Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   16   17   18   19   20   21   22   23   24

62  

 

ARTIQ İNGİLİSLƏR YOXDUR, 

BAŞ ROLDA BOLŞEVİK RUSİYASIDIR 

 

“Zəngəzur”  romanını  epopeya  saymaq  olar.  Bu  mənada 

ki,  əsərdə bir-birini əvəzləyən 3  təzadlı  dövr bütün  gerçək-

likləri  ilə aydın  görünür; Zəngəzur çar Rusiyası tərkibində, 

fevral  burjua  inqilabından  sonrakı  daşnak  işğalı,  qırğınları 

və bolşeklərin gəlişi.  

Əyyub  Abasovun  həyatının  əsas  hissəsi-  yaşadığı  qanlı-

qadalı  illərdən  sonrakı  yeniyetməlik,  gənclik  dövrü  sovet 

vaxtına düşür. Əvvəl komsomol, sonra kommunist partiyası 

sıralarına daxil olur. Onun kimi minlərlə gəncə pulsuz təhsil 

verib işlə, mənzillə təmin edən şura hökumətinin gəlişi  ya-

şanmış  qanlı  faciələrə  son  qoyur,  yeni  cəmyyət  quruculu-

ğuna başlanır. 

Əsərdə  bu  yeni  zamanın  gəlişi  ürəkdən,  inamla,  şövqlə 

təsvir olunur: “Ey mənim may günəşim, bahar günəşim, ge-

cə yatmayıb yolunu gözləmişəm!-deyə ona əl elədim. O gü-

lümsündü,  bütün  təbiət  onun  gülüşündən  nura  boyandı. 

May günəşi hər kəndlinin evinə girib uca səslə demək istə-

yir:  “Qalxın  yuxudan!  Bu  gün  sizi  səadətə  qovuşdurmağa 

gəlmişəm! Durun, ürəklərinizin qapılarını açın, ora azadlıq 

şəfəqləri  dolduracağam!...Günəşin  xəyalımda  yüksələn 

səsini kəndin küçələri ilə addımlayan inqilabçılar dəstəsinin 

ağzından eşitdim. Onların şüarları azadlıq göyərçinləri kimi 

hər  tərəfə  qanad  çalırdı:  yaşasın  Şura  Rusiyası!  Yaşasın 

Şura Azərbaycanı! Yaşasın tezliklə zülm boyunduruğundan 

azad  olacaq  Ermənistan!...Rədd  olsun  daşnak  hökuməti! 

Rədd olsun njdelər, drolar, karolar, mauzeristlər!” 

Zəngəzur, Bakı, Naxçıvan, Quba, Şamaxı, Vedi, İrəvan... 

da  erməni  daşnaklarının  törətdiyi  qanlı  qırğınlar  Rusiyada 

çarizmin  devrilməsi,  Qafqazdan  müvəqqəti  çıxması  ilə 

nəticələnən dövrə düşürdü. 1905-1906-cı illərdə Bakı, Qara-



63  

bağ,  Zəngəzurda  törədilən  qırğınların  yeganə  ssenaristi, 

rejissoru, baş rolunun ifaçısı çar Rusiyası olmuşdu.  

Ancaq 1918-20-ci illərdə bu şərəfsiz missiyanı Türkiyədə 

ağır  məğlubiyyətə  düçar  olan  və  hirsini,  acığını  Qafqazda 

soyutmaq istəyən ABŞ, Britaniya, Fransa davam etdirdi, bu 

dövrdə  Azərbaycan  və  Ermənistan  ərazilərində  söz  sahibi 

onlar idi.  

Azərbaycanın görəcək günləri hələ qabaqda idi. Azərbay-

can  torpaqlarının  hissə-hissə  qoparılıb  yerində  heç  zaman 

mövcud olmamış Ermənistan dövlətinin yaradılması ilk növ-

bədə  Rusiyanın  hərbi-siyasi  yardımı,  fəal  köməyi,  repres-

siyalarla  müşayiət  edilən  Pyotr  vəsiyyətləri  ilə  reallaşmağa 

başlayan  ssenarisi  sayəsində  mümkün  olmuşdur.  Azərbay-

can əleyhinə yapılan bütün kirli əməllərdə də əsas icraçılar, 

fitva  verən,  plan  quranlar  daşnak  libasını  dəyişib  bolşevik 

cildinə  girmiş  ermənilər  idi.  Azərbaycan  türklərinə  qarşı 

yapılan faciələr hələ də davam edir. 

 “Zəngəzur”  romanında  Andronikin  rus  generalı  forma-

sında  təsviri  də  buna  işarədir:  “Bir  xeyli  keçəndən  sonra 



58-60 yaşlarında, orta boylu, enli kürəkli, başı-bığı çallaş-

mış,  rus  generalı  paltarında  bir  adam  içəridən  balkona 

çıxdı. Onu görən kimi hamı: 

-Andronik paşa! Andronik paşa! – deyə əl çaldı.” 

Kitabda  Rusiyanın  işğalçılıq  siyasəti  də,  araqarışdır-

maların, milli nifrət, düşmənçilik siyasəti yeritməyi də dəfə-

lərlə açıq göstərilir. Rus çinovniklərinin iki qonşu xalq ara-

sında  ədavət  salmaq  üçün  işlətdiyi  hiyləgərlik,  boş  damar-

larını tapmaq bacarığı ilə yanaşı, hər yerdə xristian təəssüb-

keşliyini əsas tutması xüsusi intonasiya ilə vurğulanır, təbii 

boyalarla əks olunur. 



" Pristav dedi: 

Hələ,  Baqrat  ağa,  onu  deyim  ki,  sizin  Alagöllər  məsə-

ləniz qurtarmayıb. Şəkililər iki il bundan qabaq həll olun-


64  

muş  məsələni  təzədən  qurdalayırlar,  yəni,  yerlərini  geri 

almaq istəyirlər. 

- Necə, necə? Mənim yerimi?!. Bu olan iş deyil! – Baq-

rat boynunu uzadıb pristavın dik üzünə baxdı. – Axı o yeri 

ələ  keçirmək  üçün  mən,  bax,  bu  Qrikorla  ətək-ətək  pul 

tökmüşük. Bunu siz yaxşı bilirsiniz, Timofey Timofeyeviç! 

Pristav: 

- Qulaq as, Baqrat, məsələ burasındadır ki, şəkililər id-

dia  edirlər  ki,  yer  əvvəldən  onların  olub.  Əngələvidlilərə 

verilməsi də qanuni deyil....Bir də mənim vəzifəm sizə kö-

mək eləməkdir. Axı, bizim Baqrat ağa ilə dostluğumuzdan 

başqa bir də xristianlıq təəssübü var... 

Baqrat: 

- Bax, bu sözə mən varam,  - dedi. – Sağ olun Timofey 

Timofeyeviç. Məhz buna görə də içək yenə sizin sağlığını-

za.  Qrikor,  bu  sözü  başa  düşmək  lazımdır:  xristianlıq 

təəssübü!" 

Müəllif  başımıza  gətirilən  bəlaların  kökünü,  mənbəyini 

olduqca dəqiq göstərir: xristian təəssübkeşliyi! 23 ildən artıq 

bir  zamanda  Azərbaycan  torpaqlarının  20  faizinin  işğal 

altında qalması, öz ərazi bütövlüyünü bərpa edə bilməməsi, 

1 milyon qaçqın, məcburi köçkünün öz doğma yurd yerləri-

nə  qayıdışının  müşkül  bir  düyünə  çevrilməsi,  ATƏT-in 

Minsk  Qrupu  deyilən  xristian  klubunun  açıq-aşkar  erməni-

lərin  ədalətsiz  mövqeyində  dayanması  məhz  bu  təəssüb-

keşliyin nəticəsidir. 

Ə. Abasov cəsarətlə əsrin əvvəlində və sonunda Azərbay-

canın  başına  gətirilən  müsibətlərin  səbəbini  obrazın  dili  ilə 

açıq söyləyir: "Sözümün canı bundadır ki, gərək Şimal tə-

rəfdən üstümüzə axıb gələn selin qabağını alaq! Bəli, bu-

lanıq selin..." 

Həm  də  çar  Rusiyasının  Zəngəzurdakı  pristavı  Timofey 

Timofeyeviç  Karpov  şərait  dəyişən  kimi,  burjua  inqilabın-

dan sonra mərkəzin tapşırığı ilə dönüb olur daşnak Andronik 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə