Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

imtina  etdikdə,  istənilən  hüquqi  və ya  fiziki şəxs ixtira,  faydalı  model  və  sənaye 

nümunəsindən  istifadə üçün  məcburi  lisenziya  verilməsi  barədə məhkəməyə iddia 

ilə müraciət edə bilər. Məcburi lisenziya qeyri-müstəsna xarakter daşıyır. 

Lisenziat 

məcburi 

lisenziyanın 

verildiyi 

tarixdən 

il ərzində istifadə etmədikdə patent  sahibi müvafiq  icra  hakimiyyəti  orqanının 



müəyyən  etdiyi  qaydada lisenziyanın  ləğv  edilməsi  barədə məhkəməyəmüraciət 

edə bilər.  

Məcburi 

lisenziyanın 

verildiyi 

tarixdən 

patent 

sahibi 


ilə məcburi 

lisenziyanı almış şəxs arasında münasibətlər bu Qanunla müəyyən edilmiş lisenziarla 

lisenziat arasındakı münasibətlərə bərabər tutulur. 

2.   Patent  sahibi  başqa  patent  sahibinin  hüquqlarını pozmadan ixtira,  faydalı 

model  və  sənaye  nümunəsindən  istifadə edə bilmədikdə ondan  lisenziya  müqaviləsi 

bağlamağı tələb 

edə bilər. 

Bu 


barədəmübahisələrə qanunvericiliklə müəyyən 

edilmiş qaydada məhkəmədə baxılır. 

2.  Aşağıdakı  şərtlərə  riayət  etməklə,  hüquq  sahibinin  razılığı  olmadan  patent 

obyektindən  dövlət  və  ya  onun  müvəkkil  etdiyi  şəxslər  tərəfindən  digər  istifadə 

hallarına yol verilə bilər: 

2.1. bu cür istifadəyə icazənin verilməsi patent obyektinin fərdi xüsusiyyətlərinə 

əsaslanmalıdır; 

2.2.  bu  cür  istifadədən  əvvəl  müraciət  etmiş  istifadəçinin  məqbul  kommersiya 

şərtləri  ilə  hüquq  sahibindən  razılıq  almaq  cəhdləri  uğursuzluqla  nəticələnmişdirsə 

istifadəyə icazə verilə bilər. 

Bu  şərtə  fövqəladə  hallarda  və  ya  digər  fors-major  hallarında,  habelə  dövlətin 

qeyri-kommersiya məqsədləri üçün hüquqdan istifadə etdiyi hallarda riayət olunmaya 

bilər.  Belə  olduqda  patent  hüququnun  sahibinə  ən  qısa  müddətdə  məlumat 

verilməlidir; 




2.3.  bu  cür  istifadənin  həcmi  və  müddəti  ona  razılıq  verilən  məqsədlə 

məhdudlaşır,  yarımkeçiricilər  texnologiyası  sahəsində  isə  yalnız  dövlət  tərəfindən 

qeyri-kommersiya  məqsədləri  və  yaxud  məhkəmə  və  ya  inzibati  prosedurlar 

nəticəsində  rəqabəti  məhdudlaşdıran  kimi  müəyyənləşdirilən  təcrübənin  qarşısının 

alınması üçün nəzərdə tutulur; 

2.4. bu cür istifadə müstəsna xarakter daşımır; 

2.5. bu cür istifadəni həyata keçirən müəssisənin hissəsi və ya onun qeyri-maddi 

aktivləri ilə birgə olmadan bu cür istifadə digər şəxslərə verilə bilməz

2.6.  hər  bu  cür  istifadəyə  razılıq  verilməsinin  əsas  məqsədi  ilk  növbədə  daxili 

bazarın tələbatının ödənilməsi olmalıdır; 

2.7. əgər bu cür istifadəyə səbəb olan hallar aradan qalxarsa və onların yenidən 

təkrarlanması ehtimalı aşağı olarsa, razılıq alan şəxslərin qanuni maraqlarının təmin 

edilməsi şərtilə istifadə hüququ ləğv edilir. 

Bu  maddədə  göstərilən  halların  davam  etdiyinə  dair  əsaslandırılmış  ərizə  daxil 

olarsa müvafiq icra hakimiyyəti orqanı bu cür istifadəyə icazə verilməsi məsələsinə 

yenidən baxmaq səlahiyyətinə malikdir

2.8.  hər  bir  halın  xüsusiyyətləri  və  razılığın  iqtisadi  dəyəri  nəzərə  alınmaqla, 

hüquq sahibinə müvafiq mükafat (kompensasiya) ödənilir

2.9.  bu  cür  istifadəyə  verilən  razılıq  və  hüquq  sahibinə  ödənilən  mükafat 

(kompensasiya)  barədə  istənilən  qərardan inzibati  qaydada  və məhkəməyə  şikayət 

verilə bilər;  

2.10.  məhkəmə  və  ya  inzibati  prosedurlar  nəticəsində  rəqabəti  məhdudlaşdıran 

kimi  müəyyən  edilən  təcrübənin  aradan  qaldırılması  məqsədi  ilə  patent  obyektinə 

istifadəyə razılıq verildiyi halda, bu maddənin 2.2-ci və 2.6-cı bəndlərində göstərilən 

şərtlər tətbiq edilmir. 

Rəqabəti  məhdudlaşdıran  təcrübənin  aradan  qaldırılmasının  zəruriliyinə 

baxılarkən,  ödəniləcək  mükafatın  (kompensasiyanın)  məbləği  nəzərə  alına  bilər. 



Razılığın  verilməsinə  əsas  olan  halların  yenidən  yaranma  ehtimalı  olduğu  halda 

müvafiq icra hakimiyyəti orqanı razılığın ləğv edilməsindən imtina edə bilər; 

2.11. əgər bu cür istifadəyə razılıq başqa patentə (birinci patent) dair hüquqları 

pozmadan  patentin  (ikinci  patent)  istifadəsinin  mümkün  olmadığına  görə  verilirsə, 

aşağıdakı əlavə şərtlər tətbiq edilir: 

a)  birinci  patentin  obyekti  olan  ixtira  ilə  müqayisədə  ikinci  patentin  alınması 

üçün  verilən  iddia  sənədindəki  ixtira  böyük  iqtisadi  dəyərə  malik  olan  əhəmiyyətli 

texniki həlli özündə əks etdirməli

b)  birinci  patent  sahibinin  ikinci  patentlə  iddia  edilən  ixtiradan  istifadə  etməsi 

üçün münasib şərtlərlə çarpaz lisenziya müqaviləsi bağlamaq hüququna malik olmalı; 

c)  birinci  patentə  verilən  razılıqdan  istifadə  hüququ,  ikinci  patentə  dair 

hüquqların verilməsi istisna olmaqla, digər şəxslərə verilə bilməz. 

3. İxrac edilən patentləşmiş əczaçılıq məhsullarına məcburi lisenziya verilərkən, 

lisenziya müqaviləsində aşağıdakı şərtlər öz əksini tapmalıdır: 

a)  lisenziya  üzrə  məhsul  yalnız  zəruri  miqdarda  idxal  edən  ölkənin  minimum 

tələblərini təmin etmək məqsədilə istehsal edilə bilər

b) lisenziya üzrə istehsal edilən məhsul idxal olunan məhsuldan müvafiq işarə və 

ya  nişanla  fərqlənməlidir.  Lisenziya  üzrə  istehsal  olunan  məhsulların  bu  cür 

fərqlənməsi  məhsulların xüsusi bükmələri və (və ya) bilavasitə  məhsulların rəngləri 

(formaları) ilə o şərtlə həyata keçirilə bilər ki, bu fərqlənmə amilləri tətbiq edilə bilən 

olsun və məhsulların qiymətinə təsir etməsin; 

c)  lisenziyalı  məhsulların  ixracından  əvvəl  ona  dair  aşağıdakı  məlumatlar 

Ümumdünya 

Ticarət 


Təşkilatının 

internet 

səhifəsində 

(veb-saytında) 

yerləşdirilməlidir: 

bütün istiqamətlərə göndərilən məhsulların miqdarı; 

məhsulların fərqləndirici xüsusiyyətləri.  



Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə