Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

nümunələri üzrə hüquqların 

reallaşdırılmasında, 

lisenziya 

müqavilələrinin 

bağlanması zamanı onu  təmsil  edir,  müvafiq  icra  hakimiyyəti  orqanında, 

məhkəmədə vəkalət 

verənin 

mənafelərini 

müdafiə edir 

və səlahiyyətləri çərçivəsində işləri yerinə yetirir. 

2.   Patent  müvəkkillərinin  fəaliyyəti  bu  Qanunla  və müvafiq  icra  hakmiyyəti 

orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. 

3. Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata 

keçirdiyi  fəaliyyətlə  bağlı  ixtira,  faydalı  model  və  sənaye  nümunəsi  obyektləri  üzrə 

müəllif və ya şərikli müəllif ola bilməz.  

I I   f ə s i l  



 İXTİRA, FAYDALI MODEL VƏ SƏNAYE NÜMUNƏLƏRİNİN PATENT 

QABİLİYYƏTİ ŞƏRTLƏRİ 

M a d d ə   7 . İxtiranın patent qabiliyyəti şərtləri 

1.  İstənilən  sahədə  məhsula  və  ya  üsula  aid  olan  texniki  həllər  ixtira  obyektləri 

sayılır.  

2. Yeni, 

ixtira 


səviyyəli 

olan (bəlli 

olmayan) və sənayedə tətbiq 

edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir.  

3.   Əgər ixtira mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa, yeni sayılır. 

Mövcud  bilgilər  məcmusuna  ixtira  barəsində iddia  sənədinin  verildiyi  günə kimi 

dünyada  hamıya  müyəssər  olan  məlumatlar  aid  edilir.İftira  barəsində müvafiq  icra 

hakimiyyəti  orqanına  daxil  olan,  rəsmi  bülletendə dərc  olunmuş iddia  sənədləri 

də mövcud bilgilər məcmusuna daxil edilir. 

İxtiranın yeniliyi müəyyən edilərkən mövcud bilgilər məcmusuna, həmçinin daha 

əvvəl  ilkinliyə  malik  olan,  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanına  daxil  olan  və  geri  götürülməyən  ixtira  və  faydalı  model  barəsində  iddia 

sənədləri,  Azərbaycan  Respublikasında  patentlə  mühafizə  edilən  ixtira  və  faydalı 

model də aid edilir.  




4.   Yeniliyi  yalnız  onların  tətbiqində təzahür  edən  ixtiralara  bu  maddənin  3-

cü bəndi  tətbiq  edilmir,  ancaq  bu şərtlə ki,  tətbiq özü mövcud  bilgilərdən  irəli 

gəlməsin. 

5.   İxtira  barəsində iddia  sənədinin  müvafiq  icra  hakmiyyəti  orqanına  verildiyi 

günə kimi 12 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan 

həmin məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, 

bu  hal  iddia  sənədində göstərilən  obyektin  yeniliyinə xələl  gətirmir.  Açıqlanma 

faktının sübut edilməsi vəzifəsi müəllif və ya iddiaçının üzərinədüşür. 

6.   İxtira,  həmin  sahədə çalışan  mütəxəssis üçün  mövcud  bilgilərdən  açıq-aşkar 

irəli gəlmirsə, ixtira səviyyəsinə malik hesab edilir. 

7.   İxtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya 

istifadə edilə bilərsə, o halda ixtira sənayedə tətbiq oluna bilən sayılır. 

8.   Aşağıdakı obyektlər ixtira sayılmır: 

kəşflər;  

elmi nəzəriyyələr; 

riyazi metodlar; 

bədii konstruktorluq işinin nəticəsi (dizayn); 

təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları; 

oyunların qaydaları və metodları; 

kompüter alqoritmləri və proqramları; 

informasiyanın təqdimi üsulları; 

şərti işarələr, cədvəllər və qaydalar

qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri;  

mikroorqanizmlər  istisna  olmaqla,  bitkilər  və  heyvanlar,  onların  mahiyyət  üzrə 

bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla);  

inteqral mikrosxemlərin topologiyası; 




insan  və heyvan  orqanizmlərinin  müalicəsinin  cərrahi  və terapevtik üsulları, 

xəstəliyin diaqnostikası metodları. 

M a d d ə   8 .  Faydalı modelin patent qabiliyyəti şərtləri 

1.    Qurğu obyektləri faydalı model kimi mühafizə oluna bilər.  

2.   Yeni 

olan 


və sənayedə tətbiq 

edilə bilən 

faydalı modelə hüquqi 

mühafizə verilir. 

3.   Mühüm əlamətlərinin  məcmusu  mövcud  bilgilərdən  məlum  olmayan 

faydalı model yeni hesab edilir. 

Mövcud bilgilər məcmusuna təklif olunan faydalı modelin ilkinliyi tarixinə qədər 

eyni 


təyinatlı obyektlər 

və onların 

Azərbaycan 

Respublikasında 

tətbiqi 

barədə hamı üçün müyəssər olan məlumatlar aid edilir: 

Digər  hüquqi  və fiziki şəxslərin  Azərbaycan  Respublikasında  faydalı modellər 

barəsində verdikləri  və müvafiq  icra  hakimiyyəti  orqanının  rəsmi  bülletenində dərc 

olunmuş iddia sənədləri də mövcud bilgilər məcmusuna aid edilir. 

4.   Faydalı model  barəsində iddia  sənədinin  müvafiq  icra  hakimiyyəti  orqanına 

verildiyi  günə kimi  12  ay ərzində onun  mahiyyətinə dair  məlumat  müəllif, 

iddiaçı və onlardan  həmin  məlumatı birbaşa  və ya  dolayısı ilə almış hər  hansı şəxs 

tərəfindən  açıqlanarsa,  bu  hal  iddia  sənədində göstərilən  obyektin  yeniliyinə xələl 

gətirmir. 

Açıqlanma 

faktının 

sübut 

edilməsi 



vəzifəsi 

müəllif 


və ya 

iddiaçının üzərinədüşür. 

5.   Faydalı model  sənayenin  və təsərrüfatın  hər  hansı sahəsində hazırlana  və ya 

istifadə edilə bilərsə, sənayedə tətbiq oluna bilən sayılır. 

Aşağıdakılar faydalı model sayılmır: 

məmulatın xarici görkəminə  aid  edilən və  estetik tələblərin  təminatına  yönələn 

həllər; 

inteqral sxemlərin topologiyası.  




Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə