Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

28  

zümlüyük  ki,  23  ildi  ki,  yağı  düşmənə,  “rədd  ol,  çıx  tor-

pağımızdan!” deyə də bilmirik.  

Bu isə əsl erməni xarakteri, erməni düşüncəsidir: “Gene-



ral  Karo  davam  elədi:-Mən  başımı,  canımı millətimin  yo-

lunda  qoymuşam...Bəli,  mən  millətsiz,  millət  mənsiz  nəyə 

lazımdır... 

Kim  idisə,  kef  havasına  özünü  saxlaya  bilməyib  yerin-

dən söz atdı: 

- Millətimin sənin kimi dərrakəli başçısna millət qurban 

olsun! 

-  Mənim  erməni  millətindən  başqa  heç  bir  malım-döv-

lətim yoxdur....” 

 Ermənilər  onların  mənafeyi  naminə  vuruşan  öz  başçı-

larının  yolunda  var,  mal-dövlətindən  başqa  hətta,  öz 

qızlarından  da  keçirlər.  Hampa  Baqrat  öz  yeganə  qızını 

daşnak zabiti Karoya verir. 

Yazıçının  müşahidələri,  ümumiləşdirmələri  obrazlarda, 

mentalitetlərdə  olduğu  kimi,  təbiət,  cəmiyyətdə  gördüklə-

rində  də  olduqca  cəlbedicidir,  həssasdır,  həyati  reallığa 

söykənir, təbiidir, həyatdan gəlir: “Çobanın gərək canı bərk 

olsun, gözünə yuxu getməsin. Bundan başqa, çobanın gə-

rək  üç  şeyi  olsun;  adamı  qəm-qüssə  çəkməyə  qoymayan 

yan tütəyi, yağışdan, doludan saxlayan qalın cübbəsi, başı 

toppuz  zoğal  çomağı,  bir  də  qurdbasan  vəfalı  iti.”  Yada 

salaq ki, yazımızın qəhrəmanı Əyyub Abasov uşaqlıqda ço-

banlıq edib.  

"Zəngəzur"un dili o qədər sadə, aydın, rəvandır ki, sanki 

şirin bir nəğmə dinləyirsən, ya səlis, həzin musiqili, zəngin 

təbii  gözəlliklərlə  dolu  şeir  oxuyursan.  Bu  cümlələrdən 

yazın,  gül-çiçəklərin  ətri  gəlir,  quşların  cəh-cəhi  eşidilir, 

gözlər  önündə  kənd  lövhələri  canlanır,  özünü  təbiətin 

qoynunda sanırsan. 



29  

"Sünbüllərin yerə tökülməməsi üçün vağanımış buğda-

nı  şehli-şehli  biçməyə  o,  hər  gün  alaqaranlıqdan  gələrdi. 

Kəklikotunun,  alma  çiçəyinin,  demi  yarpızının ətrini  köy-

şənə  yayan  xoş  və  təmiz  səhər mehi  sanki  ona qüvvət  ve-

rərdi. O, indi səssiz-səmirsiz biçirdi. Qulağına kolların di-

bindən,  alagül  zəmilərin  içindən,  boz  daşların,  kəsəklərin 

üstündən  müxtəlif  quşların  səsi  gəlirdi.  Uşaqlıqdan  tə-

biətin  qoynunda  böyüyüb,  ömrünü  çöllərdə,  köyşənlərdə 

yer  əkib,  taxıl  biçməklə  keçirən  Nəbi,  bu  quşların  səsinə 

alışmışdı.  Bəstəkar  müxtəlif  alətlərdən  düzəlmiş  orkestrin 

çaldığı  zaman  hər  alətin  səsini  ayırd  etdiyi  kimi,  Nəbi  də 

köyşənlərdə  ağız-ağıza  verib  oxuyan  quşları  səslərindən 

tanıyırdı. O, sinəsi qabarıq bildirçinlərin, tükü rəngbərəng, 

pipiyi yelpik kimi açılıb bükülən buppuların, yumruq boy-

da  boz  sərçələrin  də  səsindən  zövq  alırdı.  Ona  hamıdan 

çox nəşə verən, bu yerdən o yerə səkən, bu daşdan o daşa 

qonan xınalı kəkliklərin qaqqıltısı idi. Onun üçün də Nəbi 

bu zəmidə özünü yalqız sanmırdı. Başı üstündən qanad ça-

lıb ötən hər quş sanki onun ürək sirdaşı idi. 

Nəbi  pəncəsinə  sığmayan  bafanı  yerə  qoyub  belini  dü-

zəltdiyi zaman günəş onu salamladı."  

Zəngəzur mahalının kəndlilərinin, camaatının danışığında 

işlədilən  çox  sayda  sözlər  var  ki,  təəssüf  ki,  onlar  hələ  də 

öyrənilməyib, toplanmayıb, dialekt, şivə özəllikləri araşdırıl-

mayıb, dilimizin daha da zənginləşməsinə yönləndirilməyib. 

"Zəngəzur"  romanı,  Əyyub  Abasovun  dili  bu  cəhətdən  xü-

susi  tədqiqata  cəlb  edilmək  üçün  əvəzsiz  zəngin  mənbədir. 

Bu  istedadlı  ədibin  həyatı,  fəaliyyəti,  ədəbi  yaradıcılığının, 

fikrimizcə,  yenidən  ətraflı,  sistemli  öyrənilməsi  zamanın 

tələbidir.  

Obrazların  dilindən  səslənən  çox  sayda  bayatılar,  ağılar, 

incə zövqlü şeirlər, poetik ifadələr var ki, şübhəsiz, onların 

da müəllifi Ə.Abasovun özüdür. 



30  

Uca dağlar, ay dağlar

Səs verirəm, vay dağlar! 

Siz də mənə səs verin

Hər dərdimə tay, dağlar! 

Ah ölərəm, o, birdən, 

Xəbər tutar qəflətən... 

Qurtararam mən dərddən

O, gözü yaşlı qalar... 

 

Yaxud, 



 

Cənnət kimi bağımın 

Çiçəklənən vaxtıdır. 

Çirkin qız gözəl ərə 

Gedir, onun baxtıdır! 

Barmağında şəfəqi 

Üzə düşən üzük var. 

Xoruzlar, səs salmayın, 

Yar yuxudan oyanar... 

Saraldı gülüm, 

Uçdu bülbülüm, 

Mən niyə qaldım? 

Hardasan, ölüm?! 

 

Hər  iki  kitabda  Zəngəzurun  çox  sayda  kəndinin  mən-



zərəsi  sözlə  o  qədər  məharətlə  cizgiyə  alınıb  ki,  gözlər 

önündə bütün gözəlliyi ilə tablo kimi canlanır. Bu da böyük 

xidmətdir, o yerlərin sinəsi dağlı əhalisi üçün. Onlarla topo-

nim-kənd,  yer,  dərə-təpə,  ağ,  çay,  göl,  döngə...adı  kitabda 

yerli-yataqlı yazılıb.  

Romanın  süjeti,  kompozisiyası  çoxşaxəlidir,  zamanın 

bütün kəşməkeşli təlatümləri burada bütün mürəkkəbliyi ilə 

qələmə alınıb, yaddaqalan obrazların üzərində qurulub. 

Digər inqilabi-tarixi romanlarımızda olduğu kimi, burada 

da  inqilabçı  bolşevik  obrazlarına  simpatiya  açıq  görünür. 

Artıq  zaman  dəyişib,  daha  aşağılar  köhnə  qayda  ilə  yaşaya 

bilmir, yuxarılar da idarə edə bilmirlər, narazılıq kortəbii də 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə