Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

4.   İddia 

sənədində göstərilən  obyektin  bu  maddənin  tələblərinə uyğun 

olmadığı ekspertiza  nəticəsində müəyyənləşdirildikdə patent  verilməsindən  imtina 

barəsində qərar qəbul edilir. 

5.   İxtira  və ya  faydalı model  barəsində bir  neçə iddia  obyektindən  ibarət  olan 

və vəhdət tələblərini təmin etməyən iddia sənədi verildikdə iddiaçıya təklif edilir ki, 

müvafiq  bildirişi  aldığı gündən  2  ay 

müddətində iddia  obyektlərindən 

hansı birinə baxılmalı olduğunu bildirsin. 

İddiaçı göstərilən  müddətdə bildirişə cavab  vermədikdə müvafiq  icra  hakimiyyəti 

orqanı ixtiranın  və faydalı modelin  düsturunun  birinci  bəndində göstərilən  iddia 

obyektinə baxır. 

İddia  sənədində göstərilən  ixtira  və ya  faydalı model üçün  qalan  iddia  obyektləri 

müstəqil şəkildə ayrılmış iddia  sənədi  kimi  verilə bilər. Əvvəlki  iddia  sənədinin 

ilkinliyi ayrılmış iddia sənədi üçün də saxlanılır.  

Ayrılmış iddia  sənədi üzrə ixtira  və ya  faydalı model üçün  iddia  obyekti əvvəl 

verilmiş iddia sənədinin məzmunundan kənara çıxmamalı və onun tərkib hissəsi kimi 

iddiaçı tərəfindən  dəqiq  səciyyələndirilməlidir.  Ayrılmış iddia  sənədi  müvafiq  icra 

hakimiyyəti  orqanına  ixtira üçün əvvəlki  iddia  sənədinin  verildiyi  tarixdən  12  ay 

keçənədək,  faydalı model üçün  isə əvvəlki  iddia  sənədinin  verildiyi  tarixdən  6  ay 

keçənədək təqdim edilməlidir. 

Hər 


bir 

ayrılmış iddia 

sənədinə görə, 

müstəqil 

iddia 

sənədinin 



verilməsi üçün müəyyən  edilmiş  haqq ödənilir.  Bu  tələb  yerinə yetirildikdə əvvəlki 

iddia sənədinin ilkinliyi ayrılmış iddia sənədi üçün dəsaxlanılır.   

Ayrılmış iddia  sənədinin  obyekti əvvəlki  iddia  sənədinin  məzmunundan 

kənara çıxdıqda  iddia  sənədinin  son  redaksiyasının  verildiyi  tarix  ayrılmış iddia 

sənədinin verilməsi tarixi sayılır. 



6.   Patentin 

verilməsindən 

imtina 

qərarı barəsində iddiaçı həmin 



qərarı aldığı gündən 

ay ərzində müvafiq 



rüsumu ödəməklə müvafiq 

icra 


hakimiyyəti orqanının Apellyasiya şurasına etirazla müraciət edə bilər. 

7.   İddiaçı Apellyasiya şurasının qərarına dair bütün materiallarla tanış ola bilər. 

8.   İddiaçının  ixtiyarı var  ki,  patent  qeydə alınana  qədər  iddia  sənədini  geri 

götürsün. Bu zaman ödənilmiş müəyyən edilmiş haqq qaytarılmır.



 

  

9.   İxtira üçün 



iddia  sənədi  barəsində məlumat  dərc  olunana  qədər 

iddiaçı ərizə verməklə onu 

faydalı model üçün 

iddia 


sənədinə (və ya əksinə) çevirə bilər. 

Göstərilən hallarda əvvəlki iddia sənədinin ilkinliyi saxlanır. 

10. Müvafiq  icra  hakimiyyəti  orqanı  iddia  sənədinin  verildiyi  tarixdən  18  ay 

ərzində iddiaçının və ya  marağı olan başqa şəxsin vəsatəti əsasında obyektin patent 

qabiliyyətini müəyyənləşdirmək üçün məlumat axtarışını aparır.  

İddia 


sənədinin 

mahiyyətcə ekspertizası müəyyən 

edilmiş 

haqqın ödənilməsi şərtilə iddiaçının və ya marağı olan başqa şəxsin vəsatəti əsasında, 

iddia  sənədinin  müvafiq  icra  hakimiyyəti  orqanına  verildiyi  tarixdən  18 

ay ərzində aparılır.  

Mahiyyətcə ekspertizanın nəticəsi iddiaçıya və ya marağı olan şəxsə bildirilir. 

İddia 


sənədi üzrə məlumat 

axtarışının 

və mahiyyətcə ekspertizanın 

aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 

M a d d ə   3 0 .   İddia sənədi barəsində məlumatın dərci 

1.   Müvafiq  icra  hakimiyyəti  orqanı ixtira  və faydalı model  barəsində iddia 

sənədini  aldığı tarixdən ən  geci  12  ay  keçənədək,  sənaye  nümunəsi  barəsində iddia 

sənədini  aldığı tarixdən ən  geci  6  ay  keçənədək  iddia  sənədlərinə dair məlumatın 

özünün 

rəsmi 


bülletenində 

dərc 


edilməsini 

təmin 


edir. İddiaçının 

vəsatəti üzrə, müəyyən  edilmiş  haqq ödənilməklə,  iddia  sənədinə dair  məlumat 

yuxarıda göstərilən tarixdən tez də dərc edilə bilər.

 

  



2.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsi müəllifinin  hüququ  var  ki,  müvafiq 

icra  hakimiyyəti  orqanının rəsmi  bülletenində həmin  obyektin  müəllifi  kimi 

göstərilməməsini tələb etsin.  

3.   İddia sənədinə dair məlumatda aşağıdakılar göstərilməlidir: 

müəllif  (əgər  müəllif  kimi  göstərilmək  hüququndan  imtina  etməyibsə) 

və iddiaçı haqqında məlumat; 

obyektin adı; 

beynəlxalq patent təsnifatı indeksi; 

sənaye nümunəsinin beynəlxalq indeksi; 

ilkinlik tarixi; 

ixtiranın və ya faydalı modelin referatı; 

sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və təsviri. 

4.   İddia  sənədinə dair  məlumat  dərc  olunduqdan  sonra  7-ci  maddənin  3-

cü bəndinin  1-ci  abzası,  8-ci  maddənin  3-cü bəndinin  1-ci  və 2-ci  abzasları,  9-cu 

maddənin  3-cü bəndinin  1-ci  abzası üzrə iddia  obyektinin  yeniliyi üçün  məsuliyyət 

iddiaçının üzərinə düşür. 

5.   İddia sənədinə dair məlumat dərc olunduqdan sonra marağı olan hər bir hüquqi 

və ya fiziki şəxsin, müəyyən edilmiş haqqı ödəmək şərti ilə, müvafiq icra hakimiyyəti 

orqanında  iddia  sənədinin  materialları ilə tanış olmaq,  habelə müvafiq ixtira,  faydalı 

model  və  sənaye  nümunəsinin  təsvirini, çertyojlarını,  rəsmlərini  və fotoşəkillərini 

almaq hüququ vardır.

 

  

Dərc  olunmuş iddia  sənədinin  materialları ilə tanışlıq  qaydasını müvafiq  icra 



hakimiyyəti orqanı müəyyənləşdirir. 

6.   İddia sənədinə dair məlumat aşağıdakı hallarda dərc olunmur: 

patent verilməsindən imtina qərarı qəbul edildikdə; 

iddia sənədi geri götürüldükdə; 

iddiaçı möhlət barədə vəsatət təqdim etdikdə; 



iddiaçı dərcdən imtina barədə vəsatət təqdim etdikdə.  

7.   İxtira 

və ya 

faydalı model 



obyekti 

dövlətin 

milli 

təhlükəsizliyi 



mənafelərinə aid  olduqda  müvafiq  icra  hakimiyyəti  orqanı öz  təşəbbüsü ilə iddia 

sənədinə dair  məlumatın  dərcini  bu  barədə qərarınçıxarıldığı tarixdən  etibarən  4  aya 

qədər  dayandırmaq  hüququna  malikdir.  Bu  müddət  keçdikdən  sonra  həmin  qərar 

müvafiq 


icra 

hakimiyyəti 

orqanı tərəfindən 

təsdiqlənmədikdə və müddəti 

uzadılmadıqda qüvvədən düşür. 

Müvafiq  icra  hakimiyyəti  orqanı məlumatın  dərcini,  ixtiranın  (faydalı modelin) 

açıq  istifadəsini,  yaxud  iddia  sənədi  və ya  patent  obyektinin  istifadəsini  qadağan 

etdikdə iddiaçı və ya 

patent 

sahibi 


həmin 

orqandan 

müvafiq 

kompensasiya ödənilməsini tələb edə bilər. Müvafiq kompensasiya məlumatın dərcini 

və ixtiranın  (faydalı modelin)  istifadəsinin  qadağan  olunduğu  ilk  12  aylıq  müddət 

uzadıldıqda tələb edilə bilər. Bu halda yaranan mübahisələr məhkəmə qaydasında həll 

edilir. 

8.   İddia  sənədi  materiallarının  dərc  olunduğu  tarixdən  patentin  verildiyi 

tarixə kimi  hər  bir ixtira,  faydalı  model  və  sənaye  nümunəsinə müvəqqəti  hüquqi 

mühafizə verilir. 

Patent  verilməsindən  rədd  qərarı qəbul  olunduqda  müvəqqəti  hüquqi 

mühafizə başlanmamış sayılır. 

Müvəqqəti  mühafizə  hüququ  verilən  ixtiradan,  faydalı  modeldən  və  sənaye 

nümunəsindən istifadə edən hüquqi və ya fiziki şəxslər patent alındıqdan sonra patent 

sahibinə  kompensasiya  ödəməlidirlər.  Kompensasiyanın  həcmi  və  ödəmə  qaydası 

tərəflər arasında razılaşma ilə müəyyən edilir. 

Geri götürülmüş və ya geri götürülmüş hesab edilən, yaxud patent verilməsindən 

imtina qərarı qəbul edilən və həmin qərardan etiraz verilməsi üçün müəyyən edilmiş 

müddətin  keçdiyi  ixtiraya,  faydalı  modelə  və  sənaye  nümunəsinə  dair  iddia  sənədi 

müvəqqəti mühafizə hüququ verilməmiş hesab edilir.  




30-1. İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu və 

onların ekspertizasının təşkili İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia 

sənədinin qəbulunu (iddia sənədinin ilkin və mahiyyətcə ekspertizası daxil olmaqla), 

vəhdət təşkil etməyən bir neçə iddia obyektindən ibarət olan iddia sənədinin ayrılması 

halında  onun  müstəqil  iddia  sənədi  kimi  qəbulunu,  iddia  sənədində  düzəlişlərin  və 

əlavələrin  edilməsini,  iddia  sənədinə  dair  məlumatın  dərc  edilməsini  (o  cümlədən 

müəyyən edilmiş müddətdən tez dərc edilməsini), maraqlı şəxslərin iddia sənədi ilə 

tanış  olmasını  (o  cümlədən  müvafiq  ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin 

təsvirinin,  çertyojlarının,  rəsmlərinin  və  fotoşəkillərinin  alınmasını),  məlumat 

axtarışının  aparılmasını,  Konvensiya  ilkinliyinin  və  ya  daha  əvvəl  verilmiş  iddia 

sənədi  üzrə  ilkinliyin  müəyyən  edilməsini,  iddia  sənədlərinin  (o  cümlədən  ilkinlik 

üzrə  sənədlərin  və  iddia  sənədinə  düzəlişlərin  və  əlavələrin)  təqdim  edilmə 

müddətinin  uzadılmasına  dair  vəsatətlərə  baxılmasını  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.  

M a d d ə   3 1 .   İddia sənədinə etiraz 

1.   İddia  sənədinin  dərc  olunduğu  tarixdən  etibarən  6  ay ərzində hər  bir  hüquqi 

və ya  fiziki şəxs Apellyasiya  şurasına əsaslandırılmış etirazla  müraciət  edə bilər.  Bu 

zaman istinad edilən materialların surəti də təqdim edilir. 

2.   Bu  Qanunun  3-cü maddəsinin  3-cü abzasında,  7,  8  ,  9,  27  və 29-cu 

maddələrində göstərilən tələblər pozulduqda da iddia sənədinə etiraz verilə bilər. 

3.   Əsaslandırılmış etirazın surəti iddiaçıya göndərilir. 

İddiaçı etirazın surətini aldığı tarixdən 2 ay ərzində ona cavab verməlidir. 

İddiaçı cavabını müəyyən  edilən  müddət ərzində Apellyasiya  şurasına  təqdim 

etmədikdə iddia sənədi rədd edilmiş sayılır. 

4.   Apellyasiya  şurası iddiaçının  cavabına  onu  aldığı tarixdən  2  ay ərzində baxır. 

Hər  iki  tərəfin  etiraza  baxılması prosesində iştirak  etmək,  zəruri  sənədləri  təqdim 

etmək və şifahi izahat vermək hüququ vardır. 



5.   Apellyasiya  şurası etiraza  baxılmasının  nəticəsinə uyğun  olaraq,  etirazın  tam 

və ya  qismən  təmin  olunması,  yaxud  rədd  edilməsi  barədə qərar  qəbul  edir 

və iddiaçıya bildiriş göndərir. 

M a d d ə   3 2 .   ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və 



patentin verilməsi 

1.   Müvafiq  icra  hakimiyyəti  orqanı dərc  olunmuş iddia  sənədinə etirazın 

verilməsi müddəti qurtardıqdan və ya Apellyasiya şurasının patentin verilməsinə dair 

qərar  qəbul  etdiyi  tarixdən  etibarən  2  ayərzində ixtira,  faydalı  model  və  sənaye 

nümunəsinin 

qeydiyyatı, 

patentin 

verilməsi 

və dərc 

olunması üçün 

rüsum ödənilməsi şərti ilə, müvafiq Dövlət reyestrində ixtira, faydalı model və sənaye 

nümunəsini qeydə alır və iddiaçı olan şəxsə patent verir. 

ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin  Dövlət  reyestrinə daxil  edilməsi 

qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 

2.   Patent  sahibi  patentin  qüvvədə saxlanması üçün  illik  rüsumu ixtira,  faydalı 

model  və  sənaye  nümunəsinə dair  iddia  sənədinin  verildiyi  tarixdən  etibarən  onun 

qüvvədə olmasının 3-cü ilindən başlayaraq ödəyir. 

3.   Patenti  xahiş edən şəxs  bir  neçə olarsa,  onlardan  birinə bir  patent,  qalanlarına 

isə patentin müvafiq icra hakimiyyəti orqanında təsdiq edilmiş surəti verilir. 

4.   Patent 

sahibinin əsaslandırılmış vəsatəti 

ilə ona 


müəyyənləşdirilmiş rüsumu ödəməsi şərtilə patentin dublikatı verilir. 

5.   İddiaçı ilə müəllif  müxtəlif şəxslər  olduqda  müəllif  patentin  surətini almaq 

hüququna malikdir.  

6.   Müəllif patentdə öz adının göstərilməsindən imtina edə bilər. 

M a d d ə   3 3 .   Patent barəsində məlumatın dərci 

1.   Müvafiq  icra  hakimiyyəti  orqanı ixtira,  faydalı  model  və  sənaye  nümunəsini 

qeydə aldıqdan 

və patent 

verdikdən 

sonra 


ay ərzində patent 

barəsində məlumatı rəsmi bülletenində dərc edir. Məlumata aşağıdakılar daxil edilir: 



patentin  sahibinin  (sahiblərinin)  adı,  müəllif  kimi  göstərilməkdən  imtina 

etməyibsə, müəllifin (müəlliflərin) adı; 

ixtira, faydalı model və sənaye nümunəsinin adı; 

iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarix; 

ilkinlik tarixi; 

ixtiranın və faydalı modelin düsturu; 

sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və onun təsviri. 

2.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsi üçün  verilmiş patentin  bu  Qanunun 

7-ci  maddəsinin  3-cü bəndində,  8-ci  maddəsinin  3-cü bəndinin  1-ci  və 2-ci 

abzaslarında, 

9-cu 

maddəsinin 



3-cü bəndinin 

1-ci 


abzasında 

müəyyənləşdirilmiş tələbləri  uyğun  olmamasına  görə patent  sahibi qanunla müəyyən 

edilmiş qaydada məsuliyyət daşıyır.  

M a d d ə   3 4 .   Verilmiş patentə etiraz 

1.   Bu  Qanunun  3-cü maddəsinin  3-cü abzasının,  7-ci  maddəsinin  1,  6,  7,  8-ci 

bəndlərinin,  8-ci  maddəsinin  1,  5,  6-cı bəndlərinin,  9-cu  maddəsinin  1,  5,  6-

cı bəndlərinin,  27-ci  və 29-cu  maddələrinin  tələbləri  pozulduqda,  yaxud  ixtiranın, 

faydalı modelin 

düsturunda 

və sənaye 

nümunəsinin 

mühüm əlamətləri 

məcmusunda əvvəlki  iddia  sənədində göstərilmiş əlamətlər  olmadıqda  istənilən 

hüquqi  və ya  fiziki şəxs  patent  barəsində məlumatın  dərc  edildiyi  tarixdən  6 

ay ərzində patentin  verilməsinə qarşı əsaslandırılmış etirazla Apellyasiya  şurasına 

müraciət edə bilər. 

2.   Etiraz  vermiş hüquqi  və ya  fiziki şəxs,  həmçinin  patent  sahibi Apellyasiya 

şurasında ona baxılmasında iştirak edirlər. 

3.   Patent  obyekti  barəsində məlumatın  dərc  olunduğu  tarixdən  6  ay  keçdikdən 

sonra Apellyasiya şurası verilmiş patent barəsində etirazları qəbul etmir. 

4.   Apellyasiya şurasının qərarından məhkəməyə şikayət edilə bilər. 



M a d d ə   3 5 .   Patentdə və ixtira, faydalı model və sənaye nümunəsinə dair 

Dövlət reyestrində dəyişikliklər edilməsi 

1.   Patent 

sahibinin 

vəsatətinə əsasən 

müvafiq 

icra 


hakimiyyəti 

orqanı verilmiş patentdə aşkar və texniki səhvləri düzəltməlidir. 

2.   Patent  sahibi  patentdə hüquqi şəxsin  adını,  fiziki şəxsin  soyadını,  adını, 

atasının  adını dəyişdirdiyi  halda  bu  barədə məlumatı müvafiq  icra  hakimiyyəti 

orqanına bildirməlidir. 

Patent 


sahibi 

verilmiş patentdə dəyişikliklər 

barədə vəsatət 

qaldırıqda 

və müəyyənləşdirilmiş rüsumu ödədikdə müvafiq  icra  hakimiyyəti  orqanı ixtira, 

faydalı model və sənaye nümunələrinin Dövlət reyestrində dəyişikliklər edir. 

M a d d ə   3 6 .   Patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsi 

1.   Aşağıdakı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir: 

patent sahibinin müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizə əsasında; 

patentin  qüvvədə saxlanması üçün rüsumun  ödənilməsi  üçün  müəyyən  edilmiş 

müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə;  

bu Qanunun 37-ci maddəsinə uyğun olaraq patent tamamilə etibarsız sayıldıqda. 

2.   Müvafiq  icra  hakimiyyəti  orqanı patentə vaxtından əvvəl  xitam  verilməsi 

barədə məlumatı rəsmi bülletenində dərc edir. 

M a d d ə   3 7 .   Patentin etibarsız sayılması 

1.  İxtira,  faydalı  model  və  sənaye  nümunəsinin  patenti  onun  qorunduğu  bütün 

dövrə şamil olunmaqla aşağıdakı hallarda bütövlükdə etibarsız sayılır:  

bu Qanunun 7, 8, 9-cu maddələrinə uyğun olmadığı təsdiq edildikdə; 

patentin  təsviri  mütəxəssis  tərəfindən  həyata  keçirilməsi üçün  aydın  və tam 

açıqlanmadıqda; 

patentlə verilən  hüququn  həcmi  ilkin  iddia  sənədinin  hüdudlarından 

kənara çıxdıqda; 




bu  Qanunun  12-ci  maddəsinə uyğun  patent  onu  almaq  hüququna  malik 

olmayan şəxsə verildikdə. 

2.   Bu  maddənin  1-ci  bəndində göstərilən şərtlər  patentə tamamilə aid  olmadıqda 

patent qismən etibarsız sayıla bilər. 

3.   Patentin  etibarsız  sayılmasına  dair  yaranan  mübahisələrə Apellyasiya 

şurasında və ya məhkəmədə baxılır. 

M a d d ə   3 8 .   Ötürülmüş müddətlərin bərpası 

1.   Bu  Qanunun  29-cu  maddəsinin  6-cı bəndində, 31-ci  maddəsinin  3-

cü bəndində və 

34-cü 


maddənin 

1-ci 


bəndində nəzərdə tutulan 

müddətlər üzürlü səbəbdən ötürüldükdə və müəyyənləşdirilmişrüsum ödənildikdə mü

vafiq icra hakimiyyəti orqanı ötürülmüş müddəti bərpa edir.  

2.   İddiaçı və 

ya 

etiraz 


edən 

şəxs ötürülmüş müddətin 

bərpası barədə vəsatəti ötürülmüş müddətin 

qurtardığı tarixdən 

etibarən 

ay ərzində verə bilər.  



3. İxtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün 

müəyyən edilmiş illik rüsumu vaxtında ödəməyən patent sahibi tərəfindən ötürülmüş 

tarixdən  5  il  müddətindən  gec  olmayaraq  müvafiq  dövlət  rüsumu  ödənildikdə, 

patentin  qüvvəsi  bərpa  edilir. Patent  sahibinin  vəsatətinə  ötürülmüş  illər  üzrə 

rüsumun ödənildiyini təsdiqləyən sənədin surəti əlavə olunur.  

V I I   f ə s i l  



YEKUN MÜDDƏALARI 

M a d d ə     3 9 .  Dövlət rüsumları  

Bu  Qanunla  müəyyən  edilmiş  patentlə  bağlı  hüquqi  əhəmiyyətli  işlərin  yerinə 

yetirilməsi,  patent  müvəkkillərinin  attestasiyası,  qeydiyyatı,  şəhadətnamələrin 

verilməsi  və  onlara  dair  məlumatın  dərci  üçün (müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş haqqın ödənildiyi hallar istisna olmaqla) dövlət rüsumları 

ödənilir.  



M a d d ə   4 0 .   Mübahisələrə məhkəmə qaydasında baxılması 

Bu  Qanundan  irəli  gələn  patentlə bağlı mübahisələrə inzibati  qaydada 

və məhkəmədə baxılır.   

M a d d ə   4 1 .   ixtira, faydalı model və sənaye nümunəsinin xarici dövlətlərdə 



patentləşdirilməsi 

İxtira,  faydalı  model  və  sənaye  nümunəsi  barədə  iddia  sənədi  müvafiq  icra 

hakimiyyəti orqanına verildikdən sonra xarici dövlətdə patentləşdirilə bilər.  

ixtira,  faydalı  model  və  sənaye  nümunəsi barəsində iddia  sənədinin  müvafiq  icra 

hakimiyyəti orqanına daxil olduğu tarixdən etibarən 3 ay ərzində həmin orqan patent 

alınması üçün  iddia  sənədinin  xarici  dövlətə verilməsinin  mümkünlüyü haqqında 

müvafiq qərar qəbul edir və iddiaçıya bildiriş göndərir. 

Müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı ilə əlaqədar  mübahisələrə inzibati 

qaydada və məhkəmədə baxılır.  

M a d d ə   4 2 .   Xarici hüquqi və fiziki şəxslərin patentlə bağlı hüquqları 

Xarici  hüquqi  və fiziki şəxslər  bu  Qanunla  nəzərdə tutulmuş hüquqlardan 

Azərbaycan  Respublikasının  iştirak  etdiyi  beynəlxalq  müqavilələrə və ya 

qarşılıqlı prinsipinə əsasən  Azərbaycan  Respublikasının  vətəndaşları ilə bərabər 

istifadə edirlər. 

M a d d ə   4 3 .   Beynəlxalq müqavilələr 

Azərbaycan 

Respublikasının 

iştirak 


etdiyi 

beynəlxalq 

müqavilələrdə müəyyənləşdirilən  qaydalar  bu  Qanunda  nəzərdə tutulan  qaydalardan 

fərqləndikdə beynəlxalq müqavilənin qaydaları tətbiq olunur. 

  

Maddə 44. Keçid müddəaları 



  


Bu  Qanun qüvvəyə  minənədək  ixtira,  faydalı  model və  sənaye  nümunəsi barədə 

verilən  və  barələrində  qərar  qəbul  edilməmiş  iddia  sənədlərinin  ekspertizası  bu 

Qanunun tələblərinə uyğun aparılır.  

  

Azərbaycan Respublikasının Prezidenti 



Heydər ƏLİYEV 

Bakı şəhəri, 25 iyul 1997-ci il 

№ 312-IQ 

  

 

Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə