Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

İddia  sənədi  verilənədək  işəgötürən  və işçi ixtira,  faydalı  model  və  sənaye 

nümunəsinin mahiyyətini açıqlamamalıdırlar. 

5.   Bu  maddənin  4-cü bəndinə uyğun  olaraq  işçi  patent  aldığı tarixdən  6  ay 

müddətində işəgötürən 

lisenziya 

müqaviləsi üzrə patentdən 

istifadə olunmasında üstünlük hüququna malikdir. 

6.   Bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla bütün digər 

hallarda  işçinin  yaratdığı ixtira,  faydalı  model  və  sənaye  nümunəsinə patent  almaq 

hüququ işçiyə mənsubdur. 

7.   İşəgötürən  işçiyə ixtira,  faydalı  model  və  sənaye  nümunəsi yaratdığına 

görə aralarında 

bağlanmış müqavilənin şərtlərinə uyğun 

olaraq 


müvafiq 

məbləğdə haqq ödəyir. 

İşəgötürən ixtira,  faydalı  model  və  sənaye  nümunəsindən  istifadə hüququnu 

başqasına 

verdikdə işəgötürənin 

götürdüyü gəlir 

işçiyə verilən 

haqqın 


məbləğinə uyğun 

gəlməzsə və ya əgər 

işəgötürən 

obyektin 

istifadəsində iştirakını davam  etdirərsə və işçiyə ödənilən  haqqa  uyğun  gəlməyən 

gəlir götürərsə, işçinin, haqq məbləğinin artırılmasını tələb etmək hüququ vardır. 

ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  istifadəsi  zamanı işəgötürənlə işçi 

arasında  bağlanan  müqavilədə nəzərdə tutulandan çox  iqtisadi  səmərə əldə edilərsə, 

işçinin əlavə haqq almaq hüququ vardır. 

İşəgötürən ixtira, 

faydalı 

model 


və 

sənaye 


nümunəsinə dair 

patentlə bağlı hüquqlardan  imtina  etməyi  qərara  aldıqda  həmin ixtira,  faydalı  model 

və 

sənaye 


nümunəsi üzrə hüquqların 

işçiyə verilməsi 

barəsində müqavilə bağlamağı qabaqcadan ona təklif etməlidir. 

8.   Müvafiq  icra  hakimiyyəti  orqanı dövlətin  milli  təhlükəsizliyi  ilə bağlı olan 

xüsusi  elmi-tədqiqat  və ya  layihə-konstruktor  işlərinin  sifarişçisi  olduqda,  icraçının 

bu  işləri  yerinə yetirməklə əlaqədar  yaratdığı ixtira,  faydalı  model  və  sənaye 




nümunələrinə dair  münasibətlər Dövlət  sirri  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu ilə tənzimlənir.  

9.   İşəgötürən  və işçi  arasında ixtira,  faydalı  model  və  sənaye  nümunəsinə dair 

yaranan mübahisələrə inzibati qaydada və məhkəmədə baxılır.  

I V   f ə s i l  

 İXTİRADAN, FAYDALI MODELDƏN VƏ SƏNAYE NÜMUNƏSİNDƏN 

İSTİFADƏ HÜQUQU 

M a d d ə   1 4 .   ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün 



müstəsna hüquq 

1.   Sənaye  mülkiyyəti  obyektindən  istifadə üçün  müstəsna  hüquq,  digər  patent 

sahiblərinin hüquqlarını və bu Qanunu pozmamaq şərtilə, patent sahibinə mənsubdur. 

2. Patent sahibi patentə görə aşağıdakı müstəsna hüquqlara malikdir: 

a) patentin obyekti məhsul (məmulat) olduqda, patent sahibinin razılığı olmadan 

üçüncü  şəxs  tərəfindən  onun  icazəsiz  istehsalının,  istifadəsinin,  satış  üçün  təklif 

olunmasının, satışının və bu məqsədlər üçün idxalının qarşısını almaq; 

b) patentin obyekti üsul olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs 

tərəfindən bu üsulun tətbiqi ilə bağlı  hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan 

məhsuldan  istifadənin,  məhsulun  satışının,  satış  üçün  təklif  olunmasının  və  ya  bu 

məqsədlər üçün idxalının qarşısını almaq. 

Mühafizə  olunan  sənaye  nümunəsinin  sahibi  onun  icazəsi  olmadan  üçüncü  şəxs 

tərəfindən  həmin  nümunənin  və  ya  ona  bənzər  olan  nümunənin  surətini  özündə 

daşıyan  və  ya  tərkibinə  daxil  edən  məmulatın  kommersiya  məqsədilə 

hazırlanmasının, satışının və ya idxalının qarşısını almaq hüququna malikdir.  

3.   Patent 

sahibi  patentlə verilən  hüquqlardan  dövlətin  və cəmiyyətin 

mənafelərinə xələl gətirmədən istifadə etməlidir. 




4.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  bir  neçə patent  sahibi  olduqda 

patent üzrə hüquqlar  onların  hər  biri  tərəfindən öz  aralarındakı müqaviləyə uyğun 

başqa hüquqi və ya fiziki şəxsə veriləbilər. 

Onlar  razılığa  gələ bilmədikdə mübahisələrə Azərbaycan  Respublikasının  Mülki 

Prosessual Məcəlləsi ilə məhkəmədə baxılır.  

M a d d ə   1 5 .   ixtira, faydalı model və sənaye nümunəsindən istifadə 

1.   Patentləşdirilmiş ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  tətbiqi 

ilə hazırlanan 

məhsulun 

təsərrüfat 

dövriyyəsinə daxil 

edilməsi, 

habelə patentləşdirilmiş ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  bütün 

mühüm əlamətlərini  birləşdirən üsulun  tətbiqi ixtira,  faydalı  model  və  sənaye 

nümunəsindən istifadə sayılır. 

2.   Patenti  bir  neçə şəxsə məxsus  olan ixtira,  faydalı  model  və  sənaye 

nümunəsindən 

istifadə üzrə münasibətlər 

həmin şəxslər 

arasında 

bağlanmış müqavilə ilə müəyyənləşdirilir.  Bu  cür  müqaviləolmadıqda  onların  hər 

biri, ixtira, 

faydalı 

model  və 

sənaye 

nümunəsi üzrə lisenziyanın  və ya 



patentlə bağlı hüquqların  digər şəxsə verilməsindən  başqa, ixtira,  faydalı  model  və 

sənaye nümunəsindən istədiyi kimi istifadə edə bilər. ixtira, faydalı model və sənaye 

nümunəsi barəsində patent  sahibləri  arasında  yaranan  mübahisələrə Azərbaycan 

Respublikasının  Mülki  Prosessual  Məcəlləsi  ilə müəyyən  edilmiş qaydada 

məhkəmədə baxılır.  

3.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  iddiaçısı patenti  alanadək 

obyektdən 

istifadə hüququnu, 

müqavilə əsasında 

istənilən 

hüquqi 

və ya 


fiziki şəxsə verə bilər. ixtira, 

faydalı  model  və  sənaye  nümunəsinin  bir 

neçə iddiaçısı olduqda  iddia  sənədi üzrə hüquqlar  onların  hər  biri  tərəfindən öz 

aralarındakı müqaviləyə uyğun 

başqa 

hüquqi 


və ya 

fiziki şəxsə verə bilər. İstifadə hüququnun  verilməsi  barədə müqavilə iddiaçı vəsatət 




Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə