Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 34,69 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix15.08.2018
ölçüsü34,69 Mb.
#62664
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

50
mənbəyi olan su, Xaçmaz, Xudat, Dəvəçi və Siyəzən rayonlarının ərazisinə axdı. Kanalın 
tikintisində xüsusi əməyi olan çoxsaylı inşaatçılarla yanaşı, layihə idarəsinin əməkdaşları da 
dövlətin yüksək orden və medalları ilə təltif olunmuşlar. 
Samur-Abşeron  kanalının  ikinci  növbəsi, Ataçay-Abşeronun  tikintisi  1946-cı  ildə  başa 
çatdırılmalı idi. 1941-ci ildə müharibənin başlanması kanalın tikintisində işlərin dayandırıl-
masına səbəb olmuşdur. 
1938-ci ildə Gürcüstan SSR-nın Kolxida düzənliyində hidroloji tədqiqat işləri aparılmış-
dır. Ermənistan SSR-nın ərazisində də, bəzi obyektlərin layihələri hazırlanmışdır.
1939-cu ildə əməkdaşlar tərəfindən hazırlanmış layihə cizgiləri əsasında SSRİ-də ilk dəfə 
Kür çayı üzərində üzən nasos stansiyası yaradılmışdır. 
1940-cı ildə Şimali Muğanda V.R.Volobuyevin rəhbərliyi ilə 218 min hektar sahədə tor-
paqların  meliorasiya  olunması  istiqamətində  geniş  tədqiqat  işləri  aparıldı.  1941-ci  ilin 
əvvəlində Mingəçevir hidroqovşağının tikintisinə başlanıldı.
1941-ci ildə layihəçilərin sərəncamında yeddisi yük, ikisi minik olmaqla 9 ədəd maşın var 
idi. 
Böyük Vətən Müharibəsi dövründə layihə idarəsi fövqəladə çətinliklərlə üzləşdi. 1941-ci 
ilin sonunda görüləsi işlərin həcmi kəskin azaldı. 1942-cı il üçün bağlanılmalı müqavilələr 
dayandırıldı. Əməkdaşların kütləvi olaraq müharibəyə səfərbər olması layihə idarəsinin bağ-
lanması təhlükəsini yaratdı. Layihə idarəsində az sayda mütəxəssislər saxlanıldı. 1942-ci ilin 
yanvar ayında idarədə cəmi 15 əməkdaş işləyirdi. 
Qeyd etmək lazımdır ki, layihə idarəsinin bağlanma təhlükəsi ilə üzləşdiyi bir vaxtda, 15-
20 noyabr 1941-ci ildə Abbasov Mehdi Əli oğlu İttifaq Layihə İnstitutunun rəhbərliyi ilə da-
nışıqlar aparmaq üçün çətin dövrünü yaşayan Moskva şəhərinə getmişdir. Axtardığı insanlar-
Samur-Dəvəçı kanalının açılışı. 1940


51
la görüşmək üçün yollarda 38 sutka olmaqla, Baş İdarənin köçürüldüyü Omsk şəhərinə gəlmiş 
və Azərbaycanda layihə idarəsini saxlamaq üçün cüzi də olsa maliyyə dəstəyi almışdır. 
Bu illərdə layihənin tərtib olunması üçün lazım olan materiallar: kalka, kağız, millimet-
rovka,  karton  çatışmadığına  görə  layihə  sənədlərinin  tələb  olunan  müddətlərdə  sifarişçiyə 
verilməsində problemlər yaranmışdır. 
Layihə idarəsi 1942-ci ilin ikinci yarısında bəzi xırda müqavilələrin bağlanmasına nail 
olsa  da,  bu  işləri  yerinə  yetirəcək  mütəxəssislər  çatışmırdı.  12  ştat  vahidindən  7-si  kiçik 
xidmət heyətindən idi. Yerlərdə axtarış işləri aparacaq mütəxəssislər yox idi. Mütəxəssislər 
isə  əsasən  müharibə  əlillərindən  ibarət  idi.  Ehtiyyat  hissələri  tapılmadığına  görə  idarənin 
sərəncamındakı 2 maşını işlətmək mümkün deyildi. İdarədəki mütəxəssislərin bir hissəsi də 
aparılan müdafiə işlərinin həllinə cəlb edilmişdir. Bütün bu çətinliklərə baxmayaraq, layihə 
idarəsi azsaylı əməkdaşları müxtəlif təşkilatlarla 14 müqavilə bağlamağa nail olmuşlar ki, 
bunlardan da 3-nün həcmi nisbətən böyük idi:
1.  Ağçala gölündə balıqçılıq təsərrüfatının meliorasiyasının texniki layihəsi
2.  Muğan-Salyan suvarma sistemlərindəki torpaqların şorlaşma dinamikasınının kame-
ral şəraitdə öyrənilməsi;
3.  Kür və Araz çaylarının daşqın sərfinin müəyyən hissəsinin Mil və Şirvan depressiya-
sında toplanması.
Fəaliyyətinin çətin dövründə layihə idarəsi Gürcüstan və Ermənistan ərazilərində layihə-
axtarış işləri aparmamışdır. 
1942-ci  ilin  axırında  layihə  idarəsində  mühəndis  -  texniki  işçilərin  sayı  30  nəfər  idi. 
V.R.Volobuyev Azərbaycanda torpaq ehtiyatlarının qiymətləndirilməsi mövzusunda geniş və 
çox  qiymətli  tədqiqat  işləri  aparmışdır.  Bu  dövrdə  layihə  idarəsində  hidrogeoloq,  geoloq, 
hidroloq üzrə mütəxəssis yox idi. 1943-cü ildə idarədə cəmi 5 topoqraf olub ki, bu da layihə-
Kür çayında üzən nasos stansiya


52
axtarış  işlərinin  tələb  olunan  müddətlərdə  aparılmasına,  layihə  tapşırıqlarının  və  texniki 
layihələrin vaxtında hazırlanmasına ciddi maneçilik yaradırdı. 
1944-cü ildə layihə idarəsinin kifayət həcmdə müqavilələri olmuşdur. Ancaq mühəndis 
texniki  işçilər  çatışmadığına  görə,  layihələrin  hazırlanmasında  problemlər  yaranırdı. 
Mütəxəssis işçilərə tələbat çoxalmışdır. İşə yeni qəbul olunanlar arasında müharibə əlilləri 
üstünlük təşkil etsə də, az da olsa ali təhsili yenicə bitirmişləri də var idi. 
1944-cü ilin oktyabr ayında SSRİ Əkinçilik Xalq Komissarlığının qərarı ilə Zaqafqaziya 
layihə-axtarış idarəsi Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyinin layihə-smeta şöbəsinə da-
xil  edildi.  Bu  dövrdə  layihə  idarəsində  39  əməkdaş  çalışırdı.  1945-ci  ilin  yanvar  ayında 
əməkdaşların sayı 76 nəfər idi ki, bunlardan ancaq 4-ü layihənin baş mühəndisi vəzifəsini 
tuturdu. 
1941-1945-ci illərdə layihə idarəsində əsas mühəndis-texniki işçilər: Abbasov M.Ə., Dob-
ronravov V.A., Rudman İ.A., Leşev N.A., Smirnov V.M., Manzon A.İ., Dolqov A.P., Volobu-
yev  V.R.,  Radziyevski  B.A.,  Aristova  S.Q.,  Tabasaranski  B.A.,  Qoff  N.Q.,  Romanov 
M.V.,Bekua  E.İ., Valyayeva  Z.V.,  Əzizova  P.A.,  Bakunina  R.İ.  olmuşdur. Yuxarıda  adları 
çəkilən  əməkdaşların  gərgin  əməyi  nəticəsində  1941-1945-ci  illərdə  41  obyektin  layihə 
sənədləri  hazırlanaraq  sifarişçilərə  təhvil  verilmişdir.  Hazırlanmış  layihələrdən  32-i 
Azərbaycan, 6-sı Ermənistan, 3-ü isə Gürcüstan ərazisində olmuşdur. 
Bu illərdə layihə işlərinin sayı az olmaqla yanaşı, əsasən xırda iş həcmləri olan obyektlərin 
layihələri üstünlük təşkil edirdi. Yaşayış binalarının, su təchizatı sistemlərinin, torpaq yolla-
rın,  meşə  zolaqlarının  layihələri  hazırlanırdı.  Əsas  məqsəd  layihə  idarəsini  bağlanmaq 
təhlükəsindən qorumaq idi. 
1945-ci ildə layihə idarəsi Azərbaycan Layihə-Axtarış İdarəsi adlandırılmışdır. Müharibəni 
böyük qələbə ilə başa vuran SSRİ hökumətinin 20 oktyabr 1945-ci il 2664 saylı qərarı ilə 
“Mingəçevir  hidroqovşağının  tikintisi  və  Kür-Araz  düzənliyinin  suvarılması”  layihəsinin 
həyata keçirilməsinə başlanılmışdır. Azərbaycan Layihə-Axtarış İdarəsinin əməkdaşlarından 
prof. Lomidze Q.M., Dobronravov V.A., Radziyevski B.A., Babayev R.A., Volobuyev V.R. 
və başqaları Mingəçevir hidroqovşağının tikintisi üçün layihə sənədlərinin hazırlanmasında 
yaxından iştirak etmişlər. 
Moskva şəhərindən gəlmiş akademiklər Qraftio Q.O., Rizenkampf və Lisenko T.D., pro-
fessorlar  Maslov  N.N.,  Mixaylov,  Trombaçev,  Quluşkovun  Mingəçevir  hidroqovşağının 
tikintisində xüsusi əməyi olmuşdur. 
Bu  illərdə  hazırlanan  layihələrdə  aparıcı  mütəxəssislər  olan  Mollayev  Q.A.,  Smirnov 
V.M., Stepa B., Atakişiyev Y.M., Beglyarov S.A., Bibikova K.Z., Dikov N.F. və başqaları 
yaxşı işləməklə digərlərindən fərqlənmişlər. 
Azərbaycan  Layihə-Axtarış  İdarəsində  1946-cı  ildən  başlamaqla  görülən  işlərin  həcmi 
ilbəil artmışdır. Görüləcək işlərin profilinin genişləndirilməsi müşahidə olunurdu. İdarənin 
əsas  vəzifəsi  Kür-Araz  Su  Tikinti  İdarəsini  su  təsərrüfatı  obyektlərindəki  layihələrin  işçi 
cizgilərilə təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Layihə-Axtarış İdarəsində 1946-cı 
ilin yanvar ayında 84 işçi çalışırdı.
Kür-Araz düzənliyində irriqasiya və meliorasiya işlərinin geniş miqyasda aparılması ilə 
bağlı layihələrin obyektlər üzrə tərtib olunmasına başlandı. 
Məsələn: Kür ətrafındakı mexaniki suvarmanı elektrik enerjisi ilə təmin edəcək dizellə 
işləyən  elektrik  stansiyasının  layihələndiridməsi,  ekskavatorlar  təmir  olunacaq  zavodun 
layihələndirilməsi və s. 
1946-ci ilin sonunda Layihə-Axtarış İdarəsində işçilərin sayı 217 nəfər idi. Əsasən aşağı-
dakı bölgələr üzrə layihə-axtarış işlərinin görülməsinə başlanmışdır: 


Yüklə 34,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə