Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   16   17   18   19   20   21   22   23   24

69  

 

 

ƏLİYEVLƏR AİLƏSİNİN STOLÜSTÜ KİTABI 

 

"Zəngəzur"  romanı  Zəngəzurun  dağ  kəndində  doğulub 



böyümüş,  sonra  taleyin  hökmü  ilə  Naxçıvanı  özünə  yurd 

seçmiş  əməksevər  insan  Əlirza  kişi  ilə  İzzət  xanımın 

ailəsində də sevilə-sevilə, həm də ürək ağrısı ilə oxunurdu.  

"HEYDƏR  ƏLİYEV"  kitabından  gətirdiyim  aşağıdakı 

sitat bunun ifadəsidir: 

“Belə  bahar  günlərinin  birində  Əlirza  və  İzzət  Əliyev-

lərin ailəsində dördüncü övlad dünyaya göz açdı. Körpəyə 

İzzət xanımın azərbaycanlıların Zəngəzurdan didərgin sa-

lındığı zaman həlak olmuş qardaşı Heydərin adını (heydər 

- başçı, öndə gedən deməkdir - A.Q) qoydular. O Heydərin 

yaşı həmişəlik iyirmi üç olaraq qaldı... İllər ötəndən sonra 

Əliyevlər  ailəsində  Əyyub  Abasovun  «Zəngəzur»  romanı 

əldən-ələ  keçdi.  Çünki  bu  iki  qalın  cilddə  yazılanları 

oxuyan  Şəfiqə  eynən  bu  hadisələri,  analarının  da  ona 

danışdığını qardaşlarına söyləmişdi. 

- Yanılmırsan, Şəfıqə, - deyə Həsən təsdiq elədi. - Bu ki-

tabı yazan adam didərginlik ağrısını çox dəqiq göstərmişdir: 

 «Andronik  Uzunyanın  əsgərləri  kəndə  aşağı  tərəfdən 



daxil  oldular.  Yamacın  ətəyində  bir  neçə  ev  alışıb-yandı. 

Comərd  təkid  eləyirdi  ki,  adamlar  nəyi  bacarırlarsa  götü-

rüb  dağlara  çəkilsinlər.  Haray-həşir,  arvadların  hönkür-

tüsü, uşaqların ağlaşması kəndi başına almışdı. Sanki qa-

yalar  da  Zəngəzur  torpağında  baş  verən  müsibətə  laqeyd 

qala bilmirdi. Atlar, yüklənmiş ulaqlar, qorxudan böyürən 

öküzlər,  inəklər  -  hər  şey  bir-birinə  qarışmışdı.  Kənddə 

qalan yalnız dərd-sərdən ağlı çaşmış və öz həyatını evdən 

ayrı təsəvvür etməyən qocalar idi”

1

                                                           

1

 V.Andriyanov, H.Mirələmov. Heydər Əliyev.  Bakı, “Nurlan”, 2008, 



səh.13-14 


70  

Bu - əsl ədəbiyyatdır, reallığı əks etdirən ədəbiyyat.  

33  il  respublikamıza  rəhbərlik  etmiş  Heydər  Əliyev 

Naxçıvanda dünyaya gəlsə də, böyüyüb təhsil alsa da, vali-

deynlərinin  söhbətlərini  heç  vaxt  unutmamışdı.  Görkəmli 

siyasi  xadim  XX  əsrin  əvvəllərində  erməni  terrorçu  dəstə-

lərinin Zəngəzurda törətdiyi qətliamları bütün dəhşətləri ilə 

yaxşı  bilirdi.  Adını  daşıdığı  dayısı  Heydər  də  Zəngəzurda 

erməni  vəhşiliyinin  qurbanı  olmuşdu.  Bu  barədə  mərhum 

Heydər  Əliyevin  bacısı  Şəfiqə  Əliyeva  anası  haqqında  qə-

ləmə  aldığı  “Mənim  anam”  kitabındakı  “Dayımız  Heydər 

deportasiya vaxtı öldü” bölümündə  yazır: “Anam  İzzət  xa-



nım  1895-ci  ildə  Qərbi  Azərbaycanın  Zəngəzur  mahalın-

dakı  Comərdli  kəndində  anadan  olub.  Bu  kənd  Zəngə-

zurun  bağ-bağatlı,  səfalı  guşəsi  olub,  dağ  kəndləri  içəri-

sində  gözəlliyi  ilə  seçilirmiş.  Kəndin  özülünü  ulu  babam 

Comərd qoyub. Onlar iki qardaş olublar: Comərd və qar-

daşı Alagöz Məhəmməd. Anam İzzət xanım sayılıb-seçilən, 

böyük hörmət və nüfuz sahibi olan Comərdin nəslinin tö-

rəməsidir.  Comərdli  kəndində  yaşayanların  hamısı  bizim 

tayfamız hesab olunur. Dağ qızı olan anam elə dağ kimi də 

uca, əzəmətli, vüqarlı olub. Füsunkar gözəlliyi, qeyrəti ilə 

dövrün  qız-gəlinlərindən  fərqlənib.  Ağır  təbiətli,  utancaq 

olduğu üçün babam onu çox sevərmiş. 

Ermənilərin Zəngəzur torpağına olan təcavüzü anamın 

ömür  kitabında  gənclik  xatirələrinin  ən  acı  səhifələridir. 

Öz  torpağından  didərgin  düşənlər  Naxçıvanın  ətrafında 

olan kəndlərdə - Qazançı, İşıqlar, Cəhri və Milax kəndlə-

rində məskunlaşırlar. Atam Əlirza və anam İzzət xanım isə 

Naxçıvana  gəlirlər.  Lakin  anamın  çəkdiyi  müsibətlərin 

hamısından dəhşətlisi Comərdlidən qaçarkən yolda gördü-

yü mənzərə olub. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə se-

çilən 23 yaşlı qardaşı Heydərin meyiti onu sarsıdıb. Anamı 

qaçqın  düşmək  ağrısından  daha  çox  sevimli  qardaşının 

ölümü  yandırırdı.  Düz  on  beş  il  anam  bacı-qardaşlarının 

sağ  olub-olmamasından  xəbər  tuta  bilməyib.  Bir  gün  isə 


71  

qardaşı övladlarının sağ olması xəbərini ona verirlər. Özü 

nəql edirdi ki, qardaşlarımın ətrini yenicə tapdığım övlad-

larından  alanda  elə  bil  dünyaya  təzədən  gəldim.  Məsmə, 

Səkinə, Rzaqulu, Humay...Onlar anam üçün artıq yoxluğa 

çevrilmiş  bacı-qardaş  tapıntısına  bərabər  sevinc  idilər”. 

(www.kulis.lent.az saytı, “Heydər Əliyevin bacısı anası haqqında 

danışır”, 10 may 2013)

 

Böyük siyasi xadim qəlbən, ruhən Zəngəzur ellərinə bağlı 



idi. Yazılarda, xatirələrdə oxumuşam ki, Heydər Əliyev hələ 

Naxçıvanda  orta  məktəbdə  oxuyanda  da  tez-tez  yay  tətil-

lərində  Qarakilsəyə  (indiki  Sisian)  gələr,  ata-baba  yurdları 

Comərdlidə,  Urudda qalar, qohum-əqrəbaları ilə  görüşər, bu 

yerləri qarış-qarış gəzməkdən doymazdı. Bu kəndlərdə onun 

çoxlu  uşaqlıq  və  gənclik  dostları  var  idi.  Bazarçayda  çim-

məyi, hündürlükdən suya baş vurmağı çox sevərmiş. Bu yer-

lərin hər qarışı, dərə-təpəsi, bulağı, dağı, qayası, örüş, kövşəni 

ona doğmaydı, əziz idi. “Zəngəzur” romanının müəllifi də bu 

yerlərin  vurğunu  idi,  qəhrəmanının  dili  ilə  deyirdi:  “Çayın 



şırıltısı,  ulduzların  parıltısı,  cırcıramaların  nəğməsi,  yaşıl 

çəmənlik, ətrafdakı sıra dağlar, yaşıl yamaclar-hər şey, hər 

şey həyata vurğun könülləri dilə gətirir. Sən nə sevimlisən, 

a  mənim  yurdum!  Mən  sənin  hər  bir  qarış  torpağında 

gördüyüm və duyduğum gözəlliyi bir yerə toplamağa qadir 

olsaydım,  dünyaya  göstərib  deyərdim:  baxın,  Zəngəzuru 

gözəllik və təbii sərvətlər ölkəsi adlandırın!” 

Yaşlı  adamlar  həmişə  danışardılar  ki,  müharibə  illərində 

insanlar taxıl, çoxişlənən ərzaq məhsulları tapmaq sarıdan çox 

korluq  çəkərdilər.  Heydər  Əliyev  hər  gəlişində  Sisian  ca-

maatına  Naxçıvandan  dağarcıqlarda  duz  gətirərdi.  O,  dağlıq, 

sıldırımlı  qayaları  keçib  çətin  yollarla  Naxçıvandan  Qarakil-

səyə  olan  məsafəni  piyada  gedib  gələrdi.  Çox  təəssübkeş  və 

həssas idi. Neçə dəfə Naxçıvanda konsert proqramı hazırlayıb 

gəlib bu kəndlərdə camaata göstərirdi, əhaliyə xoş ovqat bəxş 

edirdi.  Rəssamlıq  qabiliyyəti  olduğundan  çoxunun  rəsmini 

karandaşla  çəkib  xatirə  kimi  hədiyyə  edərdi.  Yerli  cavanlarla 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə