,  ya  Nax-

çıvanda  düşüb,  ya  Qubadlıya  qədər  avtobusla  gəlib  yenidən 

avtobusla erməni kəndlərindən keçib getməklə öz kəndlərinə 

çatmaq üçün 2 gün vaxt itirmələrinə son qoyulmuşdu. 

Heydər Əliyev 1987-ci ildə SSRİ Nazirlər Soveti sədrinin 

1-ci  müavini  vəzifəsindən  və  Siyasi  Bürodan  gedən  kimi 

sanki  ermənilərin  qırışığı  yenidən  açıldı,  canlarına  hərəkət-

lilik gəldi, köhnə azarları yenidən qalxdı. Ağanbekyanların, 

zoribalayanların, kaputikyanların, avanesovların dilləri açıl-

dı, antiazərbaycan, antitürk yazılar, kitablar xəstə beyinləri, 

ermənilərin  kin-küdurətli  sifətlərini  yenidən  oyandırdı, 

dünyanın  çeşidli  xristian  ölkələrindən  dəstək,  ilham  alan 

“miatsum” hərəkatları, nümayişləri başladı. 

Ötən  əsrin  həm  əvvəlində,  həm  də  sonunda  ermənilərin 

azərbaycanlılara  qarşı  ilk  torpaq  iddiaları  Zəngəzurun  Qara-

kilsə bölgəsində baş qaldırmışdı. Əvvəlcə Urudlulara məxsus 

yaylaqlar və əkin sahələri soydaşlarımızın əllərindən alınaraq 

ermənilər  yaşayan kəndlərə verildi. Ə.Abasov “Zəngəzur”da 

ermənilərin  azərbaycanlılara  məxsus  dədə-baba  torpaqlarını 

hiylə  ilə,  rus  naçalnik,  pristavlarının  yardımı  ilə  necə  ələ 

keçirmələrini  inandırıcı,  real  boyalarla  təsvir  etmişdi.  Əsrin 

əvvəllərində baş verənlər əsrin sonunda yenə də eyni ssenari 

ilə  təkrar  olundu.  Ermənilər  Qarabağ  kartını  ortaya  ataraq 

nəinki  Zəngəzurda,  bütövlükdə  Ermənistan  adlanan  qədim 

yurd yerlərimizdə yaşayan azərbaycanlıları 1988-ci ilin soyuq 

qış  günlərində  vəhşiliklə  qovdular.  Halbuki,  Heydər  Əliyev 

vəzifədə  olsaydı  bu  faciələrin  –həm  də  Zəngəzurda  o  son 

qırğınların baş verməsi mümkünsüz idi. 




74  

Ölkəmizin liderinin yenidən respublikamıza hakimiyyətə 

qayıdışından  sonra  xalqımızın  başına  gətirilən  fəlakətlərin 

miqyasını  imzaladığı  sənədlərdə  açıq  ifadə  edərək  bunun 

soyqırım aktı olduğunu dünyaya bəyan etdi. O, sovet, KQB 

rejiminin  meydan  suladığı  ağır  illərdə  dəyərli  elm,  ədəbiy-

yat, incəsənət xadimlərini də repressiyalardan,  yad əllərdən 

qoruyurdu,  açıq,  gizli  şəkildə  onlara  himayədarlıq  edirdi. 

Tariximizin  qanlı-qadalı  illərinin  bədii  təcəssümünü  verən 

“Zəngəzur” romanının müəllifi Əyyub Abasovun da 1957-ci 

illərdə məhz belə bir himayəyə ehtiyacı var idi, ancaq xüsusi 

xidmət  orqanlarında  lövbər  salmış  daşnak  törəmələrinin 

fitvası  ilə  kosmopolit  düşüncəli  tənqidçilər,  ədəbiyyat  gü-

dükçüləri bu əsər nəşr edilən kimi tənqid atəşinə tutdular.  

Ölkə rəhbəri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı 

haqqında” 26 mart 1998-ci il tarixli 690 saylı Fərmanı ilə 31 

Mart  -  Azərbaycanlıların  Soyqırımı  Günü  elan  edildikdən 

sonra  70  il  imperiya  buxovları  ilə  yaşamağa  məhkum  olmuş 

Azərbaycan  öz  tarixini  obyektiv  şəkildə  araşdırmaq  imkanı 

qazandı. Dövlətimizin başçısı dəqiq faktlar əldə edərək ilk dəfə 

faciələrimizin  miqyasını  ifadə  etmişdi:  “Beləliklə,  XX  əsrdə 

müxtəlif    dövrlərdə  2  milyona  yaxın  soydaşımız  öz  tarixi 

vətənlərindən  köçürülmüş,  etnik  təmizləmə  siyasətinin 

qurbanına çevrilərək öldürülmüş və didərgin salınmışdır.” 

Təsadüfi  deyil  ki,  "Azərbaycanlıların  soyqırımı  haqqın-

da" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 

mart 1998-ci il tarixli 690 nömrəli Fərmanından sonra nəş-

rinə qərar verilən əsərlərdən biri də Ə.Abasovun “Zəngəzur” 

romanı olub.  

Onun bu kitabın nəşrini şəxsən diqqətə ayırması da elə bu 

amillə-həqiqəti doğru-düzgün göstərməsi ilə bağlı idi. “Zən-

gəzur” romanı Sovet imperiyasının, KQB rejiminin hər cür 

azad sözə qənim kəsildiyi dövrlərdə mağazalardan, kitabxa-

nalardan  yığılsa da, ailələrdə qorunub saxlanılıb, gizlədilib, 

əl-əl  gəzib,  oxunub,  yaddaşları  təzələyib.  Çünki  bu kitabda 

yazılanlar həqiqət idi, müəllif tarixi həqiqətləri yazmışdı və 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə