Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

25  

Növrəstənin  bütün  etirazlarına  baxmayaraq  onu  ələ 

keçirməyə çalışır. 

Təbii  ki,  o  dövrün  qanun-qaydaları  elə  idi  ki,  «Zəngə-

zur»un  sovet  senzurasından  keçməsi  üçün  müəllif  əsərində 

dostluq, qonşuluq motivlərinə geniş yer verməli idi. Əslində 

elə  müharibəni  pisləmək,  fitnə-fəsada  bais  olanları  tənqid 

etmək  hər  bir  yazıçının  vəzifəsidir,  mənəvi  borcudur.  Bu 

mənada Əyyub  Abasov  bütün xalqların sülh,  əmin-amanlıq 

şəraitində  yaşamasını  arzulayırdı.  O  bilirdi  ki,  öz  millətini 

qırğına, fəsada, cinayətə təhrik edən birinci növbədə elə öz 

xalqının  düşmənidir.  Yazıçı  fakt  və  dəlillərlə,  eləcə  də  öz 

gözləri ilə gördüyü hadisələrin köməyi ilə daşnakların məkr-

li  siyasətlərini  sərrast  qamçılayaraq,  onların  rəhbərlərinin 

rəzil portretlərini realist lövhələrlə təqdim edib. 

Zəngəzurun  ötən  əsrin  əvvəllərində  real  mənzərəsi  belə 

idi ki, burada müsəlman türklər və kürdlər xristian erməni-

lərlə qonşu, dost olaraq yaşayır, birlikdə əkir, biçir, çörəyini, 

suyunu, ayran-qatığını bölüşür, dilləri, dinləri ayrı olan mü-

səlman, erməni ağalarının zülmündən cana doyur, təngə gə-

lir, ağır gündə bir-birinə arxa olur, dərdlərini, xoş günlərdə, 

xeyir  xəbərlərdə  sevinclərini  bölüşürlər.  Bu  onların  yaşam 

tərzi idi, hər millətin özünün gendən, mentalitetdən gələn sə-

nət,  peşə  qabiliy-yətləri  mövcud  idi.  Sənətkarlığı  ermənilər 

yaxşı  bacarırdısa,  heyvandarlığı  kürdlər,  əkin-biçini  müsəl-

manlar daha yaxşı bilirdilər. 

Növrəstə ilə Şahmərdanın, Surenlə Siranuşun saf məhəb-

bəti, çətinliklərə sinə gərmələri, bir-birilərinə qovuşmaq həs-

rəti,  bu  yolda  göstərdikləri  cəsarət,  gənclərin  səmimi  duy-

ğuları, könül çırpıntıları romanda lirik, bədii detallarla təsvir 

olunub.  

“Zəngəzur”  dərs  verən  kitabdır,  dərs  almadığımız  eyib-

lərimizi  açıb  göstərən  məxəzdir,  eyiblərimizi  göstərən  güz-

güdür, necə varıqsa, burda elə də görünürük. 

Yazıçı  Afaq  Məsud  haqlı  olaraq  yazır  ki,  orta  məktəb 

dərsliklərimizdə  “Qarabağ  dərdimizin  tarixini  açan 




26  

“Zəngəzur”un  müəllifi  Əyyub  Abasovun...”  əsərlərindən 

nümunələr  salınmaması  düzgün  deyil,  haqsızlıqdır.  Çox 

təəssüf... 

Suren rus strajniklərinin əlindən qurtulub qaçanda ən eti-

barlı sığınacaq yeri kimi Şahmərdangilin evin seçir, həbsdən 

xilas olur.  

Suren  sevib  seçdiyi  Siranuşu  götürüb  qaçmaq  zorunda 

qalanda ən etibarlı yer kimi, ətrafdakı erməni kəndlərindəki 

qohumlarını,  ailələrini  deyil,  dostu  Mürsəlin  anası  Badam 

qarının evini seçir, burda insani münasibətlə qarşılaşır: “Ay 



Suren,  müsəlmanlar  nə  yaxşı,  hörmətcil  insanlardır.  Ba-

dam xala  pərvanə kimi başıma dolanır.”  Badam qarı Su-

renin Siranuşu necə götürüb qaçdığını biləndən sonra oğ-

luna demişdi:-Oğul, onlar bizə pənah gətirib, öz yerlərində 

toy  edə  bilməyiblər.  Gəlsənə,  bu  iki  cavanın  toyun  burda 

biz eləyək. Nə olar erməni olanda, qəribdilər, qoy könülləri 

şad olsun!” 

Belə  epizodlar  onlarladır  əsərdə.  Xınzirək  bolşevikləri 

Vahan,  Suren,  Hayk  eşidəndə  ki,  daşnaklar  onların  izinə 

düşüblər, qapı-qapı axtarırlar, gecə ikən Qubadlının Gürcülü 

kəndindəki  kommunistlərin  evlərinə  pənah  aparıb  günlərlə 

orda gizlənib labüd ölümdən xilas olurlar. 

Bu da erməni gülləsindən həlak olmuş müsavatçı əsgərin 

cibindən  çıxan,  atasına  yazıb  hələ  göndərməyə  imkan  tap-

madığı məktubundan sətirlərdir, komandirləri Mürsəl Nəbi-

yev dəstə qarşısında oxuyur: “Əziz və mehriban atam!  Bu 



kağızı  sənə  Keçəldağdan  yazıram.  İki  gündür  ki,  erməni-

lərlə dava gedir. Amma mən hələ bir güllə də atmamışam. 

Buna əlim gəlmir,  ürəyim yol  vermir.  Hər erməni  adı  çə-

kiləndə  sənin  dostun  Dığlı  Artaşes  yadıma  düşür.  Onun 

bizə gəlməsi, bir yerdə çörək yeməyimiz, şirin-şirin söhbət 

eləməyimiz,  dərdləşməyimiz  gözümün  qabağından  getmir. 

İndi  mən  ona,  onun  oğluna,  qohumuna,  kəndlisinə  necə 

güllə ata bilərəm?!” 


27  

Erməniyə  güllə  atmayan  təkcə  bu  əsgər  deyildi  həmin 

dəstədə,  başqaları  da  yanındakı  əsgərlərə  başa  salırdı  ki, 

onlar  da  atmasınlar,  bizim  ermənilərlə  düşmənçiliyimiz 

yoxdur, bizim düşmənlərimiz Sultan bəy, Xosrov bəy kimi 

dövlətlilərlə, ağalarladır. Bu Sultanov qardaşları  ki,  Andro-

nikin  dəstəsini  Laçının  Zabıx  dərəsində  mühasirəyə  alıb 

qırmışdı,  Xosrov  bəy  general  Dronun  qoşunlarını  qabağına 

qatıb  Qarabağdan  qovub  çıxarmışdı  (bu  barədə  kitabda 

ayrıca danışmaq zərurəti yaranıb!) 

 Əsl azərbaycanlı sadəlövhlüyüdür. Qəribə, maraqlı yox, 

həm  də  düşündürücüdür  ki  həm  müsavatçı,  həm  bolşevik 

azərbaycanlılar tökülən günahsız qanları görəndən sonra da 

bu fikirdədirlər ki, erməni xalqı azərbaycan türklərinə qarşı 

yürüdülən  bu  soyqırımda  günahsızdır.  Ancaq  erməni  Arta-

şesin  özü,  oğlu,  qohumu  ilk  fürsətdəcə  bu  cavanı  qanına 

qəltan eləməyin  fürsətini və zövqünü əldən verməzdi.  Mən 

bunu ermənilərlə 120 kilometr məsafədə sərhəd  bölgəsində 

yaşamış, onlarla belə faktın şahidi olmuş biri kimi deyirəm. 

M.C.Bağırovun  məhkəməsində  bir  erməni  KQB  zabitinin 

məktubu  oxunub,  İrəvanda  yaşayan  anasına  yazır  ki,  18-ci 

ildə  müsəlmanların  öldürdüyü  dayımın  intiqamını  almaq 

üçün bu gün 100-cü türkü güllələdim... 

Azərbaycan  türklərinin  bu  ürəkaçıqlığı,  müasir  dildə 

işlənən terminlə desək, tolerantlığı çəkdiyi bəlaların da əsas 

səbəblərindən  biri  olub  tarix  boyu.  Evlərimizdə  mənzilləri-

mizin, yorğan-döşəklərimizin ən rahatını erməni, müsəlman 

demədən  qonağa  saxlamışıq,  yeməyimizin  yağlı  yerini,  ac 

balalarımızın  ağzınn  suyunun  axdığını  görsək  də  toyuğu-

muzun  ətli  parçasını  “kirvə”  dediyimizin  qabağına  qoymu-

şuq. Heç düşünməmişik ki, bu hərəkətimiz, adətimiz onların 

içində hansı qısqanc duyğular, kin-küdurət oyadıb, heç vaxt 

da  bu  hörmətcilliyimizin  qarşılığın  görməmişik.  Təəssüflər 

olsun  ki,  bu  gün  də  beləyik,  hətta,  o  qədər  tolerantıq,  dö-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə