Ön sözün müəllifi: İsa Həbibbəyli


erməni dilini öyrənsə, daha yaxşı olar. Çünki erməni dili



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

40  

erməni dilini öyrənsə, daha yaxşı olar. Çünki erməni dili, 

erməni tarixi daha qədimdir. 

-  Onu  da  öyrənərik,  keşiş,  -  deyə  pristav  gülümsündü. 

 Onun gülüşündə müəmmalı bir istehza hiss edən Mesrop 

pərt olaraq dedi: 

-  Bəli,  bəli,  pristav  ağa,  mən  isbat  eləyərəm  ki,  erməni 

milləti  çox  qədim  tarixə  malikdir.  Mənim  dediyim  budur 

ki, erməni dilində məktəb açılsın." 

Məlumdur  ki,  Qafqazda  və  Anadoluda  baş  verən  qanlı 

qırğınların  əsas  ideya  müəəlifi,  ssenarisi,  ilhamvericisi  hər 

zaman  erməni  kilsəsi  olmuşdur.  Millətçilik  toxumu  burda 

səpilib  əkilib  becərilmişdir.  Keşiş  Mesropun  bu  sözləri  er-

məni  kilsə düşüncəsinin ifadəsidir: "Mənim millətim hamı 



millətlərdən  alidir.  Heç  bir  millətin  tarixi  ermənilərinki 

kimi  qədim deyil. Hər daşı qaldırsan, altından bir  erməni 

tarixi çıxar..." 

 

Qeyd:  Romanda  müsəlman  din  xadimi,  onun  hansı  əməl  sahibi 



olduğu haqqında da ştrixlər var: “Çar hökumətinə casusluq edən molla 

Heydər  danışmasın!  Nikolaya  məsciddə  dua  eləyən  molla  Heydər 

sussun! 

-Doğrudur, doğrudur! 

Molla özü şeytandır!” 

 

Zəngəzurlulara yardıma gəlib onlara silahlanmağı, ermə-



nilərə  qarşı  mütəşəkkil  mübarizəyə  qalxmağı  tövsiyə  edən 

türk  zabitləri  Əli  Sadiqi  ilə  Ömər  Şükrünün  müraciətlərinə 

bolşevik Comərdin cavabı da maraqlıdır:  

Heç kəs siz türklərdən, almanlardan silah alıb, ermə-



nilərlə dava eləməyəcək. Ermənilər bizim ata-baba qonşu-

muz, torpaq əhlimiz  və dostumuzdur. Bizimlə onların heç 

bir şərikli malı yoxdur. Siz və sizin əlinizdə oyuncaq olan 

müsavatçılar  bizim  aramıza  nifaq,  millətçilik  ədavəti  sal-

maq istəyirsiniz. Bu hiylə baş tutmayacaq!” 

Əsl  azərbaycanlı-türk,  müsəlman  sadəlövhlüyü!  Roman-

da  varlı,  imkanlı,  silahlı,  var-dövlətli  müsəlmanların  çətin 

günlərdə  xarakterlərindəki  nankor,  nadan  xislətləri  də  üzə 




41  

çıxır,  dar  gündə  əli  silah  tutanları  bir  yerə  toplayıb  onları 

düşmənə qarşı mübarizəyə çağırmaq, təşkilatlandırmaq yeri-

nə qızıl-gümüş torbalarını atın belinə yığıb arvad-uşağını da 

götürüb, ardınca da sürülərini süpürüb İran, Türkiyəyə keç-

məyi üstün tuturlar. Acılar, yazıqlar olsun ki, bu qədər mü-

sibətlər, qanlı qırğınlar görmüş millətimin çox sayda övladı 

üçün yenə də millət, xalq, vətən, dövlət namusu deyilən şey 

ailəsindən  kənara  çıxmır.  Ermənilərdə  millət,  torpaq  anla-

yışları  isə  bizdən  çox  fərqlidir,  məqsədə  çatmaq  uğrunda 

mübarizədə  həyasızlıq,  biclik,  hər  cür  namərdlik,  amansız 

vəhşilik onların xislətindədir.  



“Andronik otaqda var-gəl edə-edə öz-özünə danışmağa 

başladı:  ”Demək  türklər  Qarabağa  gəlib  çıxıblar.  Mən 

burdan  da  qaçmalıyammı?  Hara  qaçacağam?!  Qaçmaq? 

Mən Andronikəm! Axırıncı soldatım qalana qədər vuruşa-

cağam!”  

Andronik  biləndə  ki,  Sisiyanın  bəzi  müsəlman  kənd-

lərində sağ qalanlar olub, dəli olur, əvvəlcədən işini ehtiyatlı 

tutur,  elə  mühasirə  planları  qurur  ki,  törətdiyi  vəhşəti  Zən-

gəzurdan kənara çıxarıb danışan canlı şahid qalmasın. "An-

dronik birinci davada buraxdığı səhvə yol vermək istəmir-

di. İkinci hücumda bütün çıxış yollarını kəsməli, heç kəsi 

salamat buraxmamalı idi.... Müsəlman kəndlərinin biri də 

salamat qalmamalıdır".  

“Zəngəzur”  boyu  ağrılı  olaylara  züy  tutan,  psixoloji  mə-

qamlara  musiqili,  sözlü  müşayiət  verən  bayatılar,  ağılar,  ata 

sözü, məsəllər, Sabirdən milli halımıza (çox da dəyişməyən!) 

şeir parçaları qəhrəmanların dilindən verilir, müəllifin vətən-

daş mövqeyini bəyan edir və yerinə düşür, düşündürür... 



“- Yenə “Hophopnamə” oxuyursan! - deyə müəllim gü-

lümsündü. 

- Bəli, bu kitabdan doymuram. 

- Sabir böyük şairdi. 

-Böyüklüyü  xalqın  dərdini  bilib,  ona  yanmağındadır. 

Bir bax nə yazır: 


42  

Taxıl, taxıl deyib çox çığırma Zəngəzurlutək, 

Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör. 

 

Sabir düz yazıb, Mən bizim zəngəzurluların taxıl, çörək 

deyə çığırmadıqları günü görməmişəm.” 

Və romanda dünənə qədər ermənilərin “kirvə” deyib  bir 

ailə,  mehriban  qonşu  kimi  yaşadıqları  müsəlmanların  can-

larına  qəsd  etdikləri,  ev-eşiklərini,  kasıb  daxmalarını  necə 

nifrət,  kinlə,  acgöz  hərisliklə  talan  etdikləri  də  düşündürü-

cüdür,  erməniliyin  etnik-psixoloji  mahiyyəti  barədə  fikrə 

gəlməyə  imkan  verir.  “Baqratla  Karo  söhbətlərinə  davam 

etdilər:-Amma  bizim  əngələvidlilər  də  musurman  kənd-

lərindən  bolluca  qarət  daşıdılar,  ha!  Kimi  mal-heyvan... 

kotan,  vəl...su  camına,  taxta  xörək  qaşığına  qədər  tamah 

salanlar da olub...Andronik musurman kəndlərinin hamı-

sın dağıtsaydı, əl-qolumuz tamam açılardı.” 

 ...Tiflisdəki  erməni  kilsələrini  pulsuz  təbii  qazla  təmin 

edən  məmurumuzun  bir  neçə  gün  əvvəl  televiziyalara 

müsahibəsində  dedikləri  yada  düşür: 



"

Bizim  erməni  xalqı 

 erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur...

 Amma onların var axı!!! Bizim çoxumuz elə həmin 100 

il əvvəlki düşüncənin, ağlın sahibiyik, heç başımıza gələn və 

gətirilən qanlı olaylardan hələ də dərs ala bilmirik.  

Dəyərli  yazıçımız  Ə.Abasov  da  belə  yerdə  öz  düşün-

cələrini  ifadə  etmək  üçün  qəhrəmanının  dili  ilə  xalqımızın 

böyük şairi Sabirin şeirlərinə üz tutur: 

“O, bir qədər susdu və sonra çox sevdiyi Sabirin şeirini 

dedi:  

Boşla, ay Molla dayı, sən də bizi çəkmə zora! 

Biz sənin hiylən ilə düşmərik əsla bu tora! 

Baxmarıq guşeyi-çeşm ilə daha Zəngəzura! 

Qarlı dağlarda soyuqdan ölənin canı gora! 

Olmadı qismət о bədbəxtə aranlıq, bizə nə?! 

Tapmayır ac-yalavaclar güzəranlıq, bizə nə?!” 

 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə