Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

56
Kür
-Araz düzənliyində magistral kanalların və kollektorların sxematik planı. 1970


57
Muğan və Salyan düzlərində tikilmiş drenlərin əsaslı yuma aparılan sahələrdən və əkin 
sahələrindən kənarlaşdırdığı duzlu sular 1953-cü ilə kimi ərazidəki digər qonşu sahələrə axı-
dılırdı.  Bu  proses  Muğan-Salyan  sutullayıcının  istismara  verilməsinə  kimi  davam  etdi. 
Ərazidə  mövcud  olan  təsərrüfatlararası  kollektorların  drenlərdən  qəbul  etdiyi  su,  1953-cü 
ildən başlamaqla istismara verilmiş Muğan-Salyan sutullayıcısı ilə Xəzər dənizinə axıdıldı. 
Muğan-Salyan  sutullayıcısı  1950-1953-cü  illərdə  tikilmişdir.  Sutullayıcının  istismara 
verilməsi ilə Kür-Araz düzənliyində ilk dəfə dren suları Xəzər dənizinə axıdıldı. Sutullayıcı-
nın təsir zonasında 172 min hektar sahə olmuşdur. Sutullayıcı Şimali Muğandan başlayıb 
Ağçala  gölünün  qərb  sahili  boyunca  uzadılaraq  cənubi-şərqə  doğru  dönmüşdür.  Salyan 
düzündə  Orta Akuşin  yaylasını  kəsərək,  Neftçala  rayonu  ərazisində,  Sarıqamışlı  kəndinin 
yaxınlığında  Xəzər  dənizinə  birləşdirilmişdir.  Sutullayıcının  mənsəbinə  yaxın  olan  56  km 
uzunluğundakı hissəsi yarım qazmada, damba düzəldilməklə tikilmişdir. İstismar müddətində 
sutullayıcının bu hissəsində ərazilərin təkrar şorlaşması və dambanın bəzi yerlərdə uçması 
halları da müşahidə olunmuşdur. 
Muğan-Salyan sutullayıcısının əsas texniki göstəriciləri aşağıdakı kimi idi: uzunluğu 87,5 
km; hesabat sərfi başlanğıcda saniyədə 21 kub m; sonda saniyədə 36 kub m; dibdən eni baş-
lanğıcda 4,5 m; sonda 21,0 m; yamaclığı 1,5; suyun orta sürəti saniyədə 0,47 m; dib mailliyi 
0,0005; suyun orta dərinliyi 2,96 m; inşaat dərinliyi 3÷5,4 m; dambanın üstdən eni 5 m; dren 
modulu  saniyədə  0,055÷0,445  litr/hektar  arasında  dəyişmişdir.  Üzərində  qoyulmuş  nasos 
stansiyalarının sayı 1 ədəd, dəmir yolu ilə kəsişmədə körpülərin sayı 1 ədəd, suvarma kanalı 
ilə  kəsişən  yerlərdə  qurğuların  sayı  10  ədəd  olmuşdur.  Dren  modulunun  maksimum 
qiymətlərinə Şimali Muğan ərazisində rast gəlinmişdir.
Muğan-Salyan sutullayıcısının istismar olunan müddətdə müəyyən illərdə apardığı sərf, 
yuma suyunun artıq verilməsi və basqılı yeraltı suların az da olsa təsiri nəticəsində, layihə 
göstəricisindən nəzərəçarpacaq dərəcədə artıq olmuşdur. Kollektorun üzərində qoyulmuş na-
sos stansiyasının saniyədə 21 kub m sərfə hesablanmasına baxmayaraq, nasos stansiyasından 
bəzi vaxtlarda saniyədə 32 kub m su sərfi vurulmuşdur. Mütəxəssislərin verdiyi məlumatlara 
görə, Muğan-Salyan sutullayıcısı vasitəsi ilə meliorasiya tikinti işlərinin geniş vüsət aldığı 
1975-1980-ci illərdə Xəzər dənizinə hər il 930-2383 mln. kub m həcmində minerallaşmış su 
axıdılmışdır. Suyun minerallıq dərəcəsi 18,2÷20,5 q/l arasında dəyişmişdir. 
Layihə  sənədləri  1950-1954-cü  illərdə  hazırlanmış  və  Muğan  düzündə  tikilmiş  əsas 
təsərrüfatlararası kollektorlar aşağıdakılar idi:
Cəfərxan kollektoru – 1950-ci ildə istismara verilmişdir, sərfi saniyədə 3 kub m, uzunlu-
ğu 22 km, təsir zonasında ərazinin sahəsi 8 min hektar;
I Kürətrafı kollektor – 1952-ci ildə istismara verilmişdir, sərfi saniyədə 3-5 kub m, uzun-
luğu 29 km, təsir zonasında ərazinin sahəsi 15 min hektar;
II Kürətrafı kollektor – 1953-cü ildə istismara verilmişdir, sərfi saniyədə 2-4 kub m, 
uzunluğu 18 km, təsir zonasında ərazinin sahəsi 11 min hektar;
Sabir  adına  kollektor  –  1953-ci  ildə  istismara  verilmişdir,  sərfi  saniyədə  4-6  kub  m, 
uzunluğu 18 km, təsir zonasında ərazinin sahəsi 17 min hektar;
Əzizbəyov adına kollektor – 1954-cü ildə istismara verilmişdir, sərfi saniyədə 2,0-4,0 
kub m, uzunluğu 72 km, təsir zonasında ərazinin sahəsi 18 min hektar;
Mansur kollektoru – 1954-ci ildə istismara verilmişdir, sərfi saniyədə 4-7 kub m, uzun-
luğu 21 km, təsir zonasında ərazinin sahəsi 15 min hektar;
Solsahil kollektoru – 1954-ci ildə istismara verilmişdir, sərfi saniyədə 2-3 kub m, uzun-
luğu 18 km, təsir zonasında ərazinin sahəsi 11 min hektar;


58
Sağsahil kollektoru – 1954-ci ildə istismara verilmişdir, sərfi saniyədə 4-6 kub m, uzun-
luğu 44 km, təsir zonasında ərazinin sahəsi 12 min hektar.
Salyan düzündə ümumi uzunluğu 74,7 km olan əsas təsərrüfatlarası kollektorlar aşağıda-
kılar idi:
 Şimali Akuşin kollektoru – 1950-ci ildə istismara verilmişdir, sərfi saniyədə 2-4 kub m, 
uzunluğu 26,5 km, təsir zonasında ərazinin sahəsi 9 min hektar;
Orta Akuşin kollektoru – 1951-ci ildə istismara verilmişdir, sərfi saniyədə 3-5 kub m, 
uzunluğu 14 km, təsir zonasında ərazinin sahəsi 8 min hektar;
Mərkəzi kollektor – 1953-cü ildə istismara verilmişdir, sərfi saniyədə 2-4 kub m, uzunlu-
ğu 17,5 km, təsir zonasında ərazinin sahəsi 11 min hektar;
Kürətrafı kollektor – 1953-cü ildə istismara verilmişdir, sərfi saniyədə 1-2 kub m, uzun-
luğu 9,2 km, təsir zonasında ərazinin sahəsi 4 min hektar;
Cənubi-Şərqi kollektor – 1954-cü ildə istismara verilmişdir, sərfi saniyədə 1-2 kub m, 
uzunluğu 7,5 km, təsir zonasında ərazinin sahəsi 4 min hektar.
SSRİ Nazirlər Sovetinin 27.05.1953-cü il qərarı ilə Zaqafqaziya Su-Layihə Pambıqçılıq 
İdarəsi əsasında SSRİ Kənd Təsərrüfatı Nazirliyinin (KTN-nin) Baş Su Təsərrüfatı İdarəsi 
tabeçiliyində olmaqla, Azərbaycan Su Təsərrüfatı Layihə İnstitutu “Azsutəslayihə” yaradıldı. 
SSRİ  Nazirlər  Sovetinin  10.4.1954-cü  il  673  saylı  qərarı  ilə  “Azsutəslayihə”  İnstitutu 
Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verildi. 
1955-ci ildən “Azsutəslayihə” İnstitutunda iri hidrotexniki qurğuların ayrı-ayrı konstruk-
siya hissələrindən yığılmasına və təsərrüfatdaxili sistemlərdə hidrotexniki qurğuların standart 
cizgilərini  geniş  tətbiq  etməklə  layihə  sənədlərinin  hazırlanmasına  başlanılmışdır.  Su 
təsərrüfatı tikintilərində işlətmək üçün dəmir-beton məhsullar istehsal edən mexanikləşdirilmiş 
poliqonlar layihələndirilmişdir. ET-121 ekskavatoru bazasında drendüzən EŞ-2, kanalın ya-
macını sıxlaşdırmaq üçün MUQ-3, çalovunun həcmi 1,5 kub m, yükqaldırma qabiliyyəti 3,25 
ton olan betondöşəyən maşın və digər yeni maşınların, avadanlıqların cizgiləri layihə institu-
tunun əməkdaşları tərəfindən hazırlanmışdır. Bölgələr üzrə 1946-cı ildən başlanmış müxtəlif 
su təsərrüfatı sxemlərinin hazırlanması işləri başa çatdırılmışdır. 
Bu illərdə layihə institutunda ixtisaslar üzrə kadr hazırlığı sahəsində də böyük işlər görül-
müşdür. Təşkil olunmuş 6 aylıq kurslarda nivelirlə işləməyi bacaran 26 nəfər texnik, cizgiləri 
kalka kağızlarına köçürməyi bacaran 15 nəfər texnik, 15 nəfər texnik-menzulist, 30 nəfər 
layihəçi-texnik, 30 nəfər texnik və digər sahələr üzrə gənc mütəxəssislər hazırlanmışdır. 
Kür çayının su ehtiyatından səmərəli istifadə olunmasına Mingəçevir su anbarının yaradıl-
ması  ilə  başlanıldı.  Mingəçevir  hidroqovşağı  1955-ci  ildən  tam  istismara  verilmişdir. 
Mingəçevir torpaq bəndi, o dövr üçün hündürlüyünə görə dünyada analoqu olmayan sadə 
konstruksiyada tikilmiş hidrotexniki qurğu idi. Bəndin hündürlüyü 80 m, üstdən uzunluğu 
1559 m, eni 16 m, su anbarında ölü həcm (istifadəsi nəzərdə tutulmayan) 7679 mln. kub m və 
bu  həcmə  uyğun  su  səviyyəsinin  yüksəkliyi  68  m-dir.  Anbarda  faydalı  həcm  (istifadəsi 
nəzərdə tutulan) 8051 mln. kub m, faydalı həcm tam yığıldıqda anbarda su səthinin yüksəkliyi 
83 m, bu səviyyəyə uyğun anbarda olan suyun həcmi 15730 mln. kub m, su səthinin sahəsi 
605 kv km, su anbarının çay boyunca uzunluğu 70 km, orta eni 18 km, maksimum dərinlik 75 
m, orta dərinlik 26 m, anbarın perimetri boyunca sahil xəttinin uzunluğu isə 247 km-dir. 
Anbarda daşqın suyunun həcmi 340 mln. kub m, bu həcmə uyğun su səthinin yüksəkliyi 
83,56 m, anbarda yığılmış suyun həcmi isə 16070 mln. kub m-dir. Elektrik cərəyanı almaq 
üçün SES-dəki aqreqatların sayı 6 ədəd idi. Bir aqreqatın suburaxma qabiliyyəti saniyədə 130 
kub m, aqreqatların hamısı işləyən halda tələb olunan su sərfi isə saniyədə 780 kub m-dir. 


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə