Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

qaldırdıqdan 

və müəyyənləşdirilmiş rüsumu ödədikdən 

sonra 

müvafiq 


icra 

hakimiyyəti orqanında qeydiyyata alınır. 

ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  müvəqqəti  hüquqi  mühafizəsi 

dövründə ondan  istifadə etmiş hüquqi  və ya  fiziki şəxs  iddiaçı tərəfindən  patent 

alındıqdan  sonra  ondan  istifadəni  davam  etdirmək üçün  bu  Qanunun  19-cu 

maddəsinə uyğun olaraq patent sahibi ilə lisenziya müqaviləsi bağlaya bilər. 

4.  Patent  sahibi  patentlə  bağlı  hüquqları  vərəsəlik  üzrə  və  ya  digər  şəxslərə 

vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna 

hüquqlara malikdir.  

M a d d ə   1 6 .   İlkin istifadə hüququ 

1.   Patentlə mühafizə olunan ixtira, faydalı model və sənaye nümunəsinin ilkinlik 

tarixinə qədər onun müəllifindən asılı olmayaraq eyni ixtira, faydalı model və sənaye 

nümunəsini yaradıb Azərbaycan Respublikası ərazisində vicdanla istifadə etmiş və ya 

ondan  istifadə üçün  zəruri  hazırlıq  işlərini  görmüş hüquqi  və ya  fiziki şəxsin 

ixtiyarı var  ki,  maneəsiz  olaraq  və patent  sahibinə haqq ödəmədən,  istifadəhəcmini 

genişləndirməmək şərtilə bu obyektdən müstəqil istifadəni davam etdirsin. 

2.   İlkin  istifadəçinin  hüquqlarının  tanınması üçün  müvafiq  icra  hakimiyyəti 

orqanı onun  vəsatəti əsasında  iddiasına  baxıb  bu  barədə patent  sahibinə 1 

ay ərzində bildiriş göndərir. İlkin 

istifadəçi 

vəsatət 

verdikdə müəyyənləşdirilmiş rüsumu ödədiyini təsdiqləyən sənədi də təqdim edir. 

Patent sahibindən ilkin istifadə barədə 2 ay ərzində etiraz gəlmədikdə müvafiq icra 

hakimiyyəti  orqanı ilkin  istifadəçinin  hüquqlarının  tanınmasına  dair  qərar çıxararaq 

müvafiq dövlət reyestrindəqeydə alır və rəsmi bülletendə dərc edilməsini təmin edir.

 

  

İlkin  istifadəçi  ilə patent  sahibi  arasında  mübahisələrə məhkəmə qaydasında 



baxılır. 

3.   İlkin  istifadə hüququ  varisə,  başqa  hüquqi  və ya  fiziki şəxsə yalnız ixtira, 

faydalı  model  və  sənaye  nümunəsinin  istifadə edildiyi  və ya  onun  istifadəsi üçün 



hazırlıq  işləri  görülmüş istehsalatla  birlikdə verilir.  Varis,  hüquqi  və ya  fiziki şəxs 

həmin 


hüquqdan 

bu 


maddənin 

1-ci 


bəndinə uyğun 

olaraq 


ilkin 

istifadəçiyə verilmiş həcmdə istifadə edə bilərlər.  

M a d d ə   1 7 .   ixtira, faydalı model və sənaye nümunələri ilə bağlı 

hüquqların verilməsi 

1.   Azərbaycan 

Respublikasının 

qanunvericiliyində digər 

hallar 

nəzərdə tutulmayıbsa,  istənilən iddia  sənədi  və  ya  patentlə bağlı hüquqlar 



tamamilə və ya 

qismən Azərbaycan 

Respublikasının 

Mülki 


Məcəlləsi 

ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər.  

2.  Patent  hüququnun  girov  qoyulması  barədə  müqavilə  müəyyən  edilən  dövlət 

rüsumunun  ödənilməsi  şərtilə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilən qaydalar əsasında qeydiyyata alınır.  

3.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsi barəsində iddia  sənədinin  və  ya 

patentlə bağlı hüquqların  başqasına  verilməsi  müvafiq  icra  hakimiyyəti  orqanında 

qeydiyyata alınır. 

M a d d ə   1 8 .   ixtira, faydalı model və sənaye nümunəsindən patent 

sahibinin razılığı olmadan istifadə 

Milli  təhlükəsizlik  maraqlarını təmin  etmək  məqsədilə müvafiq  icra  hakimiyyəti 

orqanının  patent  sahibinin  razılığı olmadan ixtira,  faydalı  model  və  sənaye 

nümunəsindən  istifadəyə razılıq  vermək  hüququ  vardır.  Bu  hallarda  patent 

sahibinə uyğun  kompensasiya ödənilir.  Patent  sahibi  kompensasiyanın  məbləğindən 

razı olmadığı halda inzibati qaydada və məhkəməyə müraciət edə bilər.  

M a d d ə   1 9 .   ixtira,  faydalı  model  və  sənaye  nümunəsindən  istifadə 

hüququnun verilməsinə dair müstəsna və qeyri-müstəsna lisenziya müqavilələri 

1.   Patent  sahibi  olmayan  istənilən  hüquqi  və ya  fiziki şəxs ixtira,  faydalı  model 

və  sənaye  nümunəsindən  yalnız  patent  sahibinin  razılığı ilə,  lisenziya 

müqaviləsi əsasında istifadə edə bilər. 




Lisenziya  müqaviləsinə görə patent  sahibi  (lisenziar) ixtira,  faydalı  model  və 

sənaye nümunəsindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa 

hüquqi  və ya  fiziki şəxsə (lisenziata)  verir.  Lisenziya  müqaviləsi  müvafiq  icra 

hakimiyyəti orqanında qeydiyyata alınır. 

2.   Lisenziya müstəsna və qeyri-müstəsna ola bilər. 

Müstəsna  lisenziya  lisenziata ixtira,  faydalı  model  və  sənaye  nümunəsindən 

lisenziya müqaviləsində nəzərdə tutulmuş həcmdə müstəsna istifadə hüququ verir. 

Lisenziat lisenziarın yazılı razılığı ilə digər hüquqi və ya fiziki şəxslə sublisenziya 

müqaviləsi  bağlaya  bilər.  Bu  müqavilə müvafiq  icra  hakimiyyəti  orqanında 

qeydiyyata alınmalıdır. 

Sublisenziya  qeyri-müstəsna  xarakteri  daşıyır  və başqasına  verilə bilməz. 

Müstəsna lisenziyaya xitam verildikdə sublisenziya müqaviləsinə də xitam verilir. 

3.   Qeyri-müstəsna  lisenziya  zamanı lisenziar ixtira,  faydalı  model  və  sənaye 

nümunəsindən 

istifadə hüququnu 

müqavilə əsasında 

lisenziata 

verməklə patentlə təsdiq 

edilən 

bütün 


hüquqları, 

cümlədən üçüncü şəxslərə lisenziya vermək hüququnu özündə saxlayır. 



4.   Müvafiq 

icra 


hakimiyyəi 

orqanında 

qeydiyyata 

alınmış lisenziya 

müqaviləsində tərəflərin 

qarşılıqlı razılığı ilə dəyişikliklər 

edildikdə bu 

cür 


dəyişikliklər həmin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. 

5.   Lisenziya 

müqaviləsi 

ilə bağlı mübahisələrə inzibati 

qaydada 

və məhkəmədə baxılır.  

Maddə 20. Məcburi lisenziya və patent sahibinin razılığı olmadan digər 

istifadə halları

 

 

1.   Patent  sahibi  və ya  onun  varisi  patentin  verildiyi  tarixdən  3  il 

müddətində ixtira, 

faydalı 


model 

və 


sənaye 

nümunəsindən üzürsüz 

səbəbə görə istifadə etmədikdə, istifadəyə ciddi hazırlıq görmədikdə, yaxud istifadəni 

3  ildən  artıq  dayandırdıqda  və bu  müddət  qurtardıqdan  sonra  lisenziya  verməkdən 




Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə