Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

56  

Bunlar  isə  AXC  Parlamentinin  üzvü  Cəlil  Sultanovun 

Zəngəzur və Qarabağdan Bakıya-Parlament və Hökumətdən 

əlavə  həm  də  ayrı-ayrılıqda  “Müsavat”,  “İttihad”,  “So-

sialistlər”  fraksiyalarına,  Zəngəzurdan  seçilmiş  digər  həm-

karı Mirzə Sadıq Axundzadəyə göndərdiyi, hamısı da Parla-

mentdə  deputat  həmkarları  tərəfindən  oxunan,  müzakirə  və 

müdafiə olunan, rəsmi “Azərbaycan” qəzetində dərc edilən, 

ürəksızladan teleqramlarından sətirlərdir.  

“Həlak  olmuş  Zəngəzur  müsəlmanları  sizə  cansağlığı 

diləyirlər.  Zəngəzurlular  nə  qədər  ağlasalar  da,  onların 

iniltisi  cavabsız  qaldı,  heç  kəs  onların  köməyinə  gəlmədi. 

Qadınların döşləri kəsilib, uşaqların başları kəsilib, bədən-

ləri qan içindədir. Ermənilərin əllərinə düşən gözəl qızlar 

zorlanır. Zəngəzurda düşmənə müqavimət göstərmək üçün 

kişilər  həddindən  artıq  azdır  və  onlar  kənardan  köməyə 

bütün ümidlərini itiriblər”. 

“Zəngəzurda tam hakimiyyətsizlik hökm  sürür. Döyüş-

mək və müqavimət göstərmək üçün heç bir vəsait yoxdur. 

Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbay-

can  türk  xalqına müraciət  edir.  Aldığımız məlumata  görə 

sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başla-

nır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə 

Naxçıvanla  əlaqəni  tamam  kəsmək,  beləliklə  də  həm 

Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll et-

məkdir. Qarabağın Dağlıq hissəsinin erməniləri surətlə üs-

yana  hazırlaşırlar.  Hökumətin  cinayətkarcasına  fəaliyyət-

sizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib çıxarıb. Ar-

tıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən 

yuxarı Zəngəzur müsəlman  əhalisinin məhvinə gətirib  çı-

xarmış  xain  xatisovların  təntənəli  ziyafətləri,  Azərbayca-

nın  erməni  təbəələrinin  həyasızlığı  yetər.  Xahiş  edirəm 

təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları 

xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və və-



57  

tən qarşısında cinayət və satqınlığa bərabərdir." (ARDA: f. 

895, siy. 1, iş 299, vər. 18, 22, 26).  

Artıq Zəngəzur qəzası erməni nizami ordu hissələri tərə-

findən xarabazara çevrilib 10 mindən çox müsəlman əhalisi 

məhv  ediləndən,  saysız  teleqramlardan  sonra  nəhayət  ki, 

1920-ci il yanvarın 6-da keçirilən iclasda Azərbaycan Xalq 

Cümhuriyyəti  Dövlət  Müdafiə  Komitəsi  "Zəngəzurun  mü-

səlman  kəndlərinin  ermənilər  tərəfindən  dağıdılmasının  da-

vam etməsinə qarşı tədbirlər görülməsinin zəruriliyi haqqın-

da" Daxili İşlər Nazirliyinin məlumatını müzakirə edir. Qə-

rara  alınır  ki,  dinc  əhaliyə  qarşı  ermənilərin  bu  hərəkətlə-

rinin qarşısını almaq üçün müəyyən tədbirlər görülsün və bu 

haqda  müttəfiq  qoşunlarının  bölgədəki  nümayəndəsinə  mə-

lumat verilsin. (ARDA. f. 897, siy. 1, iş 112, vər. 48).  

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi dəstəsi o zaman 

Zəngəzura  yardıma  yetişmişdi  ki,  artıq bu  yerlərdə bir mü-

səlman da yox idi, daş-daş üstə qalmamışdı. “Zəngəzur” ro-

manında  bu  hadisələr  nə  qədər  ürəksızladan  olsa  da,  real-

lıqda olduğu kimi qələmə alınıb və bu aynada biz yenə əyri 

görünürük. 

Daşnak-müsavat  əsgərlərinin (Azərbaycan Xalq  Cümhu-

riyyətinin - AXCdialoqu, savaş səhnələri, məram, məqsəd-

ləri  yolunda  göstərdikləri  fərqli  baxışlar,  davranışları  ibrə-

tamizdir.  

AXC –nin Baş naziri Fətəli xan Xoyskinin 4 fevral 1920-

ci  il  tarixdə  Ermənistanın  Baş  naziri  Xatisova  ünvanladığı 

teleqramlar arxivlərdə durur-ADA, 970-1-113. AXC Höku-

mətinin  rəhbəri  4  fevral  1920-ci  ildə  Ermənistanlı  həmka-

rına  yazırdı  ki,  “Zəngəzur  müsəlmanlarının  tamamən  yox 

edilməməsi üçün” Azərbaycan Ordusundan bir miqdar əsgə-

ri qüvvə o bölgəyə göndərilmişdir və bu 23 noyabr 1919-cu 

il anlaşmasına zidd deyildir... Həmin sözügedən anlaşmadan 

sonra  Ermənistan  Respublikasının  Hökumət  qoşunları  Dro 




58  

komandanlığında  qanlı  qırğınları  daha  böyük  vəhşiliklə 

davam  etdirirdi.  Öhdəsində  25 minlik silahlı qüvvəsi,  xeyli 

top-tüfəngi, silah- sursatı olan, 1-ci vəzifəsi vətəndaşlarının 

can, mal sağlığının qorunması, ərazilərinin mühafizəsi olan, 

18  ay  mövcud  olan  AXC  rəhbərliyinin  belə  cəsarətsizliyi 

ürək ağrıdır... Axı may 1918-dən 28 aprel 1920-ci ilə qədər 

Ermənistana  kənardan  silah-  sursat  yardımı,  siyasi, 

diplomatik  dəstək  olsa  da  (Osmanlının  AXC-yə  yardımı 

daha böyük idi!), rus, ingilis, amerika, fransız canlı qüvvəsi 

onların əvəzinə vuruşmurdu.  

Zəngəzurda  siyasi  vəziyyəti  əks  etdirən  arxiv  sənədləri 

ilə müqayisə, paralellər aparmaq üçün romandan gətirdiyim 

bu  cümlələri  bura  əlavə  edirəm:  “...Müsavat  hökuməti  ilə 



daşnak  hökumətinin  arasındakı  dava  çox  uzun  sürmədi. 

Müsavat  qoşununun  biabırcasına  məğlubiyəti  ilə  qurtar-

dı... erməni kəndləri dağılmadı, əhali öz yurdundan, evin-

dən  qaçqın  düşmədi....Müsavat  qoşununun  məğlub  olma-

sının  səbəbləri  o  idi  ki,  daşnak  ordusunun  komandanlığı 

daha cəld hərəkət etmişdi. Ermənilərin müsavatdakı agen-

tinin məlumatını əsas tutaraq, müsavat əsgərlərinin arxa-

sına  gözlənilməz  yerdən  əsgəri  hissələr  çıxarmışdı,  eyni 

gündə  Naxçıvandan  Zəngəzura  hücum  etməli  olan  Nax-

çıvan  polku  yubanmışdı...erməni  kəndlərinin  adamları 

Baqratın başçılığı ilə dəstələr düzəldib onları qarşılamışdı. 

Bir neçə gün davam edən davadan sonra polk komandirini 

əsir alıb öldürmüşdülər. Bunu bilən müsavat əsgərləri ara-

sına pərakəndəlik düşmüş, ölən ölmüş, sağ qalanlar qaçıb 

yenə Əriklini o tərəfə aşmışdılar.” 

Ermənilər  qarşılarına  qoyduqları  məqsədə  çatmaq  üçün 

hər  cür  alçaqlığa,  vəhşiliyə  getməyə  hazır  və  qadir  idilər. 

Dəyişən ancaq onların önündə gedənləri idi. 



“-Heç  ürəyini  sıxma,  qalanlarını  da  mən  Karo  ilə  sən 

Baqrat dağıdarıq. Elə eliyərik ki, musurman kəndlərindən 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə