Ön sözün müəllifi: İsa Həbibbəyli


nizdə oyuncaq olan müsavatçılar bizim aramıza nifaq, mil-



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

46  

nizdə oyuncaq olan müsavatçılar bizim aramıza nifaq, mil-

lətçilik ədavəti salmaq istəyirsiniz...Biz Rusiyayla, proletar 

inqilabıyla bağlıyıq. Türk bizə yaddır! 

Camaatın arasından səslər ucaldı: 

-Doğrudur, doğrudur!”  

Budur  tökülən  qanların  əsas  nədəni;  erməni  məkri,  hiy-

ləsi,  hərisliyi,  bir  də  ki,  müsəlman  türkün  qanına,  canına 

hopmuş  avamlıq,  nadan  sadəlövhlük,  cinayətə,  xəyanətkar-

lığa  bərabər  ətalət,  süstlük,  öz  iç  sorunlarının  həllini  yad-

lardan gözləmə azarı, maymaqcasına özü özünü aldatma... 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



47  

 

İNGİLİS BARMAĞI  

 

1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası 



adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə-

İstiqlal  Bəyannaməsinə imza atan 26 nəfərdən biri də  Zən-

gəzurun  Laçın  bölgəsində  doğulmuş  Xosrov  bəy  Sultanov 

olmuşdur.  Xalq  Cümhuriyyətinin  həmin  gün  təşkil  edilmiş 

birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu 

tutmuşdur.  O,  Zaqafqaziya  Seyminin  və  Azərbaycan  parla-

mentinin  üzvü,  əvvəl  “Müsavat”ın  (1917-ci  il)  üzvü  olub, 

sonra da “İttihad” partiyasının qurucularından olmuşdur. 

AXC  Hökuməti  1918-ci  ilin  yayında  Şuşa,  Zəngəzur, 

Cavanşir,  Cəbrayıl  qəzalarını  Gəncə  quberniyasının  tərki-

bindən  çıxarıb  Qarabağ  general-qubernatorluğu  yaratmışdı. 

Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Gəncə ge-

neral-qubernatorluğundan  dəyişdirilib  Qarabağın  general-

qubernatoru  təyin  olunmuşdu.  Müavini  məşhur  bolşevik 

Çingiz İldırım idi.  

Xosrov bəy Sultanovun israrlı təkidləri:  

 1. Qarabağ və Zəngəzur məsələsinin həllində ingilis kö-

məyindən qətiyyətlə imtina edilməlidir,  

2.  İngilislər  Qarabağ  və  Zəngəzur  məsələsinin  həllində 

bizə yalnız maneçilik yaradırlar, 

 3. Məcburi tədbirlər görülmədikcə ermənilər Azərbaycan 

hakimiyyətinə tabe olmayacaqlar, 

 4.  Bu problem həllini tapmadıqca əhali hökumətin güc-

süz olduğuna inanacaqdır. Bu isə həmin bölgələrdən əlimizi 

tamam üzmək deməkdir. 

Xosrov bəy məsələnin həllinin yolun da göstərirdi: 

1. Təcili hərbi hissələri Zəngəzura yeritmək, ermənilərin 

İrəvandan Zəngəzura, Azərbaycanın digər bölgələrinə hərə-

kətinin qarşısını almaq, 

2. Dağlıq Qarabağa Azərbaycanın hakimiyyətini tanımaq 

barədə ultimatum vermək və 6 gün vaxt qoymaq



48  

3.  Bütün  ermənilərə  Azərbaycan  rayonlarından  getməyi 

təklif etmək, ultimatum dövründə onlarla hər cür danışıqları 

kəsmək,  ultimatum  bitdiyində  dərhal  hərbi  əməliyyatlara 

başlamaq  və  bütün  məsuliyyəti  erməni  başçılarının  üzərinə 

qoymaq...  

Zəngəzur”  romanından  sətirlər:  “Njde  dedi:-Keşiş 

ağa, sən bu saat Tehrana yola düşməlisən. 

- Tehrana? 

-  Bəli,  keşiş  ağa.  Səni  özümə  sədaqətli  bir  adam  bilib 

Tehrandakı  ingilis  konsulunun  yanına  göndərirəm.  Syu-

nik hökumətinin və erməni millətinin bir nümayəndəsi ki-

mi onunla görüşüb danış. De ki, Syunik hökuməti Zəngə-

zurun meşələrini,  mis  mədənlərini,  bütün  yeraltı  sərvətlə-

rini  onlara  verməyi  vəd  edir.  Xüsusi  qeyd  et  ki,  Njde  sizə 

arxalandığı  üçün  qırmızılara  təslim  olmr.  Bəs  ingilis  qo-

şunu  niyə  hərəkətə  keçmir?  Niyə  bizi  döyüş  meydanında 

tək qoyur?  Britaniya hökuməti Zaqafqaziya kimi bir  inci-

nin bolşevikləin əlində qalmasına niyə razı olur? Sonra in-

gilis konsulun vasitəsi ilə İran hökumətinin başçıları ilə də 

görüş.  Onlara  de  ki,  bolşeviklər  yerlərini  Zaqafqaziyada 

bərkitsələr,  İran  həmişə  təhlükə  altında  qalacaqlar.  Qoy 

İran hökuməti də bizə bacardığı qədər kömək etsin...” 

Xosrov  bəy  “İttihad”  partiyasının  qurucu  rəhbərlərindən 

idi, Osmanlıda bu partiyanın rəhbəri Hərbi nazir Ənvər Paşa 

idi, Xosrov bəy Ənvər Paşanın erməni məsələsini necə həll 

etdiyini də gözəl bilirdi; erməni durduqca problem duracaq, 

erməni  məsələsini  həll  etməyin  yeganə  yolu  ermənilərdən 

azad olmaqdır. Xosrov bəy nəticəsiz qalan bu cəhdlərindən 

az sonra hərbi nazir vəzifəsindən çıxarılaraq əkinçilik naziri 

qoyuldu... 

Tarixi  şans  bir  dəfə  verilir,  sən  ondan  yararlanmadınsa, 

qarşındakı  yararlanacaq,  Zəngəzur  ortada  qalıb  sahibini 

gözləyən ov kimi idi, birinci kim götürdüsə onundu...  

Ruhun  bizi  bağışlamasın,  Xosrov  bəy,  qarşında  üzümüz 

qara, başımız aşağıdır. Sən nə qədər uzaqgörən insan imiş-




49  

sən! Budur 23 ildir sənin tələblərinə, çağırışlarına, hay-həşi-

rinə  əməl  edilmədiyinin  ağrısını  bu  dəfə  daha  ağır  yük  al-

tında çəkirik... 

Böyük  Britaniyanın  Qafqazdakı  diplomatik  nümayəndə-

liyinin rəhbəri general Tomson 1919-cu il martın 28-də Ye-

revanda Ermənistan hökumətinin iclasında çıxışında demiş-

di: "...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə edi-



ləcək... Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan 

təcili  öz  nümayəndələrini  verməlidir...  Erməni  qoşunları 

Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... 

Azərbaycan  ordusu  indi  durduğu  yerdən-Ağdam  və  Xan-

kəndindən  bu  tərəfə  keçməyəcək...  Azərbaycan  hökuməti-

nin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir 

ki,  Daxili  İşlər  Nazirliyi  1300  nəfərlik  piyada  və  500  nə-

fərlik  erməni  süvari  dəstəsinin Şuşa,  Xankəndi,  Əsgəran-

dan keçib  Ermənistana getməsi üçün hərtərəfli səy göstə-

rəcək.  Mayor  Monk  Mezon  mənə  məlumat  vermişdir  ki, 

Azərbaycan  hərbi  hissələri  general  Mehmandarovun  rəh-

bərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbir-

ləri görmüşdür... Azərbaycan Dağlıq Qarabağ və Zəngəzu-

run  mübahisəli  ərazi  kimi  Paris  sülh  konfransında  həll 

olunacağını gözləyəcəkdir". 

 Tomson  Ermənistan  hökumətinin  rəhbərlərinə  5  milyon 

ədəd patron və pul da göndəriləcəyini də vəd edir, vədini də 

yerinə yetirir. 

Erməni  stenoqraf  protokolda  "General  Tomson  dedik-

lərinin evin divarlarından kənara çıxmayacağını bilərək açıq 

danışır..."  qeydini  etməyi  də  unutmayıb.  “Osmanlı  belge-

lerinde Karabağ”, səh 365. 

“Zəngəzur”  romanının  müəllifi  Andronikin  və  onun  da-

vamçılarının  Qafqazda,  Zəngəzurda  məhz  ingilis  planını 



həyata keçirdiklərini açıq-aydın yazırdı. Kitabdan sətirlər: 

“Karo kağız, qələm götürüb məktub yazmağa başladı: 

«Yerevan. Cənab Milli Şura sədrinə. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə