Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

53  

kommunistləri,  Qızıl  Ordunun  erməni  və  rus  əsgərlərini 

güllələtdirərək  Tatev  qalasından  tullatdırmışdır.  Njde 

müstəntiqə  cavab  vermişdi  ki,  o,  rusları  deyil,  türk  Zaval 

paşanın  komandanlığında  onun  üzərinə  göndərilən  200-ə 

yaxın türk əsgər və zabitlərini əsir aldıqdan sonra Tatev və 

Darabasda  güllələtmiş  və  meyitlərini  isə  Tatev  qalasından 

dərəyə tullatdırmışdır. 

Bu isə erməni daşnaklarının “Zəngəzur” da hər sözündən, 

əməlindən  qan,  kin,  nifrət  qoxuyan  digər  generalı–Qara-

bağda müsəlman əhalini qırıb təmizləmək missiyasını üzəri-

nə götürmüş Dronun Njdeyə məktubundan sətirlərdir:  “Cə-



nab  Njde!  Məktubunu  aldım.  Fikrinizə  şərikəm.  Erməni 

millətini  müdafiə  etməkdən  müqəddəs  bizim  nə  vəzifəmiz 

ola  bilər?  Dağlıq  Qarabağa  yenə  dönəcəyimə  əminəm. 

Qırmızıları  məğlub  etmək  üçün  hər  ikimiz  birləşməliyik... 

Dərələyəzə  gələndən  müsəlman  kəndlərində  əməliyyat 

aparmağa başlamışam. ...Mən hücuma bu günlərdə keçə-

cəyəm.  Gorus  avqusta  kimi  mənim  əlimdə  olacaq.  Zənn 

edirəm ki, hər ikimiz birləşsək, bir hərəkət eləsək, qırmızı-

ları Gorusdan, Sisiyandan və başqa yerlərdən qova bilərik. 

Hücum edəcəyim günü sizə ayrıca bildirəcəyəm. 

General Dro. 18.IV.20-ci il” 

Göründüyü  kimi,  erməni  daşnak  generalları  Andronik, 

Njde, Dro və Karo ingilis agentləridir, ingilislərə və ameri-

kanlara arxalanırdılar, silah, sursatı, geyimi, pulu və sifarişi 

ingilislərdən  alır, onların çaldığı  havaya arxalanırdılar. On-

ların  1-ci  məqsədi  türklərdən  təmizlənmiş  ərazidə  ABŞ, 

Fransa,  İngiltərəyə  bağlı  Ermənistan  dövləti  qurmaq  idisə, 

2-ci  səbəb  bolşevik  Rusiyasını  Qafqaza,  daşnak  liderlərin 

rəhbərlik  edəcəyi  oyuncaq  Ermənistana  buraxmamaq  idi. 

Romanda  adı  keçən  bütün  erməni  liderləri  bu  dövlətlərə 

sədaqətli olacağını öhdəliyə almışdılar. 

 Bu  sitatlar,  mənbələr  üzərində  də  düşünməyə  dəyər: 

Daşnaklar Zaqafqaziyaya Ermənistandan girməyə başla-



54  

yan  Amerikanın  agentləri  idilər.  “Böyük  Ermənistan” 

ideyası  bütün Qafqazı tutmaq üçün ABŞ-ın işini  asanlaş-

dırmalı  idi...”  (“SSRİ-də  vətəndaş  müharibəsi  tarixi”, 

1922, c-3, səh 333). “Daşnak ordusu Amerika çörəyi yeyir-

di. ABŞ Ermənistana 50 min, İngiltərə 40 min, Fransa 30 

min  əsgər  üçün  geyim,  ərzaq,  hərbi  sursat,  10  milyon 

patron vermişd”i. (“Şərq xalqları” jurnalı N.1, səh-49). 

 Bunu  da  yada  salaq:  ABŞ  Konqresinin  hələ  də  öz  qüv-

vəsində  qalan  bədnam  907-ci  siyasi  qətnaməsinin  ilk  müd-

dəası belədir: 



-Dağlıq  Qarabağ  ətrafında  münaqişənin  dinc  yolla  və 

ədalətli nizama salınması uğrunda Dağlıq Qarabağ xalqı-

nın (oxu: ermənilərin-H.N) əsas hüquqlarını və mübarizə-

sini ABŞ-ın müdafiə etdiyini nəzərə alaraq, ABŞ Hökumə-

ti  Ermənistanda

 

baş  işləri

 

üzrə  səylərə  kömək  göstərməyi 

davam və təşviq etdirməlidir....” 

“Zəngəzur”  romanında,  Əyyub  Abasovun  yanaşmasında 

bu məsələlər kifayət qədər obyektiv, düzgün, birmənalı tari-

xi reallıqlar konteksində əks olunub.  

 

 

 



 

 

 



 

 

 



 


55  

 

ZƏNGƏZURLULARIN  

CAVABSIZ QALAN HARAYLARI 

 

“Yalvarıram,  təcili  tədbirlər  görün...  Zəngəzur  sarıdan 

başınız sağ olsun, heç olmasa Qarabağı xilas edin...” 

Arxivlərdə, son illər nəşr edilmiş kitablarda, o cümlədən 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclas stenoq-

ramlarında  həmin  qanlı  günlərdə  onlarla  ziyalının,  el-oba 

ağsaqqalının,  Hökumət  tərəfindən  vəkil  edilmiş  Zəngəzur 

qaçqınlarına yardım komitəsi üzvlərinin imzaları ilə 1919-cu 

ilin  noyabrından  göndərilən  xəbərdarlıq  teleqramlarından, 

dekabrın  ilk  günlərindən-Njdenin  hücumları  başlanmazdan 

əvvəl və sonra birbaşa qırğın yerlərindən, erməni qətliamla-

rının  tükürpədən  gerçəkliklərinin  əks  olunduğu  teleqram-

lardan  bir  neçəsinə  nəzər  salıb  nəticə  çıxarmağı  oxucuların 

öhdəsinə buraxaq. 

 Arxivlərimizdə saxlanan sənədlərdən bir neçəsini nöqtə-

vergülünə əlavə edirəm. 



“Biz Oxçu-Şabadin və Gığı dərəsi sakinləri hər tərəfdən 

ermənilərlə  əhatə  olunmuşuq,  onların  bütün  əməlləri  və 

rəftarları bizə hücum etməyə hazırlaşdıqlarını açıq şəkildə 

sübut edir, onların köməyinə nizami qüvvələr gəlib. Onla-

rın top və pulemyotları var. Biz çıxılmaz vəziyyətdəyik, biz 

qorxuruq. Sizin ayaqlarınıza  düşüb mərhəmət  diləyirik və 

bizi xilas etməyinizi xahiş  edirik. Bizə güllə və pulemyotu 

olan  bir  neçə  zabit  göndərin.  Əgər  göndərməsəniz,  xəbər 

verin ki,  biz  vaxtında öz kəndlərimizi tərk edək, yoxsa biz 

bilirik ki, xilas ola bilməyəcəyik.”  

Azərbaycan Xarici İşlər Nazirliyi isə 3 dekabrdan başla-

yaraq sağa-sola nota dalınca nota göndərməkdə idi.  



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə