Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   ...   23   24   25   26   27   28   29   30   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
102 
 
Əmirvar mərmər yatağı 
 
Şəmkirçayla  Qoşqarçayın  suayrıcının  qərb  yamacında, 
Əmirvarçayın sağ qolu olan Ağdaşçayın sağ yamacında, 1707,0 m 
yüks
əkliyindən 4,5 km.  cənub-qərbdə  yerləşir.  1978-ci ildə 
Əmirvar sahəsində 4 kv. km. ərazidə mərmər xammalına 1:10000 
miqyasında axtarış işləri aparılmışdır. Aparılmış işlərin nəticəsini 
n
əzərə alaraq 1980-1982-ci illərdə burada ilkin və dəqiq kəşfiyyat 
işləri  aparılmış  və  nəticədə  Əmirvar  yatağının  B+C
1
 
kateqoriyaları  ilə  3,092 mln.  m
3
 
ehtiyatı  hesablanmışdır.  Hal-
hazırda  bu  yataqda  müxtəlif Məhdud Məsuliyyətli Cəmiyyətlər 
t
ərəfindən istismar işləri aparılır.  
 
Çanaxçı qızıllı kükürd 
 kolçedan t
əzahürü 
 
Çanaxçı  kəndinin cənub-qərb hissəsində  yerləşir.  Zona 40-60
0
 
il
ə  şimal-şərq istiqamətində  uzanaraq 6 m.  qalınlığa  malikdir. 
Zona 75-80
0
 
bucaq  altında  cənub-şərqə  düşür.  Zona kvars-diorit 
t
ərkibli  daykanın  asılı  təması  boyu  yerləşərək 600 m.-ə  qədər 
izl
ənilir.  Zonada möhtəvi-damarcıq  tipli  kükürd  kolçedanı 
minerallaşması qeyd olunur. Çanaxçı zonası 1999-2004-cü illərdə 
Zivl
ənçay sahəsində 1:25000 miqyasında axtarış işləri aparan K. 
S.  H
əsənov tərəfindən  sınaqlaşdırılmışdır.  Zona üzrə  14,5 m. 
qalınlığa 1,4 q/t. qızıl, 10,8 q/t. gümüş aşkar olunmuşdur.  
 
Dard
ərə–Əhmədli zonası 
 
Daşkəsən  sinklinoriumunun  şərq pereklinal hissəsini 30-40
0
 
istiqam
ətdə  kəsən  qırılma  zonası  boyu  yerləşmişdir.  Bu  qırılma 
boyu süxurlar intensiv hidrotermal d
əyişməyə  məruz  qalmış, 
əzilmiş,  limonitləşmiş  və  həmçinin müxtəlif istiqamətli kvars 
damarcıqları  ilə  kəsilmişdir.  Zona boyu ən çox malixitləşmə  və 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
103 
azuritl
əşmə  qeyd olunur.  Zonanın  qalınlığı  40-45 m.  arasında 
d
əyişir.  Yer səthində  1 km.  -ə  qədər izlənilir.  Zona 1:50000 
miqyasında xəritələmə işləri aparan H. M. Həsənov tərəfindən iki 
k
əsilşdə sınaqlaşdırılmışdır.  
Birinci k
əsilşdə 0,1 -2,4 q/t. Au, 2-114 q/t. Ag, 0,01-2,4% Cu, 
0,01-1,6% Pb, 0,01-0,6% 
Zn aşkar olunmuşdur. Ümumiyyətlə, 26 
m orta qalınlığa Au-0,86 q/t, Ag-15,8 q/t, Cu- 0,57%, Pb-0,31% , 
Zn-0,1 % t
əşkil edir.  
İkinci  kəsilişdə  Au-0,2-1,9 q/t, Ag-2,68 q/t, Cu 0,1-1,6%, Pb-
0,1-1,2%, Zn – 0,01- 0,4 % t
əşkil edir.  
 
Alaxançallı zonası 
 
Alaxançallı  kəndinin cənub-qərbindən  başlayaraq  cənub-şərq 
istiqam
ətində  Zivlən kəndinə  qədər  uzanır.  Zona  əsasən  iki 
qırılma xətti arasında qraben formasında aşağı düşmüş üst bayos 
yaşlı turş tərkibli vulkanitlər içərisndə yerləşmişdir. Zonanı təşkil 
ed
ən süxurlar güclü hidrotermal dəyişməyə  məruz  qalmış, 
limonitl
əşmiş  və  müxtəlif istiqamətli  kvars  damarcıqları  ilə 
k
əsilmişdir.  Zonanın  uzanması  şimal-qərb istiqamətə  310
0

düşümü  80
0
 
bucaqla  şimal-şərqədir.  Zona H.  M.  Həsənov 
t
ərəfindən 3800 m.-ə  qədər izlənilmiş  və  iki kəsilişdə 
sınaqlaşdırılmışdır.  
Birinci k
əsilişdə sınaqlaşdırılan zonanın qalınlığı 40 m, faydalı 
elementl
ərin miqdarı isə aşağıdakı kimidir. Au-1,22 q/t, Ag-31,49 
q/t, Cu-1,26 %, Pb-0,33%, Zn-0,24%.  
İkinci  kəsiliş  üzrə  fasilələrlə  götürülmüş  sınaqların  ümumi 
qalınlığı  24  m,  faydalı  elementlərin  miqdarı  Au-1,18 q/t, Ag- 
12,51 q/t, Cu-0,83%, Pb-0,36%, Zn-0,51% t
əşkil edir.  
 
Kilis
əli tuf yatağı 
 
K
əlbəcər  şəhərindən 22 km.  məsafədə  Kilisəli(indiki Günəşli) 
k
əndinin  ərazisində  yerləşir.  Yataq  ərazisində  geoloji kəfiyyat 


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
104 
işləri 1966-1967-ci illərdə A. A. Cəfərov tərəfindən aparılmışdır. 
Yatağın geoloji quruluşunda yuxarı təbaşir, paleogen və dördüncü 
dövr  yaşlı  süxurlar  iştirak  edirlər.  Orta  eosen  yaşlı  süxurlar 
laylanmış  andezitlərdən və  onların  tuflarında  təşkil  olunmuşdur. 
Yatağın əlverişli geoloji şəraiti var.  
Yataqda k
əsilmə  nöqteyi nəzərdən  tufların  üç  müxtəlif növü 

əyyən edilib: 
a) qalınlığı 50-55 m. olan qara, qırmızı rəngli lay; 
b) qalınlığı 30 m. olan açıq-qırmızı, məsaməli, bərk, zərif çatlı 
lay; 
c) qalınlığı 8-12 m. olan yaşıl məsaməli zəif çatlı lay.  
Tufların ümumi qalınlığı 80-90 m.–dir. Tufların həcimdə çəkisi 
1,8-d
ən 2,5 t/m
3

arasında dəyişir. Bu yatağın tuflarından üzlük və 
divar hörgü materialları kimi istifadə edilə bilər.  
 
Kilis
əli demantoid təzahürü 
 
Kilis
əli kəndindən 3,5 km.  cınub-qərbdə  yerləşir. 
Serpentinl
əşmiş  hiperbazitlərdə  1,5  mm.  ölçüdə  olan kiçik dənə 
formasında demantoid mineralları aşkar edilib. Çatların səthində 
minerallaşma  örtük  bəzəndə  xırda  (  0,5  mm.-ə  qədər) dənələr 
şəklində qeyd olunur. Damarların dənələri tünd-yaşıl rəngdə olur. 
Onların ölçüləri 1,5 mm.-dən çox olmur.  
 
Keçiliqaya demantoid t
əzahürü 
 
Tutxun  çayının  sağ  yamacında,  Zülfüqarlı  kəndindən 5,5 km. 
c
ənub-şərqdə  yerləşir.  Təzahürün  daxili  hüdudlarında  güclü 
d
əyişilmiş, əzilmiş, ulturaəsasi süxurların serpentinləşməsi inkişaf 
edib.  Demantoid v
ə  topazolit minerallaşması  güclü  dəyişilmiş 
serpentinitl
ərdə xırda dənələr və yaxıntı şəklində inkişaf tapıb.  
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə