Ön sözün müəllifi: İsa Həbibbəyli


yirəm ki, siz başınıza topladığınız hərbi dəstəni erməni mil-



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

37  

yirəm ki, siz başınıza topladığınız hərbi dəstəni erməni mil-

li qoşununa qatmalısınız. Özünüzsə, bir zabit kimi, erməni 

ordusunda xidmət etməlisiniz. Siz... 

Andronik onun sözünü kəsərək: 

-Mən sadə zabit deyiləm, cənab, generalam! – dedi. 

-Məsələ  adda  deyil,  sizə  paşa  da  deyirlər.  Halbuki,  bu 

türk  hərbi  adı  da  erməni  olduğunuz  üçün  sizə  yaraşmır. 

Nə  isə,  bizim  Zəngəzurda  topladığımız  qoşun  hissəsinin 

iqamətgahı  bu  Gorus  olacaqdır.  Elə  eləmək  lazımdır  ki, 

soldatlar arasında toqquşma olmasın. Mən sizin barənizdə 

Yerevana məlumat verəcəyəm. Bəlkə, özünüz də ora gedib, 

hökumət  üzvlərilə  görüşməli  oldunuz.  Erməni  hökuməti 

hər bir ermənini hesaba alır, qeydinə qalır. Sizin kimi bir 

generalın... 

Andronik yenə onun sözünü kəsib istehza ilə gülə-gülə 

dedi: 

-Mən  sizin  hökumət  olduğunuza,  hər  bir  erməninin 

qeydinə  qaldığınıza  inanmıram.  –  Andronik  bir  qədər  sə-

sini  qaldırdı:  -  Bu  evin  qabağındakı  izdihamı  gördü-

nüzmü?  Onlar  yersiz,  torpaqsız,  ac  erməni  qaçqınlarıdır. 

Nə  üçün  sizin  «erməni  hökuməti»  onlara  sahib  durmur? 

Yer vermir, çörək vermir! 

Keşiş,  Karonun  üzünə  baxıb  başını  tərpətdi.  Karo  bir 

qədər pərt halda cavab verdi: 

-Siz,  cənab  general,  bir  prokuror  kimi  bizi  ittiham 

edirsiniz!.. 

-Bu  mənim  öz  millətimi  sevdiyimdəndir.  Öz  millətimi! 

Uzun illər boyu onun yolunda canımdan keçmişəm. Türk-

lər qərbi  Ermənistan şəhərlərini,  kəndlərini  dağıdanda az 

qala göz yaşı tökmüşəm. 

- Doğrudur, doğrudur! – deyə keşiş onun sözünü təsdiq 

elədi. – O qaçqınların halına mən də yanmışam, amma 

sözümü eşidən olmayıb

.

 


38  

Karo, öz vəzifəsini unudub, yumşaqlıq göstərən keşişə 

gözünü ağartdı. Mesrop səsini kəsdi. Karo dedi: 

-Bizim  davamız  hələlik  türklərlə  yox,  bolşeviklərlədir. 

Məqsədimiz isə böyük Ermənistan yaratmaqdır. Dənizdən- 

dənizə uzanan bir Ermənistan! Buna nə deyirsiniz, cənab? 

Sizin bolşeviklərə və biz daşnaklara münasibətinizi bilmək 

istəyirəm. 

-Mən  nə  bolşevikəm,  nə  daşnak.  Böyük  Ermənistan 

yaratmaq fikrinə düşməyiniz də, cırtdanın özünü dəvə boy-

da sanması kimi gülünc bir şeydir. Erməni milləti yaşamaq 

istəyirsə,  arxasını  böyük  və  qüvvətli  dövlətlərə  söykəmə-

lidir. O da Britaniya dövlətidir! 

-Xeyr,  biz  ayrı  yaşayacağıq.  Rusiya  imperatorluğunun 

devrilməsindən istifadə edib, müstəqil yaşayacağıq. 

- Yaşayın, baxaq! Hünərinizi göstərin. 

-  Erməni  millətinin  taleyi,  gələcəyi  həll  olunduğu, 

müstəqil  bir  dövlət  kimi  özünü  dünyaya  tanıtmaq  istədiyi 

bir  dövrdə,  heç  bir  erməni  oğlunun  öz  yaxasını  kənara 

çəkməyə ixtiyarı yoxdur! 

-O  sözləri  burda  deməkdənsə,  gedin  Ermənistanı  işğal 

etmək istəyən türk ordusunun qarşısını alın! 

-Bəs siz? 

-Mənim öz fikrim və yolum var. 

-Çox  yaxşı!  –  deyə  Karo  ayağa  qalxdı.  Mesrop  da  ye-

rindən durdu. – Hər halda Ermənistan hökuməti sizin öz-

başına hərəkət etməyinizə razı olmayacaq! 

-Mən uşaq deyiləm, nə edəcəyimi özüm bilirəm! – deyə 

Andronik sərt cavab verdi. – Gedə bilərsiniz! 

Karoyla keşiş pərt halda otaqdan çıxdılar.” 

"Zəngəzur"  romanını  əldə  edib  oxuya  bilməyənlər  üçün 

təqdim  etdiyimiz  bu  geniş  sitatda  bu  parçada  hər  şey  var; 

erməni  millətçilərinin  türklərə  nifrəti,  intiqam,  qisas,  başqa 

xalqlara  kin-küdurəti,  rus,  ingilislərin  əl  buyruqçularına 

çevrilməsi,  tarixi  türk  torpaqlarında  saxta  dənizdən  dənizə 




39  

Ermənistan  dövləti  yaratmaq  planları,  yeni  qurulan  Ermə-

nistan Milli Şurasının da, bolşeviklərin də belə "ümummilli 

məsələlərdə"  daşnaklarla,  "ingilislərin  xəfiyyəsi  kimi  türk-

lərə qarşı çıxan" Andronik kimi vampir xislətli generalla ey-

ni  fikirdə  olmaları  əyani  görünür.  1918-20-ci  illərdə  Qara-

bağ, Zəngəzur və Naxçıvanda baş verən hadisələr Rusiya və 

Osmanlı  dövləti  ilə  yanaşı,  Amerika,  Almaniya,  Fransa  və 

İngiltərə  kimi  dövlətlərin  də  nəzarəti  altında  idi.  O  vaxt 

Zaqafqaziyadakı  İngilis  missiyasının  başçısı  general  Tom-

sonun  planına  görə,  Yevlaxdan  Həkəri  çayına  qədər  olan 

ərazilər Azərbaycan hökumətinin, Həkəri çayından qərbdəki 

bütün  Zəngəzur  ərazisi  Andronikin  idarəçiliyinə  verilməli 

idi. Andronikin viranedici hücumları da burdan güc, qüvvət 

alırdı. Və XX əsrin sonlarında Zəngəzurun Azərbaycan Res-

publikasında qalmış digər 3 bölgəsi-Laçın, Qubadlı, Zəngi-

lanın  da  işğalı  məhz  əsrin  əvvəllərində  yazılıb  "dobro"su 

verilmiş  ssenarinin  tamamilə  həyata  keçirilməsinin  nəticəsi 

idi,  böyük  dövlətlərin  razılığı  ilə  həmin  plan  ermənilərin 

xeyrinə yekunlaşmışdı. 

"Zəngəzur"dakı  bu  sözlər  o  illərdə  yazılıb  nəşr  olun-

muşdur ki, Ermənistan SSR-in və dünyanın bütün ölkələrinə 

səpələnmiş erməni başbilənləri guya 1915-ci ildə Anadoluda 

türklər  tərəfindən  ermənilərin  soyqırıma  məruz  qalmasının 

ildönümlərinə açıq və gizli şəkildə ciddi hazırlıqlar görürdü. 

Q.Qəribçiyanın,  S.Xanzadyanın,  A.Mikoyanın,  İ.Baqram-

yanın kitablarında Andronikin artıq "Xalq Qəhrəmanı", "Er-

məni xalqının Xilaskarı" obrazı yaradılırdı. 

Ə.Abasov isə kitabın müxtəlif bölmələrində yeri gəldikcə 

erməni millətçiliyinin iç üzünü konkret detallarla, obrazların 

dili ilə, bədii lövhələrlə, inandırıcı dialoqlarla açır. 

"Keşiş dedi: 

- İçməmişdən qabaq iki sözüm var. – Hamı gözünü ona 

zillədi. Keşiş davam etdi: - Pristav ağa buyurdu ki, Qafqaz 

xalqlarının  dillərini  öyrənir.  Bu  yaxşıdır.  Amma  qabaqca 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə