Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

və  ya  iddia  sənədi  müvafiq  icra  hakimiyyəti  orqanına  daxil  olduğu  gündən  2  ay 

ərzində bildirərək birinci iddia sənədinin təsdiqlənmiş surətini Paris Konvensiyasının 

iştirakçısı  olan  dövlətin  patent  idarəsinə  verildiyi  tarixdən  16  ay  ərzində  təqdim 

etməlidir.  

Məlumatda  iddiaçı əvvəlki  iddia  sənədi  obyektinə biblioqrafiya  göstəricilərini 

təqdim  edir.  Zərurət  olduqda  müvafiq  icra  hakimiyyəti  orqanı təqdim 

edilmiş məlumat üzrə əlavə informasiyanı həmin 

iddia 


sənədini 

qəbul 


etmiş təşkilatdan istəyə bilər. 

4.   İlkinlik 

barəsində ərizə bu 

maddənin 

2-ci 

bəndində göstərilən 



müddətdə verilmədikdə və bu  maddənin  3-cü və 8-ci  bəndlərində göstərilən şərtlər 

yerinə yetirilmədikdə ilkinlik iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil 

olduğu tarixdən müəyyən edilir. 

5.   İlkinlik  Azərbaycan  Respublikasının  iştirak  etdiyi  sənaye  mülkiyyətinin 

mühafizəsinə dair  beynəlxalq  sazişlərə uyğun  olaraq  eyni  iddia  sənədinin  verilməsi 

tarixindən  də müəyyən  edilə bilər,  buşərtlə ki,  iddiaçı həmin  iddia  sənədini  geri 

götürmüş olsun  və onun  ilkinliyi  tarixi  ilə indiki  iddia  sənədinin  müvafiq  icra 

hakimiyyəti orqanına daxil olduğu tarix arasında ixtira və faydalı model üçün ənçoxu 

12 ay, sənaye nümunəsi üçün ən çoxu 6 ay keçsin. 

       6.  İlkinlik əlavə materialların verildiyi tarixdən də müəyyən edilə bilər. 

Əlavə materiallar iddia edilən texniki həllərin mahiyyətini dəyişdiyi üçün onların 

nəzərə  alınmasının  mümkün  olmadığı  barədə  müvafiq  icra  hakimiyyəti  orqanı 

iddiaçıya bildiriş göndərmişsə, iddiaçının həmin bildirişi aldığı gündən 3 ay müddət 

ötənədək  təqdim  etdiyi  müstəqil  iddia  sənədi  üzrə  ilkinlik  əlavə  materialların  daxil 

olduğu tarixdən müəyyən edilə bilər.  

7.   İlkinlik iddiaçının daha da əvvəl verdiyi və bu ixtira, faydalı model və sənaye 

nümunəsinin  mahiyyətini  açıqlayan  iddia  sənədinin  müvafiq  icra  hakimiyyəti 

orqanına daxil olduğu tarixdən dəmüəyyən edilə bilər, bu şərtlə ki, ilkinliyi istənilən 




ixtira  və faydalı model  barəsində iddia  sənədi əvvəlki  iddia  sənədinin  daxil  olduğu 

tarixdən ən geci 12 ay keçənədək, sənaye nümunəsi barəsində əvvəlki iddia sənədinin 

daxil olduğu tarixdən isə ən geci 6 ay keçənədək daxil olsun. Bu zaman əvvəlki iddia 

sənədi geri götürülmüş sayılır. 

        İlkinlik daha əvvəl verilən bir neçə iddia sənədi üzrə müəyyən edilə bilər. 

İlkinlik  bundan  əvvəl  ilkinliyi  istənilmiş  iddia  sənədinin  daxil  olduğu  tarixdən 

müəyyənləşdirilə bilməz.  

8.   Konvensiya  ilkinliyi  və ya  daha əvvəl  verilmiş iddia  sənədi üzrə ilkinlik 

istəyən  iddiaçı ilkinlik  istədiyi  tarixdən  2  ay  müddətində müvafiq  icra  hakimiyyəti 

orqanına müəyyən edilmiş haqqı ödədiyi barədə sənəd təqdim etməlidir.

 

  

9.  Konvensiya  ilkinliyi  xahiş  edilən  iddia  sənədi  iddiaçıdan  asılı  olmayan 



səbəblərdən  müəyyən  edilən  müddətdə  verilmədikdə, müəyyən  edilmiş  haqqın 

ödənilməsi şərtilə bu müddət 2 ayadək uzadıla bilər.  

10. Ekspertiza  prosesində oxşar ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin 

ilkinlik  tarixlərinin  eyni  olduğu  müəyyənləşdirildikdə ilkinlik  daha əvvəl  müvafiq 

icra  hakimiyyəti  orqanına  göndərilmişiddia  sənədi üzrə müəyyən  edilir.  Bu  tarixlər 

də eyni  olarsa,  müvafiq  icra  hakimiyyəti  orqanında  daha əvvəl  qeydiyyat  nömrəsi 

almış iddia sənədi (iddiaçılar arasında müqavilədə başqa qayda nəzərdətutulmayıbsa) 

birinci sayılır. 

11. İddiaçıların 

ilkinlik 

barəsində mübahisələrinə Apellyasiya 

şurasında 

baxılır. İddiaçı Apellyasiya 

şurasının 

qərarı ilə razı olmadığı halda 

məhkəməyə müraciət edə bilər. 

M a d d ə   2 9 .   İddia sənədinin ekspertizası 

1.  Müvafiq  icra  hakimiyyəti  orqanı  ixtira,  faydalı  model  və  sənaye  nümunəsi 

barədə iddia sənədinin daxil olduğu tarixdən etibarən 1 ay ərzində onun bu Qanunun 

27-ci maddəsinin 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərinə uyğun ilkin ekspertizasını aparır. 




İlkin  ekspertiza  zamanı  tələb  olunan  sənədlərin  mövcudluğu  və  düzgün  tərtib 

olunması yoxlanılır.  

2.   Bu  Qanunun  27-ci  maddəsinin  3-cü,  4-cü,  5-ci  və 6-cı bəndlərinin 

tələblərinə uyğun  tərtib  olunmamış iddia  sənədi  barəsində iddiaçıya  sorğu 

göndərilir. İddiaçı sorğunu 

aldığı gündən 

ay ərzindədüzəliş aparılmış və ya 



qaytarılmayan sənədləri (materialları) təqdim etməlidir. 

İddiaçı tələb 

olunan 

materialları və ya 



müddətin 

uzadılması barədə vəsatəti (müəyyən 

edilmiş 

haqqı 


ödəmək 

şərti 


ilə) müəyyənləşdirilmiş müddətdə təqdim etməzsə, iddia sənədi verilməmiş sayılır.  

3.   İddia  sənədi  vaxtında  baxılmaq üçün  qəbul  olunduqda  müvafiq  icra 

hakimiyyəti  orqanı ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  aşağıda 

göstərilənlərə uyğunluğu baxımından iddia sənədinin ekspertizasını keçirir: 

ixtiralar üçün –– bu Qanunun 3-cü maddəsinin 3-cü abzasının, 7-ci maddəsinin 1-

ci, 6-cı, 7-ci, 8-ci bəndlərinin tələblərinə; 

faydalı model üçün  ––  bu  Qanunun  3-cü maddəsinin  3-cü abzasının,  8-ci 

maddəsinin 1-ci, 5-ci, 6-cı bəndlərinin tələblərinə; 

sənaye  nümunəsi üçün  ––  bu  Qanunun  3-cü maddəsinin  3-cü abzasının,  9-cu 

maddəsinin 1-ci, 5-ci, 6-cı və 7-ci bəndlərinin tələblərinə. 

ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin  yeniliyi  baxımından  iddia 

sənədlərinin ekspertizası bu Qanunun 7-ci maddəsinin 3-cü bəndinin 2-ci abzası və 4-

cü bəndinə,  8-ci  maddəsinin  3-cü bəndinin  3-cü abzasına,  9-cu  maddəsinin  3-

cü bəndinin 

2-ci 

abzasına 



uyğun 

olaraq 


və Azərbaycan 

Respublikası ərazisində qüvvədə olan mühafizə sənədləri üzrə aparılır. 

İddia sənədində göstərilən obyektin bu maddənin tələblərinə uyğunluğu ekspertiza 

nəticəsində müəyyənləşdirildikdə iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının 

rəsmi  bülletenində dərc  olunması barədə qərar  qəbul  edilir  və iddiaçı müəyyən 

edilmiş haqqı ödədikdən sonra iddia sənədi üzrə materiallar dərc olunur.



 

  



Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə