Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

31  

olsa,  aşıq-aşkar  büruzə  verir,  Peterburqdan  gələn  xəbərlər 

əyalətlərə  də  çatır,  fəhlə  və  kəndlilərin  öz  haqları  uğrunda 

mübarizəyə  başlaması  ucqarlardakı  insanlarda  da  mübarizə 

əzmi  yaradır.  Xüsusilə  Birinci  Dünya  Müharibəsində  dün-

yaya  hökm  edən  Çar  Rusiyasının,  Romanovlar  sülaləsinin 

əbədi,  məğlubedilməz  imicinin  dağılması  onları  da  ruhlan-

dırır, şimaldan əsən küləklər ucqar dağ kəndlərini də oyadır. 

Böyük  dövlətlərin  siyasətinin,  dünyanı  yenidən  bölmək 

planlarının  acı  nəticəsi  olan  müharibənin  gətirdiyi  faciələri 

gözləri  ilə  görüb  salamat  geri  qayıdan,  eləcə  də  Bakı  neft 

mədənlərində  işləmiş  Vahan,  Suren,  Şahmərdan  yeni 

cəmiyyət uğrunda mübarizənin ilk müjdəçiləridir. Yazıçı ro-

manda həyat  həqiqətinə  sadiq  qalıb, görüb müşahidə etdiyi 

gerçəklikləri qələmə alıb. 

Bu  həqiqətlərdən  ən  əsası  odur  ki,  Qafqazda  şura  höku-

məti  ən  gec  Zəngəzurda  bərqərar  olub.  Hələ  30-cu  illərə 

kimi bu dağlarda yeni quruluşu qəbul etməyən qaçaqlar ələ 

keçməz olmuşdular, 30-cu illərin sonunda Moskvadan gələn 

təlimata uyğun respublika 1-cisi Mircəfər Bağırov ən döyüş-

kən,  peşəkar  dəstənin  başında  Zəngəzurda  sovetlərin  haki-

miyyətini  tam  və  qəti  bərpa  etməyə  gəlmişdi  və  Zəngəzur 

camaatına  bu  gəliş  baha  oturmuşdu.  Əliyanlı  tərəflərdə 

başıpapaqlı qalmamış, hamısı güllələnmişdi. Və bunun əsas 

icraatçıları da erməni millətindən olan əsgər və zabitlər idi. 

 Bizi  bu  kitabçada  maraqlandıran  əsas  məsələ  Zəngəzur 

faciələrinin  “Zəngəzur”  romanında  bədii  inikasıdır,  tarixi 

həqiqətlərin bədii təsviridir. 

Romanın  I  cildi  1952-ci  ildə,  II  cildi  1957-ci  ildə  çap 

olunmuşdu.  2-ci  kitab  işıq  üzü  görəndən  az  sonra  1957-ci 

ilin 18 dekabrında Əyyub Abasov 52 yaşında qəflətən vəfat 

etdi.  Yaxınları,  doğma,  əzizləri  onun  ölüm  sirrinin  hələ  də 

sadəcə  işə  gedərkən  qəfil  ürəktutması  ilə  bağlı  olduğuna 

inana bilmirlər

 

 




32  

 

ZƏNGƏZUR QIRĞINLARI “ZƏNGƏZUR”DA 



 

"Azərbaycanlıların  soyqırımı  haqqında"  Azərbaycan 

Respublikası Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il 

tarixli  690  nömrəli  Fərmanından  sonra  aşkara  çıxan  arxiv 

sənədləri, araşdırma və tədqiqatların nəticələri bir daha XX 

əsrin əvvəllərində Zəngəzur faciələrinin miqyasını göstərmiş 

oldu,  Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan 

sonra  xalqımızın  tarixi  keçmişinin  obyektiv  mənzərəsini 

yaratmaq  imkanı  əldə  edildi,  uzun  illər  gizli  saxlanılan, 

üzərinə  qadağa  qoyulmuş  həqiqətlər  açıldı,  təhrif  edilmiş 

hadisələr özünün əsl qiymətini aldı. 

Əyyub  Abasovun  tariximizin  Zəngəzur  faciələrinə  ayna 

tutan  "Zəngəzur"  romanı  müsəlman  azərbaycan  türk  və 

kürdlərinin  erməni  nizami  ordusu  tərəfindən  əvvəlcədən 

planlaşdırılmış  deportasiya  və  soyqırımına  güzgü  tutan,  bu 

sahədə ədəbi boşluğu dolduran ən yaxşı əsərdir, həm də ona 

görə  ki,  bu  roman  real  həyatı  əks  etdirir,  bu  həyat  isə  tari-

ximizə faciələrlə, qanla, göz yaşları, minlərlə insanın faciəsi 

kimi yazılıb və 70 ildən çox bu qanlı-qadalı hadisələr barədə 

danışmaq,  yazmaq  qadağan  edilib.  Totalitar  sovet  -  KQB 

rejiminin meydan suladığı, erməni-daşnak millətçilərinin və 

onların  fiziki-mənəvi  varislərinin,  nifrət  virusu  daşıyıcıla-

rının  Azərbaycanın  partiya-sovet,  hüquq-mühafizə  orqanla-

rında  özlərinə  rahatlıqla  yer  tutduğu,  geniş  anti-türk,  anti-

azərbaycan,  anti-müsəlman  şəbəkəsi  yaratdığı  bir  zamanda 

bu gerçəkliyi qələmə alması tarixi və ədəbi hadisə idi. 

Məhz  ona  görə  də  Azərbaycan  Respublikası  Prezidenti-

nin  "Azərbaycanlıların  soyqırımı  haqqında"  1998-ci  il  26 

mart  tarixli  fərmanının  icrasının  ardıcıl  və  mütəşəkkil  şə-

kildə həyata keçirilməsi  ilə bağlı 30 mart  1999-cu il tarixli 

111№-li  Prezident  Fərmanı  ilə  təsdiq  edilmiş  tədbirlər  pla-

nında  Əyyub  Abasovun  "Zəngəzur"  romanının  Azərbaycan 

və  rus  dillərində  təkrar  nəşri  də  (30  çap  vərəqi)  nəzərdə 



33  

tutulurdu. Bu heç də təsadüfi hal deyil, əksinə dövlətimizin 

apardığı  məqsədyönlü  siyasətin  obyektiv  nəticəsidir  ki, 

azərbaycanlıların  soy-qırımından  bəhs  edən  bu  nadir  bədii 

əsərin təkrar nəşri aktual məsələ kimi meydana çıxır. 

"Zəngəzur"  romanından  alınan  bu  parçada  Anadolu  və 

Qafqazda  törətdiyi  qanlı  qırğınlarla  adını  tarixin  bədnam 

siyahısına  yazmış  general  Andronikin  komandanlığında 

erməni nizami qoşun hissələrinin günahsız,  onları gözləyən 

dəhşətli  bəlalardan,  hər  şeydən  xəbərsiz  dinc  müsəlman 

əhaliyə  qarşı  planladığı  qanlı  soyqırım  və  deportasiyanın 

fəlakətli mənzərəsi görünür.  



 “Qızılcıq  kəndində  hələ  bu  gecəki  qədər  adam  olma-

mışdı. Evlər, küçələr, xırmanlar adamla dolmuşdu. Onlar 

yayın  bu  gözəl  gecəsində  bu  kəndə  qonaq  deyil,  ölümün 

pəncəsindən qurtulub gəlmişdilər. Bu adamlar dağıdılmış, 

yandırılmış  ayrı-ayrı  kəndlərdən:  Şəkidən,  Ağudidən, 

Vağüdidən,  Uruddan,  Qarakilsədən  gəlmişdilər.  Hamısı 

Andronikin  topunun,  tüfənginin  ağzından  qurtarmışdı. 

Lakin  fəlakət  onları  yenə  izləyirdi...”bala,  vay”,  “bacı, 

vay”,”ata,  vay”,  “yazıq  balam,  qaldı”,  “yurdum,  komam 

yandı”,  “çö-rək...”  fəryadı,  ürəkləri  yandıran  ah-naləsə-

sindən qulaq tutulurdu...bu ətrafda yeməyə ot da, gicitkan 

da qalmayıb... Andronik qoşununu və erməni əhalisini Go-

rusda bir meydana toplayıb “qələbə” münasibəti ilə onları 

təbrik etmiş  və demişdi: “Gördünüzmü, Türkiyədə qırılan 

ermənilərin  intiqamını  Zəngəzur  müsəlmanlarından  necə 

alıram!  İndi  mən  qalan  müsəlman  kəndlərinin  də  daşını 

daş üstə qoymayacağam.” 

Bəlanın  digəri  sağ  qalanların  canını  almaqda  elə  bil  ki 

Andronikin  qaniçən  dəstəsi  ilə  yarışmaqda  olan  aclıq,  xəs-

təliklər  idi.  Mağara,  kahalara  doluşmuş  insanların  halı  tük 

ürpədir...“Çirkin, bitin, aclığın törətdiyi tif, ishal xəstəliyi o 

bədbəxt  insanların  ikinci  amansız  düşməni  olmuşdu.  Hər 

saat piltəsi, yağı qurtarmış çıraq kimi bir ömür sönürdü...” 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə