Паша Ибиш оьлу Сяфяров



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə28/31
tarix06.02.2018
ölçüsü2,83 Kb.
#26699
1   ...   23   24   25   26   27   28   29   30   31

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
99 
Çovdar barit yatağı 
 
Çovdar  barit  yatağı  Daşkəsən  filiz  rayonunun  şimal-qərb 
hiss
əsində Çovdar qızıl yatağının ətrafında, Çovdar antiklinalının 
c
ənub-qərb  qanadında  yerləşir.  Burada  üst  bayos və  bat  yaşlı 
süxurlar, şimal, şimal-qərb istiqamətli çat sistemi ilə kəsilmişdir. 
Bu  çatların  əmələ  gəlməsi,  bat vulkanizminin fəaliyyətinin 
z
əifləməsi vaxtına təsadüf edir. Ona görə də bu çatların çoxu açıq 
olmuş, onlar ya dayka tipli subvulkanlarla, ya da subvulkanlardan 
ayrılmış  hidrotermal  məhlullar  hesabına  əmələ  gəlmiş  barit 
damarları  ilə  dolmuşdur.  Bəzən eyni çatda həm dayka, həm də 
barit damarı qeyd olunur.  
Çovdar yatağının damarları böyük məsafəyə (bəzən 1,0 km.-dən 
artıq)  izlənilməklə, həm də  böyük  qalınlığa  (bəzən 1,5-2,0 m.) 
malikdirl
ər.  Ona görə  də  Kiçik  Qafqazın  «barit  zolağında»  ilk 
n
əzəri cəlb edən bu yataq olmuşdur. Yataqda dəfələrlə axtarış və 
k
əşfiyyat  işləri  aparılmış  və  onun  ehtiyatları  dəfələrlə  yenidən 
hesablanmışdır. 1931-ci ildən 1963-cü ilə qədər aparılmış geoloji-
k
əşfiyyat  işləri nəticəsində  Çovdar  yatağında  A,  B,  C
1
  v
ə  C
2
 
kateqoriyaları  üzrə  cəmi 357,5 min.  ton  barit  ehtiyatı 
hes
ablanmışdır.  
1955-ci il
ə  kimi  bu  ehtiyatın  225,3  min.  tonu  çıxarılmışdır, 
bundan sonra yataq konservasiya olunmuşdur. 1972-ci ildə Dövlət 
Ehtiyatlar  Komissiyası  Çovdar  yatağının  qalıq  ehtiyatını 
araşdırmış və 132,2 min. ton olması müəyyənləşdirilmişdir.  
Bu ehtiyatdan 32,0 min.  tonu B-
kateqoriyasına, 23,0 min. tonu 
C
1
 
kateqoriyasına  və  44,2 min.  ton isə  C
2
 
kateqoriyasına  aid 
olmuşdur. Dövlət komissiyası 6598 №-li protokola əsasən Çovdar 
yatağının  qalıq  ehtiyatlarını  dövlət  balansından  silmişdir.  Buna 
baxma
yaraq  Çovdar  yatağında  bunda  sonra  2  dəfə  axtarış  işləri 
aparılmışdır.  
1986-1990-
cı  illərdə  G.  Quliyev və  K.  Həsənov Çovdar 
yatağında axtarış işləri aparmaqla, onun proqnoz resursların 1,372 
min. 
ton miqdarında qiymətləndirmişlər.  


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
100 
1990-1993-cü ill
ərdə  K.  Həsənov  tərəfindən  Çovdar  yatağı 
sah
əsində  baritə  axtarış-qiymətləndirmə  işləri  aparılmış  və 
n
əticədə  faktiki materiallar əsasında  baritin  P
1
 
kateqoriyası  üzrə 
700,0 min. t
on proqnoz ehtiyatlarını hesablamışdır.  
 
 
Barit 
 
Qızqala mis-polimetal təzahürü 
 
Qızqala  mis-polimetal təzahürü  Qoşqarçayın  aşağı  axını 
hövz
əsində Qızqala (833,0 m.) dağı adlanan yüksəkliyindən 500 
m.  c
ənub-şərqdə  yerləşir.  Təzahür sahəsində  kvars-barit, kvars-
karbonat, kvars-
polimetal  damarcıqları  daşıyan  brekçiyaların 
qırıntıları  içərisində  Cu, Zn, Pb və  Ag  minerallaşması  qeyd 
olunur. 
Sah
ənin litoloji tərkibində  tuflar, brekçiyalar, 
tufqumdaşları  iştirak  edir.  Bu süxurlar üst  təbaşir  yaşlı  andezit-
bazalt t
ərkibli subvulkan kütlələri ilə yarılırlar. Qızqala dağından 
keç
ən  şimal-şərq və  şimal-qərb istiqamətli  tektonik  qırılmalar 
boyu  (Qızqala,  Qaraçay  və  Kəloğlan)  riodasit  tərkibli 
subvulkanqlar tör
əmə kvarsitlərə çevrilmişlər.  
Qızqala mis-polimetal təzahürü sahəsində qalınlığı 0,2-1,25 m.-
d
ən 10-12 m.-ə  qədər olan 26 kvars, kvars-karbonat və  kvars-


Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
 
 
101 
polimetal  damarları  qeyd  olunmuşdur.  Damarların  uzunluqları 
300-320 m.-d
ən 800-850 m.-ə  qədərdir.  Təzahür sahəsinə  əsas 
maraq k
əsb edən, bir-birinə  paralel  uzanan  (şimal-şərq-70
0
) 5 
filizdaşıyan  zonalardır.  Bu zonalarda qalenit, sfalerit, malaxit, 
azurit, xalkopirit, kovellin, xalkozin v
ə  s.  minerallar  müşahidə 
edilir.  Filizl
əşmiş  qırıntılardan  götürülmüş  şırım  və  nöqtəvi 
sınaqlarda Ag 3,2 - 5,6 q/t.-dan 2871,6 - 3706,4 q/t.-na; Cu – 0,02 
- 1,75 %, Zn - 01- 0,33 %-
ə qədər təşkil edir.  
T
əzahür sahəsindən götürülmüş 28 şırım sınağı üzrə mis - 0,04 
– 2,82 %, Zn- 01-0,33%, Pb – 1,56 – 3,11 % t
əşkil etmişdir.  
1986-1990-
cı  illərdə  Qaraçay sahəsində  G.  Quliyev tərəfindən 
qazılmış 245 №-li quyudan götürülmüş sınaqda Au-0,1 q/t,  Ag- 
36 q/t. t
əşkil etmişdir.  
 
Danayeri polimetal t
əzahürü 
 
Danayeri polimetal t
əzahürü Çovdar kəndindən 1 km.  şərqdə, 
Qoşqarçayın  orta  axını  hövzəsində  yerləşir.  Tektonik cəhətdən 
Danayeri t
əzahürü Çovdar antiklinalının tağ hissəsini əhatə edir. 
T
əzahür sahəsində  üst bayos  yaşlı  riodasit  tərkibli tuflar, 
tufalevrolitl
ər,  aqlomerat  brekçiyaları,  tufqumdaşları  iştirak  edir. 
T
əzahür sahəsində Şimal-şərq  istiqamətində uzanan və qalınlığı 
25-60 m. 
arasında  dəyişən intensiv dəyişmiş,  limonitləşmiş, 
kvarslaşmış,  brekçiyalaşmış  süxurlar  zonası  qeyd  olunur.  Zona 
qalenit, sfalerit, xalkopirit möht
əviləri ilə  müşayiət olunur. 
Zonadan götürülmüş ayrı-ayrı sınaqlarda misin miqdarı 1 %-dək, 
sinkin  miqdarı  isə  –  0,3 %-ə  qədər  olmuşdur.  1№-li  şurfdan 
götürülmüş sınaqda sink – 3,04 %, 8№-li şurfda isə qurğuşun – 
5,4 % t
əşkil  etmişdir.  Təzahür sahəsində  qazılmış  204  №-li 
quyudan götürülmüş sınaqlarda mis - 0,64 %-ə qədər, sink–0,14 – 
12,47%, qurğuşun 0,16 – 2,06 % təyin olunmuşdur.  
1973-1974-cü ill
ərdə  Danayeri  geoloji  axtarış  dəstəsi həmin 
sah
ədə  11  quyu  qazmışdır.  Quyularda Cu  -0,10  –  0,38 %, Zn- 
0,5% Pb-0,01-0,05%-d
ən artıq olmamışdır.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə