Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

müvafiq  icra  hakimiyyəti  orqanında  qeydiyyata  alınmış patent  müvəkkili 

vasitəsilə.   

Xarici  hüquqi  və fiziki şəxslər  iddia  sənədini  müvafiq  icra  hakimiyyəti  orqanına, 

Azərbaycan  Respublikasının  iştirak  etdiyi  beynəlxalq  müqavilələrdə başqa  qayda 

nəzərdə tutulmayıbsa,  yalnız  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanında qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə verirlər. 

Patent 

müvəkkillərinin 



səlahiyyətləri 

iddiaçı tərəfindən 

verilən 

etibarnamə ilə təsdiq edilir. 

3.   İxtira  və ya  faydalı model  barəsində iddia  sənədi  bir  ixtiraya  və ya 

faydalı modelə,  yaxud öz  aralarında  vəhdət  təşkil  edən  bir  qrup  ixtiraya  və ya 

faydalı modelə aid edilməlidir. İddia sənədinəaşağıdakılar daxil edilir: 

müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs 

(şəxslər),  həmçinin  onların  yerləşdiyi  və ya  yaşadığı yer  göstərilməklə patent 

verilməsi barədə ərizə; 

ixtiranın  və ya  faydalı modelin  mahiyyətini  tam  açıqlayan  və həyata 

keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri; 

ixtiranın  və ya  faydalı modelin  təsvirinə əsaslanan  və mahiyyətini  ifadə edən 

düsturu; 

iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və başqa 

materiallar; 

referat. 

4.   Sənaye nümunəsi barəsində iddia sənədi bir sənaye nümunəsinə aid edilir. 

Bir neçə əşya birləşərək vahid bədii-konstruktiv forma yaradarsa, onlar bir sənaye 

nümunəsi kimi qəbul edilir. 

Bir  neçə sənaye  nümunəsi  təsnifatın  eyni  sinfinə aiddirsə,  onlar  bir  sənaye 

nümunəsi sayılır. 

Sənaye nümünəsi barəsində iddia sənədinə aşağıdakılar daxil edilir: 



müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs 

(şəxslər),  həmçinin  onların  yerləşdiyi  və ya  yaşadığı yer  göstərilməklə patent 

verilməsi barədə ərizə; 

məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket 

və ya rəsm; 

sənaye  nümunəsinin  mahiyyətini  açıqlamaq  zəruri  olduqda  məmulatın ümumi 

görkəminin çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi

sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri. 

5. İddia  sənədi  daxil  olduğu  gündən  3  aydan  gec  olmayaraq  müəyyən  edilmiş 

haqqın ödənildiyini təsdiqləyən sənəd təqdim edilə bilər.    

6.   Patentin  alınması barədə iddia  sənədinə aid  tələblər  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

7.   Patent verilməsi barədə ərizə Azərbaycan dilində tərtib olunur. İddia sənədinin 

digər  materialları Azərbaycan  dilində və ya  başqa  dildə verilə bilər. İddia  sənədinin 

başqa  dildə verilmişmateriallarının  Azərbaycan  dilində tərcüməsi  iddia  sənədinin 

verildiyi gündən 2 ay müddətində təqdim olunmalıdır. 

İddia sənədi ilə bağlı kargüzarlıq Azərbaycan dilində aparılır. 

8.   İddia  sənədinin  verildiyi  gündən  1  ay ərzində iddiaçının  hüququ  var  ki, 

barəsində iddia  sənədi  verdiyi ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin 

mahiyyətini dəyişmədən iddia sənədinin materiallarına düzəlişlər və əlavələr etsin. 



 

Müvafiq  icra  hakimiyyəti  orqanı  iddia  sənədi  materiallarının  rəsmi  bülletendə 

dərcinə  dair  qərar  qəbul  edənədək  iddiaçı  düzəlişlərin  və  əlavələrin  1  aylıq  müddət 

keçdikdən sonra edilməsinə dair vəsatət vermək hüququna malikdir.



 

  

Dəyişikliklər  ekspertin  təklifi  ilə də edilə bilər. İddia  sənədində göstərilmiş ixtira, 



faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişən və iddia sənədinin əvvəlki 

materiallarında  olmayanəlamətlərə malik əlavə materiallar  iddia  sənədinə baxılarkən 

nəzərə alınmır və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi tərtib edilə bilər. 



M a d d ə   2 8 .   ixtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi 

1.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  ilkinliyi  bu  Qanunun  27-ci 

maddəsinə müvafiq  rəsmiləşdirilmiş iddia  sənədinin  müvafiq  icra  hakimiyyəti 

orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. 

İlkin  hüququ  ixtira üzrə bu  Qanunun  7-ci  maddəsinin  3-cü və 4-cü bəndlərinə, 

faydalı model üzrə bu 

Qanunun 

8-ci 


maddəsinin 

3-cü bəndinə, 

sənaye 

nümunəsi üzrə isə bu  Qanunun  9-cu  maddəsinin  3-cü bəndinə uyğun  olaraq  iddia 



sənədinin verildiyi tarixdən yaranır. 

2.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsi üzrə ilkinlik  ilk  iddia  sənədinin 

Sənaye  mülkiyyətinin  mühafizəsinə dair  Paris  konvensiyasının və  ya  Ümumdünya 

Ticarət 


Təşkilatının iştirakçısı olan 

dövlətdə verilməsi 

tarixindən 

müəyyənləşdirilə bilər  (konvensiya  ilkinliyi),  bu şərtlə ki,  ixtira  və faydalı model 

barəsində iddia  sənədi  həmin  tarixdən  etibarən  12  ay ərzində,  sənaye  nümunəsi 

barəsindəiddia  sənədi  isə 6  ay ərzində müvafiq  icra  hakimiyyəti  orqanına 

verilmiş olsun. 

Paris  konvensiyasının və  ya  Ümumdünya  Ticarət  Təşkilatının iştirakçısı olan 

dövlətin ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirilmiş obyektin 

ilkinliyi  həmin  obyektin  sərgidə açıq  nümayiş etdirildiyi  tarixdən  xahiş edilə bilər, 

bu şərtlə ki, ərizə həmin  tarixdən ən  geci  6  ay  keçənədək  verilmiş olsun  (sərgi 

ilkinliyi).  

Bu müddət konvensiya ilkinliyi müddətini uzatmır. 

3.   Faydalı  model və  ya  sənaye  nümunəsi  üçün  konvensiya  ilkinliyi hüququndan 

istifadə etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən və ya iddia sənədi 

müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək iddia 

sənədinin  müvafiq  icra  hakimiyyəti  orqanına  daxil  olduğu  tarixdən  3  ay  ərzində 

əvvəlki iddia sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir. İxtira üçün konvensiya 

ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən 



Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə