Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   16   17   18   19   20   21   22   23   24

65  

qoşunlarının  kəşfiyyat  rəisi,  1-ci  məsləhətçisi,  plan  quranı, 

sonra  da  bolşevikləri  qarşılayır.  Hər  yeni  gələn  ictimai-

siyasi  dəyişikliklərdə  Karpov  və  əlaltıları  katalizator,  ara 

vuran,  dalaşdırıb  barışdıran  rolundadır.  Hətta,  Gəncədəki 

Müsavat  mərkəzinin  içində  də  xəfiyyələri  var.  Romanda 

yadda  qalan  tiplərdən  biri  odur  və  öz  missiyasını-müəllifin 

demək istədiklərini dəqiq ifadə edir. 

Daşnakların  mərkəzi  Gorus  şəhəri  olan  “Zəngəzur”  qu-

bernatorluğunun əsas nüfuz sahiblərindən biri Karpov oldu-

ğu  kimi,  bolşevik  Rusiyasının  Zəngəzurda  yaratdığı  Tatev 

şura  hökumətinin  də  başçısı,  qızıl  ordunun  polk  komandiri 

Gerasimov idi.  

 

 



 

 

 



 

 

 



 

 


66  

 

“ZƏNGƏZUR” ROMANI  

İSTEDAD, CƏSARƏT, VİCDAN  

VƏ MİLLİ DÜŞÜNCƏNİN TƏCƏSSÜMÜDÜR 

 

Ermənilərin  Zəngəzurda  müsəlmanlara  verdiyi  işgəncə-

ləri,  onların  yaşadığı  faciələr  romanda  dönə-dönə  tükürpə-

dən  detallarla  göstərilib.  Əyyub  Abasov  bu  dəhşətləri  göz-

ləri  ilə  gördüyündən  o  müsibəti  olduğu  kimi  qələmə  alıb: 

"1919-cu  ilin  yazıdır.  Malını,  pulunu  özü  ilə  aparmağa 

müvəffəq olmuş dövlətlilər istisna olmaqla, Zəngəzur qaç-

qınlarının güzəranı  getdikcə pisləşirdi.  Minlərlə insan sə-

falət içində idi. Onların əkməyə torpaqları, yeməyə çörək-

ləri, geyməyə paltarları yox idi. Boğazlarına keçmiş fəlakət 

zəncirini  qırıb  atmağa  heç  bir  yol  və  imkan  tapa  bilmir-

dilər.  On  aydan  artıq  idi  ki,  Zəngəzur  qaçqınları  fəlakət 

içində çırpınırdılar. Hamı yandırılmış, viran edilmiş kənd-

lərinin, yurd-yuvalarının həsrətində idi. Lakin daşnakların 

hökmranlıq  etdikləri  bir  torpağa  qayıtmaq  mümkün 

deyildi". 

Talesizliyə  bax  ki,  tarix  təkrar  olunub.  Demək  olar  ki, 

məzmun  eynidir, dəyişən formadır. Ötən əsrin  əvvəllərində 

törədilən vəhşiliklər həmin əsrin sonlarında eyni dəhşəti ilə 

təkrarlandı. 

Bu sətirləri həmin hadisələrin canlı şahidinin dili ilə, çox 

sayda doğma, əzizini erməni qətliamlarında itirmiş, doğulub 

dünyaya göz açdığı yurd-yuvası, el-obası, kəndi talan, qarət 

edilib yandırılıb viran qoyulan ədib ürəyinin qanı ilə yazıb. 

Bu  olayları  çox  sayda  ünlü,  dövlətin  hər  cür  naz-neməti, 

titulları  ilə  bəzədilən  uzun  ömür  yaşayıb  dünyadan  köçən 

xeyli  yazıçımız  da  bu  olayları  görmüşdü,  yaşamışdı,  ancaq 

dilinə  almağa,  yazıb  heç  olmazsa  gizli  şəkildə  olsa  da, 

gələcək  nəsillərə  saxlamağa  cəsarəti,  milli  mənlik  duyğusu 

yetməmişdi. 



67  

Əyyub Abasov bu cəhətdən tək-tənhalar sırasındadır, elə 

bu cəhətdən də Zəngəzur ellərindən çıxmış çox sayda ("sayı 

çox,  sanbalı  yox")  yazarlardan  bu  mərdanə  kişiliyinə  görə 

öndədir,  boyu  uca  görünür.  "Zəngəzur"  romanı  Ermənis-

tanda buna görə qadağan edilmiş, kitabxanalardan, azərbay-

canlı ailələrindən yığışdırılmışdı. 

Ə.Abasovun “Zəngəzur” romanı haqqında fikir söyləyən 

çox  sayda  tənqidçi,  ədəbiyyatşünas,  yazıçılar  sovet-KQB 

rejiminin  basqılarından  çəkinərək  müəllifin  başlıca  qayəsi, 

əsərin əsas ideyası üzərindən sükutla keçmişlər.  

Görkəmli  ədəbiyyatşünas alim,  professor Cahangir Qəh-

rəmanov “Zəngəzur” romanının əsas qayəsini sırf sosializm 

realizmi nöqteyi-nəzərindən, alt qatına enmədən belə dəyər-

ləndirmişdir: “Zəngəzur” romanı Sovet ədəbiyyatı qarşısın-

da  duran  aktual  məsələlərdən  birinə-xalqlar  dostluğuna 

həsr olunmuşdur. Romanda cərəyan edən hadisələr Azər-

baycan və erməni zəhmətkeşlərinin azadlıq və istiqlaliyyət 

uğrunda  apardıqları  tarixi  mübarizə  ilə  əlaqədar  təsvir 

edilir  və bu iki xalqın ənənvi  dostluğu bədii boyalarla in-

kişaf etdirilir.” 

"Zəngəzur"  romanı  nəşr  edilən  kimi  bir  sıra  üzdəniraq 

bolşevik təfəkkürlü azərbaycanlı yazarlar, hətta, danos yaz-

mağa  başlayıblar  ki,  guya  bu  əsər  erməni  və  Azərbaycan 

xalqları arasında ədavət toxumu səpir, zərərlidir. Xalq yazı-

çısı,  1954-1958-ci  illərdə  Yazıçılar  İttifaqının  sədri  işləyən 

Süleyman Rəhimov xatirələrində bu barədə ona müraciətlər 

edildiyi barədə danışıb. Yazıçının şəxsi arxivində də bu da-

nosların  bir  neçəsinin  dururdu,  böyük  yazıçı  öz  istedadlı 

həmyerlisinə  kömək  etmək,  təhlükədən  qorumaq  üçün  bu 

məktubları gizləyirmiş. 

Günümüzdə aktuallıq kəsb edən mövzunun kinoya, ekra-

na  transferinin  əhəmiyyətini  düzgün  qiymətləndirən  tanın-

mış  rejissor  və  aktyor  Şeyx  Əbdül  Mahmudbəyovun  bu  fi-

kirlərini alqışlamaq və doğru-düzgün dəyərləndirməsi ilə ra-

zılaşmamaq mümkün-süzdür: "Mərhum yazıçı Əyyub Aba-




68  

sovun  "Zəngəzur"  romanı  teleserial  mövzusu  ola  bilər. 

Əsərin ekran həllinin geniş tamaşaçı kütləsinə təqdim edil-

məsi gənclərin şüurunda müsbət istiqamətə böyük dönüşə 

səbəb olar." ("Bakı xəbər", 2012. 24 aprel). 

Kitabdakı  əsrin əvvəllərində zəngəzurluların müsibətinə, 

mənəvi əzab və ruhi sarsıntılarına ayna tutan bu sətirlər həm 

də eynilə əsrin sonunda həmin qanlı qırğınlarla təkrar  yurd 

yerlərindən  qovulan  bir  milyon  müsəlmanın  hisslərinin, 

duyğu və düşüncələrinin tərcümanıdır: "İndi bizim yerlərdə 



yazdır,  çöl,  bayır  göyərib,  ağaclar  yarpaqlayıb,  çayın,  bu-

laqların  qıraqlarında  yarpızlar  baş  qaldırıb.  Eh,  görəsən, 

mənim  ev-eşiyim  hansı  zalıma  qismət  oldu?  Görəsən, 

qızılgüllərimi  qırıb  tələf  etmədilər  ki?  Biz  kəndə  qayıtsaq, 

ermənilər  hər  kəsin  evini,  torpağını  özünə  verəcəklərmi? 

...Andronik  kökümüzün  üstündə  od  qaladı.  Allah  baisin 

evini  başına  uçursun,  axı  biz  ermənilərə  nə  eləmişdik? 

Niyə məxluqu yerindən, yurdundan elədilər?!" 

Bu  cavabsız  suallar  23  ildən  çoxdur  ki,  Dağlıq  Qarabağ 

və ətrafındakı  7 rayondan didərgin  düşən on minlərlə insa-

nın dilində, baxışında, ürəyindədir. 



  

 

 

 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə