Patent haqqında azərbaycan respublikasinin qanunu


Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

M a d d ə   9 .      Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri 

1.Sənaye  nümunəsinə məmulatın  zahiri  görkəmini  müəyyən  edən  bədii-

konstruktiv  həllər  aiddir.  Sənaye  nümünəsi şəkil  və ya  model,  yaxud  onların 

birliyindən ibarət ola bilər. 

2.   Yeni və ya orijinal olan, sənayedə tətbiq edilə bilən sənaye nümunəsinə hüquqi 

mühafizə verilir.  

3.   Sənaye 

nümunəsinin  estetik  və erqonomik  xüsusiyyətlərini  doğuran 

mühüm əlamətlərinin  məcmusu  (forma,  konfiqurasiya,  ornament  və ya  rənglərin 

quraşması) 

onun 

ilkinlik 



tarixinə qədər mühüm 

əlamətlərinin 

məcmusu 

mövcud bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi yeni hesab edilir.  

Mövcud  bilgilər  məcmusuna  iddia  edilən  sənaye  nümunəsinin  ilkinliyi  tarixinə 

qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə 

hamı  üçün  müyəssər  olan  məlumatlar  aid  edilir.  Mövcud  bilgilər  məcmusuna  iddia 

edilən  sənaye  nümunəsinə  aidiyyəti  olan  və  əmtəə  nişanı  kimi  Azərbaycan 

Respublikasında hüquqi mühafizəsi olan obyektlər də daxil edilir.  

4.   Sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına 

verildiyi  günə kimi  6  ay ərzində onun  mahiyyətinə dair  məlumat  müəllif, 

iddiaçı və onlardan  həmin  məlumatıbirbaşa  və ya  dolayısı ilə almış hər  hansı şəxs 

tərəfindən  açıqlanarsa  bu  hal  iddia  sənədində göstərilən  obyektin  yeniliyinə xələl 

gətirmir. 

Açıqlanma 

faktının 

sübut 

edilməsi 



vəzifəsi 

müəllif 


və ya 

iddiaçınınüzərinə düşür. 

5.   Mühüm əlamətləri özünün  estetik  xüsusiyyətlərinə yaradıcı xarakter  verən 

sənaye nümunəsi orijinal hesab edilir. 

6.   Dəfələrlə yenidən  istehsal  edilə bilən  sənaye  nümunəsi  sənayedə tətbiq  oluna 

bilən sayılır.  

7.   Aşağıdakı obyektlər sənaye nümunəsi sayılmır: 

Məmulatın yalnız texniki funksiyasını şərtləndirən həllər; 




arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa); 

sənaye, hidrotexniki və başqa stasionar qurğular

çap məhsulları; 

maye,  qaz,  toz  və ya  bu  kimi  maddələrdən  hazırlanmış dayanıqsız 

formalı obyektlər. 

M a d d ə   1 0 .   Patentlə verilən hüquqi mühafizənin həcmi və onun qüvvədə 



olma müddəti 

1.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsinə patentlə verilən  hüquqi 

mühafizənin həcmi aşağıdakı kimi müəyyən edilir: 

ixtira və faydalı model üçün –– onların düsturu ilə; 

sənaye  nümunəsi üçün  ––  məmulatın  (maketin,  rəsmin)  fotoşəklində göstərilən 

mühüm əlamətlərinin məcmusu ilə. 

2.   Azərbaycan  Respublikası ərazisində patentin  qüvvədə olma  müddəti  iddia 

sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi gündən etibarən aşağıdakı kimi 

müəyyənləşdirilir: 

ixtira üçün –– 20 il; 

faydalı model üçün –– 10 il; 

sənaye nümunəsi üçün –– 10 il. 

3. İxtira patentinin predmeti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 

qaydada inzibati  prosedurlardan  keçməsi  tələb  olunan  məhsula  və  ya  məhsulun 

hazırlanma  üsuluna  aid  olarsa,  patent  sahibinin  vəsatəti  əsasında  patentin  qüvvədə 

olma müddəti 5 ilə qədər uzadılır. Vəsatət patentin qüvvədə olduğu müddətdə verilir.  

4.  Sənaye  nümunəsi  patentinin  qüvvədə  olma  müddəti  patent  sahibinin  vəsatəti 

əsasında 5 ildən artıq olmamaq şərtilə uzadılır.  

5.  İxtira  və  sənaye  nümunəsi  patentinin  qüvvədə  olma  müddətinin  uzadılması 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 




6.   Məhsulun 

(məmulatın) 

alınma üsuluna 

patentlə verilmiş hüquq 

bilavasitə bu üsulla  alınan  digər  məhsula  da şamil  edilir  və əksini  sübut  edən  hal 

olmadıqda yeni məhsul patentləşdirilmiş üsulla alınmış hesab edilir.  

I I I   f ə s i l  

 MÜƏLLİF VƏ PATENT SAHİBİ 

M a d d ə   1 1 .   İxtiranın, faydalı modelin və sənaye nümunəsinin müəllifi 

1.   İxtiranın, 

faydalı modelin 

və sənaye 

nümunəsini 

yaradıcı əməyi 

ilə yaradan şəxs müəllif sayılır. 

ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  yaradılmasında  bir  neçə fiziki şəxs 

iştirak etdikdə onların hamısı müəllif sayılır. 

Müəlliflərə məxsus 

olan 


hüquqlardan 

istifadə qaydası onlar 

arasında 

bağlanmış müqavilə ilə tənzimlənir. 

2.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  yaradılmasında şəxsən 

yaradıcı əməyi  olmayan,  müəllifə (müəlliflərə)  yalnız  texniki,  təşkilati  və ya  maddi 

yardım  etmiş,  yaxud ixtira,  faydalı  model  və  sənaye  nümunəsi üzərində hüquqların 

rəsmiləşdirilməsinə və ondan  istifadəyə kömək  göstərmiş fiziki şəxslər  müəllif 

sayılmır. 

3.   Müəlliflik 

hüququ özgəninkiləşdirilməyən şəxsi  hüquqdur  və müddətsiz 

qorunur. 

4.   Müəlliflə iddiaçı və yaxud  patent  sahibi  (işəgötürən  olmayan)  arasında ixtira, 

faydalı  model  və  sənaye  nümunəsinin  istifadəsi  ilə əlaqədar  münasibətlər  onların 

bağladıqları müqavilə ilə tənzimlənir. 

ixtira,  faydalı  model  və  sənaye  nümunələrinin  istifadəsi  ilə bağlı onların 

arasındakı mübahisələrə məhkəmə qaydasında baxılır. 

M a d d ə   1 2 .   Patent sahibi 

Patent aşağıda göstərilən şəxslərə verilir: 



ixtira, faydalı model və sənaye nümunəsinin müəllifinə (müəlliflərinə) və ya onun 

(onların) varisinə; 

patent  verilməsi  barədə iddia  sənədində,  yaxud ixtira,  faydalı  model  və  sənaye 

nümunəsi qeydiyyata  alınana  qədər  müvafiq  icra  hakimiyyəti  orqanına 

verilmiş ərizədə müəllifin  (müəlliflərin)  və ya  onun  (onların)  hüquqi  varislərinin 

göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə); 

bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə. 

M a d d ə   1 3 .   İşəgötürən və müəllif 

1.   Müəllif olan işçinin (bundan sonra –– işçi) əmək fəaliyyəti göstərdiyi təşkilati 

hüquqi  formasından  asılı olmayaraq  müəssisələrin  mülkiyyətçisi  və ya  onun 

müvəkkil etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, eləcə də “Sahibkarlıq fəaliyyəti 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə qadağan  olunmayan  sahibkarlıq 

fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işəgötürən sayılırlar.  

2.   Xidməti 

vəzifələrinin 

həyata 


keçirilməsi 

və ya 


işəgötürənin 

yazılı şəkildə verdiyi 

(istehsal, 

elmi-tədqiqat, 

bədii-qrafik 

və başqa 

səpkili)tapşırığı ilə əlaqədar  işçinin  yaratdığı ixtira,  faydalı  model  və  sənaye 

nümunəsi üçün 

patent 

almaq 


hüququ, 

işəgötürənlə işçi 

arasında 

müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, işəgötürənə mənsubdur. 

Yeni 

yaradılan ixtira, 



faydalı 

model 


və 

sənaye 


nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənir. 

3  .  Bu  maddənin  2-ci  bəndinə uyğun ixtira, faydalı  model və  sənaye  nümunəsini 

yaratmış işçi  (işçilər)  bu  barədə işəgötürənə obyekti  yaratdıqdan  sonra  1 

ay ərzində yazılı bildiriş göndərməlidir. 

4.   Əgər işəgötürən ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədi 

verməkdən  imtina  edərsə və ya  bildirişi  aldığı tarixdən  sonra  3  ay  müddətində bu 

hüquqdan istifadə etmək niyyətini işçiyə bildirməzsə, onda bu hüquq işçiyə keçir. 



Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə