Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

34  

Əyyub Abasov romanda qeyd edir ki, Andronikin cinayət 

hərəkətlərinə mane olmayan, əksinə, müsəlman kəndlərinin 

dağıdılmasında  ona  haqq  qazandıran  daşnaklar  Andronikə 

tabe  olmayanları  "siz  erməni  deyilsiniz,  millət  xainisiniz, 

dəstəmizə  qoşulmasanız,  türklər  sizi  qıracaq"  -  deyə  hə-

dələyirdilər.  Bu  tayqulaq  quldurun  bircə  məqsədi,  ideyası 

olub  və  bunu  da  həyasızcasına  bəyan  edib:  "Türkü  öldür-

mək cinayət deyil, qəhrəmanlıqdır". 

Andronik  komandanlığında  erməniləri  silahlandırıb,  şir-

nikləndirib  Zəngəzura  (həm  də  Cənubi  Azərbaycana,  Nax-

çıvana,  İrəvana,  Qarabağa...)  göndərənlərin  iç  üzü,  məramı 

kitabın  bu  parçasında  bütün  açıqlığı  ilə  aydın  görünür. 

Romanda Andronik Zəngəzura belə gəlir:  



"...İkimərtəbəli evin qabağında böyük bir  izdiham var-

dı. Öz aralarında kədərli-kədərli danışan, cırcındalı adam-

lar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra 

58-60 yaşlarında, orta boylu, enli kürəkli, başı-bığı çallaş-

mış,  rus  generalı  paltarında  bir  adam  içəridən  balkona 

çıxdı. Onu görən kimi hamı: 

-Andronik paşa! Andronik paşa! – deyə əl çaldı. 

Andronik  əlini  qaldırıb  onların  sakit  olmalarına  işarə 

etdi. Hamı sakit olub, gözünü ona dikdi. 

Andronik dedi: 

-Qaxdaqanlar!  (ermənicə  qaçqın  deməkdir-H.N)  Elin-

dən,  kəndindən  ayrı  düşmüş  ermənilər!  Mən  sizin  dərdi-

nizi  bilirəm.  Yaşamağa  eviniz,  əkməyə  torpağınız,  yeməyə 

çörəyiniz  yoxdur.  Siz  onları  Ərdəhanda,  Qarsda,  Sarıqa-

mışda  qoydunuz.  Burda  isə  sizin  dərdinizə  ağlayan,  qey-

dinizə  qalan  yoxdur.  İndi  məndən  kömək  istəməyə  gəlmi-

siniz. Mən əlimdən gələni eləyəcəyəm. Mən sizi bu hala sa-

lan  türklərdən  Türkiyədə  intiqam  ala  bilmədimsə,  Qaf-

qazda,  bax,  bu  Zəngəzurda  alacağam.  Gözləyin,  o  günü 

gözləyin! İndi evinizə gedin! 


35  

«Bəs  haçan?  Biz  axı  dolana  bilmirik!»  -  deyən  səslər 

ucaldı. 

Andronik onların suallarına, dediklərinə fikir verməyib, 

içəri girdi. 

Adamlar bir-birinin üzünə baxdı. Aralıqda yavaşdan və 

ucadan danışıqlar getdi: «Zəngəzurda kimdən intiqam ala-

caq?  O,  bizə  nə  kömək  edəcəyini  demədi.  Əşi,  bəri  gəlin. 

Andronik paşadan da bir şey çıxmaz...». 

Adamlar  pərişan  halda  dağılışıb,  getdikləri  zaman 

Karoyla keşiş Mesrop gəldilər. Üzündən-gözlərindən ac və 

kədərli  olduqları  duyulan  qaçqınlara  etina  etmədən,  pil-

ləkənlə  yuxarı  qalxdılar.  İçəri  girmək  istədilər,  lakin  qa-

pının  yanında  duran  soldat  onları  qoymadı.  Karo  soldata 

tərs-tərs  baxdı.  Soldat  onun  sərt  baxışlarına  əhəmiyyət 

verməyib, amiranə tərzdə: 

-Burda durmayın, qayıdın geri! – dedi. 

Karo: 

-Biz hökumət adamıyıq, - dedi. 

-Hökumət? Burda hökumət Andronik paşadır. Mən sizi 

tanımıram. Geriyə dön! 

Karo əsəbiləşdi. Böyük bir ixtiyar sahibi, komissar 

olduğunu bildirmək üçün qışqırdı: 

-Çəkil o yana, tülkü! 

Soldat  əlini  tapançaya  atan  Karoya  acı  cavab  verib, 

süngünün  ucunu  ona  tərəf  tuşladı.  Onların  hay-küyünə 

Andronik içəridən çıxdı.  

Soldat tüfəngi aşağı salıb, rəsm-təzimdə durdu. 

Andronik soruşdu: 

-Bu nə səs-küydür? 

Karo: 

-Bu soldat bizi yanınıza buraxmır, - dedi.  

Andronik onları başdan-ayağa süzüb soruşdu: 

- Kimsiniz? Nə istəyirsiniz? 


36  

-Kim  olduğumuzu  sizə  bildirmək  üçün  yanınıza  gəlmi-

şik! – deyə Karo qürurla cavab verdi.  

Andronik soldata: 

-Burax gəlsinlər, - deyib içəri getdi. 

Karoyla  Mesrop  da  onun  dalınca  otağa  girdilər.  Hər 

üçü oturdu. 

-Siz  burada  möhkəm  qayda-qanun  yaratmısınız  ki,  cə-

nab general... - deyə Karo güldü.  

Andronik  onun  sözlərində  və  gülüşlərindəki  kinayəni 

duyaraq, dərhal cavab verdi: 

-Qayda-qanunsuz bir ölkədə onu yaratmaq lazımdır. 

Keşiş yerindən söz atdı: 

-Bu doğrudur, biz də onu istəyirik! 

Andronik bir də onlara diqqətlə baxıb dedi: 

-Zahirən  sizin  keşiş,  onun  isə  hərbi  bir  adam  olduğu 

görünür. Lakin əslində kim olduğunuzu bilmirəm... Məq-

sədinizi söyləyin. 

-General Andronik! 

Andronik Karonun sözünü kəsərək: 

-Siz mənim adımı hardan bilirsiniz? – dedi. 

-Heç bir şey hökumətdən gizli qala bilməz! – deyə Karo 

özünü  qürurla  çəkdi.  –  Biz  hökumətimiz  adından  sizinlə 

danışmağa gəlmişik, cənab general! 

Andronik gülümsünərək: 

-O hansı hökumətdir? – dedi. 

-Ermənistan milli hökuməti. 

-Bəlkə  siz  Tiflis  hökuməti  demək  istəyirsiniz?  O  ki, 

oyuncaqdır, hökumət deyil! 

-  Məncə,  hərbi  adamlar  siyasətdə  daha  gözüaçıq  ol-

malıdırlar. İndi Tiflis hökuməti yoxdur. Zaqafqaziyada üç 

hökumət  var:  menşevik,  müsavat  və  erməni  hökumətləri. 

Siz  erməni  olduğunuz  üçün  Ermənistan  hökumətinə  tabe 

olmalısınız. Haralı olduğunuzu, nə fəaliyyət göstərdiyinizi 

və  hardan  gəlib  bura  çıxdığınızı  öyrənmişik.  Sizin  də, 

bizim  də  məqsədimiz  bir  olmalıdır.  Mən  onu  demək  istə-


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə