Ön sözün müəllifi: İsa Həbibbəyli



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix15.03.2018
ölçüsü0,55 Mb.
#31521
1   2   3   4   5   6   7   8   9   ...   24

13  

miş  vaxtında  həyata  “əlvida”  dedi.  Onun  ikicildlik  “Zən-

gəzur” romanının son cildi həmin il təzəcə çapdan çıxmışdı, 

ədəbiyyatımızda  yeni  hadisəyə,  geniş  müzakirə  obyektinə 

çevrilmişdi. 

Professor Qulu Xəlilov ədibin dəfn gününü belə xatırlayıb 

yazırdı: “Əyyub Abasovun qəfil ölümü yazıçılara bərk təsir 

etmişdi, dəfnində Yazıçılar İttifaqının sədri Mehdi Hüseyni 

sarsılmış  gördüm,  rəngi  qapqara  qaralmışdı,  büdrəyib 

yıxılmaq  dərəcəsinə  gəlmişdi...  Əyyub  Abasov  nəşriyyatda 

çalışdığından  yazıçı  və  şairlərlə  daim  ünsiyyətdə  olurdu, 

çoxusu  ilə  isti  münasibətləri  yaranmışdı,  çoxunun  kitabla-

rının redaktoru olmuşdu, hamı sonsuz kədər içində idi.” 

Ə.Abasov qısa bir ömür yaşasa da, onu yaxından tanıyan-

ların  xatirələrində  özünün  istedadlı,  cəsarətli,  xeyirxah, 

vətənini,  xalqını  sevən,  ədəbiyyata  namusla  xidmət  edən 

işıqlı ziyalı kimi yaşayır. 

Xalq  şairi  Nəriman  Həsənzadə  yazır:  "...Mən  Qorki 



İnstitutundan  ikinci  təhsil  alıb  gəldim,  bizim  tanışlığımız 

lap  cavan  şair  olan  vaxtımdan,  1954-dən  başlayıb.  Mən 

əsgərlikdən  şineldə  gəldim  Yazıçılar  İttifaqına,  şeir  oxu-

duq, çıxanda Mir Cəlal mənimlə görüşdü. Bizdə rəhmətlik 

gözəl  yazıçı  Əyyub  Abasov  varıydı,  əvvəl  şair  idi,  sonra 

əvəzssiz  iki  cildlik  "Zəngəzur"  romanı  yazdı.  Elə  onunla 

da  tarixdə  qaldı.  O  da  "Gənclik"  nəşriyyatında  şöbə  mü-

diri  idi.  Mir  Cəlal  müəllim  dedi  ki,  "Əyyub,  Nərimanın 

şeirləri mənim xoşuma gəldi, onun kitabını dərc elətdirin". 

Əyyub Abasov da Mir Cəlal müəllimin bir sözünü iki elə-

mədi, məni apardı nəşriyyata, müqavilə bağladı, beləcə ilk 

şeirlər kitabım buraxıldı." 

Ə.Abasovu görüb yaxından tanıyanlar, haqqında yazanlar 

onu olduqca mehriban, səmimi, işinə məsuliyyətlə yanaşan, 

vicdanlı, milli düşüncəli insan kimi xarakterizə edirlər. 

Əyyub  Abasov  özündən  sonra  əhəmiyyətli  bədii  irs  ilə 

birlikdə  Vətənimiz,  xalqımız  üçün  ləyaqətli  ailə,  layiqli 

övladlar da qoyub gedib. Qızı Zenfira xanım təqaüdə çıxana 



14  

qədər uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

müəllimi  olub,  onun  həyat  yoldaşı  Cahangir  Vahid  oğlu 

Qəhrəmanov  (10.2.1927-26.6.1995)  AMEA  Əlyazmalar 

İnstitutunun  direktoru,  görkəmli  alim,  professor,  əməkdar 

elm  xadimi  idi.  Cahangir  müəllim  qədirbilənliklə  1962-ci 

ildə  Əyyub  Abasovun  “Seçilmiş  əsərləri”ni  266  səhifədə 

“Müqəddimə” ilə birlikdə 20 min tirajla buraxdırdı. Övlad-

ları  Elxan  Cahangir  oğlu  Qəhrəmanov  2009-cu  ildə  Prezi-

dent  İlham  Əliyevin  Sərəncamı ilə Azərbaycanın  Birləşmiş 

Ərəb  Əmirliklərində,  2015-ci  ildə  isə  Küveytdə  fövqəladə 

və  səlahiyyətli  səfiri  təyin  edilib,  həyat  yoldaşı  professor 

Aytən  Qəhrəman  Bakı  Beynəlxalq  Multikulturalizm 

Mərkəzinin  aparat  rəhbəri,  Bakı  Slavyan  Universitetinin 

kafedra  müdiridir,  Elçin  Qəhrəmanov  Nazirlər  Kabinetində 

məsul vəzifədə çalışır, elmlər namizədidir.  

Ədibin  ailəsinin bir nəcib xidməti də iki cildlik "Zəngə-

zur" romanını məhz öz vəsaitləri hesabına 2014-cü ildə tək-

rar nəşr edib ictimaiyyətə təqdim etmələri oldu. 

Ə.Abasov nəslinin digər davamçıları da xalqımız, dövlə-

timiz üçün gərəkli işlər görür, ata-baba yolunu ləyaqətlə da-

vam etdirirlər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



15  

 

 



 

BƏDİİ YARADICILIĞI 

 

Əyyub  Abasovun  zəngin  ədəbi-bədii  yaradıcılığı  indi-



yədək ətraflı, sistemli şəkildə öyrənilməyib.  

Həyat və yaradıcılığının Naxçıvan dövrü barədə ayrı-ayrı 

yazarların,  yaşıdlarının,  qələm  dostlarının  xatirələrində, 

məqalələrində məlumatlar vardır.  

Ə.Abasov  1921-ci  ildən  Naxçıvanda  nəşrə  başlayan 

"Şərq qapısı" qəzetinin fəal əməkdaşlarından olub. Bu qəzet 

regionda mətbuatın əsasını qoymaqla yanaşı, eyni zamanda, 

Naxçıvanda  ədəbi  mühitin  inkişafına  səbəb  oldu,  qələm 

sahiblərinin  öz  yaradıcılıqlarını  qəzet  vasitəsilə  daha  geniş 

kütlələrə  çatdırmasına  şərait  yaradırdı.  1920-30-cu  illər 

Naxçıvanda yaşayıb yaradan ədəbi qüvvələri məhz bu qəzet 

öz  ətrafına  yığmışdı.  Mətbuatı  inkişaf  etdirmək  üçünsə  əv-

vəlcə  ədəbi  qüvvələri  səfərbər  etmək,  onları  cəmiyyət 

halında birləşdirmək lazım idi. Sovet hakimiyyətinin ilk illə-

rində  Bakıda  yaradılmış  "Qızıl  qələm"  ədəbiyyat  cəmiyyə-

tinin  səsinə  1925-26-cı  illərdə  Naxçıvanda  ədəbi  müzakirə 

və  ədəbi  gecələrdə  təmsil  olunan  gənclik  ilkin  səs  verdi. 

PK(b)P  MK-nın  "Bədii  ədəbiyyat  sahəsində  partiyanın 

siyasəti  haqqında"  18  iyul  1925-ci  il  tarixli  qətnaməsi 

Naxçıvanda ədəbiyyat və incəsənət işinin təşkilində müstəs-

na  əhəmiyyət  kəsb  etmiş,  vilayət  qəzetində  ardıcıl  olaraq 

"Ədəbiyyat  səhifəsi",  "Gənclik  səhifəsi"  başlıqlı  xüsusi 

səhifələr  verilirdi.  1926-cı  ildə  Naxçıvanda  "Qızıl  qələm" 

Ədəbiyyat  Birliyi  fəaliyyətə  başlayır.  Gənc  Əyyub  Abasov 

Ədəbi  Birliyin  rəhbəri  seçilir.  Həmin  dövrdə  Naxçıvanda 

yeni ədəbiyyat uğrunda gedən mübarizədə bu birlik ən fəal 

yaradıcılıq  mərkəzinə  çevrilir.  Birliyin  təşəbbüsu  ilə 

Naxçıvan şəhər komsomol klubunda tez-tez ədəbi gecələr və 

mühazirələr  təşkil  olunurdu.  1927-ci  ildə  Əyyub  Abasovun 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə